Məhkəmə qərarları › İş №2-1(120)-1167/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1167/2025

17.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1167/2025 17.01.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 17 yanvar 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 01 yanvar 2006cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, 57 yaşdan, 12 sentyabr 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 12 sentyabr 2023-cü il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və hazırki müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona hüququnun yarandığı 57 yaşdan, yəni 12 sentyabr 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövlət Sosial Müdafıə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı arasında 57 yaşdan, 12 sentyabr 2017-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi, 12 sentyabr 2023-cü il tarixdən həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və hazırki müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi məsələsində mübahisə yaranmışdır. 01 yanvar 2006-cı il tarixinə kimi 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında və həmin tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, 12 sentyabr 2017-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, 12 sentyabr 2023-cü il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya məbləğinə əlavənin hesablanması və həmin müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh özünün 23 aprel 2024-cü il tarixli, 3-17-1/2- D-93262/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmaq istəmişdir ki, “refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi..., güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil. Xahişi cavabdeh tərəfındən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin imtina məktubunu 30 aprel 2024cü il tarixində poçtamt vasitəsilə almış və bu Azərpoçtun rəsmi saytında çatdırılma barədə yerləşdirilmiş raportla təsdiq edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin 31.1-ci bəndinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. O, xx xxxxxxxx 1960-cı ildə ünvan 2 ünvanında yaşayır. Natamam orta təhsilini başa vurduqdan sonra 01 sentyabr 1975-01 avqust 1978-ci ildə Salyan 76 saylı X10 Məktəbində əyani peşə təhsili almışdır. 17 avqust 1978-ci ildə X8 Emalı Zavodunda operator vəzifəsinə işə qəbul edilmişdir. 10 oktyabr 1978-ci ildə hərbi xidmətə getməyilə əlaqədar işdən çıxmışdır. 12 noyabr 1978 - 01 dekabr 1980-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 05 mart 1981ci ildə Azərbaycan Dəmir Yollarının Ələt-Liman stansiyasının X3 çilingər peşəsinə işə qəbul edilmişdir. 18 avqust 1981-ci ildə refrijerator qatar mexaniki vəzifəsinə keçirilmişdir. 27 iyul 1982-ci ildə refrijerator qatar rəisi keçirilmiş. 01 yanvar 1991-ci il tarixindən refrijerator qatar rəisi vəzifəsi refrijerator seksiyasınm mexaniki (üzərinə briqadaya rəhbərlik etmək öhdəliyi qoyulmuş) vəzifəsi adlandırılmışdır. 20 fevral 2018-ci ildə işdən çıxmışdır. 20 fevral 2018-ci ildə X9 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 28 iyun 2018-ci ildə işdən çıxmışdır. 12 oktyabr 2018-ci ildə "xxxx" MMCdə refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 25 sentyabr 2019-cu il tarixində həmin müəssisədə təmir sexində böyük mexanik keçirilmiş və hazırda da həmin vəzifədə çalışır. O, iddia ərizəsinin əsasında əmək fəaliyyəti dövrünün 01 yanvar 2006-cı ilə qədər olan hissəsində 25 ildən çox ümumi və həmin stajın 12 il 6 aydan çox güzəştli iş stajının olması dayanır. Hazırda qüvvədə olan və Azərbaycan Respublikasında pensiya hüququnu tənzimləyən əsas qanun olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsi bu qanunun qüvvəyə mindiyi tarixədək-01 yanvar 2006-cı ilə qədər- ən azı 25 il ümumi, bu stajın ən azı 12 il 6 aylıq hissəsini ağır və ya zərərli işlərdə çalışmış ölkə vətəndaşlarınm pensiya hüququnu təmin etmək üçün əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tətbiq edilməsini nəzərdə tutur. Bu sosial ədalət prinsiplərinə uyğundur və qanunvericilik aktlarında dəyişiklik edilməsi, bu dəyişikliklərin qüvvəyə mindiyi tarixə qədər vətəndaşların hüququnun yarandığı, lakin istənilən səbəbdən bu hüquqlarından istifadə etmədikləri halda qazandıqları hüquqlara mütənasib olan sosial təminat səviyyəsini əldə etməyi nəzərdə tutur. 01 yanvar 2006-cı ilə qədər o, ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən nəzərdə tutulan yaş və staj tələbləri əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» əsasında pensiya təyin edilməsi üçün tələb olunan 57 yaş, 25 illik ümumi iş stajı və həmin stajın azı 12 il 6 aylıq hissəsi güzəştli iş stajı olduqda, güzəştli şərtlərlə pensiya almaq hüququ verir. Topladığı güzəştli iş stajı, qeyd edilən 2 Saylı Siyahıda XXVİİİ. Nəqliyyat bölməsində 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarmın fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yarımbölməsində 23001000-23598 refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsi ilə eynilik təşkil edir. Cavabdehin qəbul etdiyi inzibati aktdan görünür ki, cavabdeh guya onun refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verməməsini əsas tutaraq, pensiya təyin edilməsi xahişini rədd etmişdir. Cavabdehin həmin inzibati qərarı aşağıdakılara görə qanunsuzdur; 1) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi Kollegiyası 33-19 nömrəli 22 oktyabr 1997-ci tarixli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyndə 20 noyabr 1997-ci il tarixində qeydiyyata alınmış və qeydiyyat nömrəsi 70 olan Dəmir Yolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin və işlərin Vahid Tarif- İxtisas Sorğu kitabçasında (hissə 56-1) (sonradan-Kitabça) giriş hissədə deyilir. Vahid Tarifixtisas Sorğu kitabçasının bu bölməsi özündə ancaq dəmiryolu nəqliyyatı sahəsinə aid olan fəhlə peşələrinin tarif-ixtisas xüsusiyyətlərini əks etdirən vahid normativ sənəddir və onun tətbiqi mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə və təşkilatlarda məcburi xarakter daşıyır. Hər hansı bir sahə uçun spesifik xarakter daşımayan digər fəhlə peşələri və işləri üzrə tarif-ixtisas xüsusiyyətləri VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri hissəsinə (VTİSK-1) daxil edilmişdir. VTİSK-nın “Bütün sahələr uçun ümumi olan fəhlə peşələri və işləri” bölməsinin “Ümumi müddəaları”nda qeyd edilir ki, Kitabçada verilən tarif ixtisas xüsusiyyətləri özündə fəhlə peşələri üzrə tez-tez rastlaşan əsas işlərin məzmununu əks etdirir. İşlərin konkret məzmunu, həcmi və yerinə yetirilmə qaydası hər bir müəssisə, idarə və təskilatda texnoloji xəritələr, işçi təlimatlar və digər sənədlərə uygun olaraq müəyyənləsdirilir. Bu mənada, X4 X1 Yolu Nəqliyyat üzrə Şurasının 1998-ci ildə təsdiq olunmuş “X2, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası arasında refrijerator hərəkət tərkiblərinin beynəlxalq daşımalarda istismar Təlimatı”nın (sonradan-Təlimat) 3.1-ci maddəsində deyilir: Seksiyalara.... bir qayda olaraq 2(iki) mexanikdən ibarət olan briqada tərəfindən xidmət edilir, hansı ki, depo onlardan birinin üzərinə (sonradan mətndə - seksiyanın işinə məsul olan mexanik adlanacaq) seksiyanın işinə və texnoloji və istehsalat intizamının təmin edilməsinə rəhbərlik etmək öhdəliyini qoyur. Yenə də Təlimatda; 3.2.3 Seksiyanın işinə məsul olan mexanik, seksiyanın istismarı, həmçinin tez xarab olan yüklərin keyfıyyətsiz daşınması hallarında ortaya çıxan məsələlərin həllində təhkim olunduğu deponun nümayəndəsidir. 3.2.4. Seksiyanın işinə məsul olan mexanik borcludur; 1) seksiyanın xidmət edilməsi işlərinə rəhbərliyi həyata keçirməyə; 2) depo tərəfındən verilmiş növbətçilik qrafikinin yerinə yetirilməsinin təmin edilməsinə; 3) texniki sənədləşmənin dəqiq aparılmasını təmin etmək və nəzarət etməyə; 4) ehtiyat hissələrin, materialların, yanacağın, sürtgülərin və xladonun sərfiyyat uçotunu aparmağa; 5) seksiyanın avadanlığının təmirinin və texniki xidmətinin vaxtlı-vaxtında keçirilməsinə; 6) seksiyanın təchizatı üçün tədbirlər görməyə; 7) stansiya növbətçisini (manevr dispetçerini) seksiyanın təchizat və təmirdən sonra göndərilməyə hazır olması barədə vaxtında informasiya verməyə; 8) stansiya işçilərindən vaqonların boşaldıqdan sonra yük blmələrinin təmizlənməsini tələb etməyə, keyfıyyətsiz təmizlənmə zamanı stansiya rəisinə tədbirlər görməsi üçün yazılı məruzə etməyə, 432-5 nömrəli “Baytar- Sanitar işlənməsi Təlimatı”na uyğun yuyulmasını tələb etməyə (briqada bu zaman yuyulmaya görə məsuliyyət daşımır. 9)....; 10 Seksiyanın işi barədə telefon və teleqrafla yolların müvafıq şöbələrini və idarələrini, eləcə də, yolların xətti müəssisələrini və təhkim olduğu deponu məlumatlandırmağa; 11) seksiyanın planı təmir növlərinə vaxtında göndərilməsin tədbirlər görmək; 12) Vaqonlann və onların avadanlıqlannın təmirdən təhvil alınmasında iştirak etməyə və təmir işlərinin keyfıyyətli həyata keçirilməsini tələb etməyə; 13) təhkim olduğu deponun rəhbərliyini briqadanın dəyişdirilməsi barədə seksiyanın yerləşdiyi konkret məntəqəni və tarixi göstərməklə məlumatlandırmağa. Həmin Təlimatın 3.2.5 və 3.2.6-cı bəndlərində növbətci mexanikin vəzifələri sadalanır. Yuxarıda 3.1.1-ci bənddə qeyd edildiyi kimi, seksiyada iki mexanik olur. Bu onu təsdiq edir ki, mexaniklər eyni işi yerinə yetirirlər və onların hər biri - istər sadəcə mexanik, istərsə də üzərinə briqadaya rəhbərlik funksiyaları qoyulmuş digər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını yerinə yetirirlər. Hər iki mexanik qrafık əsasında (sutkanın saat bölsüsünə əsasən) növbətci mexanik olur. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fıziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunmur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axınncı iş yerindən asılı olmayaraq, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin siyahı təsdiq olunana qədər isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatlarm, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qəran ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, hesab edir ki, hazırki 01 yanvar 2006cı ilə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair olaraq qüvvədə olmuş qanunvericilik normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası Konstilusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə görə, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 212.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvann 1-dək SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan özünümüdafıə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azəıbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uygun çıxarılmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 32.1-ci bəndinə müvafıq olaraq yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Yenə həmin Qanunun 37-ci maddəsinin 37.7-ci bəndinə əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondunun 17 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajınm müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarın 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci ilədək qüvvədə olmuş 13-cü maddəsinin “b” bəndinə əsasən, axırmcı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: ...b) əmək şəraiti ağır və zərərli olan digər işlərdə çalışan işçilər-istehsalatlann, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 2 saylı siyahısına üzrə: kişilər 55 yaşına çatdıqda və azı 25 il stajı olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarlarsa.. “Vətəndaşlarm pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli, 321-İQD nömrəli Qanunun 1-ci maddəsinə əsasən, həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci ildən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. 01 yanvar 2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşlarm pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarmda, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğun olaraq normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, qanunlar Konstitusiyaya zidd olmamalıdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində hüquqi yarandığı tarixdən, yəni 03 sentyabr 2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Bildiririk ki, İddiaçı daha əvvəl ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə cavabdehə müraciət etmiş, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı işlədiyi pardaqlayıcı vəzifəsi yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan metal məlumatların pardaqlanması sahəsinə aid edilmədiyindən güzəştli iş stajı mövcud deyildir. Qeyd olunan səbəblərdən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Hesab edirlər ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İş üzrə icraat materiallarına əlavə edlmiş İddiaçı məxsus şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 19 dekabr 2023-cü il tarixli, 100/02/-798 nömrəli arayışında xx.xx.2007-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin mexaniki emal və alət sexində pardaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda pardaqçı vəzifəsində işlədiyi müddətdə tətbiq etdiyi maddələr, onların təhlükəsizlik sinifi, həmin sinfin hansı sənədlər əsasında müəyyən edilməsi barəsində hər hansı məlumat göstərilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metal emalı bölməsinin (11) metal emalının digər peşələri bəndinin (11.14) fəhlələr yarımbəndində (a) 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlardan pardaqlayıcılar vəzifələri nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi sahə sözügedən arayışda istinad olunan vəzifə, yuxarıda qeyd olunan Qərarla təsdiq olunmuş Siyahıda nəzərdə tutulan 3-cü sinif təhlükədən aşağı olmayan zərərli maddələri tətbiq etməklə, metal məmulatların pardaqlanması ilə məşğul olan bütün adlarda pardaqlayıcılar sahəsinə aid deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı mövcud deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 482/2024 nömrəli qərarında oxşar olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Eyni ilə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi Siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə kollegiyası, həmçinin oxşar mübahisələrlə bağlı Ali Məhkəmənin formalaşmış hüquqi mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır (2-1(102)-1410/2021, 2-1(102)-131/2022, 2-1(102)-1399/2023 №-li işlər üzrə qərarlar). Yuxarıda istinad olunmuş qanunvericilik aktlarının qarşılıqlı təhlilindən və iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən məlum olduğu kimi iddiaçı əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışdığını, bu səbəbdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməli olduğunu iddia etsə də işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçının güzəştli iş stajı olmadığı üçün ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir və cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan 01 avqust 1976-cı il tarixli, A 790268 nömrəli diplomun və 12 noyabr 1978-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin surətlərindən, habelə X6 xx.xx.2024-cü il tarixli, 34 saylı arayışından müəyyən olunur ki, İddiaçı təhsil və hərbi xidmət dövrlərinin müddəti müvafiq olaraq 1 il 11 ay və 2 il 14 gün olmaqla, cəmi 3 il 11 ay 14 gün təşkil edir. İş materiallarında olan 10 fevral 1981-ci il tarixdə İddiaçı adına tərtib olunmuş ИТ–İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən və "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-D-824/1-42/2024 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1978-сi il tarixli, 153-k nömrəli əmrə əsasən xx.xx.1978-ci il tarixdən X7 zavodunun tökmə sexində 2-ci dərəcəli operator vəzifəsinə təyin edilmiş, xx.xx.1978-ci il tarixli, 187-k nömrəli əmrə əsasən xx.xx.1978-ci il tarixdən hərbi xidmətə çağırışla əlaqədar işdən azad edilmiş və həmin müəssisədə 1 ay 23 gün iş stajı toplamış, xx.xx.1981-ci il tarixli, 158 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən soyuducu (refrijerator) vaqon deposunda 1-ci dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş (5 ay 13 gün), xx.xx.1981-ci il tarixli, 845 nömrəli əmrlə xx.xx.1981-ci il tarixdən Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki vəzifəsinə təyin edilmiş (11 ay 9 gün), xx.xx.1982-ci il tarixli, 623 nömrəli əmrə əsasən xx.xx.1982-ci il tarixdə mexanik vəzifəsindən azad edilərək, həmin müəssisədə soyuducu (refrijerator) qatarının rəisi vəzifəsinə keçirilmiş (8 il 7 ay 15 gün), xx.xx.1991-ci il tarixdən soyuducu (refrijerator) seksiyaların rəisi vəzifəsi soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) adlandırılmış, bu barədə xx.xx.1991-ci il tarixli, 64 nömrəli əmr verilmiş, xx.xx.2018-ci il tarixli, 306 nömrəli əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və 27 il 1 ay 20 gün iş stajı toplamış, xx.xx.2018-ci il tarixli, 273 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən X9 soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 798 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən işdən azad edilmiş və bu müəssisədə 4 ay 8 gün iş stajı toplamış, xx.xx.2018-ci il tarixli, 18-AEXP-500 nömrəli əmrə əsasən xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-nin X9 soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) və böyük mexaniki vəzifələrinə təyin edilmiş, xx.xx.2023-cü il tarixli, 23-AEXP-754 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdən işdən azad edilmiş və bu müəssisədə 4 il 11 ay 28 gün iş stajı toplamış, xx.xx.2023-cü il tarixli, 13-1/3-8- 28078/2023 nömrəli əmrə əsasən xx.xx.2023-cü il tarixdən Hərəkət vasitələrinin təmiri departamentinin, Yük vaqonlarının təmiri xidmətinin X9 soyuducu (refrijerator) seksiyaların daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki vəzifəsinə təyin edilmiş və hal-hazırda işləyir. Beləliklə, iş materiallarına əsasən iddiaçının xx.xx.2023-cü il tarixə təhsil və hərbi xidmət illəri də nəzərə alınmaqla ümumilikdə 46 il 8 ay 10 gün iş stajı toplanmış və bu müddətin 29 il 1 ay 14 günü xx.xx.2006-cı il tarixə yaranmış iş stajıdır. Həmçinin, İddiaçı adına tərtib olunmuş ИТ–İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixə kimi Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda soyuducu (refrijerator) seksiyaların mexaniki (11 ay 9 gün), soyuducu (refrijerator) qatarının rəisi (8 il 7 ay 15 gün), soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) (15 il) vəzifələrində işlədiyi dövrdə onun iş stajı 24 il 6 ay 24 gün təşkil etmişdir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-D-824/1-42/2024 nömrəli arayışına əsasən İddiaçı həmin müəssisədə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 33 il 10 ay 6 gün təşkil edir. İşlədiyi soyuducu (refrijerator) seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri soyuducu (refrijerator) hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D-93262/2024 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bunaan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərancamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrvə sərəncamlarını, X5 qərarlarını, X5 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci madddəsino görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarınm (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin sizə dair xx.xx.2024-cü il tarixli, 13-1/2-D-824/1-42/2024 nömrəli arayışında xx.xx.1981-xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində və xx.xx.2018-cu il tarixindən bugünədək Yeni-Ələt X3, X9, ADY Ekspress” MMC-nin X9 refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsinə uyğun deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 2 ay 15 gün (xx.xx.1981-xx.xx.1982-ci il və xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göründüyü kimi, iş materiallarında olan cavabdeh təşkilatın “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-1/2-D-93262/2024 nömrəli məktubuna və iddiaya qarşı etirazına əsasən İddiaçı xx.xx.2006-cı il tarixə olan ümumi iş stajı mübahisələndirilməmiş, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsinin yeganə səbəbi kimi güzəştli iş stajının 12 il 6 aydan az olması, yəni Azərbaycan Dəmir Yollarının Yeni Ələt soyuducu (refrijerator) vaqon deposunda işlədiyi soyuducu (refrijerator) qatarının rəisi-bu vəzifə 1991-ci ildən soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) adlandırılmışdır (8 il 7 ay 15 gün) və soyuducu (refrijerator) seksiyaların mexaniki (rəhbər) (15 il) vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndinə uyğun olmadığı göstərilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilməsi üçün cavabdehin qeyd etdiyi dəlil əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində Yeni-Ələt X3 tutduğu refrijerator seksiyaların mexaniki (rəhbər) vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qəran ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çahşanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın XXVİİİ-Nəqliyyat bölməsinin 23001000-23598 kodlaşdırılmış bəndində (“refrijerator qatarlarının (seksiyaların) mexanikləri”) güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Həmçinin, qeyd olunduğu kimi, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-D-824/1-42/2024 nömrəli arayışında da İddiaçı həmin müəssisədə işlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 33 il 10 ay 6 gün təşkil etdiyi, işlədiyi soyuducu (refrijerator) seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətlərinin soyuducu (refrijerator) hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il, 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğun olduğu bildirilmişdir. İş materiallarına əlvə edilmiş X4 X1 Yolu Nəqliyyat üzrə Şurasının 1998-ci ildə təsdiq olunmuş “X2, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası arasında refrijerator hərəkət tərkiblərinin beynəlxalq daşımalarda istismar Təlimatı”nın 3.1.1-ci bəndində deyilir: Seksiyalara.... bir qayda olaraq, 2(iki) mexanikdən ibarət olan briqada tərəfindən xidmət edilir, hansı ki, depo onlardan birinin üzərinə seksiyanın işinə və texnoloji və istehsalat intizamının təmin edilməsinə rəhbərlik etmək vəzifəsi qoyur. Həmin Təlimatın 3.2.1-ci bəndinin 5-ci və 6-cı yarımbəndlərində növbətci mexanikin vəzifələri sadalanır. Həmin mexaniklər eyni işi yerinə yetirirlər və onların hər biri - istər mexanik, istərsə də üzərinə rəhbərlik funksiyaları qoyulmuş digər mexanik növbətçilik əsasında seksiyanın xidməti (istismarı) ilə bağlı eyni vəzifə funksiyalarını yerinə yetirirlər. Hər iki mexanik qrafık əsasında (sutkanın saat bölsüsünə əsasən) növbətci mexanik olur. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Cavabdeh təşkilatın həm imtina məktubundan, həm də iddiaya etirazlarından görünür ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatından imtina edilməsinin hüquqi əsası kimi, “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci ildə edilmiş dəyişikliklərdən sonrakı redaksiyada verilmiş 9.1-ci maddəsinə istinad edilmişdir. Lakin iş materiallarına əsasən xx xxxxxxxx 1960-cı il təvəllüdlü İddiaçı təhsil və hərbi xidmət dövrü nəzərə alınmaqla 29 il 1 ay 14 gün ümumi və 24 il 6 ay 24 gün güzəştli iş stajı xx.xx.2006-cı il tarixə kimi toplanmış və 57 yaşı xx.xx.2017-ci il tarixdə tamam olmuşdur. Qanunvericiliyin tələbinə əsasən hazırkı mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçının hüquqi marağı hüququnun yarandığı tarixdən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsinə nail olmaqdan ibarətdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) əsasən onun 57 yaşı tamam olmalı və xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən o, xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajına malik olmalı və bunun azı 12 il 6 ayı güzəştli iş stajı olmalıdır. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bununla bağlı Ali Məhkəmənin qərarlarında formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sənədlərinin arxivdə olmadığına görə əldə edilməməsi və ya qarşılıqlı yoxlamanın hər hansı səbəbdən baş tutmaması iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Məhkəmə tərkibi həmçinin qeyd etmişdir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə yerləşmiş məhkəmə təcrübəsi həm də ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Digər tərəfdən isə məhkəmə tərkibi qeyd edir ki, cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı və ya müəssisə tərəfindən verilmiş əmək fəaliyyətini təsdiq edən digər sənəddəki qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında və ya digər sənəddə göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında ya digər sənəddə göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də onun üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli Fərmanının 2.2-ci bəndinə əsasən, həmin Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına (Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair) əsasən müəyyən edilir. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli, 13-1/2-D-824/1-42/2024 nömrəli arayışına əsasən İddiaçı işlədiyi rəhbər mexanik, böyük mexanik və mexanik vəzifələri ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №-li Qərarına əsasən güzəştli şərtlərlə əmək pensiyası hüququ verir. Göründüyü kimi, xx.xx.2006-cı il tarixə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən 24 il 6 ay 24 gün iş stajına malik olması iş üzrə təqdim olunmuş sənədlərlə tam təsdiq olunur və cavabdeh təşkilatın xx.xx.2006-cı il tarixə iddiaçının güzəştli iş stajı ilə bağlı dəlili də əsassızdır. Beləliklə, iş materiallarına əsasən İddiaçı təhsil və hərbi xidmət dövrləri nəzərə alınmaqla xx.xx.2023-cü il tarixə ümumilikdə 46 il 8 ay 10 gün, o cümlədən xx.xx.2006-cı il tarixə 29 il 1 ay 14 gün iş stajı toplanmış və bu müddətin 24 il 6 ay 24 günü güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatı hüququnu verən iş stajıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün yuxarıda istinad olunan normalarla tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının 01 yanvar 2006cı il tarixə 25 ildən az olmayan ümumi və azı 12 il 6 ay güzəştli iş stajı mövcud olmuşdur. Ona pensiyanın təyin olunması üçün müraciət etdiyi tarixə iddiaçı tələb olunan yaş həddinə çatmışdır. Bu baxımdan, iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Cavabdehin mübahisələndirdiyi digər məsələ iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlıdır. Cavabdehin bu dəlili ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən xx.xx.2006-cı il tarixədək 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğu halda, iddiaçının güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb oluna bilməz. Çünki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün belə şərt nəzərdə tutmurdu. Odur ki, iddiaçının zəruri pensiya kapitalına malik olmadığına görə güzəştli şərtlərlə pensiya hüququnun yaranmadığı barədə cavabdehin imtinası əsaslı sayıla bilməz. Beləliklə, məhkəmə tərəfindən aparılmış araşdırmalar nəticəsində və iş materiallarından olan mötəbərliyi mübahisələndirilməyən sübutlarla müəyyən edilmişdir ki, iddiaçının iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı vardır və bu cavabdeh təşkilat qarşısında ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyini yaradır. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni, 12 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən əvvəlki illər üçün, yəni 01 aprel 2021-ci il tarixdən 01 aprel 2024-cü il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni, 12 sentyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsin və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən əvvəlki illər üçün, yəni 01 aprel 2021-ci il tarixdən 01 aprel 2024-cü il tarixədək hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar