Məhkəmə qərarları › İş №2-1(120)-1174/2021

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1174/2021

30.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1174/2021 30.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Xeyirbəy oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı 03.08.2015-ci il tarixli, 1197 saylı qərarında aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi yazılması vəsifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Xeyirbəy oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03.08.2015-ci il tarixli, 1197 saylı qərarında aldığı travmanın səbəb əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, hərbi xidməti vəzifələrini yerinə yetirərkən almışdır” kimi yazılması vəsifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 03.08.2015-ci il tarixli, 1197 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Xeyirbəy oğlunun xəstəlik diaqnozu: “Beyinciyin sol yarımkürəsinin beyindaxili yenitörəməsinə (medulloblastoma Grade İV) görə aparılmlış (14.07.2015) soldan suboksipital kranioektomiya və C1 fəqərəsinin laminektomiyası, yenitörəməsinin xaric edilməsi cərrahi əməliyyat nəticəsində kəllə qapağının ənsə sümüyünün 47 sm2 örtülməmiş sümük defekti. Sol beyincik yarımkürəsinin beyindaxili şişin, medulloblastomanın xaric edilməsi əməliyyatının (14.07.2015) koordinator pozulmalarla təzahür edən nəticəsi. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı 26.04.2021-ci il tarixli, 561 nömrəli etirazında qeyd edilmişdir ki, iddia tamamilə əsassız və qanunsuzdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin» 7.1 maddəsinə əsasən keçmiş hərbi qulluqçuların aldıqları xəsarətlərin, xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi hərbi həkim komissiyalarına həvalə olunmuşdur. Vətəndaş İddiaçı hərbi xidmət keçərkən aldığı xəstəliklərin nəticələrinə görə o, 03.08.2015-ci ildə SQ Baş Klinik Hospitalın cərrahiyyə profilli hərbihəkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onda təyin olunmuş “Beyinciyin sol yarımkürəsinin beyindaxili yenitörəməsinə (medulloblastoma Grade İV) görə aparılmış (14.07.2015) soldan suboksipital kranioektomiya və C1 fəqərəsinin laminektomiyası, yenitörəməsinin xaric edilməsi cərrahi əməliyyatı nəticəsində kəllə qapağının ənsə sümüyünün 47 sm2 örtülməmiş sümük defekti. Sol beyincik yarımkürəsinin beyindaxili şişi, medulloblastomanın xaric edilməsi əməlyyatının (14.07.2015) koordinator pozulmalarla təzahür edən nəticəsi” diaqnozu ilə olan xəstəliklərin hərbi xidmətlə səbəb əlaqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 39 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin yarımbəndinə əsasən, “XƏSTƏLİK HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi təyin edilmiş və “Xəstəliklər cədvəli"nin 81 “a” və 25 “a” maddələrinin İİ qrafasına əsasən “Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır” sayılmışdır. Vətəndaş İddiaçı 22.03.2016-cı il tarixdə MN MHHK-na ərizə ilə müraciət edərək 04.08.2015-ci il tarixli 197 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”sində qeyd olunan xəstəliklərinin səbəb əlaqəsinin yenidən təyin edilməsini xahiş etmişdir. MN MHHK vətəndaş İddiaçı ünvanladığı 28.06.2016-cı il tarixli 1862 saylı imtina məktubunda 04.08.2015-ci il tarixli 197 nömrəli "Xəstəlik haqqında Şəhadətnaməmlə onda təyin olunmuş xəstəliklərin səbəb əlaqəsinin düzgün təyin edildiyi və dəyişdirilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinin tələblərinə zidd olması səbəbindən mümkün olmadığı bildirilmişdir. Xızı rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli qətnaməsi ilə İddiaçı 28.03.2004-ci il tarixdən 28.12.2015-ci il tarixə kimi N saylı hərbi hissədə xidməti vəzifələrini yerinə yetirərkən yıxılaraq başından xəsarət alması faktı müəyyən edilmişdir. İddiaçı ona məxsus 03.08.2015-ci il tarixli 1197 saylı “Xəstəlik Haqqında Şəhadətnamə”nin anamnez hissəsində 3 aydır ki, özünü xəstə hesab etdiyini, xəstəliyinin səbəbini əlaqələndirə bilmədiyini göstərmiş və hər hansı travma aldığını söyləməmişdir. Bildirir ki, xəsarətdən və travmadan sonra şiş xəstəliyinin yaranması qeyri mümkündür və bu günə kimi elmi cəhətdən öz təsdiqini tapmamışdır. “Medulloblastoma” xəstəlikdir və bunun travma ilə heç bir əlaqəsi yoxdur. Xızı rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli qətnaməsində xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin təyin edilməsi məsələsi ilə əlaqədar maraqlı tərəf və ya cavabdeh kimi MN MHHK qeyd edilməmiş, MN MHHK qarşısında heç bir tələb və öhdəlik qoyulmamışdır. Qətnamə çıxarılarkən nə işə maraqlı tərəf qismində cəlb edilmiş Müdafiə Nazirliyi tərəfindən, nə də məhkəmənin öz təşəbüsü ilə MN MHHK-nın bu məsələ ilə əlaqədar rəyi öyrənilməmiş və nəzərə alınmamışdır. Nəticədə işin halları tələb etdiyi halda Xızı rayon Məhkəməsi heç bir məhkəmə-tibb ekspertizası keçirmədən və hərbi tibb mütəxəssislərinin rəyini almadan (halbuki bunlar xəsarətin və travmanın diaqnozun təyin olunması üçün mütləq zəruri şərt idi) sırf tibbi məsələni yalnız öz subyektiv mülahizələri əsasında həll edərək kobud qanun pozuntusuna yol vermiş və əsassız qətnamə çıxarmışdır. Xızı rayon Məhkəməsinin 08.05.2017-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə ziddir və heç bir hüquqi-normativ sənədə istinad edilmədən qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş «Hərbi-həkım ekspertizası haqqında Əsasnamənın» 7.1.-7.3. maddələrinə əsasən hərbi həkim komissiyası hərbi xidmət keçmiş vətəndaşlarda xəsarətlərin səbəb əlaqəsini o halda qiyabi (sənədlər üzrə) müəyyən edir ki, əgər vətəndaş hərbi xidmət keçmə dövründə müalicə almış olsun və hərbi həkim komissiyası xəsarətin səbəb əlaqəsi haqqında qərarı vətəndaşın xəsarət aldığı zaman xidmət keçdiyi hərbi hissənin komandiri tərəfindən verilmiş travma haqqında arayışa uyğun olaraq çıxarır. Lakin İddiaçı hərbi xidmət keçmə dövründə travma ilə əlaqədar müalicə olunmamış, bu barədə travma haqqında arayışı və travma ilə əlaqədar müalicə olunduğuna dair çıxarış epikrizini Müdafiə Nazirliyi Mərkəzi Klinik Hospitalına və ya məhkəməyə təqdim ediməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndi ilə vətəndaş İddiaçı təyin edilmiş xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin “HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi təyin edilməsi nəzərdə tutulmamışdır. Bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin” 7.2 bəndinin “ç” yarımbəndinə əsasən, vətəndaş İddiaçı xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsi “XƏSTƏLİK, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR” kimi düzgün təyin edilmişdir və dəyişdirilməsi üçün heç bir əsas yoxdur. Vətəndaş İddiaçı təyin edilmiş yaralanmanın hərbi xidmətlə səbəb əlaqəsinin HƏRBİ TRAVMADİR, HƏRBİ XİDMƏT VƏZİFƏLƏRİNİ (XİDMƏTİ VƏZİFƏLƏRİ) YERİNƏ YETİRƏRKƏN ALİNMİŞDİR” kimi tanınması tələbi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğundan həmin orqanın üzərinə qeyd olunan öhdəliyin qoyulması qanunauyğun hesab edilə bilməz. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.7-ci maddəsinin tələblərinə əsasən MN MHHK-sı diskresion səlahiyyətlərə, yəni qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququna malikdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisəiərə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövbcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Beləliklə inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə maatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləriiddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir, hazırki iddia isə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəlləsinin 35.1. maddəsində nəzərdə tutulan mümkünlük tələblərinə cavab vermir. İddiaçı iddia tələbindən aydın görünür ki, onun iddiası mübahisələndirmə haqqında iddia növünə aiddir. Bu növ iddiaların xüsusi mümkünlük şərtlərindən ən mühümü odur ki, iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində (Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsi) qaldırıla bilər. Lakin İddiaçı qanunla müəyyən edilmiş həmin müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən iddianın rədd olunmasına dair qərar çıxarımasını xahiş etmişdir. Məhkəmə, iş materialını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı Xeyirbəy oğlu Azərbaycan Respublikası Müdafiə Nazirinin Mərkəzi Hərbi Həkim Komissiayasının 03.08.2015-ci il tarixli, 1197 nömrəli qərarının dəyişdirilməsini xahiş edir. Göründüyü kimi iddiaçının iddia tələbi (qərarın dəyişdirilməsi) mübahisələndirmə haqqında iddiaya aiddir və bu iddia növü ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə prosessual müddət müəyyən olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirinin Mərkəzi Hərbi Həkim Komissiayasının 03.08.2015-ci il tarixli, 1197 nömrəli qərarının dəyişdirilməsinə dair subyektiv hüququ onun şəhadətləndirildiyi vaxtdan (03.08.2015-ci il tarixdən) yaranmasına baxmayaraq, o, məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. Mübahisələndirilən inzibati aktın qəbul edilməsindən 5 ildən artıq müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddia qanunla müəyyən olunmuş müddətdə verilmədiyindən mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Göstərilənləri nəzərə alaraq və İnzibati Prosessual Məcəllənin 35, 80, 83, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar