Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1185/2024 23.05.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» barədə iddia tələbinə dair inzibati işə şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinin tələblərinə müvafiq olaraq işin hazırlıq icraatına başlanılmış və iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi ilə bağlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, artıq bir neçə ildir ki, o, müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün dəfələrlə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün nəzərdə tutulmuş sənədləri və müvafiq olaraq ətraflı şəkildə yazılmış ərizəni tərtib edərək Müdafiə Nazirliyinin müvafiq komissiyasına təqdim etmişdir. Bildirir ki, ərizə ilə müraciət etməzdən əvvəl Müdafiə Nazirliyinin Bakı şəhəri Parlament prospekti 3 ünvanda yerləşən inzibati binasında müvafiq vəzifəli şəxslə görüşdükdə ona, sənədlərin siyahısı əks olunmuş məlumat vərəqini təqdim etmiş. Həmin məlumat vərəqində aşağıdakı sənədləri Azərbaycan Respublikası müdafiə Nazirliyinin Aparatı nəzdində "Müharibə Veteranı” vəsiqəsinin verilməsi üzrə komissiyaya təqdim etməli olduğunu bildirb. Eyni zamanda Azərbaycan Respublikası müdafiə nazirliyi tərəfindən “Müharibə Veteram” adının verilməsi xidmətinə dair məlumatın əks olunduğu Dövlət xidmətləri Portalında da Müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi üçün tələb olunan sənədlərin siyahısı eynilə göstərilmişdir. Onu xx.xx.1991-ci ildə Bakı şəhəri yaxınlığında PPLS deyilən hərbi hissəyə gətiriblər. Sonra onları Ağdərəyə “Tərtər-1” Batalyonuna göndərdilər.Daha sonra isə “Xanlar Batalyonunun” tərkibində vuruşmuşam. 06 sentyabr 1992- ci il tarixdə yaralanmışdır. Ona ilk tibbi yardımı Ağdərədə “Starovka Hərbi Hospitalı”nda göstərərək arxa cəbhəyə təxliyyə ediblər. Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının xx.xx.1992-ci il tarixli 1235 saylı və 1006 saylı arayışları da bunu təsdiq edir. Müxalifət qəzetində 19 Sentyabr 1992-ci il tarixdə dərc edilmiş “Vətən mənə oğul desə nə dərdim” başlıqlı, Respublika Klinik Xəstəxanasının Ümumi Cərrahiyə şöbəsində qəlpə yaralarından müalicə olunarkən həm onun, həm də onunda bərabər döyüşlərdə yaralanmış döyüş yoldaşlarından bəhs edilmiş məqalə. Yuxarıdakı sənədləri toplamaqla yanaşı ətraflı şəkildə yazdığı ərizə ilə birlikdə bildirdiyi kimi müdafiə nazirliyinin sözügedən komissiyasına təqdim etmişdir. Ərizədə cavab olaraq 22 iyun 2023-cü il tarixli, 4/3-5899 saylı məktubla imtina verilmişdir. Düşmənə qarşı döyüşmək üçün müraciət etdikdə döyüş bölgəsinə aparmazdan əvvəl onu xx.xx.1991-ci ildə Bakı şəhəri yaxınlığında PPLS deyilən hərbi hissəyə gətirdilər. Sonra onları Ağdərəyə “Tərtər-1” Batalyonuna göndərdilər. Daha sonra isə “Xanlar Batalyonunun” tərkibində vuruşmuşdur. 06 sentyabr 1992-ci il tarixdə yaralanmışdır. Ona ilk tibbi yardımı Ağdərədə “Starovka Hərbi Hospitalı”nda göstərərək arxa cəbhəyə təxliyyə ediblər. Beləki, vətənin ağır, çətin günlərində Azərbaycan xalqının digər mərd oğulları kimi bu vəziyyətə biganə qalmayıb o, da döyüşlərdə iştirak etmişdir. Döyüş sahəsində yaralanaraq huşunu itirmiş və onu ölmüş bilib, döyüş sahəsində şəhid olan digər yoldaşlarının cəsədi ilə birlikdə kamaz maşınında cəsədlərin yanında sahədən çıxarılmışdır. Sonra onun sağ olduğunu bilib cəsədlərin arasından çıxarmışlar. Bildirir ki, o dövrdə 20 yaşı olmuş həm gənclik təcrübəsizliyi, həm də müharibə zamanı qısa müddət ərzində yaralanmağı və müəyyən şok yaşamağı onu gələcəkdə veteranlıqla bağlı çətinliklər yaşamamağı üçün müəyyən tədbirlər görməyə imkan vermirdi. Həm də o zaman bu kimi fikirlər onun və digər vətən oğullarının xəyalından belə keçmirdi. Hər şeydən əvvəl vətənin azadlığını düşünürlər və bu işlərin hamısının həyata keçirilməsinin dövlətin işi olduğunu düşünürdü. Göstərdiyi kimi, bu faktı təsdiqləyən kifayət qədər sənədlər mövcuddur. (Xanlar özünümüdafiə batalyonunun 17 sentyabr 1992-ci il tarixli TİBBİ Kartdan Çıxarış,AR Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının 16 sentyabr 1992-ci il tarixli X4 Çıxarış və.s) O, uzun illərdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə müraciət etsəm də Qarabağ Müharibəsi veteranı adını və vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasının verdiyi - xx.xx.1992-ci il tarixli 1235 saylı və 1006 saylı arayışlar tam təsdiq edir ki, Xanlar batalyonundan təxliyyə edilib bədəhinin müxtəlif yerlərindən aldığı qəlpə yaralarından müalicə ilə əlaqədar oraya qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Mərkəzi Rayon Xəstəxanasının verdiyi 389 saylı, xx.xx.2019-cu il tarixli arayışla təsdiq olunur ki, Neftçala rayonu Yuxarı Qaramanlı kəndində yaşayan , xx.xx.1972-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Salyan RMX-nm Travmatologiya şöbəsində “Başın alın nahiyəsində, sağ bazuda, sol budunda və kürək nahiyəsində çoxlu infeksiyalasmış qəlpə yaraları” diaqnozu ilə stasionar müalicə almışdır. Salyan Rayon Mərkəzi Xəstəxanasının verdiyi 2971 saylı Epikrezdən görünür ki, 1972-ci il təvəllüdlü, İddiaçı oqlu xx.xx.1992-ci. ildən xx.xx.1992-ci ilədək “Basın alın nahiyəsində,saq bazuda, sol budunda və kürək nahiyəsində çoxlu infeksiyalasmış qəlpə yaraları” diaqnozu ilə stasionar müalicə almışdır.Azərbaycan Respublikası Səhiyyə Nazirlyi akademik M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanasının verdiyi 1432 sayllı, 05 oktyabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı oqlu RKX-nın 1-ci Cərrahiyyə şöbəsində xx.xx.1992-xx.xx.1992-ci ilədək müalicə olunmuşdur. Cavabdeh təşkilat həmin imtina qərarını əsaslandırmayıb, daha doğrusu, belə bir gülünc və primitiv bəhanə ilə əsaslandırıb: Təqdim olunmuş sənədlərə əsasən xidmət dövründə döyüş əməliyyatları aparılan dövrdə yaralanma ilə əlaqədar məzuniyyətə buraxılmağınız və məzuniyyətdən sonra xidmət verinə qayıtmadığınıza görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteram” adının və vəsiqəsinin verilməsindən imtina olunur. Göründüyü kimi komissiya ona müharibə veteranı adını və vəsiqəsini verməkdən yaralanma ilə əlaqədar məzuniyyətə buraxıldıqdan sonra xidmət yerinə qayıtmamağımla əlaqədar imtina olunduğu göstərmişdir. Göründüyü kimi qanunun qeyd hissəsində - dövüs əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və va xidmət verini özbaşına tərk edən şəxslərə veteran adının və vəsiqəsinin verilməməsi nəzərdə tutulur. Mən döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməmişəm. O, yaralanma ilə əlaqədar huşsuz vəziyyətdə döyüş bölgəsindən çıxarılaraq hərbi hospitala aparılmış oradan isə məzuniyyətə buraxılmışdır. Qanunun sözügedən qeyd hissəsində yaralanma ilə əlaqədar məzuniyyətə buraxılmış və xidmət yerinə qayıtmayan şəxslərə veteran adı və vəsiqəsi verilmir sözləri yazılmamışdır. Buradan görünür ki, bu imtina məktubunu yazan şəxslərin ya qanundan xəbərləri yoxdur ya da Azərbaycan Respublikası vətənadaşının haqlı müraciətinə etinasızcasına laqeyid yanaşılır. Eyni zamanda onun yaralı olmağı, fiziki olaraq hərəkət məhdudiyyətli olmağı barədə həmin dövrdə Neftçala rayon hərbi komissarlığı daim məlumatlı olmuşdur. Hətta yuxarıda bildirdiyi kimi Neftçala hərbi komisssarlığı tərəfindən 1994-cü ilin fevral ayında müayinə olunmağı üçün 591 saylı hospitala göndərilməyi ilə bağlı müvafiq sənəd də hazırlamışdır. Əksinə Müdafiə nazirliyi və dövlət tərəfindən o, ondan sonra heç bir dəstək görməmiş və döyüş zamanı aldığı xəsarətlərin müalicəsi ilə bu günə qədər ailənin məhdud olan maddi imkanlarından istifadə etmişdir. Göstərilənlərə əsasən hesab edir ki, Müdafiə Nazirliyi nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyanın ona müharibə veteranı adı verilməsindən imtina etməsi tamamilə qanunsuz və əsassızdır və ona müharibə veteranı adı verilməlidir. Odur ki, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsində 1991-ci ildən hərbi xidmət keçdiyini, xx.xx.1992-ci ildə yaralandığını bildirərək məhkəmədən ona müharibə veteranı adı və statusunun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul etməsini xahiş etmişdir. İddiaçının tələbinin mahiyyəti, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmasından ibarətdir. Hesab edirik ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, iddia tələbinin təmin edilməsini istisna edən hüquqi əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında’ Əsasnamənin 1-ci bəndinə əsasən: 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir.Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buaxılmasdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyirəm ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyasına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteram" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarına əsasən iddiaçının xidmət dövründə döyüş əməliyyatları acarılan dövrdə yaralanma ilə əlaqədar məzuniyyətə buraxılmaäına və məzuniyyətdən sonra xidməti verinə qayıtmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya" tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2006-cı il tarixli cərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının 1.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati-lqtisadi Kollegiyasının 20 iyun 2017- ci il tarixli 2-1(102)-1161/2017 nömrəli iş üzrə qərarında göstərilmişdir ki, “Hərbi qulluqçunun vəzifəyə təyin edilməsinə dair məlumat yeganə sübut olmaqla həmin əmrin iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyatlarında iştirak etməsi üçün yetərli sayıla bilməz". «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə edilmiş əlavəyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və /a amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslər Müharibə veteranı sayılmırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, iddiaçı isə öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Odur ki, göstərilənləri nəzərə alıb, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsaslanaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək tələbinin təmin edilməsini xahiş etmişlər. Həmçinin öz izahatında 1992-ci il tarixdə yaralandığını, xəstəxanaya yerləşdirildiyini və qospitalda müalicə aldığını bildirmişdir. Və müalicədən sonra ayağa qalxdığını, daha sonra hərbi hissəyə qayıda, tərxis əmrini ala bilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 1992-ci ilin yayında Ağdərə döyüşlərində iddiaçı ilə raslaşdığını, ayrı-ayrı hərbi hissələrdə xidmət etdiklərini, iddiaçının Çıldıranda yaralandığını, daha sonra xidmətə qayıtmadığını və onu daha sonra görmədiyini bildirərək özünün 1996-cı ildə ordu sıralarından təxris olduğunu bildirmişdir. İddianın mümkünlüyü: İlk öncə məhkəmə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Neftçala rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Neftçala rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Əsaslandırma hissəsi: Məhkəmə tərəfi dinləyərək, iddia ərizəsini, etiraz ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AA ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə Neftçala rayonunda anadan olmuş, Neftçala rayonu Yuxarı Qaramanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan itirilmiş hərbi biletin yerinə verilən xx.xx.2007-ci il tarixli, AO ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə hərbi xidmətə çağırılmışdır.Hərbi xidmətdən tərxis olunması ilə bağlı məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ünvan ünvanladığı xx.xx.2022-cü il tarixli, 1057 nömrəli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini, 1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Neftçala rayon Hərbi Komissarlığı tərəfindən səfərbərlik üzrə həqiqi hərbi xidmətə çağırılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli 1006 nömrəli arayışına əsasən, N nömrəli hərbi hissənin (Xanlar batalyonu) tərkibində xx.xx.1992-ci il tarixdə çoxsaylı qəlpə yarası almışdır. xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müalicə olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasının xx.xx.1992-ci il tarixli 1235 nömrəli arayışına əsasən, xəstəliklə əlaqədar olaraq ona xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək məzuniyyət verilmiş, məzuniyyətdən sonra hərbi hissəyə qayıtmamışdır. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli 19HP21 nömrəli məktubuna əsasən 18.01,2007-ci il tarixdə hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-14459 nömrəli və xx.xx.2016-cı il tarixli 9/2-15721 nömrəli məktublarına əsasən İddiaçı iyun-sentyabr 1992-ci il tarixlərində N nömrəli hərbi hissədə (Xanlar batalyonunda) xidməti barədə məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-5899 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxil olmuş ərizəsinə cavab olaraq bildirir ki, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Təqdim olunmuş sənədlərə əsasən xidmət dövründə döyüş əməliyyatları aparılan dövrdə yaralanma ilə əlaqədar məzuniyyətə buraxılmağınız və məzuniyyətdən sonra xidmət yerinə qayıtmadığınıza görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunur. İş materiallarında olan Salyan rayon Mərkəzi Xəstəxanasının №-11 027/u formasından, görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək stasionar müalicə almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 1548 nömrəli məktubunda qeyd edilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin noyabrdekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissələrin 1992-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. Qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. İş materiallarında olan Neftçala rayon Polis Şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1972-ci il tarixdə Neftçala rayonu, Yuxarı Qaramanlı kəndində anadan olmuş, Neftçala rayonu Yuxarı Qaramanlı kəndində qeydiyyatda olan İddiaçı Neftçala rayon Polis Şöbəsində təqsirləndirici materialın, həmçinin digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə Neftçala rayon Polis Şöbəsində heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan Salyan rayon Mərkəzi Xəstəxanasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Neftçala rayonu Yuxarı Qaramanlı kənd sakini Qarabağ müharibə iştirakçısı olan xx.xx.1972-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək Salyan R.M.X-nın Travmatologiya şöbəsində “Kürəyin, başın, sağ çiyinin, sol budun çoxlu miqdarda qəlpə yarası” diaqnozu ilə müalicədə olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 578 nömrəli məktubunda qeyd olunmuşdur ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N () nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, N nömrəli hərbi hissə komandirinin noyabrdekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin aprel-dekabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissələrin 1992-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti, hərbi hissəni və xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər cinayətlərə görə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, barəsində cinayət təqibinə xitam verilməsi, aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilməsi barədə məlumat aşkar olunmamışdır. Qeyd edir ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Qeyd edir ki, məktubda İddiaçı xidmət keçdiyi hərbi hissələrin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şəbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə keçmiş Neftçala rayon hərbi komissarlığı tərəfindən səfərbərliklə əlaqədar həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.1992-ci il tarixdə xəstəliklə əlaqədar olaraq məzuniyyətə buraxılmış, lakin məzuniyyət bitdikdən sonra xidmət yerinə qayırmamışdır. 18.01. 2007-ci il tarixdə Tərtər Hərbi Prokurorluğunun xx.xx.2007-ci il tarixli 19 HP 21 nömrəli məktubuna əsasən hərbi qeydiyyata alınmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991ci il oktyabrın 9-dan 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 12 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının yaralandığı və müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmadığı müəyyən edilmişdir. İddiaçının ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin subutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1185/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1185/2024
23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver