Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1181/2025 19.05.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Əlişova Nuridə Əliverdi qızının katibliyi, İddiaçının, Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirаkları ilə, İddiaçının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Filialı Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1181/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddia tələbinə “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1978-ci ildə əmək fəaliyyətinə başlamışdır. xx.xx.1978-ci ildə Masallı rayonundda fəaliyyət göstərən sabiq “1 may” sovxozuna tərəvəzçilik birqadasına fəhlə qəbul edilmiş, həmin vaxtlardan adına əmək kitabçası açılmışdır, həmin sovxozda xx.xx.1989-cu ilə kimi işləmişdir. Daha sonra xx.xx.1989-cu ildə yeni yaradılmış “Hüseynhacılı” sovxozuna köçürülmüşdür. Həmin sovxozda da xx.xx.1993-cü ilə kimi işləmiş və həmin tarixdə oradan işdən çıxmışdır. Daha sonra xx.xx.1998-ci ildən məktəbə xadimə kimi işə qəbul edilmişdir. xx.xx.2009-cu ildə məktəbdə siniflərin azalması səbəbindən işdən azad edilmişdir. İşləməyi ilə bağlı əmək kitabçası açıldığı vaxt sovet hökməti olduğundan əmək ktabçasında onun adı “X5 kızı” kimi qeyd edilmiş, eyni zamanda həmin vaxtlar nikaha şəhadətnamədə də adı, soyadı “X5 kızı” kimi qeyd edilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixli Masallı rayon Dövlət Arxivi idarəsi tərəfindən verilən arxiv aktında onun soyadı səhvən qızlıq soyadı kimi, “Kambarova” kimi yazılmış, buda arxiv aktının ona məxsus olmasını şübhə altına almışdır. Bunla bağlı ona işə görə əmək pensiyası təyin edilməsindən ötrü fonda müraciət etmişdir. Lakin fond stajını düzgün hesablamadığından, sənədlərdə olan soyad uyğunsuzluğuna görə imtina etmiş bu səbəbdən məhkəməyə getmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasları zamanı əmək kitabçası Rus əlifbası ilə yazıldığından və arxiv arayışında soyad səhvı olduğundan həm əmək kitabçasının həm də arxiv arayışının ona məxsus olması şübhə doğurmuş, buna görə məhkəmə işə bu formada baxılmasının mümkün olmadığını qeyd etdiyindən sənədlərini geri götürmək məcburiyyətində qalmışdır. Odur ki, onun 26 il, 6 ay 4 gün onun iş stajına hesablanması və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması barədə qərar verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, 2-1(120)-3791/2024 nömrəli iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Buna əsasən İnzibati Prosessual Məcəllənin 47-ci maddəsinin tələblərini rəhbər tutaraq etirazı təqdim edir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının surətinə əsasən xx.xx.2006-cı il tarixədək ümumi 8 il sığorta stajına uyğun olaraq 6.505,04 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixə qədər 1.308,39 manat olmaqla ümumilikdə 7.813,43 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34.560.00 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (240 manat) az olmayan pensiya təminatına imkan vermir. Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli N 162 saylı arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Hüseynhacılı” sovxozunun xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün həmin dövrlərin araşdırılması mümkün olmamışdır. Həmçinin əmək kitabçasının 1989-cu il qeydlərində latın qrafikalı möhürdən istifadə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalan”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Həmçinin əmək kitabçasının 1989-cu il qeydlərində latın qrafikalı möhürdən istifadə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əmək haqqı ilə şərtləndirilmişdir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Həmin Qanunun 7ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasınır minimum məbləğindən az olmayan; pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır).Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilm ş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasında i, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından "Əmək pensiyaları haqqında" Qanunun 1.0.1, 1.0.2 və 1.0.5- ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il , 2- 1 (102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000- ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Yuxarıda da qeyd etdiyi ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda sadalananları nəzərə alaraq 2-1(120)-3791/2024 nömrəli inzibati iş üzrə İddiaçının “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən Masallı şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsassızdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - İşdə olan xx.xx.1996-cı il tarixli, AЗЕ №0301299 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1978-2009-cu illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Viləş kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 149 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1959-ci il təvəllüdlü, İddiaçı 1998-2005-ci illərdə Azərbaycan SSR Masallı rayonu Kalinovka (indiki Viləş)kənd ərazi nümayəndəliyinin Hüseynhacılı kəndi ərazisində fəaliyyət göstərən orta məktəbində xadimə işləmişdir. - Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 162 nömrəli arayışında göstərilmişdir ki, Məmmədova (Qənbərova) X3 rayonu Hüseynhacılı kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “Hüseynhacıir sovxozunun sənədləri, o cümlədən, sovxozun əmr kirabları, əmək haqqı hesablaşma cədvəlləri və ya şəxsi hesab kitabları, Masallı Rayon Dövlət Arxivinə təhvil verilməyib. Bu səbəbdən, Məmmədova (Qənbərova) Şəhla Rəcəb qızının sabiq "Hüseynhacılı” sovxozunda işləməsi və ya emək haqqı alması barədə arxiv arayışının verilməsi imkanı xaricindədir. Adı gedən sənədlərin tapılması istiqamətində apardığı şifahi sorğular və araşdırmalar bir nəticə vermədi. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Lənkəran-Aslara Regional Təhsil İdarəsi Masallı rayon Hüseynhacılı kənd tam orta məktəbi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 528 nömrəli arayışında göstərilmişdir ki, xx.xx.1959-ci il təvəllüdlü, İddiaçı xx.xx.1998-ci il tarixli əmir № 011-lə Masallı rayon Hüseynhacılı kənd ümuıni orta məktəbində xadimə işinə qəbul edilmişdir. xx.xx.2009-cu il tarixli əmir № 25-lə öz ərizəsinə əsasən işdən azad edilmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Masallı regional “ASAN xidmət” mərkəzindən daxil olmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Pensiya yaş həddi qadınlar üçün 62 yaş 6 ay müəyyən edilib.Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Təqdim etdiyi əmək kitabçasının surətinə əsasən sığorta stajı 11 il 10 ay təşkil edir. - İşdə olan Masallı rayon İcra Hakimiyyəti Başçısının Viləş kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 5-66-35/2-52/2024 nömrəli məktubunda göstərilmişdir ki, Masallı rayonu Hüseynhacılı kənd məktəbində xadimə işləmiş İddiaçı işlədiyi illərin əmək haqqı cədvəllərin surətləri göndərilir. İddiaçı Hüseynhacılı kənd məktəbində xadimə işləmişdir. Vətəndaşın əmək kitabçasında göstərilmişdir ki, xx.xx.1998-ci ildən Hüseynhacılı məktəbinə xadimə kimi işə götürülmüşdür. Hüseynhacılı kənd tam orta məktəbinin direktoru Y.Şəmmədovun verdiyi arayışa əsasən İddiaçı xx.xx.1998-ci il tarixli Əmr NqOİ/1 tarixli əmrlə vakant olan xadimə işinə qəbul edilmişdir. Vətəndaş İddiaçı bu işdə xx.xx.2009-cu ilə kimi fasiləsiz çalışmışdır. Lazım olan 1998-2005-ci illərə aid ğöndərilən sənədlərin surətlərini göndərir. 1998-ci ildə 2 ay, 2001-ci ildə 4 ay sənədlər arxivdən tapılmadığı üçün vədəndaşın dediyinə əsasən həmin il üçün əmək haqqı cədvəlində məvacibi başqa aylarla eyni olduğu üçün, vətəndaş həmin aylarda işləmiş və əmək haqqı almışdır. Onlar əmək kitabçasında göstərilən tarixi Hüseynhacılı kənd tam orta məktəbinin direktorunun verdiyi arayışı və vətəndaşın dediyini nəzərə alaraq həmin aylar cədvəl üzrə doldurulmuşdur. 1998-ci ilin bəzi aylarında İddiaçı, Məmmədova Şövlə kimi göstərilmişdir. Hüseynhacılı məktəbin direktorunun verdiyi arayışa əsasən Hüseynacılı məktəbində ümumilikdə Məmmədova Şövlə adlı adam işləməmişdir. - Masallı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-48-33RA/2-207/2024 nömrəli məktubunda göstərilmişdir ki, sabiq “Hüseynhacılı” sovxozunun sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, Məmmədova (Qənbərova) Şəhla Rəcəb qızına verilmiş arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkan xaricindədir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155068/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2022-ci il tarixində pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 8 il təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il sığorta stajına uyğun olaraq 6505,04 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 1308,39 manat olmaqla, ümumilikdə 7813,43 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində latın qrafikalı möhür olduğu üçün) həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 162 nömrəli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Hüseynhacılı” sovxozunun xx.xx.1978-ci il tarixdən xx.xx.1993cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyd olunan dövrlər sığorta stajına əlavə edilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsasən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən çox uşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-206503/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sığorta stajı 8 il təşkil edir. Əlavə olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996- cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarfna əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.1993cü il tarixinədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində latın qrafikalı möhür olduğu üçün) həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Masallı rayon Dövlət Arxivinin 31,05.2022-ci il tarixli 162 nömrəli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş “Hüsenhacılı” sovxozunun xx.xx.1978-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən həmin dövrün araşdırılması mümkün olmamışdır. - Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-33RA/2-230/2024 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçının iddiası ilə bağlı, xx.xx.2024 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğuya cavab olaraq, Məmmədova (Qənbərova) Şəhla Rəcəb qızının, sabiq “1 May” sovxozuna fəhlə kimi işə girmə, işdən azad edilmə əmrlərinin, məzuniyyətə buraxılma və məzuniyyətdən geri qaytarılma barədəki əmrlərinin təsdiq olunmuş surətləri, eləcə də işlədiyi müddətdə aldığı əmək haqları barədə {arxiv işçiləri tərəfindən yığılmış formada) cədvəlin təsdiq olunmuş surəti göndərilir. Bundan əlavə bildirilir ki, "1 May” sovxozu tərəfindən ona; - 012068 saylı xəstəlik vərəqi ilə xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi hamiləliyə görə 47 iş gününə hesablanmaqla, 152.75 rubl bülleten pulu verilmiş, - 054635 saylı xəstəlik vərəqi ilə xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi doğuşa görə 45 iş gününə hesablanmaqla, 146.25 rubl bülleten pulu verilmiş, - 031416 saylı xəstəlik vərəqi ilə xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi hamiləliyə görə 46 iş gününə hesablanmaqla, 124.07rubl bülleten pulu verilmiş, - 022287 saylı xəstəlik vərəqi ilə xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi doğuşa görə 48 iş gününə hesablanmaqla, 129.12 rubl bülleten pulu verilmiş, - 091852 saylı xəstəlik vərəqi ilə xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi hamiləliyə görə 47 iş gününə hesablanmaqla, 263.20 rubl bülleten pulu verilmiş, - 059256 saylı xəstəlik vərəqi ilə xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi doğuşa görə 48 iş gününə hesablanmaqla, 268.80 rubl bülleten pulu verilmişdir, Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “Hüseynhacılı” sovxozunu sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, İddiaçının “Hüseynhacılı” sovxozuna işə girməsi və işdən azad edilməsi barədəki əmrlərin və digər sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. “Hüseynhacılı’’ sovxozunun sənədləri barədəki; - xx.xx.2022 il tarixli 2-1(120)-3139/2022 saylı sorğuya, xx.xx.2022 il tarixli —312 sayi/ cavab verilmişdir, - xx.xx.2022 il tarixli 2-1 (120)-3139/2022 saylı sorğuya, xx.xx.2022 il tarixli T/M — 29 saylı cavab verilmişdir, - xx.xx.2024 il tarixli 2-1 (120)-3791/2024 saylı sorğuya, xx.xx.2024 il tarixli M- -3- 48- 33RA/2-207/2024 saylı cavab verilmişdir - İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, sorğu ilə əlaqədar Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində mövcud olan İddiaçı fərdi şəxsi hesabı ilə bağlı məlumatları (məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, onlara nisbətdə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları) təqdim edir. "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. - İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2025-cİ il tarixli 2-1(120)-1181/2025 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. İddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixindən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 8 il təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək (3 il 10 ay) iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 1657,27 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş 1989-cu ilin qeydlərində doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində latın qrafikalı möhür olduğu üçün) həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Masallı rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli 162 nömrəli arxiv arayışına əsasən iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş "Hüsenhacılı” sovxozunun xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan əmr kitabları və əmək haqqı cədvəlləri Masallı rayon Dövlət Arxivinə təhvil verilmədiyindən qeyd olunan dövrlər sığorta stajına əlavə edilməmişdir. "Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən İddiaçı xx.xx.2016-cı il tarixindən çox uşaqlı ana kimi yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi davam etdirilir. Məhkəmə qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə hesab edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası təyin olunur. Lakin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tələb olunan sosial sığorta stajını toplamamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Belə ki, iddiaçının sığorta stajını təsdiq edən sənədlər təqdim edilən əmək kitabçası, arxiv arayışları olmuşdur. Cavabdeh orqan tərəfindən İddiaçı təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 8 il qəbul edilmişdir. Cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarına əsasən, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrlərin doldurulma qaydası pozulduğu üçün (işə daxilolma qeydində latın qrafikalı möhür olduğu üçün) həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Masallı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 3-48-33RA/2-230/2024 nömrəli məktubuna əsasən, İddiaçının iddiası ilə bağlı, xx.xx.2024 il tarixdə Masallı Rayon Dövlət Arxivinə (RDA) daxil olmuş, sorğuya cavab olaraq, Məmmədova (Qənbərova) Şəhla Rəcəb qızının, sabiq “1 May” sovxozuna fəhlə kimi işə girmə, işdən azad edilmə əmrlərinin, məzuniyyətə buraxılma və məzuniyyətdən geri qaytarılma barədəki əmrlərinin təsdiq olunmuş surətləri, eləcə də işlədiyi müddətdə aldığı əmək haqları barədə {arxiv işçiləri tərəfindən yığılmış formada) cədvəlin təsdiq olunmuş surəti göndərilir. "1 May” sovxozu tərəfindən ona;012068 saylı xəstəlik vərəqi ilə xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi hamiləliyə görə 47 iş gününə hesablanmaqla, 152.75 rubl bülleten pulu verilmiş, 054635 saylı xəstəlik vərəqi ilə xx.xx.1979-cu ildən xx.xx.1979-cu ilə kimi doğuşa görə 45 iş gününə hesablanmaqla, 146.25 rubl bülleten pulu verilmiş, 031416 saylı xəstəlik vərəqi ilə xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi hamiləliyə görə 46 iş gününə hesablanmaqla, 124.07rubl bülleten pulu verilmiş, 022287 saylı xəstəlik vərəqi ilə xx.xx.1983-cü ildən xx.xx.1983-cü ilə kimi doğuşa görə 48 iş gününə hesablanmaqla, 129.12 rubl bülleten pulu verilmiş, 091852 saylı xəstəlik vərəqi ilə xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi hamiləliyə görə 47 iş gününə hesablanmaqla, 263.20 rubl bülleten pulu verilmiş, 059256 saylı xəstəlik vərəqi ilə xx.xx.1984-cü ildən xx.xx.1984-cü ilə kimi doğuşa görə 48 iş gününə hesablanmaqla, 268.80 rubl bülleten pulu verilmişdir. Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq “Hüseynhacılı” sovxozunu sənədləri Masallı RDA-nə təhvil verilmədiyindən, İddiaçının “Hüseynhacılı” sovxozuna işə girməsi və işdən azad edilməsi barədəki əmrlərin və digər sənədlərin təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim olunması imkanı xaricindədir. Məhkəmə iddiaçının xx.xx.1978-ci il tarixdən xx.xx.1993-cü il tarixədək (14 ildən artıq müddət) əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı işləyib, əmək haqqı aldığı dövrü sığorta stajı kimi qəbul edir. Buna baxmayaraq iddiaçının tələb olunan sığorta stajı kifayət etmir. Məhkəmə tərəfindən qeyd edilir ki, iddiaçının xx.xx.1973-cü il tarixdən xx.xx.1993cü il tarixədək “1 May” sovxozu və "Hüsenhacılı” sovxozunda işlədiyi dövrlər sosial siğorta stajı kimi qəbul edilmiş olsa belə, pensiya təyin edilməsi üçün tələb olunan 25 il sığorta stajı yaranmır. Başqa sözlə, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə təqdim etdiyi sənədlərə müvafiq olaraq Qanunla tələb edilən 25 ildən az sığorta stajı mövcuddur. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixədək fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 8 il sığorta stajına uyğun olaraq 6505,04 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək 1308,39 manat olmaqla, ümumilikdə 7813,43 manat təşkil edir ki, bu məbləğ iddiaçının pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 34560 manat pensiya kapitalından azdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələb olunan sosial sığorta stajı yaranmır. Göründüyü kimi, cavabdehin iddiaçıya yaşa görə pensiya təyin edilməsindən imtina etməsi qanuni olmuşdur və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Qeyd edilənlərə görə məhkəmə hesab edir ki, cavabdeh haqlı olaraq iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı işlədiyi illərin iş stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyildir. "Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçıarının uçotu nəzərdə tutulmuşdur. Həmin Qanunun 13.1 -ci bəndinə əsasən, sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Həmin Qanunun 13.2-ci bəndinə əsasən, ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Həmin Qanunun 13.3-cü bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən sığortaçının vəzifəsi məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaqdır. Həmin Qanunun 10-cu maddəsinə əsasən sığortaedənlərin vəzifəsi: • müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək; • sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat vermək. X6 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun1ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin–ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulubqoyulmamasından asılı olmayaraq -sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §4753; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §7677, Karsonun işi (Carson), § 64). Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdehin iddiaçıya ünvanladığı cavab məktubu işin maddi hüquqi əsasları və müraciətin yekun nəticəsi baxımından qanuni və əsaslı olmuşdur. Məhkəmə hesab etmişdir ki, iş materiallarında olan sənədlərə əsasən aparılmış riyazi hesablamalara görə iddiaçı 2006-cı il 1 yanvar tarixədək 25 ildən az ümumi əmək stajını toplamışdır ki, bu da qanunvericiliyin tələbləri nəzərə alındığı halda ona yaşa görə pensiya təyinatının aparılması üçün kifayət deyildir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, qanuni əsası olmadığından İddiaçının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81 və 85-cimaddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçının cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia ərizəsi təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova
Məhkəmə qərarları › İş №2-1(120)-1181/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1181/2025
19.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver