Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1189/2021 24.11.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına qarşı “01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə institutunda, 05.11.1981- 16.07.1984-cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri h i s s ə: İddiaçı xx xxxxxxx 1955-ci ildə anadan olmuşdur, 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978- 20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002- 30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işləmişdir. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən ona 25 may 2021-ci il tarixli, **********7 saylı imtina məktubu verilərək, işlədiyi illərə dair arayış təqdim edilsə də, işlədiyi illərin əmək kitabçasında yazılmadığından pensiya təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehə qarşı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 24 noyabr 2021-ci il tarixli, 2-1(120)-1189/2021 saylı qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək, iddia tələbinə “01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978- 20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002- 30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işlədiyi illərin sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984-cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işləməsi əmək kitabçasında yazılmasa da, həmin illərdəki əmək stajı nəzərə alınmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddiaçının işlədiyi illərin əmək kitabçasında yazılmadığını əsas gətirərək, ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin surətini, 27.04.2005-ci il tarixli, 38/05 nömrəli arxiv arayışını, Salyan rayon R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin 13 may 2020-ci il tarixli, 06 nömrəli arayışını, Salyan rayon İcra Hakimiyyəti Başçısının Arbatan kənd İnzibati Ərazi Nümayəndəsinin 26 may 2021-ci il tarixli, 243 nömrəli arayışını, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 11.08.2020-ci il tarixli arayışını, Azərbaycan X4 Agentliyi Publik hüquqi şəxs 44 nömrəli Yol İstismarı MMC-nin 14.05.2020-ci il tarixli, 121 nömrəli arayışını, Salyan rayon Arbatan Bələdiyyəsinin 12 may 2020-ci il tarixli, 68 nömrəli arayışını, X6 Filialının 25 fevral 2008-ci il tarixli, 154 nömrəli arxiv çıxarışını, X6 Filialının 03 oktyabr 2018-ci il tarixli, 461 nömrəli arxiv arayışını, cavabdehin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasibətini bildirmişdir. Həmin materialların məzmununa və məhkəmənin sorğusuna əsasən göndərilən, Salyan rayon Dövlət Arxivinin 29.06.2021-ci il tarixli, 364 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının 07.07.2021-ci il tarixli, **********9 nömrəli xidməti məktubunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 16.07.2021-ci il tarixli, 446 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Salyan rayon Arbatan Bələdiyyəsinin 23 iyul 2021-ci il tarixli, 86 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun 17.06.2021-ci il tarixli, SOCAR **********80020115X00006 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan X4 Agentliyi Publik hüquqi şəxs 44 nömrəli Yol İstismarı MMC-nin 01.10.2021ci il tarixli, 141 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Salyan rayon R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin 30 sentyabr 2021-ci il tarixli, 57 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlərin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialının 23 noyabr 2021-ci il tarixli, **********9 nömrəli iddia tələbinə etirazın məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019cu il tarixli, 4 nömrəli qərarı ilə Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçı yaşa görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, iddiaçı xx xxxxxxx 1955-ci il tarixdə doğulmuşdur. İddiaçının yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq, 11 oktyabr 2020-ci il tarixdə yaranmasına baxmayaraq pensiya təyin edilməsi üçün tələb olunan sığorta stajı (25 il) və pensiya kapitalı 01 may 2021-ci il tarixdə toplanmışdır. 01 may 2021-ci il tarixdə tələb olunan sığorta stajı (25 il) toplandığından və pensiya kapitalı kifayət etdiyindən həmin tarixdən yaşa görə əmək pensiyası hüququ yaranmışdır. İddiaçının 25 ildən artıq sığorta stajına malik olması, yəni 19.11.1975-10.11.1977-ci illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 11.08.2020-ci il tarixli arayışı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 16.07.2021-ci il tarixli, 446 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə, 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində işləməsi Salyan rayon R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin 13 may 2020-ci il tarixli, 06 nömrəli arayışı, Salyan rayon R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin 30 sentyabr 2021-ci il tarixli, 57 nömrəli məktubu və ona əlavə olunmuş əmrlər ilə, 04.12.1973-30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə İnstitutunda işləməsi 27.04.2005-ci il tarixli, 38/05 nömrəli arxiv arayışı, “Neftqazelmitədqiqatlayihə” İnstitutunun 17.06.2021-ci il tarixli, **********80020115X00006 nömrəli məktubunun və ona əlavə olunmuş sənədlər ilə, 05.11.1981-16.07.1984-cü illərdə X4 Agentliyində işləməsi Azərbaycan X4 Agentliyi Publik hüquqi şəxs 44 nömrəli Yol İstismarı MMC-nin 14.05.2020-ci il tarixli, 121 nömrəli arayışı, Azərbaycan X4 Agentliyi Publik hüquqi şəxs 44 nömrəli Yol İstismarı MMC-nin 01.10.2021-ci il tarixli, 141 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini işləməsi X6 Filialının 25 fevral 2008-ci il tarixli, 154 nömrəli arxiv çıxarışı ilə, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2 işləməsi X6 Filialının 03 oktyabr 2018-ci il tarixli, 461 nömrəli arxiv arayışı ilə, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işləməsi Salyan rayon Arbatan Bələdiyyəsinin 12 may 2020-ci il tarixli, 68 nömrəli arayışı, Salyan rayon Arbatan Bələdiyyəsinin 23 iyul 2021-ci il tarixli, 86 nömrəli məktubu və ona əlavə olunmuş sənədlər ilə təsdiq olunur. Bununla belə məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə cavabdeh tərəfindən iddiaçının 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi- Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984-cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işlədiyi dövrlərdən başqa sığorta stajı kimi hesab edilən digər dövrləri (hərbi xidmət illəri və digər iş illəri) mübahisə edilməmişdir. Əksinə iddiaçı tərəfindən təqdim edilən sənədlər (arayışlar, arxiv arayışları, hərbi bileti və s) əsasında iddiaçının tələb olunan sosial sığorta stajının olması və bu sosial sığorta stajının iddiaçıya yaşa görə əmək pensiya təyin edilməsi üçün kifayət etməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının 07.07.2021-ci il tarixli, **********9 nömrəli xidməti məktubunda da öz əksini tapmışdır. Belə ki, iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialının 07.07.2021-ci il tarixli, **********9 nömrəli xidməti məktubunda qeyd edilmişdir: “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin 6 saylı regional ərazi filialı Sizin **********5 saylı 29.06.2021-ci il tarixli sorğunuza cavab olaraq bildirir ki Salyan rayon Arbatan kənd sakini xx.xx.1955-ci il təvəllüdlü İddiaçı ƏƏSMN tabeliyində DSMF 6 saylı RƏF-ə 21.05.2021 -ci il tarixdə ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizə ilə müraciət etmişdir. Məlumat üçün bildiririk ki “ Əmək Pensiyları haqqında” Azərbaycan Respublikası Qanunun 7-cı maddəsinə əsasən 63 yaşına çatmış kişilərin fərdi hesabın sıqorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləöindən az olmayan pensiya təminatına imkan vermədikdə ilə azı 25 il sıqorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ciil iyuiun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanundan görünür ki, vətəndaşın yaşa görə əmək pensiyası hüququ 01.05.2021-ci ildən yaranmışdır. Vətəndaş ərizəsi ilə birlikdə şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti hərbi biletinin surəti, Salyan dövlət arxivindən arayışlar, Salyan rayon Marışlı kənd tam orta məktəbi tərəfindən verilmiş arayış, 44 saylı Yol istismarı tərəfindən verilmiş arayış, Dövlət elmi-tədqiqat və lahiyə institutu tərəfindən verilmiş arayışlar işə əlavə edilmişdir. İddiaçı 31.08.1972-ci ildən 31.08.1973-cü ilə kimi Marışlı kənd tam məktəbdə işləməsi 1 il, Dövlət Elmi-Tədqiqat və Lahiyə İnstitutu tərəfindən verilmiş 27.04.2005-ci il tarixli 38/5 saylı arayış 30.11.1973-ci ildən 30.10.1975-ci ilə kimi və 03.03.1978-ci ildən 12.10.1981-ci ilə kimi işləməsi 05 il 06 ay 09 gün 05.11.1981-ci ildən 16 iyul 1984-cü ilə kimi 44 saylı yol idarəsində işləməsi 02 il 08 ay 11 gün, Salyan X2 işləməsi 09 ay, Salyan rayon Arbatan bələdiyyəsində işlədiyi 02 il 01 ay 17gün, hərbi xidmətdə olduğu 01 il 11 ay 21 gün, Salyan rayon XDS-də işləməyiniz 08 il 06 ay 01 gündür. Vətəndaşın mübahisələndirilən sığorta stajı 22 il 06 ay 29 gündür. 2006-ci ildən sonra isə 02 il 06 ay 18 gün sığorta stajı vardır. Cəmi: 25 il 00 ay 18 gündür”. İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, pensiya təyin olunması üçün iddiaçının tələb olunan sosial sığorta stajına malik olması cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir. Cavabdehin mübahisələndirdiyi hal iddiaçıya pensiya təyin olunması üçün yetərli olan iş stajının əmək kitabçasında qeyd olunmamasıdır. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (19.11.1975-10.11.1977-ci illərdə hərbi xidmətdə olmasına dair Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin 11.08.2020-ci il tarixli arayışını, 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində işləməsinə dair Salyan rayon R.Qafarov adına Marışlı kənd tam orta məktəbinin 13 may 2020-ci il tarixli, 06 nömrəli arayışını, 04.12.1973- 30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə İnstitutunda işləməsinə dair 27.04.2005-ci il tarixli, 38/05 nömrəli arxiv arayışını, 05.11.1981- 16.07.1984-cü illərdə X4 Agentliyində işləməsinə dair Azərbaycan X4 Agentliyi Publik hüquqi şəxs 44 nömrəli Yol İstismarı MMC-nin 14.05.2020-ci il tarixli, 121 nömrəli arayışını, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində işləməsinə dair X6 Filialının 25 fevral 2008-ci il tarixli, 154 nömrəli arxiv çıxarışını, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2 işləməsinə dair X6 Filialının 03 oktyabr 2018-ci il tarixli, 461 nömrəli arxiv arayışını, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işləməsinə dair Salyan rayon Arbatan Bələdiyyəsinin 12 may 2020-ci il tarixli, 68 nömrəli arayışını) təqdim etmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978- 20.10.1981-ci illərdə Dövlət Elmi-Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002- 30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İddiaçı 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbdə, 04.12.1973-30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi- Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984-cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini, 08.02.1993- 01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işləməyi ilə bağlı əmək stajı nəzərə alınmaqla yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, dövlət rüsumunun ona aid edilməsini xahiş etdiyindən İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: Nəticəvi hissə: İddiaçı 01.09.1972-01.09.1973-cü illərdə Salyan rayonu Marışlı kənd tam orta məktəbində, 04.12.1973-30.10.1975, 03.03.1978-20.10.1981-ci illərdə Dövlət Elmi- Tədqiqat və Lahiyə institutunda, 05.11.1981-16.07.1984-cü illərdə X4 Agentliyində, 09.07.1984-18.01.1993-cü illərdə Salyan rayon Arbatan kənd XDS İcraiyyə Komitəsinin katibi və Arbatan kənd inzibati ərazi vahidi üzrə nümayəndəsinin müavini vəzifəsində, 08.02.1993-01.11.1993-cü illərdə Salyan rayon X2, 13.11.2002-30.12.2004-cü illərdə Salyan rayon Arbatan bələdiyyəsində işlədiyi illər sosial sığorta stajı kimi qəbul edilərək, 01.05.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 6 saylı regional ərazi filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-1189/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1189/2021
24.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver