Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1178/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X3, Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı «subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 01 noyabr 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2020-ci ildə 37,5 hektar torpaq sahəsində əkdiyi pambıq məhsuluna görə ona subsidiya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 37,5 hektar torpaq sahəsində pambiq məhsulu əkir. 2020-ci ildə də həmin sahədə pambıq əkmişdir və buna dair müvafiq sənədləri də vardir. Lakin 2020-ci il üçün ona subsidiya verilmənişdir. Belə ki, faktiki əkdiyi torpaq sahəsi qanunamüvafiq qaydada monitorinqdən keçmişdir. Halbuki, Azərbaycan Respublikasi Baş Nazirinin 23 iyun 2021-ci il tarixli İ.Kərimova, Samir Şərifova və Mikayıl Cabbarova ünvanladığı məktubda bildirilir ki, pambq əkinlərinə 2020-ci il üçün müstəsna hal kimi subsidiya verilməsinə etiraz edilmir. Cavabdeh təşkilata poçt vasitəsilə 14 yanvar 2022-ci il tarixdə müraciət etsə də, bu günə kimi heç bir cavab daxil olmamişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi tərəfindən iddiaya qarşı etiraz təqdim edilmişdir. Etirazda qeyd olunmuşdur ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”na əsasən 2020-ci il 1 yanvar tarixindən etibarən fermerlərə subsidiyaların verilməsi X8 İnformasiya Sistemi (EKTİS) üzərindən həyata keçirilir. Həmin Qaydanın 3.8-ci bəndinə əsasən fermerlər bitkiçilik sahəsi üzrə subsidiyaları almaq üçün bu Qayda ilə müəyyənləşdirilən müddətlərdə torpaqdan istifadə hüququnu təsdiq edən sənədi, proqnozlaşdırılan və aparılan əkin sahələri və çoxillik əkmələr barədə elektron bəyannaməni (müraciəti) EKTİS-ə daxil etməlidirlər. Qaydanın 3.17-ci bəndinə əsasən təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği büdcəyə qaytarılır. 2019-2020-ci əkin ilində 37,5 hektar torpaq sahəsindən istifadə hüququna dair hüquqmüəyyənedici sənədlər qanunvericiliyin tələblərinə uyğun olaraq EKTİS-ə daxil edilmədiyi üçün əkin subsidiyasının ödənilməsi mümkün olmamış və təqvim ili ərzində istifadə edilməyən subsidiya məbləği dövlət büdcəsinə ödənilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili X9 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, Seriya RX №1240571 nömrəli çıxarışdan görünür ki, Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2018-ci il tarixli, 20 saylı sərəncamı və xx.xx.2018-ci il tarixli, 05 saylı icarə müqaviləsi ilə X13 torpaqlarından icarə hüququ əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1000 hektar torpaq sahəsi verilmiş və cəmiyyətin həmin torpaq sahəcinə icarə hüququ “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, Seriya RX №1240571 nömrəli çıxarışla rəsmiləşdirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Bələdiyyə torpaqlarının icarəsi” müqaviləsindən görünür ki, Biləsuvar rayonu Çaylı bələdiyyəsi tərəfindən 25,04 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan 31 iyul 2003-cü il tarixli, 62 nömrəli “Nümunəvi torpaq icarəsi” müqaviləsindən və digər müqavilədən görünür ki, Biləsuvar rayonu Səmədabad bələdiyyəsi tərəfindən X1 verilmiş 8,0 ha torpaq sahəsi İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli icarə müqaviləsindən görünür ki, DT və XKnin Biləsuvar rayon şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X2 verilmiş KOD 808060** JN *** nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət akt”ında adları göstərilmiş mülkiyyətçilərin razılıq ərizəsinə əsasən 4,48 ha torpaq sahəsi X7 tərəfindən İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan 320 nömrəli ərizədən və xx.xx.2020-ci il tarixli “2020-ci il mövsümü üzrə müqavilə bağlanması üçün torpaq sahəsinin pambıq əkininə yararlı olması və həmin sahənin hüquqi sənədlərə uyğunluğu barədə” Aktdan görünür ki, İddiaçı "xxxx" MMC-nin X6 və Emalı zavodunun direktoru Vaqif Muradova müraciət edərək, 2020-ci il mövsümündə 37,5 hektar sahədə pambıq əkib, hər hektara görə 25 sentnerdən az olmayaraq mövcud standartlara cavab verən xam pambıq təhvil verməyi öhdəsinə götürdüyünü bildirmiş, bunun müqabilində ona avans olaraq toxumluq çiyid, gübrə, zəhərlər və lazım olan digər vəsaitlərin verilməsini, habelə zəruri aqrtexniki xidmətlərin görülməsini xahiş etmiş, "xxxx" MMC-nin X6 və Emalı zavodunun mütəxəssisləri tərəfindən iddiaçının istifadəsində olan torpaq sahəsinə baxış keçirilmiş, 37,5 hektar torpaq sahəsinin pambıq əkini üçün yararlılığı, su mənbəyinin olması və əkinə təqdim edilən torpaq sahəsinin hüquqi sənədlərinin uyğunluğu təsdiq edilmişdir. İş materiallarında olan “2020-ci il üzrə xam pambığın alqı-satqısına dair” xx.xx.2020-ci il tarixli, 320 saylı müqavilədən görünür ki, bir tərəfdən “X10 Kompleksi” MMC (alıcı) direktor B.Ə.Camalovun şəxsində, "xxxx" MMC-nİn X6 və Emalı zavodu (tədarükçü) direktor V.Q.Muradovun şəxsində və digər tərəfdən istehsalçı (fermer) İddiaçı arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci və 2.1-ci bəndlərinə əsasən “Fermer” icarəsində olan 37,5 ha torpaq sahəsində pambıq əkib, hər hektardan 25 sentnerdən az olmamaqla xam pambıq istehsal edərək “Alıcı”ya satmaq, “Alıcı” isə “Fermer”in istehsal etdiyi xam pambığı qəbul edib, onun dəyərini müqavilə üzrə nəzərdə tutulmuş qiymətlə ödəmək barədə müqavilə tərəfləri qarşılıqlı öhdəliklər götürmüşlər. İş materiallarında olan "xxxx" MMC X6 və Emalı zavodunun xx.xx.2021-ci il tarixli, 564 nömrəli arayışından görünür ki, İddiaçı 2020-ci ilin pambıq mövsümündə zavoda 72525 kiloqram pambıq təhvil vermiş və zavod tərəfindən ona təhvil verdiyi pambığa görə 7252,50 manat pul vəsaiti ödənilmişdir. İş materiallarında olan iddiaçının cavabdeh təşkilata ünvanladığı 14 yanvar 2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edərək, 2020-ci ildə 37,5 hektar torpaq sahəsində pambıq məhsulu əkdiyini, əkdiyi torpaq sahəsinin monitorinqdən keçdiyini, lakin bu günə kimi ona 2020-ci il üçün subsidiya verilmədiyini bildirmiş və həmin subsidiyanın ödənilməsini xahiş etmişdir. Beləliklə, iş üzrə təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, iddiaçı xam pambıq istehsal etmək məqsədilə 2020-ci ildə 37,5 hektar torpaq sahəsini icarəyə götürmüş, həmin torpaq sahəsi qanunamüvafiq qaydada monitorinqdən keçmiş, “X10 Kompleksi” MMC və "xxxx" MMC-nin X6 və Emalı zavodu ilə xam pambığın alqı-satqısına dair” xx.xx.2020-ci il tarixli, 320 saylı müqavilə bağlamış, 2020-ci il pambıq mövsümündə zavoda 72525 kiloqram pambıq təhvil vermiş, 2020-ci il üçün ona subsidiya verilməsi barədə cavabdeh təşkilata müraciət etmiş, lakin ona subsidiya verilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.8-ci bəndinə əsasən Nazirliyin dövlət aqrar inkişaf mərkəzləri (DAİM) subsidiyaların verilməsi ilə bağlı aşağıdakı xidmətləri həyata keçirir: 2.8.1. bu Qaydada müəyyən edilmiş hallarda fermerlərin, tədarükçülərin və təchizatçıların SİS-də qeydiyyatını aparır; 2.8.2. subsidiya almaq üçün müraciət etmiş fermerlərin sənədlərinin yoxlanılmasını və müraciətlərinin subsidiya informasiya sisteminə (SİS) daxil edilməsini həyata keçirir; 2.8.3. subsidiyaların verilməsi və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanı həyata keçirir; 2.8.4. subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemləri araşdırır və onların həlli barədə Agentliyə təkliflər verir. Lakin, sözügedən “Qayda”nın 2.8.3-cü və 2.8.4-cü bəndlərində nəzərdə tutulmuş subsidiyaların verilməsinin və SİS-in istifadəsi ilə bağlı məlumatlandırmanın həyata keçirilməsini, habelə subsidiyaların verilməsi prosesində yerlərdə yaranan problemlərin araşdırılmasını və onların həlli barədə Agentliyə təkliflərin verilməsini təsdiq edən hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsullarının istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.6-cı bəndinə əsasən Fermerlərə subsidiyaların verilməsini (benefisiarlara ödənişlərin həyata keçirilməsi), habelə Nazirliyin dövlət aqrar inkişaf mərkəzlərinin (DAİM) bu sahədə fəaliyyətinin təşkilini və əlaqələndirilməsini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi həyata keçirir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, İddiaçı 2020-ci il üçün 37,5 hektar torpaq sahəsində əkdiyi pambıq məhsuluna görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı 2020-ci il üçün 37,5 hektar torpaq sahəsində əkdiyi pambıq məhsuluna görə subsidiya verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1178/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1178/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver