Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1172/2021 06.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi XN, İddiaçı (Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olan iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirdi ki, o, Azərbaycan Respublikasının ərazisi olan Qarabağ müharibəsinin başlanması və erməni işğalçılarına qarşı döyüşlərdə iştirak etmək üçün Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasına çağrılmış və orduda hərbi xidmət etmək üçün hərbi hissəyə təhvil verilmişdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri tərkibində erməni işğalçı-quldur hərbi birləşmələrinə qarşı Azərbaycanın Qarabağ bölgəsində vuruşmuş və müharibədə iştirak etmişdir. 74N, N30, N45, N və N saylı hərbi hissələrdə döyüşlərdə fəal iştirak etmişdir. Sürücü, sanitar kimi qulluq göstərmiş, Şişkaya, Kuropatkin tərəfdə döyüşlərdə olmuş, Tərtərdə Marquşovanda da olmuşdur. Onun hərbi hissələrin tərkbində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etməyi Arxiv İdarəsinin verdiyi arayışla təsdiq olunur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komisiyya tərəfindən ona rədd cavabı verilərək müharibə veteranı və vəsiqəsi verilməsindən imtina edilmişdir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Mərkəzi Arxivin 14.01.N0N0-ci il tarixli, 9/N-44N nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin sənədlərinin arxivdə aşkar olunmadığına və X1 rəisinin 11.03.N0N0-ci il tarixli, N05 nömrəli məktubunu nəzərə alaraq xidmətdə olan zaman döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezamiyyətə göndərilməsinin məqsədi barədə məlumat olmadığına görə İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən ona Müdafiə Nazirliyinin komissiyası tərəfindən müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanuna ziddir. İddiaçı tələblərinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N.N.N-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Beyləqan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdə Beyləqan rayonunda anadan olmuş, Beyləqan rayonu, 1-ci Aşıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan 11.04.1993-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 14.04.1993-cü il tarixdən N7.01.1997-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X4 Mərkəzinin İddiaçı ünvanladığı 11.03.N0N0-ci il tarixli, N05 nömrəli məktubunda aprel 1993-cü ildən yanvar 1994-cü ilədək N saylı hərbi hissənin tərkibində xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrdə ezamiyyətdə olmağı barədə arayışı təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X4 Mərkəzinin rəisi tibb xidməti polkovnik leytenantı Müşfiq Hümbətovun imzaladığı cədvəldən görünür ki, əsgər İddiaçı Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibələrdə iştirakı güzəştli imtiyaz yolu ilə təqaüd hesablamağa ixtiyar verən hərbi xidməti (ezamiyyətlər) N nömrəli hərbi hissədə (Ağcabədi) 09.10.1993-cü ildən 15.10.1993-cü ilədək, N30,N və N nömrəli hərbi hissələrdə (Gəncə və Toğana) N9.11.1993-cü ildən 05.1N.1993-cü ilədək, cəmi 14 gün olmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin N0.05.N0N0-ci il tarixli, 1/M-7603 nömrəli məktubundan görünür ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 15.05.N0N0-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Mərkəzi Arxivin 14.01.N0N0-ci il tarixli, 9/N-44N nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin sənədlərinin arxivdə aşkar olunmadığına və X4 Mərkəzi rəisinin 11.03.N0N0-ci il tarixli, N05 nömrəli məktubunu nəzərə alaraq xidmətdə olan zaman döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezamiyyətə göndərilməyini məqsədi barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə ünvanladığı N1.06.N0N1-ci il tarixli, 715 nömrəli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı adına yazılmış НЗ ******* nömrəli “Uçot kartası”nda Beyləqan RHK tərəfindən 11.04.1993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılması, 14.04.1993-cü il tarixdə N saylı hərbi hissəyə təhvil verilməsi, 14.04.1993-cü il tarixdən N7.01.1997-ci il tarixədək N saylı və N64 saylı hərbi hissədə hərbi xidmət keçməsi və N7.01.1997-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin 07.01.1997-ci il tarixli, 3 nömrəli əmri əsasında hərbi xidmətdən ehtiyata tərxis edilməsi və N0.0N.1997-ci il tarixdən Beyləqan RHK-da hərbi vəzifəlilərin qeydiyyatına götürülməsi yazılmışdır. N saylı və N64 saylı hərbi hissələrin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarında iştirak etməsi, İddiaçı hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi, N saylı və N64 saylı hərbi hissələrin tərkibində döyüş əməliyyatlarında iştirak etməsi, barəsində cinayət təqibinə xitam verilməsi və amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi, habelə xidmət dövrü yaralanması və digər məlumatlar hərbi vəzifəlinin adına yazılmış “Uçot kartası”nda aşkar edilməmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin N-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin NN sentyabr 1995-ci il tarixli, N16 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il NN sentyabr tarixli N16 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin N8.09.N018 tarixli 4NN nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin N0.05.N0N0-ci il tarixli, 1/M-7603 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzi Arxivin 14.01.N0N0-ci il tarixli, 9/N-44N nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin sənədlərinin arxivdə aşkar olunmadığına və X4 Mərkəzi rəisinin 11.03.N0N0-ci il tarixli, N05 nömrəli məktubunu nəzərə alaraq xidmətdə olan zaman döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezamiyyətə göndərilməyini məqsədi barədə məlumat olmadığına görə müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin X4 Mərkəzinin rəisi tibb xidməti polkovnik leytenantı Müşfiq Hümbətovun imzaladığı cədvəldən görünür ki, əsgər İddiaçı Azərbaycan Respublikasının müdafiəsi uğrunda gedən döyüşlərdə və müharibələrdə iştirakı güzəştli imtiyaz yolu ilə təqaüd hesablamağa ixtiyar verən hərbi xidməti (ezamiyyətlər) N nömrəli hərbi hissədə (Ağcabədi) 09.10.1993-cü ildən 15.10.1993-cü ilədək, N30,N və N nömrəli hərbi hissələrdə (Gəncə və Toğana) N9.11.1993-cü ildən 05.1N.1993-cü ilədək, cəmi 14 gün olmuşdur. Göründüyü kimi “imtina”nın əsasını “iddiaçının döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrə ezamiyyətə göndərilməyini məqsədi barədə məlumat olmaması” təşkil edir. Halbuki, inzibati orqan kimi cavabdeh qeyd olunan xüsusatlar dair ətraflı araşdırma apararmalı, qeyd olunan hərbi hissələrin döyüş əməliyyatlarında iştirak edib-etməsini, iddiaçı yanaşı digər hərbçilərin də həmin hərbi hissələrə ezam olunub-olunmamasını, onlara veteran adının verilib-verilməməsini və s. halları müəyyən etməlidir. Bundan başqa, “imtina”nın digər əsasını “Mərkəzi Arxivin 14.01.N0N0-ci il tarixli, 9/N- 44N nömrəli arayışına əsasən N nömrəli hərbi hissənin sənədlərinin arxivdə aşkar olunmaması” təşkil edir. Məhkəmənin qənaətinə görə arxivdə sənədlər ümumiyyətlə olmadığı halda, «hərbi biletdə olan məlumatlar arxiv məlumatları ilə təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.N-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: N.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. N4-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.N. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.N və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.N və 73.3.3-cü maddələrinə əsasən: 73.N. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.N. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1172/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1172/2021
06.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver