Məhkəmə qərarları › İş №2-1(120)-1167/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1167/2024

06.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1167/2024 06.08.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “qərarın təqdim edilməsi və s” barədə iddia tələbinə dair işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “qərarın təqdim edilməsi və s” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsinin müstəntiqinin ciddi və əhəmiyyətli qanun pozuntuları ilə imzalayaraq ona göndərdiyi 19 dekabr 2022-ci il tarixli qanunsuz cavab məktubu sifarişli mahiyyət kəsb edib, rəhbəri olduğu İddiaçı MMC-də səlahiyyətli nümayəndəsi olaraq hüquqları tərəfindən müdafiə edilən X1 üzərinə qaldırmış olduğu 21 noyabr 2022-ci il tarixli “Qondarma cinayət işinin “möhkəmləndirilməsi” məqsədinə xidmət edilməklə, X1 şahid qismində dindirildiyi məqam səlahiyyətli nümayəndəsi kimi prosessual tanınmağını təmin etmədən bununla bağlı prosessual qərarın təmin edilməsini də məqsədli və maraqlı qəbul etməyib.Müdafiə Hüququnun sifarişli və təşkili pozulması tələbkarlığınının ciddi qanun pozuntuları ilə prosessual gündəmə gətrilməsi,prosessual qanunvericiliyin tələblərinə qarşı qanuna zidd hərəkətlər olub, “X2 və X3 Öhdəliyinin” icra edilməməsi üzərində köklənilməklə, planlı və məqsədli yoğrulan ədalətsizliklərin müdafiəsi məqsədinə yönəldilib, tələb olunan Qondarma cinayət işindən “Məhkəmə nəzarəti” qaydasında prosessual şikayətin səlahiyyətli nümayəndəsi olaraq edilməsinə imkan vermədiyindən,sifarişli və təşkili yoğrularaq, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə qanunsuz ittiham etmək məqsədinə olunan xidməti prosessual açıqladığından insan və vətəndaş hüquq və azadlıqlarının növbəti pozulması məqsədinə yönələn sifarişli bir xidmətin mahiyyəti və hüquqi əsaslarını istintaqçı sərbəstliyi yox edilmiş müstəntiqin maraqları əhatəsində göstərdiyindən,prosessual ədalətsizliklərin və haqsızlıqların əsassız müdafiəsinə yönələn Məmur Özbaşınalıqlarında açıq-aşkar görünən çoxsaylı vəzifədən sui-istifadələr və hakimiyyət həddi aşılınalar tələbkarlığmda çoxsaylı qanun pozuntularını prosessual bəlli etdiyindən,sifarişli məqsədlərə xidmət edib, müdafiənin müdafiə maraqlarını məqsədli yox edən 19 dekabr 2022-ci il tarixli qanunsuz və əsassız cavab məktubunun etibarsız hesab edilməklə, onun hüquqi qüvvədən salınmasını təmin edəcək müvafiq məhkəmə qərarını konstitusion məhkəmə müdafiə hüququ tələbkarlığında qəbul edilməsini, bu gün hüquqları rəhbəri olduğu “Qanun və Xidmət" MMC-də səlahiyyətli nümayəndəsi olaraq tərəfindən müdafiə edilən Cavid Bədirov barədə qeyri-obyektiv istintaq hərəkətləri sifarişli məqsədlərə yönəldilib, obyektiv, hərtərəfli və ədalətli istintaq hərəkətlərini açıqlamayan istintaqçı maraqlarını əks etdirməklə, istintaq üzərində qanuni əsaslarla görünməyən nəzarəti bəlli etdiyindən,ibtidai araşdırmaya görünməyən prokuror nəzarətinin və İstintaq İdarəsi rəhbərliyinin görünməyən nəzarətinin prosessual yoxluğunu rəsmi məlum edib, sifarişli yoğrulan prosessual tələbkarlıqlarda insan və vətəndaş hüquq və azadlıqlarının çoxsaylı pozulması faktına yönələn xidməti bəlli etməklə, vəzifədən çoxsaylı sui-istifadələrin mahiyyəti tələbkarlığında ədalətsizliklərin sifarişli bir müdafiəsi prosessual açıqlanıb, müstəntiqin hakimyyət həddini aşması tələbkarlığında, prosessual qanun pozuntularına yol verilməsi rəsmi sənədlərlə prosessual çoxsaylı bəyan edildiyindən,çoxsaylı bu qanun pozuntularının aradan qaldırılıb, “Məhkəmə nəzarətinin tələblərinə ciddi əməl edilməsi məqsədilə səlahiyyətli nümayəndə qismində işə buraxılmağını təmin edəcək qərarın qəbul edilməsini və çoxsaylı şikayətlər üzrə tələb etdikləri 21 noyabr 2022-ci il tarixli cinayət işi qaldırılması qərarının surətinin ona göndərilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İstintaq İdarəsi rəhbərliyi üzərinə müvafiq məcburedici bir vəzifənin öhdəliyinin qoyulmasını təmin edəcək əsaslı məhkəmə qərarının konstitusion məhkəmə müdafiə hüququ üzərində qəbul edilməsinə önəm verilməsini və s. tələblərinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-49-cu maddələrinin tələblərinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı və Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə İddiaçı və Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir.Yəni iddiaçının belə bir iddia qaldırması üçün qanunla qorunan marağı birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmənin qənaətinə görə, iddiaçı cavabdeh inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. Başqa sözlə, məhkəmə inzibati işi araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hər hansı bir hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı Qanun və Xidmət MMC-nin hansı subyektiv hüququnun pozulduğu iş materiallarından müəyyən olunmur.İddia ərizəsinin məzmunundan müəyyən olunur iddiaçının tələbi təqsirləndirilən şəxs Cavid Bədirovla bağlıdır. Başqa sözlə, hal-hazırda iddiaçı Cavid Bədirovun nümayəndəsi deyildir və iddia tələbi ilə bağlı subyektiv hüquqlar da Cavid Bədirova aiddir.Həmçinin iddiaçının iddia tələbi də qeyri-müəyyəndir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən iddiaçıya 07 avqust 2023-cü il tarixli, 2-1(120)-3807/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli, 2-1(120)-3807/2023 nömrəli və 05 mart 2024-cü il tarixli, 2-1(120)-1167/2024 nömrəli və 07 may 2024-cü il tarixli 2-1(120)-1167/2024 nömrəli hüquqi yardım məktubları ünvanlanaraq iddia tələbinin qeyri-dəqiq olması və cavabdeh inzibati orqanın iddiaçının qaldırılan iddia tələbi ilə bağlı hansı subyektiv hüquqlarını pozduğunu təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş, lakin iddiaçı subyektiv hüquqlarının pozulduğunu təsdiq edən sübutları təqdim etməmiş və hüquqi yardıma heç bir münasibət bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “qərarın təqdim edilməsi və s” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Pərvanə Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar