Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1179/2025 07.08.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı «xx.xx.2024-cü il tarixli, 0028 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair iddiası üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin binasında (ünvan: ünvan 2 T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xx.xx.2024-cü il tarixli, 0028 nömrəli qərarın ləğv edilməsi» tələbi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri məhkəmənin sərəncamına əsasən cavabdehə təqdim olunaraq, sonuncudan iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə məhkəməyə bildirmək tələb olunmuş, həmçinin, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49.1.1-ci maddəsinə əsasən tərəflər işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəməyə dəvət olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin 05 avqust 2024-cü il tarixli, 2-1(120)-3786/2024 nömrəli qərardadı ilə, İddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xx.xx.2024-cü il tarixli, 0028 nömrəli qərarın ləğv edilməsi» tələbinə dair inzibati iş üzrə Masallı rayon İcra Hakimiyyəti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu, Xırmandalı kəndində ünvanda qeydiyyatda olmaqla orada yaşadığını bildirir. Xırmandalı kəndində özünə məxsus evi və həyətyanı torpaq sahəsi vardır. Həyətinin yanında olan boş torpaq sahəsini oğlu X16 zəbt etmiş və həmin torpaq sahəsində mişar daşından ibarət ev inşa edilmişdir. Hal-hazırda inşa edilmiş ev yarı tikilidir. Yəni mişar daşlarının hündürlüyü 11 daşdan ibarətdir. Yarı tikiliyə oğlu Ramin Səfərov elektrik xətti çəkmiş və həmin evə Raminin adına sayğacda vermişlər. Elektrik şəbəkəsi ilə Ramin arasında xəttin qoşulması barədə müqavilədə mövcuddur. Tikilmiş evin torpaq sahəsi Masallı rayon Xırmandalı Bələdiyyəsinin mülkiyyətindədir. Oğlu torpaq sahəsinin ona satılması barədə Bələdiyyəyə rəsmi ərizə ilədə müraciət etmişdir. Bələdiyyə sənədləşmənin qısa zamanda olacağına söz vermişdir. Lakin əsassız olaraq cavabdeh təşkilat oğlunun evinin sökülməsi barədə qərar qəbul etmişdir. Sözügedən qərardan İddiaçı və oğlu X8 məlumatı olmamışdır. xx.xx.2024cü il tarixdə cavabdeh təşkilatın işçiləri, ərazi nümayəndəsi və bələdiyyə sədrinin iştirakı ilə oğlunun evini sökmək istədilər. Lakin onlara işin faktiki hallarını izah etmiş və onlarda söküntünü saxlamişdırlar. Çıxarılmış qərar qanunsuzdur və əsassızdır. Çıxarılmış qərarla onun heç bir əlaqəsi olmadığını bildirir, tikili oğlunundur və o, da torpağın sənədləşməsi üçün ilkin sənədləşməni yerinə yetirmişdir. Çıxarılmış qərar İddiaçı və oğlu X8 hüquqlarını kobud şəkildə pozmaqdadır.Buna görə iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli etirazı təqdim olunmuşdur. Etirazda qeyd edilmişdir ki, İddiaçı tərəfindən Masallı rayonu, Xırmandalı kənd ərazisində yerləşən torpaq sahəsini qanunsuz olaraq zəpt etmiş (bu barədə öz iddia ərizəsindədə qeyd edir) və həmin ərazidə yaşayış evi inşa edilməsi məqsədi ilə tikinti-quraşdırma işlərini aparmışdır. Agentlik tərəfindən qanunsuz inşa edilmiş obyektin sökülməsi barədə 24 aprel 2024-cü il tarixli 0028 nömrəli '‘Qərar’’ qəbul edilmişdir. Hal-hazırda tikili Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə əsasən özbaşına tikinti sayılır. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.1-ci maddəsinə əsasən tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyekti belə icazə alınmadan, habelə xüsusi nişanın tikinti işlərinin başlanması üçün əsas olduğu hallarda belə nişan alınmadan, barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyekti isə tikinti işlərinin başlanması üçün bu Məcəllənin 80.4-cü maddəsində müəyyən olunmuş əsas olmadan tikildikdə həmin məcəllənin 95.1.1-ci maddəsinə əsasən tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə sökülməlidir. Eyni zamanda, Masallı Rayon İcra Hakimiyyətinin 22 noyabr 2023-cü il tarixli, 5-66/2-2708/2023 nömrəli məktubuna əsasən qanunsuz aparılan tikinti işi ilə bağlı müvafiq tədbirlərin görülməsi Agentlikdən xahiş olunmuşdur. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə əsasən Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1 -ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planiaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin vəzifələri sırasına torpaq sahəsində tikinti və abadlaşdırma işlərini qüvvədə olan planlaşdırma-memarlıq, tikinti, sanitariyagigiyena, yanğından mühafizə və müəyyən edilmiş digər tələblərə (normalara, qaydalara, normativlərə) uyğun olaraq həyata keçirmək daxildir. Bununla da hesab edir ki, məhkəmə işi obyektiv və hərtərəfli araşdıraraq düzgün qərar qəbul edəcəkdir. İddianın mümkünsüz hesab edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi, maddi imkansızlıqdan fərdi yaşayış evini uzun illərdir ki, tikib bitirə bilməmişdir, evin qazı və işığına dair sənədləri var, başqa heç bir sənədi yoxdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı Xırmandalı Bələdiyyəsi ilə xeyli danışıqlar etdi, lakin Bələdiyyə tərəfindən torpaq sahəsi onun adına sənədləşdirilmir, ən son Bələdiyyə tərəfindən ona bildirildi ki, hazırki iş üzrə fərdi yaşayış evinin söküntüsü ilə bağlı məhkəmə tərəfindən yekun qərar qəbul edildikdən sonra onun adıma sənədləşmə aparılması məsələsinə baxılacaqdır. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin nümayəndəsi X9 iddia ərizəsini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü: İddiaçı tərəfindən qaldırılmış mübahisələndirmə haqqında iddia (İPM-in 32-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı ona münasibətdə əlverişsiz (yükləyici) inzibati aktın (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2, 2.0.11 və 57-ci maddələri) ləğv olunmasını tələb edir, eləcə də hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu iddia edir (İPM-in 35-ci maddəsi). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Hazırkı işdə iddianın mümkünlüyünə dair digər şərtlər də mövcuddur. Belə ki, iddiaçı cavabdehin qərarını aldıqdan sonra vaxtında məhkəməyə iddia vermişdir (İPM-in 38.1-ci maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Masallı rayonunda anadan olmuşdur, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli, 1195 saylı tikinti işlərinin dayandırılması barədə qərara əsasən, İddiaçı tərəfindən Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evi üzrə 2.8 metr səviyyədə hörgü işləri aparılmışdır. Tikintiyə icazənin olmaması, tikinti obyektinin layihəçisi, xüsusi razılığın rekvizitləri olmaması müəyyən edilmişdir. Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli, 0028 saylı tikinti işlərinin sökülməsi barədə qərara əsasən, İddiaçı məxsus Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinin bütövlükdə sökülməsi qərara alınmışdır. Masallı rayonu Xırmandalı kəndinin kompleks yerquruluşu layihəsindən çıxarış təqdim edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli akta əsasən, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyinin Cənub Regional Tikinti Müfəttişliyinin mütəxəssisi X10, Masallı rayon İHB aparatının memarlıq və tikinti şöbəsinin baş memar vəzifəsini icra edən X6 və Masallı rayon İHB andalı kənd İƏD nümayəndəsi X13 bu aktı tərtib tərtib etmişdir, ondan ötrü ki, fiziki şəxs İddiaçı tərəfindən Masallı rayonu, Xırmandalı kəndində icazəverici sənədləri olmadadan tikinti işləri apardığına görə Agentlik tərəfindən tikinti obyektinin sökülməsi barədə 24 aprel 2024-cü il tarixli, 0028 nömrəli “Qərar" verilmişdir. Tikintinin sahibi “Qərar"ı qəbul etməkdən imtina etdi. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5- 66/2-1291/24 nömrəli məktubunda, xx.xx.2024-cü il tarixli məktub ilə sorğu olunan sənədlər təqdim edilmişdir. Şirvan İnzibati Məhkəməsinin icraatında inzibati iş üzrə Məhkəmə tərəfindən tələb olunan məlumatlar:
1. Sual: Masallı rayonu, Xırmandalı kəndində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin qeyri-qanuni aparılması nə vaxt aşkar olunmuşdur? Cavab: Qeyri-qanuni aparılan tikinti işləri 22 noyabr 2023-ci il tarixdə aşkar olunmuş və müvafiq akt tərtib edilmişdir.
2. Sual: Aşkarlanmış qeyri-qanuni tikinti işləri ilə bağlı hansı tədbirlər görülmüşdür? Cavab: Qeyri-qanuni aparılan tikinti işlərinin dərhal dayandırılması və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq digər qanunamüvafiq tədbirlərin görülməsindən ötrü aidiyyəti üzrə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxtektura Komitəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmişdir.
3. Sual: Bu barədə hüquq mühafizə orqanlarına məlumat verilmişdirmi? Cavab: Qeyri-qanuni tikinti işləri aparan şəxsin barəsində qanunamüvafiq qaydada tədbirlər görülməsi üçün Masallı rayon Polis Şöbəsinə müraciət olunmuşdur.
4. Sual: Qeyri-qanuni aparılan tikinti ilə bağlı İddiaçı hər hansı xəbərdarlıq edilmişdirmi? Cavab: Qeyri-qanuni aparılan tikintinin dərhal dayandırılması barədə Masallı RİHB aparatının Memarlıq və tikinti şöbəsi tərəfindən İddiaçı rəsmi məktubla xəbərdarlıq edilmişdir.
5. Sual: Qeyri-qanuni aparılan tikinti ilə bağlı İddiaçı cərimə tətbiq edilmişdirmi? Cavab: İddiaçı cərimə olunması üçün Masallı Rayon Polis şöbəsinə 22.11,2023-cü il tarixli, 5-66/2-2770/2023 nömrəli məktub göndərilmişdir. Rayon Polis şöbəsi tərəfindən araşdırmanın nəticəsi barədə Rayon İcra Hakimiyyətinə cavab məktubu daxil olmadığndan cərimə tətbiq edilib-edilməməsinə dair məlumat əldə etmək mümkün olmamışdır.
6. Sual: Qeyri-qanuni tikinti ilə bağlı İddiaçı tərəfindən aparıldığını təsdiq edən sübutlar (foto, video çəkiliş və.s) Cavab: Qeyri-qanuni tikintinin aparılması zamanı müvafiq foto şəkil çəkilmişdir.
7. Sual: Qeyri-qanuni tikilinin hazırki vəziyyəti. Cavab: Yarımçıq tikilidir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Masallı RİHB Aparatının Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Bəyoğlan Mansurov, Masallı RİHB-nın Xırmandalı kənd İƏD üzrə nümayəndəsi Məhəmməd Yusifov, Xırmandalı kənd sakini İddiaçı iştirakı ilə tərtib edərək göstərmişdir ki, Masallı rayonu, Xırmandalı kəndində yerləşən İddiaçı 2019-cu ildə inşa etdiyi yarımçıq fərdi yaşayış evinə baxış keçirildi. Müəyyən edildi ki, evin həndəsi ölçüləri 8x10.6 m-dir. 1.6 m hündürlükdə kürsü mərtəbəsi və 1.4 m hündürlükdə mərtəbə divarı mişar daşından hörülmüşdür. Vətəndaş evin tikintisinə və torpaq sahəsinə dair heç bir sənəd təqdim etmədi. İddiaçı mövcud qanunvericiliyin tələbləri izah edildi. Sənədləşmə işləri tamamlana qədər tikinti işlərinin dayandırılması tapşırıldı. Hal-hazırda heç bir tikinti işləri getmir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin rəisi cənab Cəbrayıl Xanlarova, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-66/2-2770/2023 saylı məktubuna əsasən, Masallı rayonu, Xırmandalı kəndində kənd sakini İddiaçı tərəfindən Torpaq Qanunvericiliyinin Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla fərdi yaşayış evinin tikintisinə başlaması faktı aşkar edilmişdir. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikinti şöbəsinin əməkdaşları sözügedən ərazidə olmuş, vətəndaşa tikinti ilə bağlı müvafiq hüquqvericı sənədlər olmadan aparılan tikintinin qanunsuz olduğuna dair izahat verilmiş, qeyd olunan tikintinin dayandırılması tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tikinti işləri ilə bağlı qanunamuvafıq tədbir görülməsi üçün aidiyyəti uzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-66/2-2769/2023 saylı məktubuna əsasən, İddiaçı tərəfindən X14 Qanunvericiliyinin, Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla fərdi yaşayış evinin tikintisi işlərinin aparılması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 110-cu maddəsinə əsasən, Torpaq Məcəlləsinin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar. Tikintiyə dair hüquqmüəyyənedicı sənəd olmadan tikinti işlərinin aparılması mövcud qanunvericiliyin tələblərinə əsasən qadağan olunur. Tikinti işlərinin dayandırılması, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq tikintiyə icazə sənədlərinin hazırlanması üçün aidiyyəti uzrə müraciət etmək tövsiyə olunur. İş materiallarında olan Masallı rayon İcra Hakimiyyətinin Masallı Rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 5-66/2-2770/2023 saylı məktubuna əsasən, Masallı rayonu Xırmandalı kəndində kənd sakini İddiaçı tərəfindən Torpaq Qanunvericiliyinin. Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri pozulmaqla fərdi yaşayış evinin tikintisinə başlaması faktı aşkar edilmişdir. Bununla əlaqədar Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Memarlıq və tikmtı şöbəsinin əməkdaşları sözügedən ərazidə olmuş, vətəndaşa tikinti ilə bağlı müvafiq huquqvericı sənədlər olmadan aparılan tikintinin qanunsuz olduğuna dair izahat verilmiş, qeyd olunan tikintinin dayandırılması tövsiyə edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, tikinti işləri ilə bağlı qanunamüvafıq tədbir görülməsi uçun aidiyyəti üzrə göstəriş vermək xahiş etmişdir. İş materiallarında olan Masallı rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, 9712- 34435/24 nömrəli məktubundan görünür ki, Masallı rayon Xırmandalı kənd sakini İddiaçı yaşadığı kəndin ərazisində qanunsuz olaraq fərdi yaşayış evinin tikintisinə başlanması ilə bağlı Masallı rayon polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Vətəndaş: İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 188-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın surəti təqdim olunmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətindən DİN-nə ünvanlanmış müraciətdə Masallı rayonu, Xırmandalı kənd sakini İddiaçındn Masallı rayon, Xırmandalı kənd ərasizində bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 108.0 kv.m ərazidə fərdi yaşayış evinin tikintisinə başlamasını göstərilmiş və müvafiq tədbirlərin görülməsi xahiş edilmiş və daxil olmuş müraciət xx.xx.2023-cü il tarixdə Cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabınaa 3882 sayda qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Araşdırma zamanı izahatı alınmış Masallı rayonu, Xırmandalı kənd sakini İddiaçı izahatında göstərmişdir ki, barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanınıda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş məlumatla tanış oldu. Bununla bağlı qeyd etmişdir ki, o, Masallı rayon Xırmandalı kəndində yaşayır, onun yaşadığı evin sənədləri vardır. Həmin köhnə evi artiq yararsız hala düşdüyü üçün o, öz ijəyətində yeni ev tikmək istəmişdir. O, buna görə 2017-ci ilə evinin yerini müəyyən edərək təməlin qoymuşdu. 2023-cü il tarixdə ərazi nümayəndəsi ona xəbərdarlıq etmişdir ki, evin sənədi olmamış ev tikilə bilməz o da bundan sonra evin tikntisini saxlamış və evinin sənədlərini düzəltmək üçün aidiyyatı orqanlara müraciət etmişdir. O, bundan sonra Cəlilabad rayonunda yerləşən Əmlaka Məsələləri Dövlət Ximətinin 8 saylı regional şöbəsinə evinin sənədlərinin düzəldilməsi ilə bağlı müraciət etmişdir. Yeni il bayramı ona xəbərdarlıq edildikdən sonar heç bir tikinti işi aparmamışdır. Beləliklə aparılmış zamanı müəyyən olunmuşdur ki, Yeni il bayramı olduğu üçün evinin sənədləşmə işinə başlanılmamışdır. O, ona xəbərdarlıq edildikdən sonra heç bir tikinti işi aparmamışdır. Araşdırma zamanı müəyyən olunmuşdur ki, Masallı rayon, Xırmandalı kənd sakini İddiaçı 2017-ci il tarixdə yaşadığı fəri yaşayış evinin yanında istifadə etdiyi həyətdə fərdi yaşayış evinin inşasına başlamış, lakin qeyd olunan fərdi yaşayış evini bitirməmiş və tikintini saxlamışdır. Araşdırma zamanımüəyyən edilmişdir ki, İddiaçı Masallı rayonu, Xırmandalı kəndində yerləşən bələdiyyənin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid 108.0 kv.m ərazidə fərdi yaşayış evini qanunsuz tikdiyini dərk etməmiş, həmin torpaq sahəsini qeyri-qanuni özbaşına tutmamış və bu əməli törətməyi arzu etməmişdir. Belə olan halda İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 188-ci maddəsinin tərkib əlamətləri olmadığından toplanmış material üzrə həmin maddə ilə cinayət işinin başlanması rədd edilməlidir. İş materiallarında olan Masallı rayon Xırmandalı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 90 nömrəli məktubunda Masallı rayonu, Xırmandalı kənd sakini İddiaçı faktiki istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin 1-ci mərtəbəsini inşa etdirmişdir. Həmin tikilinin altında və ətrafında olan torpaq sahəsinin sənədləşdirilməsi üçün bələdiyyəyə müraciət etmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Xirmandalı bələdiyyəsində müvafiq prosedura aparıldığı bildirilir. Məhkəmə tərəfindən iş materialları araşdırılaraq müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi tərəfindən Masallı rayonu, Xırmandalı kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin tikilməsi aşkar edilərək, xx.xx.2024-cü il tarixli, 1195 saylı dayandırılması barədə qərar qəbul edilmiş, bundan sonra xx.xx.2024-cü il tarixli qərarla İddiaçı məxsus Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinin bütövlükdə sökülməsi qərara alınmışdır. İddiaçı iddia tələbində qeyd etmişdir ki, həyətinin yanında olan boş torpaq sahəsini oğlu X16 zəbt etmiş və həmin torpaq sahəsində mişar daşından ibarət ev inşa edilmişdir. Lakin daxil olmuş icraat materialları üzrə fərdi yaşayış evinin tikintisi barəsində Masallı Rayon İcra Hakimiyyəti tərəfindən aparılmış araşdırma, xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərar üzrə aparılmış araşdırma İddiaçı barəsində olmuşdur. Masallı Rayon İcra Hakimiyyəti tərəfində tərtib edilmiş akta İddiaçı imza etmiş, Masallı Rayon Polis şöbəsində həyətində ev tikmək istəməsi barədə məlumat vermişdir. Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinə dair X8 adının qeyd olunduğu "xxxx" ASC tərəfindən verilmiş bildiriş fərdi yaşayış evinə əsas olan hüquqmüəyyənedici sənəd olaraq nəzərə alına bilməz. Məhkəmə təqdim edilmiş mübahisəli fərdi yaşayış sahəsinə dair fotoşəkillərdən belə qənaətə gəlir ki, fərdi yaşayış evinin dam örtüyü çəkilməmişdir, evin həndəsi ölçüləri 8x10.6 m-dir. 1.6 m hündürlükdə kürsü mərtəbəsi və 1.4 m hündürlükdə mərtəbə divarı mişar daşından hörülmüşdür, tikinti başa çatdırılmamışdır, hal-hazırda yaşayış yoxdur. Masallı rayonu, Xırmandalı Bələdiyyəsi tərəfindən məhkəməyə məlumat verilmişdir ki, İddiaçı faktiki istifadəsində olan torpaq sahəsində fərdi yaşayış evinin 1-ci mərtəbəsini inşa etdirmişdir və həmin tikilinin altında və ətrafında olan torpaq sahəsinin sənədləşdirilməsi üçün bələdiyyəyə müraciət etmişdir. Həmin torpaq sahəsinin sənədləşdirilməsi üçün Xirmandalı bələdiyyəsində müvafiq prosedura aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Qeyd olunan Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 180.4-cü maddəsinin tələbinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Şəhərsalma və Tikinti Məcəlləsi” 2013-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Məcəllənin 97.2, 97.3, 97.4-cü maddələrində nəzərdə tutulmuş tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid edilmişdir. Dövlət və bələdiyyə torpağında inşa olunmuş tikintinin dayandırılması, inşası başa çatmamış tikintilərin sökülməsi barədə qərar qəbul edilməsi, tikinti obyektlərinin sökülməsi barədə məhkəmədə iddia qaldırılması dövlət nəzarətini həyata keçirən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin səlahiyyətinə aid olduğundan yerli icra hakimiyyəti orqanlarının və digər təşkilatların dövlətin adından belə bir tələblə müraciət etmək, müvafiq qərar qəbul etmək səlahiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı üzərində heç bir hüququ olmadığı torpaq sahəsində özbaşına tikinti işləri aparmış, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinin tələbinə görə barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Həmin Məcəllənin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (75.3.1.); tikinti layihəsi (75.3.2) və s. 95.3. Bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar (hazırki mübahisədə daşınmaz əmlakla bağlı qeyd olunan hüquq normalarında göstərilən hallar mövcud deyildir) istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Belə ki, Masallı Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli aktlaşma aparılaraq İddiaçı Sənədləşmə işləri tamamlana qədər tikinti işlərinin dayandırılması tapşırılmışdır. Bundan sonra Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyinin xx.xx.2024-cü il tarixli, 1195 saylı tikinti işlərinin dayandırılması barədə qərar qəbul edərək, İddiaçı tərəfindən Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evi üzrə 2.8 metr səviyyədə hörgü işləri apardığı üçün, tikintiyə icazənin olmaması, tikinti obyektinin layihəçisi, xüsusi razılığın rekvizitləri olmaması müəyyən edildiyi üçün, Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinin tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilmişdir. İddiaçı barəsində Masallı Rayon Polis Şöbəsində Masallı rayon Xırmandalı kənd sakini İddiaçı yaşadığı kəndin ərazisində qanunsuz olaraq fərdi yaşayış evinin tikintisinə başlanması ilə bağlı Masallı rayon polis şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılmışdır. Vətəndaş: İddiaçı əməlində Azərbaycan Respublikası CM-in 188-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qəbul edilmiş qərarın surəti təqdim olunmuşdur. Cavabdeh orqan tərəfindən iddiaçıya mübahisəli fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi üzrə sənədləşmələrin həyata kçeirilməsi üçün vaxt verildikdən sonra, xx.xx.2024-cü il tarixli qərarla İddiaçı məxsus Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinin bütövlükdə sökülməsi qərara alınmışdır və aktlaşma həyata keçirilmişdir. Məhkəmə gedişatı dövründə tərəflərə fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi ilə bağlı sənədləşmə işlərinin aparılması ilə bağlı xeyli vaxt verilsə də, verilmiş müddət ərzində iddiaçı tərəfindən hər hansı sənədləşmə həyata keçirilməmişdir,məhkəmə tərəfindən mübahisəli fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsinə dair sübut və ya sənəd və məlumat təqdim edilməsi təklif edilsə də, heç bir sənəd təqdim edilməmiş və heç bir dəlil irəli sürülməmişdir. Masallı rayon Xırmandalı Bələdiyyəsi tərəfindən xx.xx.2024-cü il tarixli, 90 nömrəli məktubla tikilinin altında və ətrafında olan torpaq sahəsinin sənədləşdirilməsi üçün Xırmandalı bələdiyyəsində müvafiq prosedura aparıldığı bildirilsə də, bu günə qədər heç bir sənədləşmə aparılmamışdır. İşin məhkəmə araşdırılması ilə məlum olur ki, İddiaçı heç bir hüquqmüəyyənedici sənədi olmadan Bələdiyyəyə məxsus torpaq sahəsində tikinti işləri apararaq Masallı rayonu, Xırmandalı kəndində yerləşən fərdi yaşayış evinin divarlarının tikintisini başa çatdırmış, bununla da şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmuşdur. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2014-cü il tarixli 349 nömrəlı Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçırilməsi Qaydaları”nın 3.1.6-cı bəndinə uyğun olaraq tikintiyə dövlət nəzarətini həyata keçirən vəzifəli şəxs tərəfındən, tikınti obyektində şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərınin pozulması müəyyən edildiyi hallarda həmin obyektdə Məcəlləyə və bu Qaydalara uyğun olaraq tikinti quraşdırma işlərının dayandırılması və zəruri hallarda obyektin sökulməsi haqqında müvafiq qaydada məsələ qaldırmaq hüququ vardır. Həmin Qaydalara əsasən tikintiyə dövlət nəzarətinin həyata keçırılməsi səlahiyyətləri X15 tərəfindən Nazirliyin Tikintidə Təhlukəsizliyə X18 və Agentliyin Baş Dövlət Tikinti Müfəttışliyi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 534 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 5-ci bəndinə uyğun olaraq Qaydaların 2.1.3-cü, 2.1.4-cu və 2.1.5-ci yarımbəndlərində nəzərdə tutulmuş hallarda, habelə Qaydaların 4-cü və 5-ci hissələrində göstərilən obyektlərdə yan divarların və dam örtüyünün tikintisi tam başa çatdırıldıqda Agentlik tikinti obyektinin və ya onun hissəsınin sökulməsi barədə məhkəməyə müraciət edir. “İnzibati icraat haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Məhkəmə hesab edir ki, işin müəyyən edilmiş faktiki hallarına aşağıdakı hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət verilməlidir. Bu baxımdan, inzibati aktların qəbul edilməsi, iсra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edən «İnzibati iсraat haqqında» AR Qanununun tələblərinə nəzər yetirilməlidir. Belə ki, həmin Qanunun: 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 25.6-ci maddəsinə əsasən maraqlı şəxslər inzibati icraat materialları ilə həmin icraatın həyata keçirildiyi inzibati orqanda tanış ola bilərlər. 25.8-ci maddəsinə əsasən maraqlı şəxsin inzibati icraatla bağlı sənədlərin və digər materialların surətlərini əldə etmək hüququ vardır. 28.1.1-сi maddəsinə görə fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati iсraatın başlanılması üçün əsaslardan biridir; 36.1.2-сi maddəsinə əsasən barələrində inzibati aktın qəbul edilməsi nəzərdə tutulan və ya inzibati aktın qəbul edilməsi haqqında ərizə ilə müraсiət etmiş fiziki və ya hüquqi şəxslər inzibati iсraatın iştirakçıları sayılırlar; 36.3-сü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəсəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçünсü (maraqlı) şəxs qismində iсraatda iştirakını təmin etməyə borсludur; 51.1-сi maddəsinə əsasən inzibati orqan inzibati iсraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərсüməçiləri və digər orqanların nümayəndələrini inzibati iсraatla bağlı iсlasın vaxtı və yeri haqqında xəbərdar etməyə borсludur; 51.2-сi maddəsinə görə bu Qanunun 51.1-сi maddəsində göstərilən şəxslərə müvafiq məlumatın çatdırılması məqsədilə inzibati orqan müxtəlif rabitə vasitələrindən istifadə edə bilər. 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «X3rşı» iş üzrə xx.xx.2005-сi il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə 1 saylı Protokolun 1-сi maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik сəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “xx.xx.2024-cü il tarixli, 0028 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı “xx.xx.2024-cü il tarixli, 0028 nömrəli qərarın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyivə ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Amilya Hüseynova