Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1187/2020 21.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət X22 publik hüquqi şəxsinin Masallı rayon filialına qarşı «hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi və aldığı müavinət çıxılmaqla yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə» iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1962-ci il tarixdə Masallı rayonu, Köçəkli kəndində doğulmuşdur. İddiaçı əmək stajına dair sənədləri təqdim edərək, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət X16 Masallı rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx.xx.2020-ci il tarixli **********9 saylı məktubda «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.1-ci maddəsinə uyğun sığortaolunanın sığorta stajına işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddətinin daxil edildiyini qeyd edərək, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonunun Köçəkli və Həsənli kəndləri ərazisində fəaliyyət göstərmiş sabiq «Şən həyat» sovxozunda iyun 1977-dekabr 1989-cu illərdə işlədiyi 12 il 8 ay, sabiq «Köçəkli» sovxozunda xx.xx.1990-xx.xx.1997-ci illərdə işlədiyi 7 il 8 ay, xx.xx.1998-xx.xx.2000-ci illərdə «Azər-M» K/M-də tədarükçü fəhlə kimi çalışdığı 2 il iki ay 22 gün, xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə kimi «Köçəkli» bələdiyyəsində xadimə kimi işlədiyi 5 il 3 ay 9 güncəmi 27 il 9 ay olmaqla əmək stajı olması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddiаçı İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1962-ci ildə Masallı rayonunun Köçəkli kəndində anadan olmuşdur. 1981-ci ildə həmkəndlisi X5 ilə ailə həyatı quraraq, rəsmi nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.1982-ci ildə X14, xx.xx.1983-cü ildə X1, xx.xx.1985-ci ildə X6, 1987-ci ildə X9, xx.xx.1989-cu ildə X10 anadan olmuşlar. 1977-2005-ci illərdə fasilələrlə Masallı rayonu ərazisində fəaliyyət göstərmiş sabiq «Köçəkli» və «Şən həyat» sovxozlarında, «Azər-M» kiçik müəssisəsində fəhlə, «Köçəkli» bələdiyyəsində xadimə işləmişdir. İşlədiyi sovxozlarda əmək kitabçası verilmədiyindən Masallı rayon Dövlət Arxivinə müraciət etmiş, oradan yalnız «Şən həyat» sovxozunda işlədiyi illər üzrə əmək haqqı cədvəlləri, əmrlərdən çıxarışlar barədə müvafiq arayışlar almışdır. 5 uşaq doğub onları 8 yaşına qədər tərbiyə etmiş ana kimi əmək pensiyası təyin edilməsi üçün Dövlət X16 Masallı rayon şöbəsinə müraciət etmiş, lakin əmək fəaliyyəti ilə bağlı sənədlərin arxivə tam təhvil verilmədiyi əsas gətirilərək, əmək stajının müəyyən edilməsinin mümkün olmadığı bildirilmiş və ona imtina verilmişdir. Ona görə də Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək əmək stajının məhkəmə qaydasında təsdiq olunmasını xahiş etmişdir. X13-İqtisadi Məhkəməsindən iddia tələbinin dəqiqləşdirilməsi ilə əlaqədar olaraq sənədlərin geri qaytarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli 2-1(086)-1392/2019 saylı qərardadı əsasında xahişi təmin olunmuşdur. 2018-ci ildə «Köçəkli» sovxozunda işlədiyi illər üzrə iş stajının müəyyən edilməsi üçün Masallı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli 2(050)1897/2018 saylı qətnaməsi ilə ərizəsi təmin olunmuşdur. Lakin Dövlət X16 Masallı rayon şöbəsinin Şirvan Apelyasiya Məhkəməsinə verdiyi apelyasiya, daha sonra Ali Məhkəməyə verdiyi kassasiya şikayətləri əsasında iş yenidən araşdırılmaq üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şirvan Apelyasiya Məhkəməsi onun «Köçəkli» sovxozunda işlədiyi müddəti (xx.xx.1990-xx.xx.1997) – 7 il 8 ay kimi müəyyənləşdirmişdir. Lakin Dövlət X16 Masallı rayon şöbəsi bu qərardan da kassasiya şikayəti vermişdir. Nəhayət, 3 ildən sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1159/2020 saylı qərarı əsasında onun xx.xx.1990-xx.xx.1997-ci illərdə sabiq «Köçəkli» sovxozunda işlədiyi 7 il 8 ay sosial sığorta stajı olması barədə Şirvan Apelyasiya Məhkəməsinin qərarı qüvvədə saxlanmışdır. Konkret dəqiqləşmələr olduğundan və işlədiyi bütün illər üçün əmək stajının müəyyən edilməsi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinə təkrar müraciət etməli olmuşdur. Əvvəlcə Masallı rayonunda fəaliyyət göstərmiş sabiq «Şən həyat» sovxozunda işlədiyi müddət üçün sosial sığorta stajının müəyyən edilməsi ilə bağlı təqdim etdiyi sənədlər barədə yuxarıda da qeyd etdiyi kimi Masallı rayon Dövlət Arxivinə müraciət etmiş, oradan yalnız «Şən həyat» sovxozunda işlədiyi illər üzrə əmək haqqı cədvəlləri, əmrlərdən çıxarışlar barədə bəzi arayışlar almışdır. xx.xx.2017-ci il tarixdə Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş 466 saylı arayışda «Şən həyat» sovxozunda işə girmə tarixinin tapılmadığı göstərilmişdir. Əslində o, orta məktəbi qurtardıqdan dərhal sonra-1977-ci ilin iyun ayında işə girmiş, 1990-cı ilin yanvarın əvvəllərində işlədiyi «Şən həyat» sovxozunun bazasında yeni-«Köçəkli» sovxozunun yaradılması ilə əlaqədar briqadaları ilə birlikdə «Köçəkli» sovxozuna keçirilmişdir. Eyni arayışda xx xxxxx 2019-cu il tarixdə Dövlət X16 Masallı rayon şöbəsinin pensiya sektorunun müdiri (Dövlət X16 Masallı rayon şöbəsinin indiki müdir əvəzi) Natiq Sadıqovun, pensiya sektorunun məsləhətçisi X2, Masallı rayon Dövlət Arxivinin müdiri X11 birgə iştirakı ilə «Şən həyat» südüçülük-tərəvəzçilik sovxozunda işləməsi barədə arxiv arayışını sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlamaqla vətəndaş İddiaçı sabiq «Şən həyat» sovxozunda işləməsini arxivdə saxlanılan mühasibat sənədləri ilə qarşılıqlı şəkildə yoxlamış, yoxlama zamanı heç bir qanunsuzluq aşkar edilməmişdir. Həmin arayışda onun 1977-ci ilin iyul ayından Ağamalının briqadasından əmək haqqı almağa başladığı, xx.xx.1978-ci ildən 301 saylı əmrlə növbəti əmək məzuniyyətinə buraxıldığı, xx.xx.1984-cü il tarixdə 76-13 saylı əmrlə İbrahimin briqadasına keçirildiyi, xx.xx.1985-ci il tarixli 106-27 saylı əmrlə yenidən İbrahimin briqadasına keçirildiyi, xx.xx.1985-ci il tarixli 347 saylı əmrlə xx.xx.1985-ci ildən körpə uşağa qulluğa görə haqqı qismən ödənilən məzuniyyətə buraxıldığı, xx.xx.1987-ci il tarixli 49 saylı əmrlə 1987-ci ildə Yaşar Mehrəliyevin briqadasına təhkim edildiyi barədə məlumat da vardır. Bu arayışında işə girmə və işdən çıxma əmrləri göstərilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin son qərarında da onun 1990-cı ilin yanvarından «Köçəkli» sovxozunda əmək fəaliyyətinə başladığı təsdiq olunur. Bundan əlavə Masallı rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli 163 saylı arayışda da «Azərbaycan SSR Nazirlər Sovetinin xx xxxxxx 1989-cu il tarixli 501 saylı qərarını yerinə yetirmək məqsədi ilə sabiq «Şən həyat» sovxozunun bazasında, sovxozun xx.xx.1990-cı il tarixli 12 saylı əmri ilə yeni «Köçəkli» sovxozu yaranıb». «Şən həyat» sovxozunda işlədiyini çox sayda əmək kitabçaları, yaxud təsdiq olunmuş məhkəmə qərarları olan şahidlər təsdiq edə bilərlər. Beləliklə, hesab edir ki, onun sabiq «Şən həyat» sovxozunda işlədiyi müddət iyun 1977-ci ildə dekabr 1990-cı illər arasında hesablanmalıdır (12 il 7 ay). Lakin arxiv arayışı əsasında verilmiş əmək haqqı cədvəllərində ona 1989-cu ilin iyun ayına kimi əmək haqqı yazılmışdır. Faktiki olaraq o, əmək fəaliyyətini dayandırmamış, 1990-cı il yanvarın 1-dən «Şən həyat» sovxozunun bazasında yeni bir sovxozun -«Köçəkli» sovxozunun yaranması ilə əlaqədar yeni «Köçəkli» sovxozuna keçirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarına görə «Köçəkli» sovxozu üzrə təsdiq olunmuş 7 il 8 ay daxil olmaqla bu iki sovxozda üst-üstə 20 il 3 ay tərəvəzçi-fəhlə işləmişdir. Bunun 12 il 7 ayı «Şən həyat» sovxozunda, 7 il 8 ayı isə «Köçəkli» sovxozunda işlədiyi illərdir. «Köçəkli» sovxozunun ləğvindən sonra xx.xx.1998-ci ildən Yaşar Mehrəliyevin sədr olduğu «Azər-M» K/M-də tədarükçü fəhlə kimi çalışmış, xx.xx.2000-ci ildə işdən azad edilmişdir. Bu barədə əmək kitabçasında müvafiq qeyd vardır. (Cəmi: 2 il 2 ay 22 gün). xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilə kimi «Köçəkli» bələdiyyəsində xadimə kimi çalışmış, həmin bələdiyyə 2006-cı ildən ləğv olunaraq Həsənli bələdiyyəsi ilə birləşdirildiyindən, eləcə də işdən çıxma əmrinin verilməsi unudulduğundan əmək kitabçasında işdən çıxma əmri xx.xx.2009-cu il kimi yazılsa da, əvvəlki bələdiyyədə işlədiyi müddət üçün əmək haqqı cədvəlləri verilmişdir. (cəmi: 5 il 3 ay 9 gün). Beləliklə, dəqiqləşdirilmiş sənədlərlə «Şən həyat» sovxozunda işlədiyi 12 il 7 ay, «Köçəkli» sovxozunda işlədiyi 7 il 8 ay, «Azər-M» kiçik müəssisəsində 2 il 2 ay 22 gün, «Köçəkli» bələdiyyəsində işlədiyi 5 il 3 ay 9 gün-cəmi 27 il 9 ay olmaqla əmək stajı vardır. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, iddia tələbində dəqiqləşmə apararaq, iddiaçı və cavabdeh olduğu kimi saxlanılmaqla, iddia tələbinə isə iddiaçıya hüququnun yarandığı tarixdən əmək pensiyasının təyin edilməsi və aldığı müavinət çıxılmaqla yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2-1(120)-1187/2020 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh Dövlət X22 publik hüquqi şəxsinin Masallı rayon filialının xx.xx.2020-ci il tarixli **********0 saylı münasibət məktubunda qeyd edilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların yaşa görə əmək pensiyası bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla (xx.xx.2018-ci il tarixədək 56 yaş 6 ay) –fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı (16742.88 manat) əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda olduqda təyin edilir. İddiaçı adına Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(106)2782/2019 saylı qətnaməsi ilə vətəndaş tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmişdir. Masallı Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(050)- 1897/2018 saylı qətnaməsi dəyişdirilərək ərizəçi İddiaçı «Köçəkli» və «C.Yaqubov» adına sovxozlarda 1990-cı ilin yanvar tarixindən xx xxxxxxxx 1997-ci il tarixədək işləməklə sosial sığorta stajına (7 il 7 ay) malik olma faktı müəyyən edilmişdir. İ.X8 rayon şöbəsinə təqdim etdiyi xx.xx.2017-ci il tarixli 466 saylı Masallı rayon Dövlət Arxivinin arayışına əsasən sabiq «Köçəkli» sovxozunda 1977-ci ilin iyul ayından xx.xx.1989-cu il tarixədək (sənədin şəxsə məxsus olması faktı təsdiq olunarsa (adı Radə kimi qeyd edilib) 11 il 11 ay (xx.xx.2018-ci il tarixli 58/46 saylı İddiaçı imtina məktubu), Həsənli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 10 saylı əmək haqqı arayışında («Köçəkli» sovxozunda xx.xx.2000-ci ildən xx.xx.2005-ci ilədək əmək haqqı barədə arayış) 4 il 9 ay sığorta stajı qeyd edilmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasının surətində «Azər-M» kiçik müəssisəsinə xx.xx.1998-ci il (əmr № 02) tarixdən fəhlə qəbul edilməsi və xx.xx.2000-ci il (əmr № 08) tarixdən işdən azad edilmə əmrləri barədə qeydlər aparılmasına baxmayaraq, qeyd edilən kiçik müəssisənin Fondun Masallı rayon şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatının olmaması və məcburi dövlət sosial sığorta haqları ödəməməsi səbəbindən göstərilən dövr sığorta stajı hesablanarkən nəzərə alınmır. Tərəflərə şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, nikah haqqında Masallı rayon qeydiyyat şöbəsinin arayışının surətini, əmək kitabçasının təsdiq olunmuş surətini, Masallı rayon Dövlət Arxivinin arayışını, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(106)-2782/2019 saylı qətnaməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(102)-1159/2020 saylı qətnaməsinin təsdiq olunmuş surətlərini və uşaqlarının doğumu haqqında Masallı rayon qeydiyyat şöbəsinin arayışlarını, uşaqlarını səkkiz yaşadək tərbiyə etməsi barədə Masallı Rayon İHB-nin Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını, Dövlət X16 Masallı rayon şöbəsinin və Masallı rayon Dövlət Arxivinin nümayəndələrinin birlikdə tərtib etdiyi aktı, Masallı rayonu Həsənli bələdiyyəsinin arayışını, İddiaçı ilə X7 eyni şəxs olması barədə Masallı Rayon İHB-nin Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışını və cavabdehin imtina məktubunu əlavə etmiş, cavabdeh isə iddiaya yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Həmçinin iş materiallarına Masallı rayon Dövlət Arxivinin arxiv arayışının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətləri əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X4 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Masallı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Masallı rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət X22 Azərbaycan Respublikasının Əmək və X12 Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və X12 Nazirliyi yanında Dövlət X22 adlandırılmışdır. Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxx 2020-ci il tarixli Fərmanına əsasən bu Fərmanın 1–3-cü hissələrində nəzərdə tutulan Dövlət X22, Dövlət Məşğulluq Agentliyi, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi, müvafiq olaraq, Azərbaycan Respublikasının Əmək və X12 Nazirliyi yanında Dövlət X16, Dövlət Məşğulluq Xidmətinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin hüquqi varisləridir, onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı (bu Fərmanın 5.2-ci bəndi nəzərə alınmaqla) aidiyyəti üzrə yuxarıda adları çəkilən publik hüquqi şəxslərə keçir. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.2018-ci il tarixdə 55 yaş 6 ayı tamam olmuşdur. İddiaçının beş uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla tələb olunan sosial sığorta stajı vardır. İddiaçının 1977-1989cu illərdə Masallı rayonu «Şən həyat» sovxozunda işləməsi Masallı rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışı ilə təsdiq olunur. İddiaçının C.Yaqubov adına «Köçəkli» sovxozunda 1990-cı ilin yanvar tarixindən xx xxxxxxxx 1997-ci il tarixədək işləməklə sosial sığorta stajına malik olması faktı Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(106)-2782/2019 saylı qətnaməsi ilə müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-1159/2020 saylı qətnaməsi ilə Azərbaycan Respublikası Əmək və X12 Nazirliyinin yanında Dövlət X16 Masallı rayon şöbəsinin kassasiya şikayəti təmin edilməmiş və iş üzrə Şirvan Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(106)- 2782/2019 saylı qətnaməsi kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Həmçinin iddiaçının xx.xx.1998-xx.xx.2000-ci illərdə «Azər-M» kiçik müəssisəsində və xx.xx.2000-xx.xx.2006-cı illərdə Köçəkli bələdiyyəsində işləməsi ona məxsus xx xxxx 1998-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında onun «Azər-M» kiçik müəssisəsinə xx.xx.1998-ci il (əmr № 02) tarixdən fəhlə qəbul edilməsi və xx.xx.2000-ci il (əmr № 08) tarixdən işdən azad edilmə əmrləri barədə qeydlər aparılmasına baxmayaraq, qeyd edilən kiçik müəssisənin Fondun Masallı rayon şöbəsində sosial sığorta ödəyicisi kimi qeydiyyatının olmamasını və məcburi dövlət sosial sığorta haqları ödəməməsini qeyd edərək göstərilən dövrü sığorta stajı kimi qəbul etməyərək iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının işlədiyi «Azər-M» kiçik müəssisəsinin sosial sığorta ödəyicisi kimi qeydiyyatının olmamasını və məcburi dövlət sosial sığorta haqları ödəməməsini əsas gətirməsinə münasibət bildirərək, qeyd edir ki, 2006-cı ilədək müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməməsi işçinin təqsiri kimi qiymətləndirilə bilməz. Belə ki, xx xxxxxx 1997-ci il tarixli «Sosial sığorta haqqında» Qanunun 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək Sığortaçının vəzifələrinə aiddir. Həmin Qanunun 10-cu maddəsinə əsasən müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək Sığortaedənin vəzifələrinə aiddir. Göründüyü kimi müəssisə tərəfindən sosial sığorta haqlarının ödənilməməsi işçinin təqsiri kimi qiymətləndirilməməli, sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək sığorta edən müəssisənin vəzifəsidir və ödənilməsinə vaxtlı-vaxtında nəzarət isə sığortaçının vəzifələrinə aiddir. Məhkəmə tərəfindən «Azər-M» kiçik müəssisəsinin xx.xx.1998-xx.xx.2000-ci illərdə mövcud olmasının müəyyən edilməsi üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinə sorğu göndərilmişdir. Müəyyən olunmuşdur ki, «Azər-M» kiçik müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində xx.xx.1997-ci il tarixdə 5/84 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Göründüyü kimi «Azər-M» kiçik müəssisəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Lənkəran bölgə şöbəsində qeydiyyatından keçmişdir. İddiaçının isə xx.xx.1998-xx.xx.2000-ci illərdə «Azər-M» kiçik müəssisəsində işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Bundan başqa «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Qeyd olunanlardan göründüyü kimi «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarına əsasən cavabdeh tərəfin iddiaçıya məxsus əmək kitabçasının mötəbərliliyinə dair şübhələri varsa, əmək kitabçasının qeyri-mötöbərliliyini sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Həmçinin cavabdeh xx.xx.2020-ci il tarixli məktubunda iddiaçının təqdim etdiyi xx.xx.2017-ci il tarixli 466 saylı Masallı rayon Dövlət Arxivinin arayışına əsasən sabiq “Köçəkli” sovxozunda 1977-ci ilin iyul ayından xx.xx.1989-cu il tarixədək X7 işləməsini qeyd etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Masallı Rayon İHB-nin Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2018-ci il tarixli 261 nömrəli arayışı ilə müəyyən olunur ki, Köçəkli kəndində anadan olmuş İddiaçı ilə X15 eyni şəxsdir. Eləcə də Dövlət X16 Masallı rayon şöbəsinin Pensiya sektorunun müdiri X3, Pensiya sektorunun məsləhətçisi X2 və Masallı rayon Dövlət Arxivinin müdiri X11 iştirakı ilə tərtib edilmiş xx xxxxx 2019-cu il tarixli aktdan görünür ki, İddiaçı adına verilmiş xx.xx.2017-ci il tarixli 466 saylı sabiq «Şən həyat» tərəvəzçilik-südçülük sovxozunda işləməsi barədə arxiv arayışı arxivdə saxlanılan mühasibat sənədləri ilə qarşılıqlı surətdə yoxlanılmış və yoxlama zamanı heç bir qanunsuzluq aşkar edilməmişdir. Həmçinin Masallı rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 saylı arxiv arayışının verilməsinə səbəb olan sənədlərdən də görünür ki, «Şən həyat» sovxozunun arxivdə saxlanılan əmək haqqına dair cədvəllərin yalnız bəzilərində iddiaçının adı «Radə» olaraq qeyd edilmişdir. Bundan əlavə məhkəmə iddiaçının 1977-1989-cu illərdə Masallı rayonu «Şən həyat» sovxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmamasını əsas gətirməsinə münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi «Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndində görə Аzərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Мəhkəmə Masallı rayon Dövlət Arxivinin xx.xx.2017-ci il tarixli 466 nömrəli arxiv arayışını, Şirvan Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(106)-2782/2019 saylı qətnaməsini və xx xxxx 1998-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınların bu Qanunun 7-ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi müddətin sosial sığorta stajı kimi qəbul edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranması əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyasının təminatı sistemi xx.xx.2006-cı il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.6-cı bəndinin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi tarixdən (xx.xx.2006-cı il) sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və aldığı müavinət çıxılmaqla yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X22 publik hüquqi şəxsinin Masallı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı:
1. İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və aldığı müavinət çıxılmaqla yaranmış fərqin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Dövlət X22 publik hüquqi şəxsinin Masallı rayon filialının üzərinə qoyulsun.
2. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər.
3. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Hakim Zaur Allahyarov