Məhkəmə qərarları › İş №2-1(120)-117/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-117/2022

13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-117/2022 13.07.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi оğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X3 iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 03N9 nömrəli əmrinin ləğv edilməsi” barədə iddiasına dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 03N9 nömrəli əmrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2007-ci ildə Naxçıvan Muxtar Respublikasında yerləşən Naxçıvan Özəl Universitetinin pedeqoji fakültəsinə daxil olmuşdur və 20NN-ci ildə həmin fakültəni “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bitirmişdir. xx.xx.20NN-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətini N nömrəli hərbi hissədə əsgər kimi tuşlayıcı vəzifəsində başalayaraq 20NN-ci ilin noyabr ayında zabit olmaq məqsədi ilə N nömrəli hərbi hissənin komplektləşdirmə bölməsinə müraciət etmişdir. Ehtiyyat zabit hazılığı kursunu keçməsi üçün Təlim-Tədris Mərkəzinə göndərilmişdir. xx.xx.20N2-ci ildə “leytenant” hərbi rütbəsini alaraq kursu uğurla başa vurmuşdur. Kursu bitirdikdən sonra xx.xx.20N2-ci il tarixdən xx.xx.20N3-cü il tarixədək N nömrəli hərbi hissədə, xx.xx.20N3-cü ildən xx.xx.20N7-ci il tarixə qədər 2N7 nömrəli hərbi hissədə, xx.xx.20N7-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər N nömrəli hərbi hissədə və xx.xx.2020-ci il tarixdən xx.xx.202N-ci il tarixədək olan müddətdə N nömrəli hərbi hissələrdə tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. Sonuncu xidmət yeri N nömrəli hərbi hissədə 2-ci taborun komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. Tabor komandiri vəzifəsi vakant olduğu üçün 2020-ci ilin avqust-sentyabr ayları ərzində tabor komandirinin vəzifəsini müvəqqəti icra etmişdir. N5 avqust 2020-ci il tarixdə tabora məxsus hard diski hərbi hissənin məxfi hissənidən təlimata uyğun olaraq götürüb tabora aid sənədləri işləmək üçün tabora gətirmiş, lakin tabora təhkim edilmiş printerin rəngi qurtardığına görə həmin hard diski hərbi hissəyə bitişik olan, zabit və onların ailələri üçün nəzərdə tutulmuş şəhərcikdəki 48 nömrəli xidməti mənzilinə gətirmiş və evdə lazımi sənədləri çap etmiş, həmçinin gələcəkdə ona lazım olduğunu düşünərək hard diskdə tutduğu şəxsi heyətlə iş tabor komandirinin müavini vəzifəsinə aid bəzi sənədləri öz kompyuterinə köçürtmüşdür. Bundan sonra hard diski yenidən məxfi hissəyə təhvil vermişdir. xx.xx.202N-ci il tarixdə N nömrəli hərbi hissənin hərbi əks kəşfiyyat şöbəsinin əməkdaşı Quliyev Elgün ona telefonla zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Quliyev Elgün hərbi hissənin əks kəşfiyyat şöbəsinin rəisi Yusif adlı şəxslə onunla görüşmək istədiyini bildirdi və onunla hərbi hissənin yaxınlığında görüşmüşdür. Yusif adlı şəxs ona şəxsi komptuterindən istifadə zamanı məlumat sızması ehtimalının olduğunu demiş və kompyuterinə baxış keçirmək istədiyini bildirmişdir. Mənzilindən kompyuterini götürərək kompyuterinə baxış keçirilməsi üçün hərbi hissənin əks kəşfiyyat şöbəsinin əməkdaşı Quliyev Elgünlə birlikdə Naxçıvan şəhərində yerləşən “Toğrul” adlı kafeyə getmişdirlər. Orada kompyuterinə baxış keçirirlərkən bəzi xidməti sənədlərinin hard diskdən kompyuterinə köçürüldüyünü müəyyən etmiş, bunun səbəbini iş yerində həmin sənədlərlə işləmək üçün lazımi şərait (texniki avadanlıq) olmadığına və vaxt məhdudiyyəti olduğuna görə ev şəraitində qısa müddətdə işlərini görüb yekunlaşdırmaq olduğunu ona bildirmişdir. Kompyuterinə baxış keçirildikdən 3 gün sonra Quliyev Elgün ona telefonla zəng edərək heç bir məlumat sızmasının olmadığını bildirmişdir. Qüvvədə olan cinayət prosessual qanunvericiliyinin tələblərinə görə vətəndaşların sənədlərinə və əşyalarına baxış keçirilməsi istintaq hərəkəti olduğuna görə bunun üçün ciddi əsas olarsa yalnız qanunvericiliklə buna səlahiyyəti olan şəxslər tərəfindən aparıla bilər. Ona görə hərbi hissənin hərbi əks kəşfiyyat şöbəsinin əməkdaşları tərəfindən heç bir ciddi əsas olmadığına görə şəxsi əşyalarına qanunsuz baxış keçirməyə ixtiyarları yoxdur. Bu məsələ ilə bağlı xidmət etdiyi N nömrəli hərbi hissə komandiri 202N-ci ilin yekununa görə zabit və gizirlər üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatının N5 % dən onu məhrum etmişdir. Həmçinin bu məsələyə görə X7 Komandanı xx.xx.202N-ci ildə hərbi rütbəsini bir pillə aşağı baş leytenant rütbəsinə endirmişdir. Bundan sonra eyni bu məsələ ilə bağlı onu hərbi hissədə yaradılan kiçik zabitlərin şərəf məhkəməsinə çıxarmış və məhkəmə icalsında heç bir qanuni əsas olmadan onun xidmətə uyğunsuzluğa görə tərxis edilməsi barədə qərar qəbul edilmişdir. Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 039N nömrəli əmri ilə “Hərbi Xidmət keçmə haqqınfa Əsasnamənin” N56-cı maddəsinin “e” bəndi ilə xidmətə uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Yol verdiyi bir intizam pozuntusuna görə ona iki intizam cəzası (202N-ci ilin yekununa görə birdəfəlik pul mükafatından qismən (N5%) məhrumetmə və hərbi rütbəsinin bir pillə aşağı salınması) verilmişdir. Qeyd olunanlara əsasən iddia ərizəsinin təmin olunması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4 şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Təzəkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.202N-ci il tarixli, 297 nömrəli arayışından görünür ki, Nəsibov X5 rayonu Təzəkənd kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xİdmətinin Ağcabədi rayon şöbəsinin xx.xx.202N-ci il tarixli, 427 nömrəli arayışından görünür ki, N989-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.202N-ci il tarixdə SHXÇDXnin Ağcabədi rayon şöbəsində hərbi qeydiyyatdadır. Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 039N nömrəli əmrinə əsasən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 30 mart 202N-ci il tarixli, 039N nömrəli əmrindən çıxarışın surətindən görünür ki, N nömrəli hərbi hissənin 5002-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini, baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan xx.xx.202N-ci il tarixli təqdimatın surətindən görünür ki, N nömrəli hərbi hissənin 5002-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini olan, baş leytenant İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün həmin hərbi hissənin komandiri tərəfindən təqdimat verilmişdir. Həmin təqdimatın əsaslandırıcı hissəsində qeyd olunur ki: “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə müvafiq olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün təqdim olunur. Baş leytenant İddiaçı xidmət illəri az olduğu üçün xidmət müddəti hesablanmamışdır. Mənzillə təmin olunmamışdır. xx.xx.2020-ci il tarixdən hərbi hissədə xidmət edir. Xidmət etdiyi müddət ərzində tabeçiliyində olan şəxsi heyətə nəzarət etməyi bacarmayan, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olan və öz üzərində çalışmayan bir zabit kimi göstərmişdir. O, məxfiçilik rejimini kobud şəkildə pozaraq bölməyə məxsus olan məxfi “hard diski” evə aparəb şəxsi komputerinə məxfi məlumatları köçürdüyünə xx.xx.202N-ci il tarixdə hərbi rütbəsi aşağı salınıb. Baş leytenant Nəsibov tabeçiliyində olan şəxsi heyətə nəzarət etmədiynə və Müdafiə Nazirinin birinci müavi-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N9 nömrəli N6 fevral 20N4-cü il tarixli “Məlumatların sızmasının qarşısının alınması haqqında” əmrinin tələblərini kobud şəkildə pozduğuna görə onun məsələsinə kiçik zabitlərin şərəf məhkəməsində baxılmış və onun həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Yuxarıda göstərilənləri və kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətini nəzərə alaraq baş leytenant İddiaçı Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını məqsədəuyğun hesab edirəm. Sənədləri qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilməlidir. NƏTİCƏ: Kiçik zabitlərin şərəf məhkəməsinin vəsatətinə əsasən Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına vəsatət qaldırıram. İş materiallarında olan N nömrəli hərbi hissənin 2-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı söhbət vərəqəsində qeyd edilmişdir: “etdiyim əməldən peşmanam, rütbəmin aşağı salınmasında günahkar özümü görürəm. Bəli, deyilənlərlə razıyam. İntizam cəzası ilə cəzalandırılmışam. Söhbət aparılıb intizam cəzası qaydasında cəzalandırılmışam”. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 fevral 202Nci il tarixli, 58 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, hərbi hissənin 2-ci təlim tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini, kapitan İddiaçı “kapitan” hərbi rütbəsindən bir pillə aşağı “baş leytenant” hərbi rütbəsinə endirilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin 2-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı söhbət vərəqəsində qeyd edilmişdir: “etdiyim əməlin böyük bir səhv olduğunu anlayıram buna görə günahkaram. Lakin şərəf məhkəməsindən də belə bir sərt qərar gözləmirdim. Mən ehtiyatdan xidmətə gəldiyim üçün məxfi sənədlərlə işləmə anlayışım zəifdir. Etdiyim bu əməl mənə böyük dərs oldu. Komandanlıqdan xidmətimi davam etdirməyim üçün mənə şans verməsini xahiş edirəm. Bir daha bu cür səhvlərə yol verməyəcəyəm. Bəli bunlar mənim məxfi sənədlərlə işləmə anlayışıma kifayətdir. Mən şəxsi komputerimdə internetdən istifadə etdiyim vaxt məxfi sənədlərin mənim komputerimdə olmasını bilsəmdə internetə girdiyim vaxt bunların sızacağını düşünməmişəm. Məxfi sənədləri şəxsi komputerimdə daşıdığım üçün günahkaram, səhv etmişəm”. İş materialında olan 2-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı barəsində tərtib olunmuş Xidmət vərəqəsindən çıxarışda aşağıdakılar öz əksini tapmışdır: 202N-ci il üçün həvəsləndirilməyib. Tabeçiliyində olan şəxsi heyətə zəif nəzarət etdiyinə görə xx.xx.202N-ci il tarixdə töhmət verilmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin 0N mart 202N-ci il tarixli, N nömrəli protokolundan çıxarışdan görünür ki, həmin məhkəmədə 2-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyinə, vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğuna, xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N9 nömrəli N6 fevral 20N4-cü il tarixli “Məlumatların sızmasının qarşısının alınması” haqqında əmrinin tələblərini kobud şəkildə pozaraq bölməyə məxsus olan məxfi “hard diski” evə aparıb şəxsi komputerinə məxfi məlumatları köçürdüyünə və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığına görə hərbi hissə komandiri tərəfindən qəbul edilmiş qərara əsasən şəxsi işinə baxılmış və baş leytenant İddiaçı məhkəmədə ona qarşı deyilən iradlarla razı olduğunu bildirmiş, öz səhvini boynuna alaraq məhkəmənin qərarı ilə razı olduğunu bildirmişdir. İş materiallarında olan N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin 0N mart 202N-ci il tarixli qərarından çıxarışdan görünür ki, 2-ci təlim taboru komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı xidmətində ciddi nöqsanlara yol verdiyini, vəzifə borclarının öhdəsindən gələ bilmədiyini, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğunu, xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin 0N9 nömrəli N6 fevral 20N4-cü il tarixli “Məlumatların sızmasının qarşısının alınması haqqında” əmrinin tələblərini kobud şəkildə pozaraq bölməyə məxsus olan məxfi ”hard diski” evə aparıb şəxsi komputerinə məxfi məlumatları köçürdüyünü və aparılan söhbətlərdən heç bir nəticə çıxarmadığını nəzərə alıb, ona Azərbaycan Ordusundan “həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.202N-ci il tarixli, NN/3443 nömrəli etirazında qeyd edilmişdir ki, İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli, 039N nömrəli əmri qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv olunmasını xahiş etmişdir. Hesab edirəm ki, ərizə əsassızdır və aşağıda qeyd olunanlara əsasın iddia tələbi təmin edilə bilməz. İşin tam və hərtərəfli araşdırılması üçün iddiaçının ehtiyata buraxılmasına dair əmrin verilməsinə əsas olmuş sənədlər əldə edilmiş, aşağıdakılar müəyyən edilmişdir. 0N mart 202N-ci il tarixdə N nömrəli hərbi hissədə baş leytenant İddiaçı xidmətdə yol verdiyi nöqsanlara, vəzifə borclarının öhdəsindən gələ bilmədiyinə, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı olduğuna görə kiçik zabitlərin şərəf məhkəməsini keçirilmişdir. Şərəf məhkəməsində iştirak edən heyət çıxış edərkən baş leytenant İddiaçı xidmətində ciddi nöqsanlara yol verməsini, vəzifə borclarının öhdəsindən gələ bilməməsini, işgüzar keyfiyyətləri və şəxsi intizamı aşağı səviyyədə olmasını, xx.xx.202N-ci il tarixdə Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 0N9 nömrəli N6 fevral 20N4-cü il tarixli əmrin kobud şəkildə pozmasını və aparılan söhbətlərdən heç bir nəticə çıxarmamasını barədə bildirərək İddiaçı ordu sıralarından xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasını təklif etmişdilər. Qeyd etmək istəyirəm ki, kiçik zabitlərin şərəf məhkəməsində baş leytenant İddiaçı deyilən bütün iradlarla və təkliflərlə razı olmuşdur. Bundan başqa bildirirəm ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmamışdan əvvəl onunla söhbətləşmə aparılmış və söhbətləşmə zamanı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə qərar qəbul olunması barədə bildirilmişdir. xx.xx.2020-ci il tarixli şərəf məhkəməsinin qərarına əsasən İddiaçı “Hərbi xidmətkeçmə həqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması barədə komandanlıq tərəfindən Təqdimat göndərilmiş və Təqdimat əsasında yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. xx.xx.202N-ci il tarixdə Müdafiə nazirinin 039N nömrəli əmri ilə İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, onun yol verdiyi eyni hərəkətə görə həm iki intizam cəzası, həm də kiçik zabitlərin şərəf məhkəməsi keçirilmişdir. Azərbaycan Respublikası İntizam Nizamnaməsinin 44-cü maddəsinin tələblərinə əsasən zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq xidmət hərbi qulluqçularının nalayiq hərəkətlərinə görə eyni zamanda həm şərəf məhkəməsində baxılmağa vermək həm də intizam cəzası verilməsi qadağandır. Bununla əlaqədar bildirirəm ki, məhkəməyə təqdim olunan iddiaçının adına tərtib olunmuş xidməti vərəqədə onun bir əmələ görə iki dəfə cəzalandırılması barədə heç bir qeydiyyat yoxdur. Beləliklə, yuxarıdakılara əsasən iddiaçının ordu sıralarından ehtiyata buraxılmasında heç bir qanunla müəyyən olunmuş norma və prossedur pozulmamışdır. Azərbaycan Respublikası “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N68-ci maddəsinə əsasən “Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin N56-N58-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.” İPM-nin 73.3.N -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası İPM-nin 38 və 48.2-ci maddələrini rəhbər tutaraq məhkəmədən, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli N39N nömrəli əmrin qanunsuz olduğuna görə məhkəmə qaydasında ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin xx.xx.2022-ci il tarixli, NN/N327 nömrəli etirazında qeyd edilmişdir ki, icraatınızda İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “xx.xx.202N-ci il tarixli 03N9 nömrəli əmrin ləğvi” tələbinə dair inzibati işə baxılır. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. İddiaçı, xx.xx.20NN-ci il tarixdən zabit kimi hərbi xidmətə başlamış, xx.xx.202N-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə nazirinin 30 mart 202N -ci il tarixli müvafiq əmri ilə “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmışdır. İddiaçı xidmətdə olduğu zaman tabeçiliyində olan şəxsi heyətin xidmətinə düzgün nəzarət edə bilməməsi səbəbindən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 69-cu maddəsinə və Azərbaycan Respublikası Silahlı XN müvafiq olaraq xx.xx.202N-ci il tarixdə müvafiq əmrlə rütbəsi bir pillə aşağı (baş leytenant) salınmışdır. Bu haqda onunla söhbətləşmə aparılaraq rütbəsinin aşağı salınmasına səbəb olan əsaslar ona izah edilmiş və iddiaçı bununla razılaşaraq söhbətləşmə vərəqəsi ilə tanış olmuşdur. Bundan əlavə İddiaçı xidmətdə olduğu zaman xx.xx.202N-ci il tarixdə Müdafiə nazirinin birinci müavininin Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müvafiq əmrinin (Məlumatların sızmasının qarşısının alınması haqqında” tələblərini pozaraq hərbi hissəyə məxsus “hard diski” yaşadığı mənzilə apararaq öz şəxsi kompüterinə yükləmişdir. Halbu ki, iddiaçı hərbi xidmətə başladığı dövrdə Məxfilik rejiminin tam qorunması ilə bağlı iltizamla tanış olaraq imzalamışdır. Qeyd olunan faktla bağlı iddiaçı xx.xx.202N -ci il tarixdə kiçik zabitlərin şərəf məhkəməsində dinlənilərək, barəsində “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin N56-cı maddənin “e” bəndinə müvafiq olaraq “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra iddiaçı qeydiyyatda olduğu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq bölməsində qeydiyyata durmuşdur. Müdafiə nazirinin müvafiq əmri ilə tanış olmaqla göndərilən sənədlərin uçotunun aparılması jurnalına imza edərək təyinat vərəqəsini almışdır. Həmçinin iddiaçı ilə ehtiyata buraxılmadan əvvəl söhbət aparılmışdır. Bununla bağlı iddiaçı məhkəmədən həqiqi hərbi xidmətdən buraxılma haqqında müdafiə nazirinin xx.xx.202N-ci il tarixli 03N9 nömrəli əmrin ləğv edilməsi barədə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul etməyi xahiş etmişdir. İPM-nin 73.3.N -ci maddəsinə əsasən «inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə»... və 73.3.2-ci maddəsi «inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətlədirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə».... Məhkəmə bir qayda olaraq iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası İPM-nin 38, 47.2, 48.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 47-ci və N54-cü maddələrini rəhbər tutaraq, məhkəmədən İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “xx.xx.202N-ci il tarixli 03N9 nömrəli əmrin ləğvi” tələbinə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Nəsibov X6 nazirinin 30 mart 202N-ci il tarixli, 03N9 nömrəli əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N56-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsinə göndərilmişdir. İddiaçı xx.xx.202N-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatındadır. Hazırda iddiaçı qeyd olunan əmrin ləğv olunmasını xahiş edir. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarını aşağıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir: Belə ki, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.N-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Həmin Qanunun 40.2-ci maddəsinə müvafiq olaraq müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları bu Qanunun 4N.0.3-cü, 4N.0.5-ci, 4N.0.8-ci, 42.0.2-ci və 42.0.3-cü maddələrində, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları isə həmçinin bu Qanununun 4N.0.N-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 40.3-cü maddəsinə görə, zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları «Hərbi xidmətkeçmə haqqında» “Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Həmin Qanunun 4N.0-cı maddəsinə uyğun olaraq ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 4N.0.N. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 4N.0.2. yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 4N.0.3. xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 4N.0.4. ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 4N.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 4N.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 4N.0.7. məhkəmənin hökmü ilə və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 6N-ci bəndinin «z» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 4N.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 42.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 4N.0.9. öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı N0 il xidmət etmiş kadr zabitlər; 4N.0.N0. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. Azərbaycan Respublikasının N997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N56-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsin N4.N-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 32.N-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 70.N-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə araşdırması zamanı söhbət vərəqəsindən və şərəf məhkəməsinin qərarından müəyyən edilmişdir ki, hazırda mübahisələndirilən əmrin nəticələri və əsasları İddiaçı elan olunmuş və elan olunarkən o, etdiyi əməlin böyük bir səhv olduğunu anladığını, buna görə günahkar olduğunu, lakin şərəf məhkəməsindən də belə bir sərt qərar gözləmədiyini, məxfi sənədlərlə işləmə anlayışının zəif olduğunu, etdiyi bu əməlin ona böyük dərs olduğunu, şərəf məhkəməsində ona qarşı deyilən iradlarla razı olduğunu bildirmiş və öz səhvini boynuna alaraq şərəf məhkəməsinin qərarı ilə razı olmuşdur. Beləliklə də yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş bütün faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 03N9 nömrəli əmrinin ləğv edilməsi tələbi əsaslı deyildir. Beləliklə də, cavabdeh inzibati orqanın mübahisələndirilən əmri əsaslı və qanuni olduğundan, iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan, həmin tələb təmin edilməməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə N7). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə N9.N). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə N9.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 03N9 nömrəli əmrinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 23.N-ci, 68-69-cu və 85.N-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyiyə qarşı “Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.202N-ci il tarixli, 03N9 nömrəli əmrinin ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar