Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1163/2023 21.06.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Masallı şəhəri, Masallı Kompleks Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ilin avqust ayından ona verilməli olan 60 manat vahid aylıq müavinətin hər ay hesablanaraq cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətindən alınıb ona verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İşin hazırlıq icraatı mərhələsində iddiaçı məhkəməyəəlavəərizə təqdim etmiş və iddia tələbinin dəyişdirilərək “adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuş, eləcə də Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz)bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1998-ci ildən X3 xidmətə qəbul olunub 2020-ci ilin avqust ayına kimi polis nəfəri vəzifəsində xidmət etmişdir. 2020-ci ilin avqust ayının 11-də öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Ölkə Prezidentinin məlum sərəncamına uyğun məcburi köçkünlərə verilən çörək pulunu hər bir məcburi köçkün kimi o da almışdır. Lakin 2010-cu ildə ona məlum olmayan səbəbdən ona verilən çörək pulu İcra hakimiyyəti tərəfindən dayandırılmışdır. Səbəb kimi bildirirdilər ki, "xidmət zamanı sizə ay ərzində çörək pulu verilir”. Qaydalara tabe olaraq əlavə mübahisə aparmağı lazım bilməmişdir. Lakin xidmətdən xaric olunandan sonra Cəbrayıl rayon Polis Şöbəsi tərəfindən xidmətdən xaric olunmağı barədə arayışı və digər tələb olunan sənədləri Böyük Mərcanlı kənd üzrə icra nümayəndəsinə təqdim etməyinə baxmayaraq bu günə kimi ona həmin vəsaitin (məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi) verilməsi təmin olunmamışdır. Dəfələrlə Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmilərinə şifahi və yazılı müraciətlər etməyinə baxmayaraq tələb etdiyi qanuni tələbi təmin olunmamışdır. Rəsmi müraciətinəəsasən Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəsmisi İslam Şahverənov aylıq vahid müavinətin verilməməsini şəxsi imzası ilə 13 aprel 2021-ci il tarixli, 310 nömrəli məktubda qeyd etmişdir ki, "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinəəsasən yaş həddinə görəəmək pensiyasına çıxdığınıza görə vahid aylıq müavinətiniz bərpa olunmamışdır. Həmçinin vahid aylıq müavinətin bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017ci il tarixli, 11 nömrəli qərarın 2.13-cü bəndində qeyd edilmişdir ki, "Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görəəmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara” vahid aylıq müavinət verilməsin. Həmin qərarın 2.13-cü hissəsindən tam məlum olur ki, vahid aylıq müavinətin ona verilməsi üçün heç bir maneə yoxdur. Göründüyü kimi, hər hansı bir inzibati vəzifə tutmamış, publik hüquqi şəxs olmamış, eləcə də deputat və məhkəmə orqanlarına hakim təyin olunmamışdır. Həmçinin də sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışdır. Nə dərəcədəədalətlidir ki, ona qədər xidmətdə olmanın son yaş həddinə çatdıqlarına görə 65 və 50 yaşında orqandan xaric olunmuş digər adamlar aylıq vahid müavinəti ala bilirlər, amma o öz arzusu ilə 45 yaşında xidmətdən xaric olunmağına baxmayaraq almır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 4-cü hissəsində qeyd edilmişdir ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi səxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Vahid aylıq müavinətin ona verilməsinin bərpa olunması barədə məhkəmə tərəfindən qərarın qəbul olunması ədalətli olardı. Yuxarıda qeyd etdiklərinəəsasən bildirir ki, onun hüquqları Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən pozulmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı sözügedən iddia tələbi tam əsassız və qanunsuz olduğundan, heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2021-ci il tarixli iddia ərizəsinə əsasən, iddiaçının vahid aylıq müavinətin verilməsi ilə əlaqədar müraciəti Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən 13 aprel 2021-ci il tarixli məktubla cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Naziriər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasımın 2.13-cü bəndinin tələblərinə uyğun olaraq iddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığından vahid aylıq müavinəti bərpa olunmamışdır. Azərbaycan Respublikasının "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununun 1 -ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Azərbaycan Respublikasının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 4-cü maddəsi ilə sosial təminat üzrə müdafiə tədbirləri, məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən biri qismində müəyyən olunmuşdur. Azərbaycan Respublikasının "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanununun 9-cu maddəsinə əsasən, məcburi köçkünlərin birdəfəlik və mütəmadi pul yardımları, ərzaq və sənaye məhsulları ilə təmin edilmələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Qüvvədə olan qanunvericilik normalarının tələbindən göründüyü kimi, şəxsin məcburi köçkünlər üçün nəzərdə tutulmuş sosial müdafiə tədbirlərindən istifadə etməsi üçün başlıca tələb onun məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması, digər tələb isə sosial müdafiə tədbirinin tətbiq olunmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların tələblərinə uyğun gəlməsidir. Belə ki. şəxsin məcburi köçkün statusunu təsdiq edən vəsiqəyə malik olması onun məcburi köçkünlər üçün nəzərdə tutulmuş bütün güzəşt və imtiyazlardan qeyd-şərtsiz istifadə etməsinə əsas vermir. Sosial müdafiə tədbirlərinin tətbiq edilməsi şərtləri və meyarlarına dair müvafiq normativ sənədlər qəbul edilmişdir və sosial müdafiə tədbirlərinin həyata keçirilməsi zamanı həmin normativ sənədlərin müddəaları rəhbər tutulmalıdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Qaydanın 3.5- ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın 2.13-cü bəndinə əsasən, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara. Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara. Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara vahid aylıq müavinət şamil edilmir. Bildirirlər ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməməsi tam əsaslı və qanunvericiliyin tələbinə uyğundur. Aparılmış araşdırma zamanı, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cəbrayıl rayon Polis Şöbəsində xidmət etməsi və 11 avqust 2020-ci il tarixindən öz arzusu ilə xidmətdən xaric olunması müəyyən olunmuşdur. Bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinə uyğun olaraq, İddiaçı vahid aylıq müavinət ödənilə bilməz. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Cəbrayıl Rayon İcra Hakimiyyətinə qarşı "adının vahid aylıq müavinətin verilməsinə dair adlı siyahıya salınması və aylıq müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı tərəfindən qərardan apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-162/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 2-1(120) -114/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı S.Mərkanlının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, cavabdeh qismində əls cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin cəlb edilməsi və Cəbrayıl Rayon İcra Hakimiyyəti adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1163/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı S.Mərkanlının iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəsinə əsasən, iddia tələbi dəqiqləşdirilərək, “iddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabatda Qaçqınkom tərəfindən keçirilən dürüstləşmə zamanı adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsi” kimi oxunması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxsə məlumat ünvanlanmışdır. Cavabdeh və üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir, gəlməmələrinin səbəbləri barədə məlmat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 3254 nömrəli arayışından görünür ki, istefada olan polis baş serjantı İddiaçı həqiqətən Cəbrayıl rayon Polis Şöbəsinin müvafiq əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 446 saylı məktubunda bildirilmişdir ki, İddiaçı 11 avqust 2020-ci ildəCəbrayıl rayon Polis Şöbəsindən öz arzusu ilə işdən azad olunmuş və onun təqdim etdiyi sənədlər 2020-ci ilin oktyabr ayının hesabatına əlavə olunaraq Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətin verilməsi ilə bağlı Komitədə fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndini əsas gətirərək (yaş həddinə görəəmək pensiyaya çıxma) onun vahid aylıq müavinətini bərpa etməmişdir. Polis orqanlarından öz arzusu ilə işdən azad olunmuş şəxslərin müraciətləri əsasında 21 avqust 2020-ci il tarixli, 710 nömrəli məktubla Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət edilərək, bu qəbildən olan şəxslərin vahid aylıq müavinətlərinin bərpa edilməsi xahiş edilmiş, lakin müsbət cavab alınmamışdır. - İş materiallarında olan Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli, 2699 nömrəli məktubundan görünür ki, Cəbrayıl rayon Polis Şöbəsinin sabiq polis əməkdaşı İddiaçı "Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə müvafiq olaraq Əsasnamənin 135-ci maddəsinin 1-ci bəndi ilə (öz arzusu ilə) Cəbrayıl rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli, 17ş/h nömrəli əmrinə uyğun olaraq daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Həmçinin sabiq polis əməkdaşı İddiaçı aid təqaüd sənədləri hazırlanaraq xx.xx.2020-ci il tarixli, 3274 nömrəli məktubla Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə göndərilmişdir. - İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 02/1335 saylı məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndinəəsasən, aylıq müavinət alan məcbur köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyətlərinin başçıları cavabdehlik daşıyırlar. Bununla yanaşı bildirirlər ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən Komitəyə təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 780 nömrəli arayışa əsasən, məktubunuzda adı qeyd olunan Cəbrayıl rayonundan məcburi köçkün X1 Qaydanın tələblərin əəsasən vahid aylıq müavinət ödənilmir. - İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********3 saylı məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinəəsasən vətəndaş İddiaçı xx.xx.2020-ci il tarixindən tərəfimizdən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. - İş materiallarında olan Cəbrayıl Rayon İcra Hakimiyyətinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 1059 saylı məktubunda bildirilmişdir ki, Cəbrayıl rayonunun Böyük Mərcanlı kənd sakin İddiaçı 1993-cü ilin avqust ayında erməni təcavüzü nəticəsində ailə üzvləri ilə birlikdəCəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. O, hazırda məcburi köçkün kimi Biləsuvar rayonu ərazisindəki 6 saylı qəsəbədə yaşayır. Nazirlər Kabinetinin 01 yanvar 2011-ci il tarixdən qüvvədə olan Təlimatın 6.1.12-ci bəndinə və 01 yanvar 2017-ci ildən qüvvədə olan “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasımın 2.12-ci bəndinəəsasən dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. İddiaçı 11 avqust 2020-ci il tarixədək dövlət qulluğunun xüsusi növündə (Cəbrayıl rayon Polisi şöbəsində) işlədiyi üçün ona verilən vahid aylıq müavinət Qaydalara əsasən dayandırılmışdır. O, işdən öz arzusu ilə azad olunduqdan sonra-2020-ci ilin sentyabr ayı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən siyahıya salınaraq Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmiş, lakin Komitə onun adını siyahıdan çıxardara vahid aylıq müavinət ödəməmişdir. Əlavə olaraq qeyd edilir ki, Polis orqanlarından öz arzusu ilə işdən azad olunmuş şəxslərin vahid aylıq müavinətlərinin bərpa edilməsi məqsədi ilə 21 avqust 2020-ci il tarixli 710 nömrəli məktubla Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müraciət edilmiş, lakin məktuba cavab verilməmişdir. Məhkəmə prosesində, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən qanunvericiliklə nəzərdə tutulan tədbirlərin görüldüyünün nəzərə alınmasını xahiş etmişdir. - xx.xx.2022-ci il tarixli məktuba əlavə edilmiş Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə 2020-ci ilin sentyabr ayına olan ay ərzində vahid aylıq müavinətə daxil olanlar barədə cədvəlin siyahısının 4-cü sırada İddiaçı adı və digər məlumatlar daxil edilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, iddiaçı Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabatda keçirilən dürüstləşmə zamanı adının çıxarılmasını qanunsuz hesab etmiş və adının müvafiq hesabata daxil edilərək Maliyyə Nazirliyinə təqdim edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən isə xx.xx.2022-ci il tarixli məktubla İddiaçı tərəfindən Komitəyə daxil olmuş ərizə Azırbaycan Respblikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq müvafiq qaydada baxılması üçün Cəbrayıl Rayon İcra Hakimiyyətinə göndərilmiş xx.xx.2022-ci il tarixli, 1050 nömrəli əktubunda aşağıdakılar bildirilmişdir: Sizin vahid aylıq müavinətinizin bərpa edilməsi üçün təqdim etdiyiniz sənədlər Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən hesabata əlavə edilmiş və 2020-ci ilin sentyabr ayında Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə təqdim edilmişdir. Vahid aylıq müavinətlə bağlı Komitədə fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.13-cü bəndindəəsasən yaş həddinə görəəmək pensiyasına çıxdığınızı əsas gətirərək vahid aylıq müavinətinizi bərpa etməmişdir. - İşdə olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinəəsasən, xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 1 -ci maddəsində müəyyən edilmişdir ki, daxili işlər orqanlarında qulluq keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Bununla yanaşı, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 2ci abzasına əsasən polis əməkdaşı - polis orqanlarında müəyyən vəzifə tutan və bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Qeyd edilənlərə əsasən Cəbrayıl rayon Polis şöbəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır və həmin iş müddəti dövlət qulluğunun xüsusi növünə aiddir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 24 may 2023-cü il tarixli, 3-17-1/2-115439/2023 nömrəli məktubuna əsasən, İddiaçı xx.xx.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinəəsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda “məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs)” anlayışı “Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs” olaraq müəyyən edilmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunun 1-ci maddəsinə əsasən, Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası sində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda və digər qanunvericilik aktlarında başqa hal nəzərdə tutulmayıbsa, qaçqınlar Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarından istifadə edir, onlarla eyni vəzifələri daşıyırlar. Qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu almış şəxsə müəyyən edilmiş qaydada aşağıdakı təminatlar verilir:Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası. Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə danmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra — aylıq müavinət) ödənilməsi qaydalarını müyyən edir.
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;
3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin nilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan ;buri köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də ;tron daşıyıcı variantında Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər; 3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata seçirilir; 3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir; Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı Cəbrayıl rayonundan daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir və “Qaçqınların və məcburi köçkenlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanunla müəyyən olunmuş qaydada məcburi köçkün statusuna malikdir. 1998-ci ildən X3 xidmətə qəbul olunub 2020-ci ilin avqust ayına kimi polis nəfəri vəzifəsində xidmət etmişdir. 2020-ci ilin avqust ayının 11-də öz arzusu ilə xidmətdən xaric olunmuşdur. O, cavabdeh Cəbrayıl Rayon icra Hakimiyyətinə aylıq müavinətin bərpa olunması üçün müraciət etmiş, lakin 13 aprel 2021-ci il tarixli, №310 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Vahid aylıq müavinətlə bağlı Qaçqınların və X2 üzrə Dövlət Komitəsində fəaliyyət göstərən komissiya Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydası”nın 2.13-cü bəndinə əsasən İddiaçı yaş həddinə görə əmək pensiyasına çıxdığı əsas gətirilərək vahid aylıq müavinəti bərpa edilməmişdir. İnzibati işin apellyasiya məhkəməsindəki icraatı zamanı Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə müvafiq sorğu verilmiş və həmin sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, “Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən İddiaçı adı 2020-ci il üçün illik ümumi adlı siyahıya müvafiq qaydaya əsasən daxil edilməmişdir. Lakin həmin Qaydanın 3.5-ci bəndinə əsasən rayon icra hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci ilin sentyabr ayı üzrə hesabatına daxil edilmişdir. Təqdim olunan aylıq hesabat, icra hakimiyyəti ilə birlikdə dürüstləşdirilərkən, Qaydadının 2.13-cü bəndinə əsasən, İddiaçı dövlət qulluğunun xüsusi növündə qulluq keçməsi və həmin qulluqdan pensiyaya çıxması müəyyən olunduğundan, ona müavinətin verilməsi üçün Qaydanın tələblərinə uyğun olaraq müvafiq sifariş verilməmişdir.” İşğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını hazırlayır. İddiaçının adının 1 yanvar, 2020-ci il tarixinə hazırlanmış siyahıda olmaması həmin vaxt onun daxili orqanlarında xidmət etməsi ilə əlaqədardır. İddiaçı xx.xx.2020-ci il tarixdə öz arzusu ilə daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Bu səbəbdən də Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə məhz 2020-ci ilin sentyabr ayı üzrə hesabatına daxil edilmişdir. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, müvafiq “Qayda”nın 3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Müvafiq “Qayda”ya görə Komitə tərəfində dürüstləşmə icra hakimiyyətləri tərəfindən təqdim olunan məhz aylıq hesabatlar üzərində aparılır. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçı M.Sərkərlinin adı 2020-ci ilin sentyabr ayı üzrə hesabata daxil edilərək Qaçqınların və X2 üzrə Komitəsinə təqdim edilsə də, sonuncu dürüstləşdirmə zamanı iddiaçı ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və prosesiştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndinə əsasən, aylıq müavinət məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericilik orqanlarının aparatlarında, icra hakimiyyəti orqanlarının aparatlarında, həmin orqanların tabeliyində və ya yanında olan icra hakimiyyəti orqanlarının aparatlarında və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında inzibati vəzifə tutan dövlət qulluqçuları, habelə Azərbaycan Respublikasının Prezidenti və onun müəyyən etdiyi orqanlar tərəfindən yaradılmış publik hüquqi şəxslərin və dövlətə məxsus digər hüquqi şəxslərin rəhbərləri tərəfindən məsul vəzifəyə təyin olunanlara, Azərbaycan Respublikasının Milli Məclisinə seçilən deputatlara, Azərbaycan Respublikasının məhkəmə orqanlarına təyin edilən hakimlərə bu sahələr üzrə yaş həddinə görə əmək pensiyasına çıxanlara (yardımçı vəzifə tutan şəxslər istisna olmaqla) və sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından daxil olmuş 24 may 2023-cü il tarixli, 3-17-1/2-115439/2023 nömrəli məktuba əsasən, İddiaçı xx.xx.2020-ci il tarixindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Məhkəmə tərəfindən müəyyənləşdirilmişdir ki, İddiaçı işdən azad edildikdən sonra, xx.xx.2020-ci il tarixdən isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinə əsasən 784,95 manat məbləğində güzəştli şərtlərlə hərbi qulluqçu kimi ona yaş həddinə görə deyil, yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlərinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.13-cü bəndində qeyd edilmiş qaydalar İddiaçı üçün tətbiq edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin müddəalarının tələbinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). Beləliklə, məhkəmə hesab edir ki, Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək İddiaçı adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia ərizəsi təmin edilsin. Cəbrayıl Rayon İcra Hakimiyyəti tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə 2020-ci il sentyabr ayı üzrə hesabat Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi tərəfindən dürüstləşdirilərək İddiaçı adının müvafiq hesabata daxil edilib Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər.
Hakim: Amilya Hüseynova