Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1176/2021 15.07.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı1, cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi idarəsinin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı «Çıxarışın ləğv edilməsi» barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəlilabad Rayon Məhkəməsində ciddi və əhəmiyyətli qanun pozumtuları ilə qəbul edilən 05 yanvar 2011-ci il tarixli məhkəmə qətnaməsinin tələbkarlığı üzərində, məhz vərəsəlik yolu ilə ünvan 1 ünvanda yerləşən (2 mərtəbəli, 4 otaqlı evin) X2 mülkiyyətinə verilməklə, həmin ev üzərində mülkiyyət hüququnun onun adına tanınması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilən 04.03.2011-ci il tarixli, MA seriyalı, ******* saylı mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər iddiaçılar İddiaçı4, İddiaçı3 və X7 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər iddiaçılar İddiaçı4, İddiaçı3 və X5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsi X3 izahat verərək bildirdi ki, Cəlilabad rayon Məhkəməsinin 05 yanvar 2011ci tarixli 2(073)-93-1111/2011 saylı qətnaməsi ilə Cəlilabad şəhəri, N.Nərimanov küçəsi 40 saylı ünvanda 900.85 kv.metr həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 149.5 kv.metr, yaşayış sahəsi 83.5 kv.metr və köməkçi sahəsi 66.0 kv.metrdən ibarət olan fərdi yaşayış evinə X2 adına vərəsəlik yolu ilə mülkiyyət hüququ tanınmışdır. Cəlilabad rayon Məhkəməsinin 05 yanvar 2011 -ci tarixli 2(073)-93-1111/2011 saylı qətnaməsi və ləğv edilmiş DTXK-nin Cəlilabad rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin 25 yanvar 2010-ci il tarixli 2450/A saylı (Cəlilabad rayon Aqrar İslahatı Komissiyasının 30 may 2001 -ci il tarixli 03 nömrəli qərarı əsasında) planı və ölçüsü sənədi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ünvan 2 ünvanda 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X2 adına 04 mart 2011-ci il tarixdə **********81-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Cəlilabad şəhəri, N.Nərimanov küçəsi 40 saylı ünvanda 0.09 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi "xxxx" Bank ASC-nin adına 20 fevral 2014-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə ipoteka ilə yüklü edilmişdir. Xidmətin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın qeydiyyatı qanunvericilyin tələbinə uyğun aparılmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 iddiası mümkün sayılmamalıdır. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 nömrəli qərarının 17-ci bəndində qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibatihüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülkihüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 05 yanvar 2011-ci il tarixli, 2(073)-93- 111/2011 nömrəli qətnaməsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanda 900,85 m2 həyətyanı torpaq sahəsində inşa edilmiş 2 mərtəbəli, 4 yaşayış otaqlı, ümumi sahəsi 149,5 m2, yaşayış sahəsi 83,5 m2, köməkçi sahəsi 66,0 m2-dan imarət olan fərdi yaşayış evinə X4 vərəsəlik yolu ilə mülkiyyət hüququ tanınmışdır. İşdə olan Cəlilabad rayon Məhkəməsinin 14.06.2021-ci il tarixli, 29/2021 nömrəli məktubunda qeyd olunmuşdur ki, X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinə qarşı evə mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Cəlilabad rayon Məhkəməsinin 05 yanvar 2011-ci il tarixli, 2(073)-93-111/2011 nömrəli qətnaməsindən verilmiş apelyasiya şikayətinə əsasən mülki iş 26.05.2021-ci il tarixdə Şirvan Apelyasiya Məhkəməsinə göndərilmiş, hal hazırda mülki iş Cəlilabad rayon Məhkəməsinə qaytarılmamışdır. Məhkəmə iş materiallarında olan sübutlarla müəyyən etdi ki, reyestrdəki mübahisələndirilən qeydiyyat Cəlilabad rayon Məhkəməsinin 05 yanvar 2011-ci il tarixli, 2(073)-93-111/2011 nömrəli qətnaməsi əsasında aparılmışdır. Belə olan halda iddiaçılar hüquqi marağına uyğun olaraq Cəlilabad rayon Məhkəməsinin 05 yanvar 2011-ci il tarixli, 2(073)-93-111/2011 nömrəli qətnaməsini yuxarı məhkəmədə mübahisələndirə bilərlər. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X7 “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi barədə” tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməmişlər. Belə ki, iddiaçılar ilkin olaraq həmin tələblə cavabdehə müraciət etməli, cavabdehin onların tələbinə münasibətini müəyyən etməli idi. Lakin cavabdeh tərəfindən iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilməsi və ya hərəkətsizlik göstərilməsi ilə bağlı sənədlər (imtina məktubu və ya müraciət ərizəsinin inzibati orqana göndərilməsini təsdiq edən poçt qəbzi) iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yalnış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin halların müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İddiaçılara 07 iyun 2021-ci il tarixli, 2-1(120)-1176/2021 nömrəli hüquqi yardım məktubu göndərilsə də, iddiaçılar tərəfindən hüquqi yardım məktubuna heç bir münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və X5 iddiası mümkün sayılmamalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci, 80-ci, 83-cü və 85-ci maddələrinə əsasən məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(120)-1176/2021
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1176/2021
15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver