Məhkəmə qərarları › İş №2-1(120)-117/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-117/2025

12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-117/2025 12.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Kərimli Fidan Rauf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Lerik rayon Lerik Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Lerik rayonu Nazami küçəsində yerləşən ticarət obyekti tikilməsi üçün satılmış 20 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən 20 kv.m qeyri yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı“mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Lerik rayon İcra Hakimiyyəti və xx.xx.2024cü il tarixli qərardadı ilə Lerik Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddiaçı məhkəməyə ərizə təqdim edərək iddia tələbinin dəyişdirilərək edərək “Lerik rayon Lerik Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Lerik rayonu Nazami küçəsində yerləşən ticarət obyekti tikilməsi üçün ona satılmış 20 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən 20 kv.m qeyri yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Lerik Bələdiyyəsinin 08 yanvar 2001-ci il tarixli alqı-satqı aktına əsasən Lerik Bələdiyyəsi xx.xx.2001-ci il tarixli iclas protokoluna əsasən ünvan 6ndə ticarət köşkü tikilməsi üçün 20 kv.m (5x4 metr) torpaq sahəsi ayrılmışdır. Lerik Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli iclaş protokolundan çıxarışda ticarət köşkü tikilməsi üçün ona 20 kv.m (5x4 metr) torpaq sahəsinin ayrılmasını təsdiq edir. Həmçinin həmin torpaq sahəsinin alınması üçün Lerik Bələdiyyəsinin hesabına 1000 (bir min) manat pulda köçürmüşdür. Lerik RİHB-nin müvafiq aktına əsasən Lerik Bələdiyyəsi tərəfindən ona satılmış torpaq sahəsi Lerik qəsəbəsində yerləşməklə qəsəbənin baş planına daxil olmaqla yararsız və boş sahə olduğu göstərilmişdir. Eyni zamanda Lerik RİHB-nin 06 aprel 2001-ci il tarixli sərəncamı ilə Lerik Bələdiyyəsi tərəfindən ona satılmış ticarət köşkü tikilməsi üçün 20 kv.m (5x4 metr) torpaq sahəsində tikinti işləri aparılmasına icazə verilmişdir. Həmin torpaq sahəsində 20 kv.metrlik ticarət obyekti inşa etmişdir. Eləcədə ticarət obyektinin istismara hazır olması və istismara icazə verilməsi barədə Fövqəladə Hallar Nazirliyinin aktı və Lerik RİHB-nin icazə sənədi də vardır. Həmçinin həmin ticarət obyektinin plan və ölçüsüdə mövcuddur. Torpaq sahəsinə dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi barədə cavabdeh təşkilata müraciət etmiş, lakin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq tikilmiş ticarət obyektinin 9.0 kv.m əlavə tikili inşa edildiyi, eyni zamanda, tikinti obyektinin istismara icazə sənədində obyektə verilmiş kodun nömrə və tarixi qeyd edilməməsi, habelə həmin torpaq sahəsinin alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən təsdiq edilməməsi əsas gətirilərək müraciətdən imtina edilmiş və iş üzrə sənədlər əsassız olaraq ona qaytarılmışdır. İnşa etdiyi tikili 20 kv.m-dir və orada hər hansı bir əlavə tikili inşa edilməmişdir. Cavabdehin bu hərəkətləri nəticəsində mülkiyyətlə bağlı hüquqları kobud şəkildə pozulmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, “ünvan 1 ünvanında yerləşən, ünvan 2ndan çıxarış əsasında ayrılmış 20 kv.m torpaq sahəsində Lerik rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 125 saylı sərəncamı əsasında inşa edilmiş qeyriyaşayış binasına (ticarət obyekti) dair vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh olaraq Ərazi İdarəsinin üzərinə qoyulması” iddia tələbinə dair sərəncama münasibətin (etirazın) bildirilməsinə münasibətdə, tərəfimizdən arxiv və baza məlumatları aidiyyəti hissədə araşdırıldı. Hazırki iş üzrə sərəncamda, habelə Ərazi İdarəsinə daxil olmuş iddia ərizəsində göstərilən şəxsə (İddiaçı) ayrılmış 20 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin üzərimizə qoyulması ilə əlaqədar münasibətin (etirazın) bildirilməsinə münasibətdə bildiririk ki, müvafiq sənədlər üzrə aidiyyəti hissədə qeydiyyatın aparılması Ərazi idarəsinin imkanları xaricindədir. İş üzrə sərəncamın icrası olaraq aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən, ünvan 2ndan çıxarış əsasında ayrılmış 20 kv.m torpaq sahəsində Lerik rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 125 saylı sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binasına (ticarət obyekti) dair vahid daşınmaz əmlak obyekti olaraq hüquqların dövlət qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim olunmuş hüquqmüəyyənedici sənədlər həmin şəxsin 2022-ci il 28 iyul tarixli, ********** qeydiyyat nömrəli ərizəsi əsasında tərəfimizdən icraata qəbul edilmişdir. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənəd üzrə məlumatlar arasında uyğunsuzluq mövcuddur. Faktiki yerində aparılan müayinənin (çöl ölçmə işlərinin) və sənədlərin ekspertizasının nəticəsi olaraq məlum olmuşdur ki, yuxarıda barəsində qeyd olunan Lerik rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 125 saylı sərəncamı əsasında ümumi sahəsi 20 kv.m tikinti aparılmasına icazə verildiyinə baxmayaraq, hazırki iş üzrə iddiaçı tərəfindən faktiki yerində 9.0 kv.m əlavə tikili inşa edilmişdir. Eyni zamanda, tikinti obyektinin istismara icazə sənədində obyektə verilmiş xüsusi kodun nömrə və tarixi qeyd edilməmiş, habelə həmin torpaq sahəsinin alqı-satqısına dair akt ləğv edilmiş DTXK-nin rayon şöbəsi tərəfindən təsdiq edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2014-cü il tarixli, 302 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli əlavəyə uyğun olaraq “tikinti obyektinin istismarına icazə sənədində” tikintilərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş xüsusi kodun nömrəsinin göstərilməsi mütləqdir. Xidmət orqanı olaraq bildiririk ki, həmin qeyri-yaşayış binası (ticarət obyekti) üzərində vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması üçün tələb olunan sənədlər tam şəkildə iddiaçı tərəfindən təqdim edilmədiyindən, həmin şəxsin icraatda olan ərizəsinin icrası təmin olunmamış və onun ünvanına 09 avqust 2022-ci il tarixli “İmtina” bildirişi göndərilmişdir. Yuxarıda qeyd olunanlara əsasən sərəncamın 2-ci və 3-cü bəndində qoyulan tələbin yerinə yetirilməsinə (vahid daşınmaz əmlak obyekti olaraq həmin torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair iddiaçının adına müvafiq qeydiyyatın aparılması tələbinə münasibətdə) qanunamüvafiq olaraq etiraz edirlər. Xidmət orqanı olaraq bildiririk ki, sözü gedən torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasına dair vahid daşınmaz əmlak obyekti olaraq müvafiq qeydiyyatın aparılması mümkün olmadığından, hazırki iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul etməyi qanunamüvafiq hesab edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin, üçüncü şəxslər Lerik rayon İcra Hakimiyyətinin və Lerik Bələdiyyəsinin nümayəndələri məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin və üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Lerik rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Lerik rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Lerik rayon Lerik Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Lerik rayonu Nazami küçəsində yerləşən ticarət obyekti tikilməsi üçün ona satılmış 20 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən 20 kv.m qeyri yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan “Torpaqların alqı-satqısına dair” 08 yanvar 2001-ci il tarixli aktın surətindən görünür ki, Lerik Bələdiyyəsi tərəfindən 20 kv.metr torpaq sahəsi 1000 manata İddiaçı satılmışdır. İşdə olan Lerik Bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışın surətindən görünür ki, Lerik qəsəbəsi B.Məmmədov küçəsi, ev 27-də yaşayan İddiaçı xx.xx.2001-ci ildə Lerik Bələdiyyəsinə ərizə ilə müraciətini nəzərə alaraq ticarət köşkü tikməkdən ötrü ona “Nzami” küçəsində “Savalan” kiçik müəssisəsinin şimal tərəfində, “Savalan” kiçik müəssisəsindən 2 metr aralı (5x4 metr) 20 kv.m torpaq sahəs ticarət köşkü tikilməkdən ötrü ayrılmışdır. İşdə olan Lerik rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2001-ci il tarixli, 125 nömrəli sərəncamının surətindən görünür ki, qəsəbənin Nizami küçəsində “Savalan” kiçik müəssisəsinə ayrılmış torpaq sahəsindən şimala, ondan 2 metr aralı Lerik qəsəbə sakini İddiaçı “ticarət köşkü” tikilməsi məqsədi üçün ayrılmış 5x4=20 kv.m torpaq sahəsində tikinti aparılmasına razılıq verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********18 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanında yerləşən, ünvan 2ndan çıxarış əsasında sizə ayrılmış 20 kv.m sahibkarlıq məqsədli torpaq sahəsində Lerik rayon İcra Hakimiyyəti başçısının C6.04.2001-ci il tarixli, 125 saylı sərəncamı əsasında inşa edilmiş qeyri-yaşayış binasına (ticarət köşkü) dair yaranmış hüquqlara dair vahid daşınmaz əmlak obyekti olaraq daşınmaz əmlakın dövlət reyestrindən texniki pasportun və müvafiq çıxarışın verilməsi ilə əlaqədar təqdim etdiyi hüquqmüəyyənedici sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmışdır. Sənədlərin qanunamüvafiqliyi araşdırılarkən məlum olmuşdur ki, təqdim olunan sənədlər üzrə aparılan müayinənin və sənədlərin ekspertizasının nəticəsi olaraq faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluq mövcuddur. Belə ki, yuxarıda barəsində qeyd olunan Lerik rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli, 125 saylı sərəncamı əsasında ümumi sahəsi 20 kv.m tikinti aparılmasına icazə verildiyinə baxmayaraq, faktiki olaraq aparılan tikinti sahəsi sərəncama uyğun deyildir. Faktiki yerində aparılan müayinənin nəticəsi olaraq məlum olmuşdur ki, 9.0 kv.m əlavə tikili inşa edilmişdir. Eyni zamanda, tikinti obyektinin istismara icazə sənədində obyektə verilmiş kodun nömrə və tarixi qeyd edilməmiş, habelə həmin torpaq sahəsinin alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən təsdiq edilməmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsini rəhbər tutaraq həmin daşınmaz əmlak üzərində vahid daşınmaz əmlak obyekti olaraq yaranmış mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edilməsi qanunamüvafiq hesab edilmişdir. İşdə olan Lerik rayon İcra Hakimiyyətinin başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 835 nömrəli arayışından görünür ki, 1975-ci il təvəllüdlü İddiaçı həqiqətən onun Lerik şəhəri, Nizami küçəsində ölçüləri 4mx5m olan ticarət obyekti vardır. Ticarət obyekti 2001-ci il tarixdə tikilmişdir. İşdə olan Lerik rayon İcra Hakimiyyətinin başçısının Lerik şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 437 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Lerik şəhər ərazi icra nümayəndəliyinin 11 №-li Ev Təsərrüfatlarının uçotu kitabının 35-ci səhifəsində (şəxsi hesab nömrəsi 1023 olmaqla) 4 nəfərdən ibarət ailə üzvü ilə birlikdə təsərrüfat başçısı kimi qeydə alınmışdır, lakin Ev Təsərrüfatlarının uçotu kitabında həmin təsərrüfata dair məlumatlar əks olunduğundan İddiaçı Lerik şəhəri, Nizami küçəsində yerləşən özünəməxsus ticarət obyekti (qeyri yaşayış obyektinin) barədə müvafiq qeydlər aparılması imkanlar xaricində olmuşdur. Buna baxmayaraq Lerik Rayon İcra Hakimiyyəti başçısının 06 aprel 2001-ci il tarixli 125 nömrəli Sərəncamına əsasən ticarət obyektinin tikintisinə razılıq verilmişdir. Bu və ya digər formalı sənədlərin nüsxəsi nümayəndəlikdə saxlanılmadığından həmin sənədlərin vətəndaş tərəfindən məhkəməyə təqdim olunması məqsədəmüvafiq hesab edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4303 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yänvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001 -ci il tarixli “Torpaqların alqı-satqısıpa dair" akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (5x4 mdtr) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuşdur. Qeyd edilən tikilialtı torpaq sahəsinin faktiki ölçüsünün 24 kv.metr olması müəyyən olunmuşdur. Qərardadın ikinci sualı üzrə: Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001 -ci il tarixli “Torpaqların alqı-satqısıha dair” akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (faktiki 24 kv.m) torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunu bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahələri olması müəyyən edilmişdir. Qərardadın üçüncü sualı üzrə: Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yknvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001-ci il tarixli “Torpaqların alqı-satqısıha dair" akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (faktiki 24 kv.metr) torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmadığından həmin torpaq sahəsi barədə elektron baza məlumatlarında məlumatların mövcud olmamasi müəyyən edilmişdir. Qərardadın dördüncü sualı üzrə: Qeyd edilən 20 kv.m torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında müəyyən qədər uyğunsuzluğun mövcud olması müəyyən olunmuşdur. Sözügedən tikilialtı torpaq sahəsinin sənəd üzrə ölçüsünün 20 kv.metr, faktiki ölçüsünün 24 kv.m olması müəyyən olunmuşdur Qərardadın beşinci sualı üzrə: Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001-ci il tarixli “Torpaqların alqı-satqısıha dair" akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (faktiki 24 kv.metr) torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən araşdırma zamanı üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi müəyyən olunmuşdur. Qərardadın altıncı sualı üzrə: Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001-ci il tarixli ‘Torpaqların alqı-satqısına dair” akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (faktiki 24 kv.m) torpaq sahəsinin faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması müəyyən olunmuşdur. İddiaçı faktiki istifadəsində olan həmin tikilialtı torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən bələdiyyə mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. Qərardadın yeddinci sualı üzrə: Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001-ci il tarixli ‘Torpaqların alqı-satqısına dair” akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (faktiki 24 kv.m) torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən edilmişdir. Qərardadın səkkizinci sualı üzrə: Mübahisəli torpaq sahəsinin üzərində bütövlüklə tikilinin (qeyriyaşayış obyektinin) mövcud olması müəyyən olunmuşdur. Sualın digər hissəsini cavablandırmaq mütəxəssisin imkanı xaricindədir. İşdə olan Lerik Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, Lerik şəhəri, Nizami küçəsində İddiaçı məxsus 24 kv.m. tikilinin 4 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşür. Həmin 4 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş qeyri yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər və onunla həmin 4 kv.m torpaq sahəsinin icarə hüquqlarının qeydiyyata alınması ilə bağlı prosedurlar davam etdirilir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: (15.1.1) dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (15.1.2) hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; (15.1.3) hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; (15.1.4) daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; (15.1.5) daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; (15.1.6) bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: (158.1.1) girov hüququ; (158.1.2) əmlakdan istifadə hüququ; (158.1.3) servitutlar. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-ci il tarixli qararında göstərilir ki, Azarbaycan Respublikası «İnsan Hüquqlarının və X3 Haqqında» Avropa Konvensiyasının istirakçısı və onu ratifikasiya etmis dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya va onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasınin məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyasının 46-ci maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmis dövlətlər üçün məcburidir. «İnsan Hüquqlarının və X2 haqqında» Konvensiyaya dair 1 nömrəli Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, oz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin umumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata kecirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır. «X5rşı» məhkəmə işində Avropa Məhkəməsi ərizəçinin dövlət qeydiyyatına alınmamış qanunsuz tikintiyə mülkiyyət hüququ olduğunu bildirmiş və dövlətin üzərinə həmin tikintinin partlayışına görə ərizəçiyə konpensasiya verilməsi vəzifəsini qoymuşdur. Həmin işlə əlaqədar Avropa Məhkəməsi qeyd etmişdir ki, əgər dövlət 4 il ərzində ərizəçiyə qarşı qanunsuz tikili ilə bağlı heç bir irad bildirməyibsə, onun sökülməsi tələbi ilə məhkəmədə iddia qaldırmayıbsa, deməli faktiki olaraq ərizəçinin həmin tikiliyə mülkiyyət hüququnu tanımışdır. Roma hüququna görə susmaq razılıq əlamətidir ki, dövlət bu halda susmaqla, Önər Yıldıza heç bir icazə almadan parkda tikinti inşa edərək ailəsi ilə 4 ildən artıq yaşadığı evə mülkiyyət hüququnu faktiki tanımışdır. «X6rşı» məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. «Payn Velli developments Ltd şirkəti İrlandiyaya qarşı» işdə Avropa Məhkəməsi qərara almışdır ki, müəyyən halların baş verəcəyini hüquqa uyğun gözləmə 1 saylı protokolun 1-ci maddəsinin müdafiə etdiyi hüquq, yəni mülkiyyət hüququ sayıla bilər. Həmin işdə ərizəçi torpaq sahəsi almış və orada tikinti həyata keçirməyi planlaşdırmışdı. Avropa Məhkəməsi tikintini həyata keçirilməsinə maneəni 1 saylı protokolun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. (maddə 139-1.1.5). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə, hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Bundan başqa qeyd olunmalıdır ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 64.2-ci maddəsinə görə inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi idarəsinin imtinası üçün dəlil gətirmişdir: - Təqdim etdiyi tikinti obyektinin istismara icazə sənədində obyektə verilmiş kodun nömrə və tarixi qeyd edilməmiş, habelə həmin torpaq sahəsinin alqı-satqısına dair akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Lerik rayon şöbəsi tərəfindən təsdiq edilməmiş, faktiki vəziyyətlə aidiyyəti sənədlər arasında uyğunsuzluqlar müəyyən edilmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Məhkəmə qeyd edir ki, Lerik Bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 nömrəli iclas protokolunun çıxarışın surətindən görünür ki, Lerik qəsəbəsi B.Məmmədov küçəsi, ev 27-də yaşayan İddiaçı xx.xx.2001-ci ildə Lerik Bələdiyyəsinə ərizə ilə müraciətini nəzərə alaraq ticarət köşkü tikməkdən ötrü ona “Nzami” küçəsində “Savalan” kiçik müəssisəsinin şimal tərəfində, “Savalan” kiçik müəssisəsindən 2 metr aralı (5x4 metr) 20 kv.m torpaq sahəs ticarət köşkü tikilməkdən ötrü ayrılmışdır. Lerik rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2001-ci il tarixli, 125 nömrəli sərəncamının surətindən görünür ki, qəsəbənin Nizami küçəsində “Savalan” kiçik müəssisəsinə ayrılmış torpaq sahəsindən şimala, ondan 2 metr aralı Lerik qəsəbə sakini İddiaçı “ticarət köşkü” tikilməsi məqsədi üçün ayrılmış 5x4=20 kv.m torpaq sahəsində tikinti aparılmasına razılıq verilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunur ki, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır («İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsi). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir. İPM-in 58-ci maddəsi və «İnzibati icraat haqqında» Qanunun 19-cu maddəsinin tələbləri baxımından Lerik Bələdiyyəsinin 31 yanvar 2001-ci il tarixli, 15 nömrəli çıxarışını, Lerik rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2001-ci il tarixli, 125 nömrəli sərəncamını mötəbər sübut kimi qiymətləndirilməlidir. Etimad hüququnun qorunmasını inzibati icraatın təməl prinsiplərindən biri kimi məhkəmə işin hazırkı faktiki hallarını da nəzərə alaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerli icra hakimiyyəti orqanının tikintiyə razılıqla bağlı sənədi, istismara icazə və digər sənədləri nəzərə alaraq cavabdehə müraciət etmiş, cavabdeh isə işin mahiyyəti üçün əsas olan həmin sənədləri nəzərə almadan formal əsaslarla müraciətin təminin həyata keçirməmiş, təqdim edilməli olan sənədlərin konkret formada təqdim edilməsini tələb etmişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10-cu maddəsində nəzərdə tutulmuş sənədlər cavabdehə təqdim edilmişdir. Cavabdeh isə, həmin Qanunun 15.1-ci maddəsinin tələblərinə əsasən müraciətin təminindən imtina etmişdir ki, məhkəmə həmin imtinanı qeyd olunan maddənin tələbləri ilə uzlaşmadığı qənaətindədir. Belə ki, adıçəkilən maddədən görünür ki, Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarından göründüyü kimi, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir. Həmin maddəsinin tələbinə əsasən inzibati orqanlar tərəfindən qəbul olunmuş aktlar (qərarlar) və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyata alınması əsasları sırasına daxildir. İddiaçı hüquqmüəyyənedici sənədləri həm inzibati orqana, həm də məhkəməyə təqdim etmişdir. Başqa sözlə, imtina məktubunda qeyd edilən halların əsassız olduğu iş materiallarına əlavə edilmiş sübutlarla, eləcə də ekspert rəyi ilə sübuta yetirilir və qeyd olunan iddiaçının mövcud hüququnun qeydə alınmasından imtina üçün əsas deyildir və buna görə onun mülkiyyət hüququ məhdudlaşdırıla bilməz. Məhkəmə sorğuları nəticəsində imtinada göstərilən uyğunsuzuqların olmadığı müəyyən edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4303 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmiş və rəyə əsasən Lerik rayonu, Lerik bələdiyyəsinin 31 yänvar 2001-ci il tarixli, 15 saylı qərarı və 31 yanvar 2001 -ci il tarixli “Torpaqların alqısatqısıpa dair" akt əsasında ünvan 6 ünvanında qeyri-yaşayış obyekti tikmək məqsədi ilə İddiaçı ayrılmış 20 kv.m (5x4 mdtr) torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən olunmuş, torpaq sahəsinin mövcud baza məlumatlarına əsasən hüquqi statusunu bələdiyyə mülkiyyətində, kateqoriyasının yaşayış məntəqələrinin torpaqları, uqodiyasının tikinti altında olan torpaq sahələri olması, tikilialtı torpaq sahəsinin sənəd üzrə ölçüsünün 20 kv.metr, faktiki ölçüsünün 24 kv.m olması, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməməsi, faktiki istifadə vəziyyətinin döngə nöqtələrinin koordinatlarında texniki səhvin olmaması, 20 kv.m (faktiki 24 kv.m) torpaq sahəsinin faktiki olaraq İddiaçı istifadəsində olması və təyinatı üzrə istifadə edilməsi müəyyən edilmişdir. Məhkəmə hazırkı iş üzrə ekspert rəyi ilə razılaşmamaqla bağlı hər hansı xüsusat müəyyən etməmişdir. Odur ki, ekspert rəyi də mötəbər sübut qismində qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.2-ci maddəsinə görə ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. İddiaçı qanuni əsaslarla ayrıldığı öz təsdiqini tapır və məhkəmə icraatında həmin sənədlərdəki məlumatların həqiqi olmamasına dair cavabdeh tərəfindən heç bir dəlil və sübut təqdim olunmadığından, onlar mötəbər sayılır. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən tikilialtı torpaq sahəsinin sənəd üzrə ölçüsünün 20 kv.metr, faktiki ölçüsünün 24 kv.m olmuşdur ki, məhkəmə araşdırması zamanı iddiaçı ona göstərilən və ölçülərək təhvil verilən ərazidə tikinti işlərini apardığını qeyd edir. Hal-hazırda fərqlilik olsa da, sənəd üzrə olan 20 kv.metr torpaq sahəsi və üzərindəki tiliyə olan hüquqlarının qeydə alınmasını istəyir. Eləcə də, iş materiallarında olan mütəxəssis rəyinə əlavə edilən yerquruluşu planına baxış keçirilən zaman tikilinin digər qeyri-yaşayış sahələri ilə eyni xətt üzrə olduğu, üçüncü şəxslərin hüquqlarını pozmadığı və 20 kv.m olsa idi belə yerdə qalan 4 kv.m hissənin bələdiyyə tərəfindən digər şəxslərə icarəyə verilə bilməyəcəyi və istifadəyə yararlı olmayacağı müəyyən edilir. Ekspert rəyinə əsasən 4 kv.m olan hissədə məlumatlı olduğundan dərhal müvafiq inzibati orqana müraciət etmişdir ki, nəticə olaraq iş materiallarına əlavə edilən Lerik Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli, 08 nömrəli arayışdan görünür ki, Lerik şəhəri, Nizami küçəsində İddiaçı məxsus 24 kv.m. tikilinin 4 kv.m torpaq sahəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə düşür. Həmin 4 kv.m torpaq sahəsinin üzərində inşa edilmiş qeyri yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər və onunla həmin 4 kv.m torpaq sahəsinin icarə hüquqlarının qeydiyyata alınması ilə bağlı prosedurlar davam etdirilir. Məhkəmə hesab edir ki, tələb üzrə Lerik rayon Lerik Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Lerik rayonu Nazami küçəsində yerləşən ticarət obyekti tikilməsi üçün satılmış 20 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən 20 kv.m qeyri yaşayış sahəsinə hüquqlarının qeydə alınmaması iddiaçının bərabərlik hüququnun, qanunçuluq və etimadın qorunması prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin imtinasında göstərilən dəlillər hüquqların reyestrdə qeydiyyatından imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. İddiaçının müraciəti üzrə torpaq sahəsinə hüquqların reyestrdə qeydiyyata alınması ilə bağlı «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində nəzərdə tutulmuş “imtina üçün əsaslar” müəyyən edilmir, eləcə də imtinada qeyd edilən müvafiq rəyin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı tərəfindən inşa edilmiş qeyri yaşayış obyektinə dair mülkiyyət hüquqlarının dövlət əmlak dövlət reyestr xidmətində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Başqa sözlə, cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 68.1-68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Lerik rayon Lerik Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Lerik rayonu Nazami küçəsində yerləşən ticarət obyekti tikilməsi üçün satılmış 20 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən 20 kv.m qeyri yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məhkəmə, həmçinin, prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər iddiaçı tərəfə aid edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddia tələbi təmin edilsin. Lerik rayon Lerik Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən Lerik rayonu Nazami küçəsində yerləşən ticarət obyekti tikilməsi üçün satılmış 20 kv.m torpaq sahəsinə və onun üzərində yerləşən 20 kv.m qeyri yaşayış sahəsinə xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, ona müvafiq çıxarışın verilməsi öhdəliyi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinin üzərinə qoyulsun. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizasının keçirilməsinə görə 100 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar