Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1173/2025 17.10.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********517400 saylı, xx.xx.2024-cü il tarixli, **********6943 saylı, xx.xx.2024-cü il tarixli, **********6941 saylı, xx.xx.2024-cü il tarixli, **********6939 saylı, xx.xx.2024-cü il tarixli, **********6935 saylı, xx.xx.2024-cü il tarixli, **********6937 saylı, xx.xx.2024cü il tarixli, **********6945 saylı, xx.xx.2024-cü il tarixli, **********976500 saylı, xx.xx.2024-cü il tarixli, **********0870 saylı, xx.xx.2024-cü il tarixli, **********0071 saylı xx.xx.2024-cü il tarixli, **********7128 saylı və xx.xx.2024-cü il tarixli, **********0872 saylı qərarların ləğv edilməsi” tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Musayev Şahəli Calal oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağızadə Aygün Bahadır qızının katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********517400 saylı, xx.xx.2024-cü il tarixli, **********6943 saylı, xx.xx.2024-cü il tarixli, **********6941 saylı, xx.xx.2024cü il tarixli, **********6939 saylı, xx.xx.2024-cü il tarixli, **********6935 saylı, xx.xx.2024-cü il tarixli, **********6937 saylı, xx.xx.2024cü il tarixli, **********6945 saylı, xx.xx.2024-cü il tarixli, **********976500 saylı, xx.xx.2024-cü il tarixli, **********0870 saylı, xx.xx.2024-cü il tarixli, **********0071 saylı xx.xx.2024-cü il tarixli, **********7128 saylı və xx.xx.2024-cü il tarixli, **********0872 saylı qərarların ləğv edilməsi” tələbi ilə bağlı iddiası üzrə işə Şirvan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarların və ölkədən getmək hüququnun məhdudlaşdırılmasının aradan qaldırılması, ekspertiza rəyinin ləğv edilməsi, yoxlamada iştirak edən vergi işçilərinin cəzalandırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəqiqləşdirilməsi (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək iddiaçı və cavabdehin olduğu kimi saxlanılmasını, iddia tələbinə “xx.xx.2023-cü il tarixli, **********517400 saylı, xx.xx.2024-cü il tarixli, **********6943 saylı, xx.xx.2024-cü il tarixli, **********6941 saylı, xx.xx.2024-cü il tarixli, **********6939 saylı, xx.xx.2024-cü il tarixli, **********6935 saylı, xx.xx.2024-cü il tarixli, **********6937 saylı, xx.xx.2024-cü il tarixli, **********6945 saylı, xx.xx.2024-cü il tarixli, **********976500 saylı, xx.xx.2024-cü il tarixli, **********0870 saylı, xx.xx.2024-cü il tarixli, **********0071 saylı xx.xx.2024-cü il tarixli, **********7128 saylı və xx.xx.2024-cü il tarixli, **********0872 saylı qərarların ləğv edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-3776/2024 nömrəli, 18 dekabr 2024-cü il tarixli qərardadına əsasən iddiaçı və cavabdehin olduğu kimi saxlanılması, iddia tələbinə “Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023cü il tarixli, **********517400 saylı, xx.xx.2024-cü il tarixli, **********6943 saylı, xx.xx.2024cü il tarixli, **********6941 saylı, xx.xx.2024-cü il tarixli, **********6939 saylı, xx.xx.2024-cü il tarixli, **********6935 saylı, xx.xx.2024-cü il tarixli, **********6937 saylı, xx.xx.2024-cü il tarixli, **********6945 saylı, xx.xx.2024-cü il tarixli, **********976500 saylı, xx.xx.2024-cü il tarixli, **********0870 saylı, xx.xx.2024-cü il tarixli, **********0071 saylı xx.xx.2024-cü il tarixli, **********7128 saylı və xx.xx.2024-cü il tarixli, **********0872 saylı qərarların ləğv edilməsi” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin qərarlarından və aktlarından şikayətçidir. Azərbaycan Respublikası Vergilər Nazirliyi 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli qərarlarına əsasən obyektlərində keçirilən operativ vergi nəzarəti tamamilə qərəzli və düzgün olmayan yoxlama keçirilmişdir. Belə ki, rəsmi qayda da idxal etdiyi malları Dövlət Gömrük Komitəsi geyimləri ümumi adla “kişi geyimləri”, “qadın geyimləri”, “kişi şalvarları, köynəkləri və ayaqqabıları”, “qadın şalvarları, koftaları və ayaqqabıları” və “uşaq üçün şalvarlar, köynəklər və ayaqqabılar” və s. kimi çeşidləmişdirlər. Vergi işçiləri təcrübəsiz şəkildə malları özlərinin bildiyi və anladığı formada marka ilə çeşidləyərək malların adları marka ilə idxal etmədiyini nöqsan hesab edərək rəsmi idxal etdiyi malları sənədsiz kimi qeyd etmişdilər. Gömrük Komitəsi də öz təcrübə və qaydalarına uyğun olaraq malları Gömrük prosedurundan kecirib və rüsumlarını alırlar. Bu paltar idxalı bütü Azərbaycanda necə idxal olunursa eyni zamanda iddiaçıda da gömrük rəsmiləşdirilməsi olmuşdur. Yoxlama zamanı onun xəbəri olmadan kimlərinsə adlarını özlərindən yazıb güya onun işçiləridir və iddiaçı onları rəsmi qaydada qeydiyyata qoymadan işlətmişdir. Halbu ki, onda olan işçilər hamısı rəsmi qaydada qeydiyyatdadır. Eyni zamanda alış etməmiş kassadan çek çıxardaraq özlərindən cərimə etmişdilər. Bütün bu sənədsiz malları qeyd edib ona cərimə yazdıqlarından, əmək və kassa cərimələrindən qəti şəkildə narazıdır, qərəzli formada və ədalətsiz şəkildə vergi orqanı yoxlama aparmış və külli miqdarda ona süni şəkildə borc yaradıb sahibkarlıq fəaliyyətini məhv etmişlər. Bununla ürəkləri soyumayıb əlavə ekspertiza təyin edib suni şəkildə malların qiymətlərini qaldırıb (şişirdib) əlavə kameral vergi yoxlaması apararaq satış göstərib vergi borcu yüksəltmişdilər. Bütün bunların səbəbini və niyə belə etdiklərini soruşduqda vergi işçiləri yoxlamaya gəlmişiksə nəticə olmalıdır deyib öz bildiklərini edirmişlər. Vergi məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanı onun idxal etdiyi mallara, malların üzərinə tətbiq etdiyi ticarət əlavəsinə, işçilərlə bağladığı əmək müqavilələrinə və onlayn kassa satışına riayyət etməyini qəbul etməyib və bu maddənin tələbinə zidd olaraq, vergi qanunvericiliyin konkret hansı maddəsi və tələblərinin pozulmasına görə borcun yaradılması izah olunmadan vergi borcu yaratmışdır. Sonra da vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada Qərar göndərmişdir. Göründüyü kimi verginin hesablanması zamanı sahibkarın iş şəraiti, mühasibat uçotunun spesifikliyi, əlaqəli məlumatlar əsasında sahibkarın iqtisadi cəhətdən rentabelliyinə qiymət verilməmişdir. Belə hal isə bir başa olaraq sahibkarın sərbəs iqtisadi fəaliyyətinin məhdudlaşdırılmasıdır. Çünki, sahibkarın fəaliyyətindən heç bir kənarlaşma mövcud deyil, dövlət büdcəsinə heç bir zərər toxunmamışdır. Vergi məcəlləsinin 37-ci maddəsinə əsasən Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Vergi Məcəlləsinin 130.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa, bu fəsilə uyğun şəkildə tətbiq edilən uçot metodundan asılı olaraq gəlirlərini və xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etməyə borcludur. Vergi məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Konstitusiyanın 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Konstitusiyanın 59-cu maddəsinə əsasən hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Qeyd olunanları nəzərə alaraq iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair Vəsatəti: Məlumat üçün bildirilir ki, İddiaçı (VÖEN: **********) (bundan sonra iddiaçı) cavabdeh 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək qərarların və ekspertiza rəyinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. öncə iddiaçının tələbi üzrə qeyd edirlər ki, xx.xx.2024-cü il tarixli **********106300 nömrəli, **********104900 nömrəli, **********105600 nömrəli, **********105200 nömrəli, **********110800 nömrəli və xx.xx.2024-cü il tarixli, **********9165400, **********167800 nömrəli sözügedən inzibati mübahisə üzrə mübahisə predmeti plan müvafiq nömrəli qərarlar elektron üsulla iddiaçının elektron qutusuna göndərilmişdir. Qərarın iddiaçıya çatması (təqdim olunması) ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edirlər: xx.xx.2024cü il tarixli **********106300 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:13-də oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********104900 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:14-də oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********105600 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:14-də oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********105200 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:20-də oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********110800 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 10:24-də oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********9165400 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 09:35-də oxunmuşdur. xx.xx.2024-cü il tarixli **********167800 saylı qərar iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 09:36-da oxunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0-4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 13 noyabr tarixli qərarında göstərildiyi kimi: iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarının intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müdafiəsi baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarırdı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki hüquqa əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 22.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsi (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Eləcə də, İPM-in 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edə bilər. Həmin Məcəllənin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə məhkəmədə baxılan işlərlə bağlı olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadə etmək üçün verilməsi barədə yazılı qərardadlarla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İnzibati Prosessual Məcəllənin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı məcəllənin 5-ci fəslinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 130.1-ci və 130.3-cü maddələrinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətlər etmək hüququ keçmiş olur. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 saylı Qərarının 2.3-cü bəndinə əsasən məhkəmə ilk növbədə iddianın həmin iddia təbii üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab vermək olub-olmamasını, qanunvericikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulan iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmrəngliyin yol verilməzliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, mümkünlüyün isə, möhkəm icrası və vurulmuş ziyana görə mülkihüquq münasibətinin mövcudluğu haqqında iddianın müvafiq ərizə ilə hüquq unudur olunduğu orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) olduğunu gözdən qaçırmalı deyil. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun mənşəyinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, işin qanununun düzgün həlli baxımından mübahisə predmetinin iddia müddəti daxil edilmədən düzgün vaxtında həll edilməsi mühüm əhəmiyyət kəsb edir (H.Həşimov tərəfindən şikayət üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəliovun şikayəti üzrə 16 yanvar 2011-ci il tarixli qərarlar). Həmin qərarlarda iddia müddətinin əhəmiyyətinin aşağıdakılardan ibarət olması göstərilmişdir: birinci, o, hüquq münasibətləri iştirakçılarının intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına xidmət edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qeyd olunan mübahisə predmeti barədə qərarların yuxarıda göstərilən tarixlərdə oxunduğunu nəzərə alsaq, iddianın təqdim edilməsi üçün təyin olunan 30 gün müddətin ötürülməsi fakti bir mənalı şəkildə öz təsdiqini tapır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqları toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə məlumat vermək mümkün olduğu andan hüquqi qüvvəyə minmiş hesab edilir və ona qarşı müvafiq müddətin həmin vaxtdan etibarən hesablanması nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə iddia ərizəsində və iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən vergi borcunun silinməsi üzrə qanunla nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, İnzibati Prosessual Məcəllənin 22-ci, 24-cü və 38-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 130-cu maddəsinin müddəalarını rəhbər tutaraq İddiaçı iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini Sizdən xahiş edirik. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********7128 saylı qərara münasibətdə iddiaçı tərəfindən qanunvericilikdə nəzərədə tutulan mübahisələndirmə haqqında iddia növünə dair müddətlərə əməl olunsada, digər qərarlara münasibətdə iddiaçı hər hansı üzürlü səbəb göstərmədən iddia müddətini ötürümşdür. Cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********7128 saylı qərara münasibətdə iddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı inzibati orqan tərəfindən qəbul edilmiş və ona münasibətdə əlverişsiz olan inzibati aktın (qərarın) ləğv edilməsini tələb edir. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Cavabdeh tərəfindən təqdim olunan vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, **********7128 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmiş, iddiaçı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 30 (otuz) günlük müddət ötürülməmişdir. VM-in 49.4-cü maddəsinə əsasən vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. VM-in 70.2-3-cü maddəsinə əsasən Bu Məcəllənin 70.2-1.2-ci və 70.2-1.3-cü maddələrində nəzərdə tutulmuş qayda vergi ödəyicisinin (onun səlahiyyətli nümayəndəsinin) inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Faktiki sübutlar: İş materiallarında olan: AA seriyalı, ******* nömrəli Şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haaqında **********491700 nömrəli, 15 yanvar 2024-cü il tarixli məktubun surətindən görünür ki, 26 dekabr 2023-cü il tarixində təqdim olunmuş bəyannamədə, hesabatda aşağıda göstərilən səbəbdən (səbəblərdən) kameral vergi yoxlamasının aparılması mümkün olmamışdır. Səbəblər: 1. Vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti baza məlumatlarına əsasən araşdırılmışdır. Araşdırma zamanı vergi ödəyicisində xx.xx.2022-ci il tarixdə OVN tədbirinin keçirildiyi və alış dəyəri ilə 157 362.9 manat dəyərində sənədsiz mal müəyyən olunmuş və 2022-ci il hesabat dövrü üçün təqdim olunmuş gəlir vergisi bəyannaməsində qeyd olunan malların hərəkəti göstərilmişdir. Həmçinin ödəyiciyə məxsus obyektdə xx.xx.2023-cü il tarixdə rəsmiləşən operativ vergi nəzarəti tədbirlərinin nəticələrinə əsasən 607826 manat dəyərində (ƏDV-siz) mal qalığı aşkar edilmişdir. 2022ci il üçün təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən ilin sonuna 452559,7 manat dəyərində (ƏDV-siz) mal qalığı, xx.xx.2023-xx.xx.2023-cü il tarixlər aralığında idxal əsasında ******* manat dəyərində (ƏDV-siz) mal alışı, 2023-cü ilin yanvar-noyabr ayları ƏDV bəyannamələri üzrə 556 782.64 manat dəyərində təqdim edilməsi olmuşdur. OVNdən sonra Noyabr ayının sonuna kimi kassa məlumatlarına əsasən 27004,44 manat satış edilməsi müəyyən edilmişdir. Ekspert rəyinə əsasən malların maya dəyərinin üzərinə təqribən 28,36 faiz ticarət əlavəsi qoyulduğunu nəzərə alsaq, xx.xx.2023-xx.xx.2023-cü il tarix aralığında təqdim edilmiş malların satış dəyəri (452559,7+2370048- 607826)*128,36%+27004,44=2869898 manat olacaqdır. Qeyd olunnları və 290360,74 (kameral hesablanmış məbləğlər) nəzərə alaraq yayındırılmış dövriyyə üzrə yəni, aşkar edilmiş dövriyyə ilə bəyannamə üzrə dövriyyənin fərqinə əsasən 154325.34((2 869 898.0+157 362.9-556 782.64)*18%-290360,74) manat əlavə vergi məbləğinin hesablanması nəzərdə tutulmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6941 nömrəli, xx.xx.2024cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 3 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 6000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6945 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6943 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10 maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 2 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 4000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 4000 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6937 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6935 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********0870 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 39910.46 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 39910.46 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********0872 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən bu Məcəllənin 71-1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergi ödəyicisinin sahibliyində olan mallara dair elektron qaimə-faktura, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), alış aktları və ya bu Məcəllənin 71-2-ci maddəsində göstərilən elektron alış aktları, elektron qaimə-faktura təqdim edilənədək komissiya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı və qaytarılmış mallara dair malların qaytarılması aktının olmamasına görə 24573.03 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 24573.03 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6939 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Ekspert rəyinin təqdim edilməsi haqqında məktubun surətindən görünür ki, iddiaçının Masallı şəhəri, H.Əliyev prospektində yerləşən **********-64001 kodlu və eyni ünvanda yerləşən **********-64003 kodlu təsərrüfat subyektlərində (obyektlərində) və ünvan 2 ünvanında yerləşən **********-83001 kodlu təsərrüfat subyektində (obyektində) keçirilmiş operativ vergi nəzarəti zamanı tərtib edilmiş siyahılar üzrə malların alış və satış qiymətlərinin müəyyən edilməsi məqsədi ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********9112 nömrəli, xx.xx.2023-cü il tarixli, **********79113 nömrəli və xx.xx.2023-cü il tarixli, **********9111nömrəli “Ekspertizanın təyin edilməsi haqqında” Qərara əsasən təyin edilmiş ekspert tərəfindən verilmiş 06.12..2023-cü il tarixli MB 16-1621 nömrəli rəy, xx.xx.2023-cü il tarixli MB 16-1620 nömrəli rəy və xx.xx.2023-cü il tarixli MB 16-1619 nömrəli rəylər tanış olmağı üçün göndərilmişdir. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7128 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarının surətindən görünür ki, İddiaçı ( Doğulduğu yer və tarix: Azərbaycan, Masallı, Yenikənd kəndi xx.xx.1986, yaşayış yeri: AZ4411, Masallı rayonu, Yenikənd, FİN:xxxxxxx, VÖEN:**********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2024-cü il tarixədək 1000 manat məbləğində büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 033598 nömrəli, 15 aprel 2024-cü il tarixli Aktın surətindən görünür ki, NKA-dan xx.xx.2024-cü il tarixdə saat 17:00-da Masallı rayonu, Heydər Əliyev küçəsində İddiaçı məxsus Masallı Mall obyektindən dəyəri 2 manat olan corab alındı NKA çeki vurulub verilmədi. xx.xx.2024-cü il tarixdə 17:51-də 3396 nömrəli NKA çeki ilə bərpa edildi. İddiaçı barəsində Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Vergi ödəyicisinə satdığı malları NKA-ya vurub müştəriyə NKA çeki təqdim etməsi tövsiyyə edildi. Nəzarət kitabçası təqdim edilmədi. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-13/2-5026/2024 nömrəli məlumatın təqdim edilməsi haqqında məktubun surətindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli **********6945 nömrəli Qərar xx.xx.2024-cü il tarixli **********106300 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********86941 nömrəli Qərar xx.xx.2024-cü il tarixli **********104900 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********86943 nömrəli Qərar xx.xx.2024-cü il tarixli **********105600 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********6937 nömrəli Qərar. xx.xx.2024-cü il tarixli **********102500 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********6935 nömrəli Qərar xx.xx.2024-cü il tarixli **********101800 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********90870 nömrəli Qərar xx.xx.2024-cü il tarixli **********165400 nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********0872 nömrəli Qərar **********167800nömrəli bildirişlə xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin elektron qutusuna göndərilmişdir. Vergi orqanında olan AVİS-nin hesabataxtarış məlumat bazasının məlumatlarına əsasən xx.xx.2024-cü il tarixli **********106300, **********104900, **********105600, **********102500, **********101800 nömrəli bildirişlər xx.xx.2024-cü il tarixdə, xx.xx.2024-cü il tarixli **********165400 və **********167800 nömrəli bildirişlər isə xx.xx.2024-cü il tarixlərdə vergi ödəyicisi tərəfindən oxunmuşdur. Eyni zamanda, xx.xx.2024-cü il tarixli **********106300, **********104900, **********105600, **********102500, **********101800nömrəli bildirişlər xx.xx.2024-cü il tarixdə və xx.xx.2024cü il tarixli **********165400, **********167800 nömrəli bildirişlər xx.xx.2024-cü il tarixdə vergi ödəyicisinin ünvanına poçt vasitəsi ilə göndərilmişdir. Vergi Məcəlləsinin 70.2-1.3-cü maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. Bu tələbin yerinə yetirilməsinin sübutu olaraq ləğvinə iddia qaldırılmış qərarlar üzrə vergi ödəyicisi ilə yazışmalar barədə məlumat məktuba əlavə olunur. Tətbiq olunan hüquq: Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 23.1.1-ci maddəsinə əsasən maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. 16.1.10-cu maddəsinə əsasən istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və ya başqa nasazlıqlar yarandıqda vergi orqanlarına dərhal məlumat verməklə, nəzarət-kassa aparatından istifadəni müvəqqəti dayandırmaq və həmin müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada aparılmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində, belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində, üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarının 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarının 2-ci bəndinə əsasən riskli vergi ödəyicisinin meyarları aşagıdakılardır: -2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; -2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; -2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); -2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; -2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; -2.1.6. bu Meyarların 2.1.1 -2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; -2.1.7. bu Meyarların 2.1.1 -2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; -2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar, vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar, vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddəsində göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda, vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda operativ vergi nəzarəti həyata keçirilə bilər. Bundan başqa, operativ vergi nəzarəti tədbiri zamanı müştəri qismində tədbiri həyata keçirən vergi əməkdaşı iştirak etmişdir. Bununla bağlı qeyd olunur ki, vergi orqanının əməkdaşı nəzarəti həyata keçirən vəzifəli şəxsdir və vergi ödəyicisini məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını və qərəzsiz olmasını birinci növbədə təmin etməli, onun qərəzsizliyinə şübhə yarada bilən hərəkətlərdən çəkinməlidir. İşin araşdırılmış digər halı ilə yanaşı qeyd olunan hal da bir daha deməyə əsas verir ki, cavabdehin iddiaçının maliyyə sanksiyasına məruz qalması ilə bağlı gəldiyi nəticə obyektivlik və qərəzsizlik prinsiplərinə zidd olmaqla, mötəbər və əsaslandırılmış dəlillərə söykənmir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. İşin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Vergi Məcəlləsinin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin Məcəllənin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.9-ci maddəsinə əsasən vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Məhkəmənin mövqeyi: Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********7128 saylı nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı digər qərarlara münasibətdə hər hansı üzürlü səbəb göstərmədən iddia müddətini ötürsə də, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, **********7128 saylı qərara münasibətdə müddəti ötürməmişdir. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən inzibati icraat aparılan zaman iddiaçının izahatı alınmamış, kassa aparatının işlək olub-olmaması ilə bağlı iddiaçı ilə hərhansı bir danışıq aparılmamış, bunun səbəbləri aid edilməmişdir. Akt tərtib edilən zaman iddiaçının iştirakını təmin edilməsi üçün hər hansı tədbir görülməsi və iddiaçının Akt-ı imzalamaqdan imtina etməsinin səbəbləri müəyyən edilməmişdir. Ümumiyyətlə Nəzarətkassa aparatlarının hənsı səbəbdən işlək olmamasını iş materialları müəyyən etmək mümkün olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 338 nömrəli qərarının: 8.3.7-ci bəndinə əsasən vergi orqanlarında qeydiyyatdan keçmiş NKA-dan istifadə etmək, texniki xidmət jurnalını və əməliyyatların uçotu kitabını operatordan tələb etmək və NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparmaq istifadəçinin vəzifəsi kimi müəyyən edilmişdir. Cavabdeh inzibati orqanı tərəfindən operativ vergi nəzərəti həyata keçirilən zaman müvafiq qərarda qeyd edildiyi kimi, iddiaçıya məxsus NKA işləmədiyi dövrdə əməliyyatların uçotu kitabında müvafiq qeydlər aparılıb-aparılmaması halı müəyyənləşdirilməmişdir. Məhkəmə qeyd edir ki, inzibati orqan iddiaçının barəsində xx.xx.2024-cü il tarixli, **********7128 saylı qərarı qəbul edərkən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə istinad etmiş, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsini qərara almışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçının barəsində **********6937 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində, ergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********6939 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarla əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alındığ təqdirdə yenidən Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında DVX seriyalı, 033598 nömrəli, 15 aprel 2024-cü il tarixli Aktın surətindən görünür ki, NKAdan xx.xx.2024-cü il tarixdə saat 17:00-da Masallı rayonu, Heydər Əliyev küçəsində İddiaçı məxsus Masallı Mall obyektindən dəyəri 2 manat olan corab alındı NKA çeki vurulub verilmədiyi üçün Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7128 nömrəli, xx.xx.2024-cü il tarixli Qərar qəbul edilmiş, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi qərara alınmışıdır. İş materialları ilə bir daha təsdiq edilir ki, iddiaçının barəsində cavabdeh inzibati orqan tərəfindən **********6937 nömrəli, xx.xx.2024-cü il tarixli və **********6939 nömrəli, xx.xx.2024-cü il tarixli qərarlar qəbul edimişdir. Belə olduğu halda yenidən cavabdeh inzibati orqanın Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə vergi məhsuliyyəti cəlb edilməsində haqlı olmamışdır. Qeyd olunur ki, mövcud qanunvericilik operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarını yuxarıda qeyd olunan dəqiq və konkret faktlardan asılı etmişdir. Hazırki iş üzrə sahibkarlıq subyektində yoxlamanın keçirilməsinin səbəbi müvafiq qərarda qeyd edilməmiş, ümumiyyətlə xx.xx.2024-cü il tarixli, **********7128 saylı qərarın qəbul edilməsini zəruri edən hallarlın təsdiqi əsaslarını şərh etməmiş, müvafiq sübutları və etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3- ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-943/2024 nömrəli, xx.xx.2024cü il tarixli, 2-1(102)-769/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 2-1(102)-1801/2024 nömrəli, xx.xx.2024-cü il tarixli və 2-1(102)-2445/2024 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********7128 nömrəli, xx.xx.2024-cü il tarixli Qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinin tələbinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-nin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə həmçinin məhkəmə prosessual xərclərə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İPM-nin 69.5-ci maddəsinin tələbinə görə məhkəmə qərarının nəticəvi hissəsində, həmçinin, prosessual xərclər də göstərilməlidir. Həmin Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Yenə həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 32, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********7128 nömrəli, xx.xx.2024-cü il tarixli qərar ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən Şahəli Musayev
Məhkəmə qərarları › İş №2-1(120)-1173/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1173/2025
17.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver