Məhkəmə qərarları › İş №2-1(120)-1178/2024

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1178/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-1178/2024 24.06.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə mərhum X1na Astara rayonunun Ərçivan qəsəbəsi ərazisindən ayrılmış 0,13 hektar pay torpaq sahəsinin mərhum X1na məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına 24 iyun 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində X1nun adına verilmiş 0,13 hektar pay torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə mərhum X1na Astara rayonunun Ərçivan qəsəbəsi ərazisindən ayrılmış 0,13 hektar pay torpaq sahəsinin mərhum X1na məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1961-ci il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində doğulmuşdur. Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə ona və X1na Astara rayonunun Ərçivan qəsəbəsi ərazisində iki hissədən ibarət 0,13 hektar pay torpaq sahəsi verilmişdir. X7 verilmiş pay torpaq sahəsinə dair JN-1332 (Kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. Adı çəkilən torpaq sahələrinə vaxtlı vaxtında torpaq vergisi ödəməklə əkib-becərməklə məşğul olmuşdur. X1 26 iyun 2011-ci il tarixdə ürək astması xəstəliyindən vəfat etmişdir. Mərhum qardaşı subay olduğu üçün ona məxsus torpaq sahəsini də miras kimi o idarə etmişdir. Yalnız cari ildə o, torpaq sahələrinə çıxarış almaq üçün zəruri sənədləri təqdim etməklə aidiyyəti üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmişdir. Məlum olmuşdur ki, Şahin Əsədova məxsus torpaq sahələri başqa bir şəxsə satılmışdır. Cavabdeh tərəfındən 09 iyun 2022-ci il tarixli, **********61 saylı məktuba dövlət reyestrindən çıxarışın verilməsindən imtina edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb, iddianın mümkünlüyünə dair şərtləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı hazırki tələbi üzrə müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan JN-1332 saylı, Kod 80100018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Astara rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 02 iyul tarixli, 18 nömrəli qərarı ilə X2 təsərrüfatı məhsulları istehsalı üçün 0,13 ha torpaq sahəsi ayrılmış, X3 adına qeyd edilən Dövlət Aktı tərtib edilmişdir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-3-60/2-223/2024 saylı məktubuna əlavə edilmiş 24 noyabr 2003-cü il tarixli, 6 saylı iclas protokolundan görünür ki, X9 Komissiyasının 27 mart 1998-ci il tarixli, 10/AK-2 saylı iclas protokolunun tələblərinə uyğun olaraq ərazinin coğrafi şəraiti və torpaqdan istifadənin yerli xüsusiyyətləri, eləcə də əhalinin rəy və təklifləri nəzərə alınmaqla vətəndaşların torpaq paylarının faktiki istifadə vəziyyətinə uyğunlaşdırılması barədə Ərçivan təsərrüfatı X10 Komissiyasının 15 noyabr 2003-cü il tarixli, 02 saylı qərarı təsdiq edilmiş, X9 Komissiyasının qeyd olunan qərarına uyğun olaraq Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən faktiki istifadə nəzərə alınmaqla hazırlanmış layihəsi təsdiq edilmiş, Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarına uyğun olaraq aparılmış bölgü X9 Komissiyasının qərarına uyğun olmadığını və əhali tərəfindən qəbul edilmədiyi nəzərə alınaraq qüvvədən düşmüş hesab edilmiş, torpaq pay alan subyektlərə əvvəllər verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktları ləğv edilmiş, X9 Komissiyasının 27 mart 1998-ci il tarixli, 10/AK-2 saylı iclas protokolunun 2-ci bəndində nəzərdə tutulmuş qaydada Dövlət Aktlarının faktiki istifadə vəziyyətinə əsasən yenidən hazırlanması Dövlət Torpaq və Xəritəçəkmə Komitəsindən xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinin hazırkı iş üzrə sorğuya cavab olaraq məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-3-43/2-1447/2024 saylı məktubunda bildirilmişdir ki, hazırki iş üzrə İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixində, ********** qeydiyyat nömrəli ərizə ilə Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı əsasında JN-1332 nömrəli Dövlət Aktı üzrə qanun üzrə vərəsəsi olduğu şəxsin (X5) tam mülkiyyətinə verilmiş 0.13 ha pay torpaq sahəsinə dair vərəsəlik üzrə yaranmış hüquqların qeydiyyatı ilə əlaqədar 10 saylı Lənkəran Ərazi İdarəsinin Astara rayon Şöbəsinə müraciət olunmuşdur. Belə ki, Astara rayonun Ərçivan qəsəbəsində mövcud torpaq çatışmazlığı nəzərə alınıb ikinci İslahat keçirilmiş və birinci İslahatın nəticələri ləğv edilməklə yanaşı yenidən vətəndaşlara torpaq sahələri ayrılmışdır. Məlumat üçün bildiririk ki, hazırki iş üzrə iddiaçının qanun üzrə vərəsəsi olduğu şəxs, yəni X4 ikinci islahatda Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə 44 kv.m torpaq sahəsi ayrılmışdır. Bildiririk ki, hazırki iş üzrə İddiaçı yalnız ikinci islahat zamanı ayrılmış 44 kv.m torpaq sahəsi ilə əlaqədar hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın verilməsi təmin oluna bilər. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə X2 təsərrüfatı məhsulları istehsalı üçün 44 kv.m pay torpaq sahəsi ayrılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı müvafiq qərarı əsasında JN-1332 nömrəli Dövlət Aktı üzrə X4 0.13 ha pay torpaq sahəsi ayrılmış, Astara rayonun Ərçivan qəsəbəsində mövcud torpaq çatışmazlığı nəzərə alınıb ikinci İslahat keçirilmiş və birinci İslahatın nəticələri ləğv edilməklə yanaşı yenidən vətəndaşlara torpaq sahələri ayrılmış, ikinci islahatda Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 06 saylı qərarı ilə X4 44 kv.m pay torpaq sahəsi ayrılmışdır. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə iddiaçının mərhum X1na 0,13 ha torpaq sahəsi ayrılmasına dair hüquqmüəyyənedici sənədlər- Astara rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 18 saylı qərarı və müvafiq qərarı əsasında Ş.Əsədovun adına tərtib edilmiş JN-1332 nömrəli Dövlət Aktı ləğv olunduğundan, iddiaçının bu iddianı qaldırmaq üzrə subyektiv hüququ yaranmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını göstərmiş, sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi, iddiaçı mübahisə predmeti olan 0,13 ha torpaq sahəsinin mərhum X1na məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməməsinə dair subyektiv hüquqlarının pozulduğunu əsaslandıra bilmir və o, öz hərəkətlərində hüquqi ixtiyarlı deyildir. Məhkəmə qeyd edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırki mübahisədə iddiaçının iddianı irəli sürə bilməsi üçün müvafiq subyektiv hüquqa malik olmaması iddianın əsaslılığının araşdırılmasına imkan vermir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı hazırki iddia üzrə tələb irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 23-cü, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “Astara rayon Aqrar İslahat Komissiyasının 02 iyul 1999-cu il tarixli, 18 saylı qərarı ilə mərhum X1na Astara rayonunun Ərçivan qəsəbəsi ərazisindən ayrılmış 0,13 hektar pay torpaq sahəsinin mərhum X1na məxsus olmasını təsdiqləyən arayışın (hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar