Məhkəmə qərarları › İş №2-1(120)-1174/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1174/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1174/2025 05.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Lənkəran Rayon X8 hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçı X2 nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Lənkəran Rayon X8 hüquqi şəxsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehnə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təyin olunmuş əlilliyin bərpa olunması və 2021-ci il tarixdən bu günədək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi ( tələbin dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən, ona təyin olunmuş 2-ci qrup əlilliyin dayandırıldığı 2021-ci ildən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili yenidən İPM-54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi ( tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının xx.xx.2025-ci il tarixli xxxxxxx0011 №-li qərarının ləğv olunması, İddiaçı müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi xəstəliyi diaqnozu qoyulmuşdur. Vəziyyətinin ağırlaşması səbəbilə Azərbaycan Respublikasında əməliyyatının icrası mümkün olmadığına görə Rusiya Federasiyasında əməliyyat olunmuşdur. Əməliyyatdan sonra isə ona xəstəxana tərəfindən epikriz verilmişdir ki, bunun əsasında 2009-cu ildə ona İİ qrup əlillik pensiyası təyin olunmuşdur. Həmin epikrizi o əlillik pensiyası təyin olunarkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmişdir. Lakin, əsassız olaraq 2021-ci ildən əlillik pensiyası dayandırılmış və epikriz ondan yenidən tələb olunmuşdur. Halbuki, həmin epikrizin surəti Nazirlikdə vardır. Buna baxmayaraq, ondan yenidən epikriz tələb olunmuşdur.Əsassız olaraq dayandırılmış İİ qrup əlilliyin bərpa olunmasına və 2021ci ildən bugünə qədər ödənilməmiş pensiya məbləğinin hesablanaraq ona ödənilməsinə zərurət vardır.Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət etsə də, ərizəsinə bugünədək cavab verilməmişdir. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 Xəstəxanası inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Cavabdehin etirazları: Cavabdeh Agentlik tərəfindən xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə sistemi” vasitəsilə məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı əlillik vəziyyətinə sonuncu dəfə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış Diaqnozun Mətni: C49.3 Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi, pT4N0M0 mərhələ İ B G X Döş qəfəsinin yumşaq toxumalarının sarkoması.Cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət.pT4N0M0 İ B G X”, Məzkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin mərhələsinin beynəlxalq təsnifata uyöun dəqiqləşdirilməsi, morfoloji müayinənin cavablandırılması" əsası ilə Mərkəzə geri göndərilmişdir. Üçüncü şəxs Lənkəran rayon X8 Hüquqi Şəxsinin iddia tələbinə dair yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. İddiaçı cavabdeh orqanın xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və ona müvafiq əlilliyin təyin olunmasını tələb edir. Məhkəmə hesab edir ki, hazırkı iddianın “mübahisələndirmə və məcburetmə haqqında iddia” növünün mümkünlük şərtlərinə uyğunluğu yoxlanılmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə isə, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-nin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:

1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;

2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). - 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. - 33.2-ci madəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. “İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir... İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulubpozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı qanunvericiliyin müddəalarına əməl edərək, qanunla müəyyən edilmiş müddətdə iddia ilə məhkəməyə müraciət etmişdir.

Faktiki hallar və sübutlar: İş materiallatında olan:

İddiaçı aid aşağıdakı; - xx.xx.2010-ci il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İİ Sinif Bədxassəli yenitörəmələr => C00-C75-Yeni törəmələr => C50-Süd vəzisinin bədxassəli yenitörəməsi =>C50.0-Döş giləsi və məməcik dairəsinin…Diaqnozun mətni: döş boşluğunun iri həcmli sarcoma mənşəli törəməsi cərrahi və şüa terapiyasından və Vİ kurs KDM-dən sonrakı vəziyyət….Meyar.2.2. İkinci dərəcə əlillik => 2.2.4.Kəskin və xroniki leykozlar, limfomalar. ( 1 il müddətinə) - xx.xx.2014-cü il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İİ Sinif Bədxassəli yenitörəmələr => C00-C75-Yeni törəmələr => C50-Süd vəzisinin bədxassəli yenitörəməsi =>C50.1-Süd vəzisinin mərkəzi hissəsinin…Diaqnozun mətni: sağ plevral boşluğunun sinieval mənşəli yumuşaq toxumasının sarkoması cərrahiyyə əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət….Meyar.2.2. İkinci dərəcə əlillik => 2.2.4.Kəskin və xroniki leykozlar, limfomalar.( 1 il müddətinə) - xx.xx.2015-cü il tarixli, xxxxxxx0003 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İİ Sinif Bədxassəli yenitörəmələr => C00-C75-Yeni törəmələr => C45 C49-Mezotel və yumşaq toxumaların bədxassəli yenitörəmələri =>C49-Birləşdirici və yumşaq toxumaların digər formalarının bə……Diaqnozun mətni: Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi cərrahi əməliyyat və şüa terapiyadan sonrakı vəziyyət İİ-li anemiya Aktiv hərəkətlər zamanı tənəffüz çatışmazlığı….Meyar.2.2. İkinci dərəcə əlillik => Digər 2.2. (1 il müddətinə) - xx.xx.2016-cı il tarixli, xxxxxxx0004 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İİ Sinif Bədxassəli yenitörəmələr=>C00-C75-Yeni törəmələr=>C45C49-Mezotel və yumşaq toxumaların bədxassəli yenitörəmələri=>C49-Birləşdirici və yumşaq toxumaların digər formalarının bə……Diaqnozun mətni: Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi cərrahi əməliyyat və şüa terapiyadan sonrakı vəziyyət İİ-li anemiya Aktiv hərəkətlər zamanı tənəffüz çatışmazlığı….Meyar.2.2. İkinci dərəcə əlillik => Digər 2.2. ( 5 il müddətinə) - xx.xx.2021-ci il tarixli, xxxxxxx0007 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İİ Sinif Bədxassəli yenitörəmələr => C00-C75-Yeni törəmələr => C45 C49-Mezotel və yumşaq toxumaların bədxassəli yenitörəmələri=>C49-Birləşdirici və yumşaq toxumaların digər formalarının bə……Diaqnozun mətni: Döş qəfəsi yumşaq toxumalarının sarkoması pT3NOMO Gx Patositomorfologiya: Rusiya Federasiyası N:293/2009 Sinovial sarkoma. Cərrahi əməliyyatdan Şüa terapiyadan və S kurs PKT-dan sonrakı vəziyyət….Meyar. imtina edilir.İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Xəstəliyin mərhələsi qeyd olunmayıb. Mütəxəssis Həkimlərin rəyi yetərli deyil. - xx.xx.2021-ci il tarixli, xxxxxxx0008 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X1 İİ Sinif Bədxassəli yenitörəmələr => C00-C75-Yeni törəmələr=>C45 C49-Mezotel və yumşaq toxumaların bədxassəli yenitörəmələri=>C49-Birləşdirici və yumşaq toxumaların digər formalarının bə……Diaqnozun mətni: Döş qəfəsi yumşaq toxumalarının sarkoması pT4NOMü mərhələ İ B G X.Döş qəfəsinin yumşaq toxumalarının sarkoması. Cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət.pT4N0M0 İ B G X. ….Meyar. imtina edilir.İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması-Səbəb: Xəstəliyin mərhələsinin beynəlxalq təsnifata uyğun dəqiqləşdirlməsi, morfoloji müayinənin cavablandırılması. Agentliyin 3 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0008 №-li, xx.xx.2021-ci il tarixli qərarı ilə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı göndərişin natamam doldurulması səbəbindən əlillik verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial ekspert komissiyasının 3-17-4/3-1- 15827/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Əlillik AS-də olan məlumatlara əsasən məlum olmuşdur ki, İddiaçı əlillik vəziyyəti ilk dəfə Lənkaran Rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirilmiş göndərişləri əsasında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, xx.xx.2010-cu il tarixindən xx.xx.2011-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “ilkin”; xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2015-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək ümumi xəstəlik səbəbindən 1 (bir) il müddətinə ikinci dərəcə “təkrar”; xx.xx.2016-cı il tarixindən xx.xx.2021-ci il tarixinədək Əlillik AS tərəfindən avtomatlaşdırılmış şəkildə 5 (beş) il müddətinə uzadılaraq ümumi xəstəlik səbəbindən ikinci dərəcə “təkrar” əlillik təyinatı aparılmışdır.Əlillik müddəti tamamlandıqdan sonra, vətəndaşın müraciəti əsasında Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli 0284003AAMJM nömrəli və xx.xx.2021-ci il tarixli 0284003AAM91 nömrəli göndərişlər rəsmiləşdirilsə də, Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilərək barəsində, göndərişin natamam doldurulması (Səbəb: Xəstəliyin mərhələsinin beynəlxalq təsnifata uyğun dəqiqləşdirilməsi, morfoloji müayinənin cavablandırılması zəruridir.) səbəbindən əlillik təyinatı aparılmamış və tibb müəssisəsinə geri göndərilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş, xx.xx.2024-cü il tarixində məhkəmə qərardadı əsasında DTSERA-da Tibbi-Sosial Ekspert Komissiyasına dəvət olunaraq əyani müayinədən keçmiş, xəstənin hazırkı vəziyyəti qiymətləndirilmiş və müayinələr aparılmışdır.07.2024-cü il tarixində DTSERA-da xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri döş qəfəsində ağrılardan, ümumi halsızlıq və zəiflikdən olmuş, anamnestik olaraq 2009-cu ildən "Onkoloji” xəstəlikdən əziyyət çəkdiyini, ona döş qəfəsindən cərrahi əməliyyat icra edildiyini və cərrahi əməliyyatdan sonra Milli Onkologiya Mərkəzində şüa müalicəsi aldığını bildirmişdir.Təqdim edilmiş sənədlər arasında Milli Onkologiya Mərkəzinin xx.xx.2021-ci il tarixli L0128871 - A210113190 nömrəli ambulator kartından çıxarışında diaqnoz “Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi pT4N0M0 mərhələ İ B G X”, diaqnoz qeydi “Döş qəfəsinin yumşaq toxumalarının sarkoması. Cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət. pT4N0M0 mərhələ İ B Gx” şəklində göstərilmiş, xx.xx.2009-cu il tarixində Rusiya Federasiyasında “Torakotomiya. Sağ plevra boşluğunda törəmənin xaric edilməsi” cərrahi əməliyyatının icra olunduğu, daha sonra şüa terapiyası qəbul etdiyi qeyd edilmiş, Yenitörəməyə dair məlumatda “Morfologiya - 9040/3- Sinovial sarkoma, ƏGO” kimi qiymətləndirilmişdir. Həmçinin Lənkəran Şəhər Onkoloji Xəstəxanasının xx.xx.2009-cu il tarixli 497 nömrəli ambulator kartından çıxarışında diaqnoz “Döş qəfəsi yumşaq toxumalarının sarkoması pT3N0M0 Gx, Patositomorfologiya: Rusiya Federasiyası N:293/2009 Sinovial sarkoma. Cərrahi əməliyyatdan, Şüa terapiyasından və 5 (beş) kurs PKT-dan sonrakı vəziyyət” kimi qeyd edilmişdir. Obyektiv müayinə zamanı, düzgün bədən quruluşlu, dəri və görünən selikli qişaların rəngi solğun olmuş, ağciyər üzərində vezikulyar tənəffüs eşidilmiş, ürək tonları bir qədər karlaşmış, AT 110/70 mm civ.süt, dili quru, ərpli, döş qəfəsinin ön divarında əməliyyat çapığı izlənilmiş, İddiaçı ətraflı müayinə edilməsi üçün həkim- ekspertlər tərəfindən Milli Onkologiya Mərkəzinə göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv müayinələr nəticəsində diaqnoz “Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi pT4N0M0 mərhələ İ B G X”, diaqnoz qeydi “Döş qəfəsinin yumşaq toxumalarının sarkoması. Cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət. pT4N0M0 mərhələ İ B Gx” şəklində göstərilmiş, Yenitörəməyə dair məlumatda “Morfologiya - 9040/3 - Sinovial sarkoma, ƏGO” kimi qiymətləndirilmiş, orada icra edilmiş Kompyuter tomoqrafiya müayinəsinin nəticəsi “Sağ ağciyər yuxarı payda sentrilobulyar emfizematoz bullalar, arxa seqmentdə postop rentgen kontrast tikişlər və fibroz dəyişikliklər aşkar edilir. Divar aralığında paratraxeal və subkarinal sahədə -1.5 (bir tam onda beş) sm ölçülü böyümüş limfa düyünləri aşkar edilir. Döş fəqərələrində degenerativ dəyişikliklər, sağdan dördüncü, beşinci, altıncı qabırğaların medial kodeksinin qalınlaşması və döş sümüyü dəstəyində -0.8 (onda səkkiz) sm ölçülü hipodens ocaq qeyd edilir” kimi müəyyən edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilsə də, vətəndaş barəsində yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirilməmişdir.Nəticədə, obyektiv müayinədə və dövlət tibb müəssisəsinin qiymətləndirməyə əsas verən göndərişində Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixinə kimi qüvvədə olan Nazirlər Kabinetinin Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən və yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirilmədiyindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. İddiaçı müraciəti əsasında Lənkəran şəhər Onkoloji Xəstəxanası tərəfindən xx.xx.1959-cu il təvəllüdlü İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə rəsmiləşdirilmiş göndərişdə əsas diaqnoz C49.3-Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi.Döş qəfəsinin yumşaq toxumalarının sarkoması.pT4N0M0 mərhələ İB. P/h: (Rusiya Federasiyası xx.xx.2009) N:293/2009 sinovial sarcoma, bədxassəli (maliqnant)..Cərrahi əməliyyatdan, Şüa terapiyadan və PKT-dan sonrakı vəziyyət ...Ağırlaşma: 34.0-Torakotomiya, sağ plevral boşluqda törəmənin xaric edilməsi..qeyd olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” publik hüquqi şəxsi tərəfindən verilmiş (xx.xx.2024-cü il tarixdə başlamış xx.xx.2024-cü il tarixdə başa çatmış) T 660/2024 saylı ekspert rəyindən görünür ki, ekspertlər belə nəticəyə gəlmişlər ki: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə müvafiq tibb müəssisəsində adma tərtib edilmiş qiymətləndirmə nəticələrində XBT 10 kodu ilə qeyd edilmiş “Bədxassəli =>C00-C75- yenitörəmələr=>C45-C49-mezotel və yumşaq toxumaların bədxassəli yenitörəmələri =>C49-birləşdirici və yumşaq toxumaların digər formalarının bə... Diaqnozun mətni: Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi, pT4N0M0 mərhələ İ BGX, döş qəfəsinin yumşaq toxumalarının sarkoması, cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət” diaqnoz stasionarda anamnestik, klinik və laborator-instrumental müayinələr əsasında qoyulsa da əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlilik dərəcəsinin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməni istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 №-li Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’na əsasən orqanizmin funksiyalarının pozulmasının hansı faiz göstəricisi və müddətinə uyğun maddələrin hər-hansı birini aid etmək mümkün olmadı. Həmin xəstəliklərin sağalma ehtimalı yoxdur.

Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş:

Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 4/633-1080 №-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1959-cu il təvəllüdlü İddiaçı ilk dəfə Milli Onkologiya Mərkəzinə xx.xx.2009-cu il tariində müraciət etmişdir. xx.xx.2009-cu il tarixində Rusiya federasiyasında döş qəfəsinin yumşaq toxuma şişinə görə cərrahi əməliyyat olmuşdur. 2009-cu ildə keçdiyi döş qəfəsinin KT müayinəsində törənmiş ölçüsü 120x170x180 mm ölçüsündə qeyd edilmişdir. Cərrahi əməliyyatdan sonra Milli Onkologiya Mərkəzində şüa müalicəsi qəbul edib. Xəstənin pTNM əməliyyat sonrası p/h müayinənin nəticəsində törəmənin ölçüsü barəsində heç bir məlumat olmadığına görə əməliyyat öncəsi 2009-cu ildəki KT müayinəsinə ( törəmənin ölçüsü 120x170x180mm) əsas qiymətləndirilmişdir. İddiaçı əsas diaqnoz: C49.3-Döş qəfəsinin birləşdirici və yumşaq toxumlarının bədxassəli yenitörəməsi pT4N0M0 mərhələ İB GX” qoyulmuş, “49.3-Döş qəfəsinin yumşaq toxumalarının sarkoması.Cərrahi əməliyyatdan sonra və şüa terapiyasından sonrakı vəziyyət. pT4N0M0 İ BGx” diaqnoz qeydi kimi göstərilmişdir. İddiaçı Milli Onkologiya Mərkəzi tərəfindən xəstəliyi ilə əlaqədar xəstəlik tarixindən müvafiq qaydada çıxarış (epikriz) təqdim edilmişdir. Lənkəran Rayon X8 hüquqi Şəxsinin 18-1-58/2-341/2025 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Lənkəran rayon Girdəni kənd sakini İddiaçı tibbi sənədlərini əlilliyin qiymətləndirilməsindən ötrü Lənkəran Rayon Mərkəzi X6 Komissiyasına təqdim etmişdir. xx.xx.2024-cü il tarixində vətəndaş İddiaçı tibbi sənədləri əlilliyin qiymətləndirilməsindən ötrü alt sistemə daxil edilmişdir. Qaydalara uyğun olaraq vətəndaş müəyyən olunmuş vaxtda komissiyaya yaxınlaşmamış, tibbi sənədlərini götürməmiş və təyin olunan analizlərin nəticələrini təqdim etməmişdir. Müəyyən vaxt keçdikdən sonra sənədlər vətəndaş tərəfindən komissiyadan götürülmüş və bu günə kimi müayinələrin nəticələrini təmin etmədiyinə görə sənədlərin 2-ci hissəsini alt sistemə doldurmaq mümkün olmamış və nəticə etibarı ilə sənədlər sistem tərəfindən imzalanmamışdır. Agentliyin 3-17-4/2-12624/25 saylı, xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı əlillik vəziyyəti Lənkəran rayon Mərkəzi Xəstəxanasının xx.xx.2025ci il tarixli P00266587SAR nömrəli göndərişi əsasında xx.xx.2025-ci il tarixində qiymələndirilmiş və natamam doldurulması səbəbilə göndəriş dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Məktuba əlavə olunmuş: xx.xx.2025-ci il tarixli P00266587SAR №-li göndərişdə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı TSEK-ə göndəriş zamanı XMT 10 kodu üzrə Diaqnoz C49.3- Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi. Döş qəfəsinin birləşdirici və yumuşaq toxumalarının bədxassəli yenitörəməsi. Döş qəfəsinin yumşaq toxumalarının sarkoması.pT4N0M0 mərhələ İB Gx P/h (Rusiya Federasiyası xx.xx.2009) N: 293/2009 sinovial sarcoma, bədxassəli (maliqnant).Cərrahi əməliyyatdan, Şua terapiyadan və PKTdan sonrakı vəziyyət .”Torakotomiya, sağ plevral boşluqda törəmənin xaric edilməsi”. 9 №-li Tibbi Sosial Ekspert Komissiyasının xxxxxxx0011 №-li, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.1959-cu il təvəllüdlü İddiaçı göndərişin natamam doldurulması səbəbindən əlillik verilməsindən imtina edilmişdir.

Tətbiq edilən hüquq.

Azərbaycan Respublikası Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ...4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya) 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir.

1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 1.14. Peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 1.2. Bu Meyarların məqsədləri üçün köməkçi texniki vasitələr dedikdə funksionallığın təkmilləşdirilməsinə, fərdin asılılığının aradan qaldırılmasına, sağlamlıq vəziyyətinin ağırlaşmasının və ya xəstəliyin yaratdığı funksiya pozuntusunun azaldılmasına və ya qarşısının alınmasına xidmət edən xüsusi vasitələr (cihazlar, avadanlıqlar, alətlər və ya proqram təminatları) nəzərdə tutulur. 2.1. İnsanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.

“Əlilliyin müəyyən olunması meyarları”na Əlavə Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti:

14.4.2.birləşdirici və yumşaq toxumaların digər növlərinin bədxassəli yenitörəməsi (C 49) Qeyd. Törəmələr zamanı orqanizmin funksiyalarının davamlı pozuntularının təzahür dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən törəmənin orqan və orqanizmlərdə lokalizasiyasına (törəmənin ölçüsü-diaqnozda T (tumor) simvolu ilə işarələnir), böyümənin anatomik formasına (endofit, ekzofit, qarışıq), böyümə sürətinə, orqan divarına siraətetmə dərəcəsinə (invaziya dərəcəsi), xərçəngin histoloji quruluşuna və diferensiasiya dərəcəsinə, bədxassəliyin histoloji dərəcəsinə, regionar limfatik düyünlərin zədələnməsi xüsusiyyətinə əsaslanır. Uzaq metastazların olub olmaması (yuxarıda qeyd edilmiş meyarlar TNMGP sistemi üzrə təsnifatda öz əksini tapmışdır), adaptasiya və kompensasiya imkanı, fəsadlaşmaların olması nəzərə alınır. Qiymətləndirmə 14.4.2.1.cüzi funksional pozuntularla, törəmənin erkən mərhələdə spesifik müalicəsindən sonrakı vəziyyət (50 faiz, 1il) 14.4.2.2.törəmənin radikal götürülməsinə zəmanət verilmədiyi, operativ müalicə aparılmadığı, törəmə əleyhinə müalicə aparıldığı halda (80 faiz, 2 il) 14.4.2.3.törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının pozulması dərəcəsinin (cüzi, mülayim, təzahür edən, əhəmiyyətli təzahür edən), fəsadlaşmaların və (və ya) yanaşı gedən xəstəliklərin, residivin, uzaq metastazların olmasından asılı olaraq (35-100 faiz,. 2 il) 14.4.2.4.törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, yanaşı gedən xəstəliklərin, residivin, uzaq metastazların olması (85- 100 faiz, müddətsiz) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; .... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət .... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; … Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. … Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

İPM 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası və iddiaçı barəsində qəbul etdiyi qərarı qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İlkin olaraq, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1, 2.4-cü bəndlərinin məzmunundan irəli gəlir. Belə ki, həmin normaların tələbinə görə: - şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya ... hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır (2.1-ci bənd); - TSEK göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. Məhkəmə, həmçinin nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinin tələbinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, qüvvədən düşmüş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə əlilliyin təyin olunması üçün tibbi göndərişdə olan xəstəliyin əsas və ya yanaşı xəstəlik və ya ağırlaşma olmasından asılı olmamışdır. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda isə həmin məsələ konkret olaraq öz həllini tapmışdır ki, istər əsas diaqnoz və ağırlaşmalar nəzərə alınmaqla əlilliyin təyini mexanizmi müəyyənləşdirilmişdir. Lakin, xüsusi olaraq qeyd edilir ki, iddiaçıya əlilliyin təyinatından imtina verilərkən qüvvədə olan qanunvericilikdə də ağırlaşmanın nəzərə alınmamalı olmaması, məhz əsas diaqnozla əlilliyin təyin edilməsi barədə xüsusi norma mövcud deyil. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyinmüvafiq əlillik dərəcəsinin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçıya 2010-cu il tarixdən 1 il müddətinə döş boşluğunun iri həcimli sarkoma mənşəli törəməsi cərrahi və şüaterapiyasından və Vİ kurs KDM-dən sonrkı vəziyyət” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə 2014,2015-ci illərdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi cərrahi əməliyyat və şüa terapiyadan sonrakı vəziyyət 2-ci anemiya Aktiv hərəkətlər zamanı tənəffüz çatmamazlığı” diaqnozu ilə ikinci dərəcə əlillik təyin edilmişdir. Daha sonra isə eyni diaqnoz - C49 Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi, pT4N0M0 mərhələ İ BG X.Döş qəfəsinin yumşaq toxumalarının sarkoması.Cərrahi əməliyyatdan və şüa terapiasından sonrakı vəziyyət pT4N0M0 1B G X diaqnoz ilə əlillik təyinatının aparılmasına nail olmağa çalışmışdır. Lakin cavabdeh inzibati orqan əsassız olaraq ona göndərişin natamam doldurulması səbəbi ilə imtina edilmişdir. Başqa sözlə desək, hazırkı mübahisəyə münasibətdə iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların eyni olduğu müəyyən edilmişdir. Cavabdeh eyni diaqnoz əsasında iddiaçıya əvvəlki göndəriş əsasında sonuncuya əlillik təyin etməsinə və yuxarıda qeyd olunan halların mövcud olmasına baxmayaraq, həmin diaqnoz əsasında 2021, 2024 və 2025-ci il tarixli göndərişlər əsasında təkrar əlilliyin təyin edilməsindən imtina etmişdir. Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Belə olan halda, əvvəlki müayinələrdə qoyulmuş diaqnoz əsasında əlilliyin müəyyən edilməsindən sonra həmin diaqnozda müəyyən edilən xəstəliyin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququnun, yaxud da qanuni gözləntisinin yarandığı da nəzərə alınmalıdır. Bununla belə, cavabdeh əlillik vəziyyətinin təkrar qiymətləndirilməsi zamanı tətbiq etdiyi fərqli yanaşmanı şərtləndirən və zəruri edən hüquqi və faktiki əsasları açıqlamamış, fərqli yanaşmasını bu baxımdan əsaslandırmamışdır. İş materiallarında göründüyü kimi iddiaçı müntəzəm olaraq müayinəyə cəlb edilmiş, onun əlilliyinin əsasını təşkil edən tibbi diaqnozda dəyişiklik baş verməmiş, şəxsin cari xəstəliyi ona əlillik təyin edilməsinə hüquqi və faktiki əsas yaratmışdır. Belə ki, İPM-in 74-cü maddəsinin tələbinə görə, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçıda olan xəstəlik ona müvafiq əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, əyani müayinə nəticəsində qəbul olunmuş xx.xx.2024-cü il qərarından da müəyyən olunur ki, Obyektiv müayinə zamanı İddiaçı ətraflı müayinə edilməsi üçün həkim- ekspertlər tərəfindən Milli Onkologiya Mərkəzinə göndəriş verilmiş, xx.xx.2024-cü il tarixində tibb müəssisəsində vətəndaşa aparılmış obyektiv müayinələr nəticəsində diaqnoz “Döş qəfəsinin birləşdirici və yumşaq toxumalarının bədxassəli yenitörəməsi pT4N0M0 mərhələ İ B G X”, diaqnoz qeydi “Döş qəfəsinin yumşaq toxumalarının sarkoması. Cərrahi əməliyyatdan və şüa terapiyasından sonrakı vəziyyət. pT4N0M0 mərhələ İ B Gx” şəklində göstərilmiş, Yenitörəməyə dair məlumatda “Morfologiya - 9040/3 - Sinovial sarkoma, ƏGO” kimi qiymətləndirilmiş, orada icra edilmiş Kompyuter tomoqrafiya müayinəsinin nəticəsi “Sağ ağciyər yuxarı payda sentrilobulyar emfizematoz bullalar, arxa seqmentdə postop rentgen kontrast tikişlər və fibroz dəyişikliklər aşkar edilir. Divar aralığında paratraxeal və subkarinal sahədə -1.5 (bir tam onda beş) sm ölçülü böyümüş limfa düyünləri aşkar edilir. Döş fəqərələrində degenerativ dəyişikliklər, sağdan dördüncü, beşinci, altıncı qabırğaların medial kodeksinin qalınlaşması və döş sümüyü dəstəyində -0.8 (onda səkkiz) sm ölçülü hipodens ocaq qeyd edilir” kimi müəyyən edilmiş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hazırda qüvvədə olan 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmişdir. Lakin vətəndaş barəsində yeni qanunvericiliyə müvafiq göndəriş rəsmiləşdirilməməsi əsası ilə Diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. Cavabdeh inzibati orqanın iddiaçıya əlilliyin təyin olunmasından imtinasının dəlili olan diaqnozun əlillik əlaməti təyin etməməsi barədə gəlinən nəticə iş üzrə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıya qoyulmuş diaqnozlar iş materiallarında mövcud olan tibbi sənədlər əsasında öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”si ilə xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri, XBT-10 (kod), orqanizmin funksiyalarının pozulması faizi və orqanizmin funksiyalarının pozulması müddəti müəyyən edilmişdir. Həmin siyahıya nəzər yetirdikdə görünür ki, xəstəliklərin, zədələrin və çatışmazlıqların özünün şəxsdə mövcud olması hələ əlilliyin təyin edilməsi anlamına gəlmir. Onların ağırlıq dərəcəsi, mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri əlilliyin qiymətləndirilməsi və təyini üçün əhəmiyyət daşıyır. İddiaçı barəsində sonuncu dəfə verilən xx.xx.2025-cü il tarixli, P00266587SAR nömrəli tibbi göndərişdə qeyd olunan əsas diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin yuxarıda qeyd edilən 14.4.2-cı bəndi üzrə birləşdirici və yumşaq toxumaların digər növlərinin bədxassəli yenitörəməsi xüsusiyyətlərinə uyğun gəlir. Həmin xəstəlik üzrə qiymətləndirmə 14.4.2.1.cüzi funksional pozuntularla, törəmənin erkən mərhələdə spesifik müalicəsindən sonrakı vəziyyət (50 faiz, 1il);14.4.2.2.törəmənin radikal götürülməsinə zəmanət verilmədiyi, operativ müalicə aparılmadığı, törəmə əleyhinə müalicə aparıldığı halda (80 faiz, 2 il);14.4.2.3.törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının pozulması dərəcəsinin (cüzi, mülayim, təzahür edən, əhəmiyyətli təzahür edən), fəsadlaşmaların və (və ya) yanaşı gedən xəstəliklərin, residivin, uzaq metastazların olmasından asılı olaraq (35-100 faiz,. 2 il);14.4.2.4.törəmənin müalicəsindən sonra orqanizmin funksiyalarının əhəmiyyətli dərəcədə pozulması, yanaşı gedən xəstəliklərin, residivin, uzaq metastazların olması (85- 100 faiz, müddətsiz) qeyd olunan bəndlərə uyğun gəlsə də, qiymətləndirmə səlahiyyəti cavabdeh inzibati orqana aid olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı barədə qiymətləndirmə aparılaraq müvafiq əlilliyin təyin edilməsi cavabdeh inzibati orqana həvalə olunmalıdır. Son olaraq qeyd olunmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin gəldiyi qənaətə görə cavabdehin iddiaçıya müvafiq əlilliyin təyin edilməsinin imtinasının heç bir hüquqi və qanuni əsasları mövcud deyildir. Məhkəmə diaqnozun eyniliyi barədə həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, əlilliyin müddətli verilməsi, təkrar yoxlanılmanın aparılmasının zəruriliyi məhkəmə hesab edir ki, iddiaçıda əlilliyin təyininə əsas verən xəstəliyin əlilliyin müddətinin bitdiyi tarixdən sonra da yenidən əlillik təyin edilməsi üçün davam edib-etməməsinə xidmət edir ki, işin faktiki hallarından da göründüyü kimi iddiaçıda əlilliyin təyininə əsas verən xəstəlik əlillik müddəti bitdikdən sonra da davam etməkdədir ki, bu səbəbdən də məhkəmə hesab edir ki, əlilliyin müddətli olması diaqnozun eyniliyi halında əlilliyin növbəti müddətə həmin diaqnoz əsasında təyininin qanuniliyini halını dəyişmir. Beləliklə iddiaçının əlillik müddəti bitdikdən sonra da həmin xəstəlikdən əziyyət çəkdiyi növbəti halda yoxlanılmalıdır ki, həmin yoxlamadan görünür ki, iddiaçıda diaqnozda hər hansı dəyişiklik mövcud olmamış, cavabdeh normativ hüquqi aktlarda göstərilən siyahıda nəzərdə tutulmuş xəstəliyin ağırlaşmalarının aşkar edilməməsi və yeni qanunvericiliyə uyğun müvafiq göndərişin rəsmiləşdirilməməsi ilə imtinasını əsaslandırmışdır ki, məhkəmə yuxarı instansiya məhkəməsinin təcrübəsini nəzərə almaqla hesab edir ki, iddia təmin edilməlidir. Göründüyü kimi istər iddiaçıda göndərişdə göstərilən xəstəliklərin qüvvədə olmuş Əsasnamənin tələbinə əsasən əlilliyin təyinatına əsas verməsi ilə bağlı hallar, istər ilkin əlilliyin təyinatına əsas olmuş həmin xəstəlik və diaqnozların hal-hazırda da iddiaçıda mövcud olmasını təsdiq edən hallar nəzərə alınmaqla müraciətin təminindən cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Bundan əlavə, məhkəmə həmçinin qeyd edir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə tərəfindən inzibati orqanın əvəzinə qərar qəbul olunmur, əksinə, inzibati orqan şəxsin qanuni və əsaslı tələbinin təmin olunmasından imtina etdiyi hallarda, məhkəmə nəzarəti qaydasında məhkəmə tərəfindən həmin inzibati orqanın üzərinə qanunauyğun qərarın qəbul edilməsinə dair öhdəlik qoyulur. Belə yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır və həmin prinsipdən irəli gəlir.

NƏTİCƏVİ HİSSƏ

Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Dövlət Tibbi-Sosial Ekspertiza və X5-Sosial Ekspert Komissiyasının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2025-ci il tarixli xxxxxxx0011 №-li qərarı ləğv olunsun. İddiaçı barəsində xx.xx.2025-ci il tarixdən müvafiq əlilliyin təyin edilməsi ilə bağlı qərar qəbul olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rəşidə Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar