Məhkəmə qərarları › İş №2-1(120)-1179/2022

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1179/2022

29.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1179/2022 29.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “23 mart 2004-cü il təvəllüdlü qızı X7 “məcburi köçkün” statusunun və “məcburi köçkün” vəsiqəsinin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 29 sentyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, hal-hazırda Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində məskunlaşıb yaşayan, Laçın rayonunun Şamkənd icra nümayəndəliyinin Ələkçi kəndindən məcburi köçkün, 23 mart 2004-cü il təvəllüdlü qızı X7 “məcburi köçkün” statusunu təsdiq edən “məcburi köçkün” vəsiqəsinin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Laçın rayonu olduğunu, Laçın rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2021-ci il tarixli, 2-1(112)-12882/2021 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “hal-hazırda Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində məskunlaşıb yaşayan, Laçın rayonunun Şamkənd icra nümayəndəliyinin Ələkçi kəndindən məcburi köçkün, 23 mart 2004-cü il təvəllüdlü qızı X7 “məcburi köçkün” statusunun və ona müvafiq olaraq “məcburi köçkün” vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, torpaqlarımızın 1992-ci ildə erməni qəsbkarları tərəfindən işğal olunması ilə əlaqədar olaraq Laçın rayonunun Şamkənd icra nümayəndəliyinin Ələkçi kəndindən didərgin düşmüş, həmin vaxtdan məcburi köçkün kimi Bərdə rayonu ərazisində məskunlaşmışdır. Ailəlidir və iki övladı var. Dörd nəfərdən ibarət ailə üzvləri ilə birlikdə hal-hazırda Bərdə rayonunun Yeni Əyricə kəndi ərazisində məskunlaşıb yaşayır. Laçın rayon VVADQ Şöbəsində 24 aprel 2003-cü il tarixdə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. X1 10 dekabr 1972-ci il tarixdə Kəlbəcər rayonunun Şahkərəm kəndində anadan olmuş, Bərdə rayonunun Cumalar kəndində daimi qeydiyyatda olmaqla məcburi köçkün statusu yoxdur. Birgə nikahdan biri oğlan və biri də qız olmaqla iki övladları doğulmuşdur. Qızı 23 mart 2004-cü il təvəllüdlü X12 və oğlu 06 avqust 2005-ci il təvəllüdlü X13. Özünün və hər iki övladının məcburi köçkün statusu var. Hər üçü məcburi köçkünlərin malik olduqları hüquqlara malikdirlər və hər üçü məcburi köçkün kimi yemək xərcləri (çörək pulu) deyilən və dövlət tərəfındən məcburi köçkünlərə məcburi köçkün statusuna malik olduqları üçün ödənilən pulu alırlar. Hal-hazırda 23 mart 2004-cü il təvəllüdlü qızı X12 imtahan verərək ali məktəbə daxil olmuşdur. Ölkə rəhbərinin məcburi köçkünlərlə bağlı verdiyi qərar və sərəncamlarda onlara verilən güzəştlərdən biri də məcburi köçkün statusuna malik olan şəxslərin ali məktəbə daxil olarkən ödəyəcəkləri təhsil haqlarından azad edilmələridir. X21 bu il, yəni 2021-ci il tarixdə imtahan verərək Azərbaycan Pedaqoji Universitetinin Şəki şəhərində fəaliyyət göstərən Şəki filialının filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə birinci kursuna daxil olmuşdur. Qızının təhsil haqqını ödəməkdən azad olunması məqsədi ilə onun məcburi köçkün kimi qeydiyyatda olduğu Azərbaycan Respublikası Qaçqınların və X10 Üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinə müraciət etmiş, ona qızının məcburi köçkün olması barədə 2341 saylı, 14 sentyabr 2021ci il tarixli arayış verilmişdir. Arayışda yazılmışdır ki, X2 rayonundan məcburi köçkündür və Bərdə rayonu, Yeni Əyricə kəndində müvəqqəti məskunlaşmışdır. Həmin arayış tərəfindən Universitetə təqdim olunmuşdur. Lakin Universitet həmin arayışı qəbul etməmiş, səbəb kimi onu göstərmişdir ki, Universitet məcburi köçkünləri o zaman təhsil ödənişindən azad edir ki, onlar məcburi köçkün vəsiqəsi təqdim etsinlər. Bu məqsədlə o, tələb olunan zəruri sənədləri toplayıb, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinə müraciət etmiş, lakin həmin bölmədə məcburi köçkün vəsiqəsi almaması üçün təqdim etdiyi sənədləri qəbul etməmişlər. Səbəb olaraq bildirmişlər ki, bu barədə yuxarıdan göstəriş var və vəsiqə verilmir. O, xahiş etmişdir ki, sənədlərini qəbul edib, yuxarı təşkilata, yəni komitəyə göndərsinlər. Əgər yuxarı orqan məcburi köçkün vəsiqəsini vermirsə, qoy rəsmi imtina etsinlər və imtina barədə rəsmi sənəd versinlər ki, imtinanın səbəbini bilsin. Lakin onun sənədlərini qəbul etməkdən imtina etdilər və təkrar xahiş etməsinə baxmayaraq, imtinanın səbəbi barədə ona rəsmi sənəd verilmədi. Buna görə də məcbur olub 30 sentyabr 2021-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə və onun Bərdə rayon bölməsinə ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq Qaçqınların və X8 üzrə Dövlət Komitəsindən ona verilmiş 01/5640 saylı, 07 oktyabr 2021-ci il tarixli imtina məktubunda ərizədə göstərdiyi xahişin təmin etməyin mümkün olmadığı bildirilmiş, imtinanın əsası kimi göstərilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlər Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitutsiyasmm 149-cu maddəsinin 7-ci bəndinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktlarm qüvvəsi geriyə şamil edilmir. Konstitutsiyanm bu müddəasına əsasən o, həmin imtina məktubunu qanunsuz və əsassız hesab edir. Həmin imtina məktubu birbaşa məcburi köçkün statusu olan qızı X9m hüquqlarını pozur. Belə ki, Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli, 1 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” onun qüvvəyə mindiyi vaxtdan sonra yaranmış münasibətlərə şamil edilir. Qanunun tələbinə görə həmin Qaydalar qüvvəyə mindiyi vaxtdan əvvəl yaranmış münasibətlərə şamil edilə bilməz. Bu baxımdan adı gedən Qaydaların müddəaları onun qızının məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar yaranmış məsələlərə tətbiq edilə bilməz. Belə ki, qızı X12 23 mart 2004-cü il tarixdə doğulmuşdur. Doğulduğu tarixdən də onun məcburi köçkün statusu yaranmış və mənburi köçkün kimi qeydə alınmaqla, ona “Yemək xərcləri” (çörək pulu) deyilən və məcburi köçkün statusuna malik şəxslərə verilən pul da verilməyə başlanmışdır. Həmin pul (xərclər) bu gün də hər ay ödənilir. Buna görə də qızının pozulmuş hüquqlarının bərpası ilə əlaqədar məhkəməyə mtiraciət etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 23 may 2013-cü il tarixli, 1 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın qüvvəyə minməsi ilə əlaqədar qüvvədən düşmüş köhnə, yəni Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi Kollegiyasının 16 iyul 2004-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın özü də onun qızının məcburi köçkün statusunu təsdiq edən məçburi köçkün vəsiqəsinin verilməsi ilə əlaqədar yaranmış mübahisələrə tətbiq edilə bilməz. Belə ki, hər iki qaydalar onların qüvvəyə mindiyi vaxtdan sonra yaranmış münasibətlərə şamil edilir. Onun qızının məcburi köçkün statusu isə hər iki Qaydalar qəbul olunmamışdan əvvəl yaranmışdır. Azərbaycan Respublikası “Qaçqınların və Məcburi köçkünlərin statusu haqqında” 29 sentyabr 1992-ci il tarixli, 311 saylı Qanunu beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində qaçqınların və məcburi köçkünlərin statusunu və onu həyata keçirməyin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən milliyyətinə, irqi və vətəndaşlıq əlamətinə, dini etiqadına, dilinə, habelə siyasi əqidəsinə, müəyyən sosial qrupa mənsubiyyətinə görə təqibə məruz qalması, həyatına, ailəsinə, əmlakına real təhlükə yaranması ilə əlaqədar daimi yaşadığı dövlətin onu müdafiə etməsindən istifadə edə bilməməsi, yaxud təhlükəyə görə bu müdafıədən istifadə etmək istəməməsi üzündən yaşadığı ölkənin hüdudlarından kənarda olan, Azərbaycan Respublikasının vətəndaşı olmayan şəxslər Azərbaycan Respublikası ərazisində “qaçqın”, Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçən şəxslər və ya başqa ölkədə daimi yaşayış yerini tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikasmm vətəndaşları “məcburi köçkün” sayılır. Həmin Qanunun 2-ci maddəsində göstərilir ki, bu Qanunun 1-ci maddəsində göstərilən, müvəqqəti və ya daimi məskunlaşma yerinə gəlmiş şəxs “qaçqın” və ya “məcburi köçkün” statusu almaq üçün müvafiq dövlət orqanlarına müraciət edir. Müvafiq orqanlar onları dərhal qeydə alıb qaçqınlara üç aydan, məcburi köçkünlərə bir aydan gec olmayaraq qaçqın və ya məcburi köçkün statusu barədə müvafiq sənəd verir. Üzürlü səbəb olduqda (bədbəxt hadisə baş verməsi, xəstələnmə, nəqliyyat vasitəsinin olmaması və başqa hallar) bu müddət həmin orqanın qərarı ilə artırıla bilər. Həmin Qanunun 3-cü maddəsinə əsasən bu qanunla müəyyən edilmiş müddətdə “Qaçqın” və “Məcburi Köçkün” statusu almaq. Həmin Qanunun 10-cu maddəsinə əsasən Qaçqınlar və məcburi köçkünlər öz hüquqlarmm müdafıəsi üçün əlaqədar təşkilatlara, habelə məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Prezidentinin “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 01 iyul 2004-cü il tarixli Sərəncamının 3-cü bəndində Özəl müəssələrin, Ali və orta ixtisas təhsil məktəblərinin rəhbərlərinə tövsiyə olunur ki, qaçqın və məcburi köçkünlərin işlə təmin olunması və təhsil haqqının ödənilməsində güzəştlərin verilməsi məsələlərində onlara lazımi kömək etsinlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi məhkəməyə iddiaya qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, iddiaçı X4 müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı “övladı xx.xx.2004-cü il təvəllüdlü X7 məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin 01/5640 nömrəli, xx.xx.2021-ci il tarixli məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi Koçkunlərə (olkə daxılındə köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdıq edən vəsiqənin verılməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçurulmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-cı maddəsinə əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin, Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlən'n İşləri üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün’’ statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən şəxsə "məcburi köçkün" statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçküri’ statusu və onu təsdiq edən vəsiqə verilir. X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, X5 atası İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 4i ünvanına yaşayış yeri üzrə qeydiyyatda olsa da, X5 anası X3 rayonu, Cumalar kəndi ünvanına yaşayış yeri üzrə daimi qeydiyyatdadır. Əlavə olaraq bildirirlər ki, X11 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. X5 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından, yəni ünvan 6ndan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüs şəxslərə) “məcburi köçkün’’ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə») “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün’’ statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, X5 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin diqqətinə çatdırırıq ki, iddiaçı X5 yetkinlik yaşına çatanadək “məcburi köçkün” statusuna malik şəxsin himayəsində olmaqla dövlət tərəfindən verilən müəyyən yardımlardan faydalanması, onun məcburi köçkün statusunu təsdiq edən hal qismində qiymətləndirilə bilməz. Şəxsin məcburi köçkün statusunu ona Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən təqdim edilmiş məcburi köçkün vəsiqəsi təsdiq edir. Hazırda da elə məcburi köçkün ailələri vardır ki, ailə üzvləri arasında “məcburi köçkün” statusu olmayan yetkinlik yaşına çatmamış şəxslər var və həmin şəxslər “məcburi köçkün” statusu olan şəxsin himayəsində olduğundan güzəştlərdən istifadə edirlər. Lakin onlar yetkinlik yaşına çatdıqdan sonra onlara verilən güzəştlər dayandırılır və qanunvericiliyin tələbinə uyğun deyilsə, həmin şəxslərə “məcburi köçkün” statusu verilmir. Yəni, həmin uşaqlar güzəştlərdən istifadə edirsə, bu o demək deyildir ki, onlar mütləq “məcburi köçkün” statusuna malikdirlər. Bununla yanaşı bildirirlər ki, hazırki inzibati iş üzrə iddia ərizəsi qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada məhkəməyə təqdim edilməmişdir. Belə ki, İddiaçı X5 hüquqlarının müdafiəsi ilə əlaqədar məhkəməyə məhz öz adından müraciət etmişdir. xx.xx.2004-cü il təvəllüdlü X12 isə məhdud fəaliyyət qabiliyyətli şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında prosessual hərəkətləri etmək hüququna aşağıdakılar malikdirlər: 26.1.1. mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətli sayılan şəxslər; 26.1.2. mülki hüquq normalarına əsasən məhdud fəaliyyət qabiliyyətli hesab edilən, lakin inzibati məhkəmə icraatının predmetinə münasibətdə ümumi hüquq normalarına uyğun olaraq inzibati fəaliyyət qabiliyyətli sayılan şəxslər. 26.1.3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 26.3-cü maddəsinə əsasən məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər inzibati məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarına uyğun olaraq təmsil olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkirılik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərın, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli 10 aprel 2015-ci il tarixli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarının 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtiərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 15.1-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə edilsin ki, işlərə baxarkən prosesin tərəfləri və onların prosesdə təmsil olunmaları ilə bağlı İPM-in müddəalarına əməl olunmasına ciddi diqqət yetirsinlər. Həmin Qərarın 15.2-ci bəndinə əsasən tərəfin həm inzibati prosessual hüquq qabiliyyətinə, həm də mülki və ümumi hüquq normalarına uyğun olaraq fəaliyyət qabiliyyətinə malik olub-olmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib- edilmədiyi aydınlaşdırılmalıdır (İPM-in 25 və 26-cı maddələri). Yuxarıda göstərilən qanunvericilik normalarının məntiqi yekunu olaraq qeyd olunmalıdır ki, X12 məhdud fəaliyyət qabiliyyətli şəxs olduğundan, hazırki iddia tələbi üzrə iddiaçı qismində özü çıxış etməli, lakin məhkəmə icraatı zamanı o, qanuni nümayəndəsi tərəfindən təmsil olunmalı idi. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış İddiaçı, habelə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialarında olan iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin İddiaçı ünvanlanmış xx.xx.2021ci il tarixli, 01/5640 nömrəli məktubunda aşağıdakılar bildirilmişdir: Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə daxil olmuş qızınıza məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə əlaqədar ərizənizə baxılmışdır. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Laçın rayonunun Ələkçi kəndində doğulmuş və yaşayış yeri Laçın rayonunun Ələkçi kəndidir. İş materiallarında olan Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən verilmiş “məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, Qaçqınların və X10 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı “məcburi köçkün” statusunu təsdiq edən xx.xx.2010-cu il tarixli, seriya AA 213976 nömrəli “məcburi köçkün vəsiqəsi” verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X11 xx.xx.1972-ci ildə Kəlbəcər rayonunun Şahkərəm kəndində doğulmuş və yaşayış yeri Bərdə rayonunun Cumalar kəndidir. İş materiallarında olan Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş İİ-AZ № 460498 nömrəli, 24 aprel 2003-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X11 xx.xx.2003-cü il tarixində nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında № 62 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Laçın rayon VVADQ şöbəsi tərəfindən verilmiş AZ-İ № 460498 nömrəli, 01 may 2004-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 23 mart 2004-cü ildə Laçın rayonunun Ələkçi kəndində doğulmuş, ata qrafasında İddiaçı, ana qrafasında X11 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bərdə rayonu bölməsinin xx.xx.2021-ci il tarixli, 2341 saylı arayışından görünür ki, X2 rayonundan məcburi köçkündür və Bərdə rayonunun Yeni Əyricə kəndində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan Laçın Rayon İcra Hakimiyyəti başçısının Şamkənd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 91 nömrəli arayışından görünür ki, X12 atası ilə birlikdə yaşayır və hal-hazırda məcburi köçkün kimi 60 (altmış) manat vahid aylıq müavinət alır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. İPM-in 33.1-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər (maddə 33.1). Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallarda, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyinə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur (maddə 33.2). «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə»nin 3.1-ci bəndinə görə Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla «məcburi köçkün» statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin xx.xx.2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın - 1.1-ci bəndinə görə “Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən sənədin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının Qaçqınların və X10 üzrə Dövlət Komitəsi qəbul edir - 1.2-ci bəndinə görə məcburi köçkünlər «Qaçqınların və məcbiri köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanunu ilə və bu Qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər; - 4.1-ci bəndinə görə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.1-ci yarımbənd), sakini olduqları rayon işğal edldikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına (4.1.2-ci yarımbənd), sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə (4.1.3-cü yarımbənd), hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən təxris olunduqdan sonra) (4.1.4-cü yarımbənd), sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə (4.1.5-ci yarımbənd), valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara (4.1.6-cı yarımbənd), məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara (4.1.7-ci yarımbənd), “məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə (4.1.8-ci yarımbənd) verilir. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğua istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X5 atası İddiaçı məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik olaraq, yaşayış yeri üzrə Laçın rayonunun Ələkçi kəndində qeydiyyatda olsa da, X5 anası X11 yaşayış yeri üzrə Bərdə rayonunun Cumalar kəndində qeydiyyatdadır, eləcə də X11 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. Cavabdehin mövqeyinə görə, X5 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və ünvan 6ndan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olur ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin üç tələbindən biri (hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan) X7 münasibətdə ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X5 anası X6 yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, X7 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Həmçinin, məhkəmə hesab edir ki, X12 qanunvericiliklə («Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar»ın müddəları ilə) “məcburi köçkün” satusu və onu təsdiq edən vəsiqə verilməli şəxslərin, o cümlədən yuxarıda qeyd olunan Qaydaların 4.1.6-cı yarımbəndi ilə nəzərdə tutulmuş şəxslərin sırasına daxil olmadığından, cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin ona “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsində imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “23 mart 2004-cü il təvəllüdlü qızı X7 “məcburi köçkün” statusunun və “məcburi köçkün” vəsiqəsinin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinə qarşı “23 mart 2004-cü il təvəllüdlü qızı X7 “məcburi köçkün” statusunun və “məcburi köçkün” vəsiqəsinin verilməsi ohdəliyinin cavabdehin uzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar