Azərbaycan Respublikası adından QƏRARDAD İş № 2-1(120)-1183/2022 22.09.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Hüseynov Bəhram Namiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “JN- 239 nömrəli dövlət aktında mülkiyyətçilərin soyadı, adı və ünvan bölməsinin 4-cü qrafasında onun adının Qurban deyil, Tural olduğunu müəyyən edib bu öhdəliyin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “JN- 239 nömrəli dövlət aktında mülkiyyətçilərin soyadı, adı və ünvan bölməsinin 4-cü qrafasında onun adının Qurban deyil, Tural olduğunu müəyyən edib bu öhdəliyin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş hesab edilmişdir. İşin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün iddiaçı və cavabdehin nümayəndəsi hazırlıq icraatı çərçivəsində 22 sentyabr 2022-ci il tarixdə saat 11.30-da məhkəməyə dəvət olunmuşlar, lakin iddiaçı və cavabdehin nümayəndəsi heç bir səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin hallarını və mübahisənin vəziyyətinin müzakirəsi ilə bağlı məsələyə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı məhkəməyə teleqram göndərərək, iddiadan imtina etdiyini bildirmişdir. Məhkəmə iddiaçının iddiadan imtinaya dair ərizəsini nəzərdən keçirib, iş materiallarını araşdıraraq, hesab edir ki, icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinin tələbinə görə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini icraata xitam verilməsi əsası kimi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “JN-239 nömrəli dövlət aktında mülkiyyətçilərin soyadı, adı və ünvan bölməsinin 4-cü qrafasında onun adının Qurban deyil, Tural olduğunu müəyyən edib bu öhdəliyin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə görə iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 49, 50, 55 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsinə qarşı “JN- 239 nömrəli dövlət aktında mülkiyyətçilərin soyadı, adı və ünvan bölməsinin 4-cü qrafasında onun adının Qurban deyil, Tural olduğunu müəyyən edib bu öhdəliyin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1183/2022
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1183/2022
22.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver