Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1189/2022 05.07.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı “nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınması və həmin nəqliyyat vasitəsinə dair ona X2 şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 05 iyul 2022-ci il tarixdə Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan 90BB500 nömrə nişanlı minik avtomobilinə dair ona qeydiyyat şəhadətnaməsinin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan 90BB500 nömrə nişanlı minik avtomobilinin onun adına qeydiyyata alınması və həmin avtomobilə dair ona X2 şəhadətnaməsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan 90BB500 nömrə nişanlı minik avtomobili mülkiyyət hüququ ilə mərhum anası X3 məxsusdur. Ş.Bağırova 25 yanvar 2021-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında 26 noyabr 2021-ci il tarixli Şəhadətnaməyə əsasən o, Ş.Bağırovanın vərəsəsidir. Vərəsəlik haqqında şəhadətnaməyə görə miras qalan əmlaka «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan ** BB *** nömrə nişanlı minik avtomobili daxildir. Avtomobilin adına qeydiyyata alınması məqsədilə müvafiq ərizə ilə qeydiyyat orqanına müraciət etsə də, müraciətə cavab olaraq bildirilmişdir ki, qeydiyyata aldırmaq istədiyi avtomobilin BDYP MİS-də axtarışda olması müəyyən olunmuş və mülkiyyət hüququnun bərpa edilməsi ilə əlaqədar həmin nəqliyyat vasitəsi üzrəində mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Avtomobilə dair mərhumun adına qeydiyyatın aparılmasına əsas müvafiq gömrük bəyannaməsi və digər sənədlər olmuş və həmin sənədlər əsasında mülkiyyət hüququ əldə edilməklə Qeydiyyat Şəhadətnaməsi verilmişdir. Hazırda avtomobil onun sahibliyindədir, lakin yuxarıda göstərilən səbəbdən mülkiyyət hüququnu rəsmiləşdirə bilmir. Sahibliyində olan avtomobilin hansı əsasla axtarışa verilməsi barədə onda hər hansı bir məlumat olmasa da, qeyd etməlidir ki, avtomobilin axtarışa verilməsi onun təkrar qeydiyyatını və yaxud avtomobilə dair istənilən sərəncamverici hərəkətləri məhdudlaşdırır. Lakin bu cür məhdudlaşdırma özlüyündə onun qanunla qorunan mülkiyyət hüququna da müdaxilədir və potensial mülkiyyətçi (faktiki sahib) olaraq onun hüquqlarının pozulması ilə nəticələnir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir, 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.2-ci maddəsinə görə isə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsində göstərilir ki, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə qeyd olunmuşdur ki, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə olan şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). İş materiallarında olan AC № 404522 nömrəli, xx.xx.2015-ci il tarixli X2 Şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan ** BB *** nömrə nişanlı minik avtomobili X1 adına qeydə alınmışdır. İş materiallarında olan “Ölüm haqqında Şəhadətnamə”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə “Beyindaxili qansızma” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2021-ci ilin 02 ayının 27 günündə 178 № ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə“nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X1 vərəsəsi: oğlu ünvan 3i ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak – Lənkəran RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AC 404522 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDD2120341B019043, mühərrik nömrəsi XXXXX və buraxılış ili 2014-cü il olan «MERCEDES BENZ MİNİK» markalı, ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İddiaçı ban nömrəsi WDD2120341B019043, mühərrik nömrəsi XXXXX və buraxılış ili 2014-cü il olan «MERCEDES BENZ MİNİK» markalı, ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dair ona qeydiyyat şəhadənaməsi verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla bundan imtina edərək bildirmişdir ki, qeydiyyata almaq istədiyi “Mersedes-Benz” markalı, **-BB-*** i/o dövlət qeydiyyat nişanlı avtomobilin BDYPİ MİS-də axtarışda olması müəyyən olunmuş və mülkiyyət hüququnun bərpa edilməsi ilə əlaqədar həmin nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 27-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində bütün mexaniki nəqliyyat vasitələri və onların qoşquları bu Qanunla və ona uyğun olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilərək uçota alınırlar. ... Qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Həmin Qanunun 27-ci maddəsinin 2-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində aşağıdakılar aparırlar. 1) hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı. Həmin Qanunun 28-ci maddəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitəsi qeydiyyat üzrə uçota alındıqda, bu Qanunun 27-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş orqan tərəfindən nəqliyyat vasitəsinin sahibinə X2 şəhadətnaməsi verilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1999-cu il «14» 06 tarixli 190 nömrəli əmri ilə təsdiq edilmiş «Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması işlərinin aparılması barədə» Təlimatın: - 2.12-ci bəndinə əsasən qeydiyyata alınmış nəqliyyat vasitəsinin mülkiyyətçisinə aşağıdakılar təqdim edilir: - X2 şəhadətnaməsi; - dövlət qeydiyyat nişanları; - texniki cəhətdən saz olan nəqliyyat vasitələrinə dövlət texniki baxışın keçirilməsi barədə talon. Nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi tərəfindən yuxarıda göstərilən sənədlərin və nişanların alınması barədə müvafiq reyestrdə imza edilir. Qeydiyyat hərəkətləri birbaşa üsul ilə həyata keçirildikdə, nəqliyyat vasitəsinin sahibi və ya onun nümayəndəsi bu sənədləri və nişanları alan zaman ərizədə imza edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə ölmüş şəxsin əmlakı başqa şəxslərə qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Adıçəkilən Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Həmin Məcəllənin 1324-cü maddəsinə əsasən əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik şəhadətnaməsi ala bilərlər. Həmin Məcəllənin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Hazırki işin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ban nömrəsi WDD2120341B019043, mühərrik nömrəsi XXXXX və buraxılış ili 2014-cü il olan «MERCEDES BENZ MİNİK» markalı, ** BB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilkin olaraq xx.xx.2015-ci il tarixdə X1 adına qeydə alınmış, nəqliyyat vasitəsinin sahibi X4 xx.xx.2021-ci ildə vəfat etmiş, İddiaçı mərhum anası Ş.A.Bağırovanın vəfatından sonra notariat orqanına müraciət edərək, miras əmlak olan sözügedən nəqliyyat vasitəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə“ almış və bundan sonra o, sözügedən nəqliyyat vasitəsinin adına qeydiyyata alınması və ona X2 şəhadətnaməsinin verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh isə qeyd olunan avtomobilin BDYPİ MİS-də axtarışda olması ilə əlaqədar həmin avtomobili iddiaçının adına qeydiyyata almaqdan imtina etmişdir. Göründüyü kimi, sözügedən avtomobil ilkin olaraq X1 adına qeydə alınmış, hazırda iddiaçı miras qoyanın vərəsəsi olaraq həmin əmlakı “Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə“ əsasında öz adına qeydiyyata alınmasını istəyir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın həmin əmlakın iddiaçının adına qeydiyyata alınmasından və ona X2 şəhadətnaməsinin verilməsindən imtinası qanunsuzdur. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, mübahisə predmeti olan nqəliyyat vasitəsinin iddiaçının adına qeydiyyata alınması və ona X2 şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki halların mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan ** BB *** nömrə nişanlı minik avtomobilinin İddiaçı adına qeydiyyata alınması və həmin avtomobilə dair ona X2 şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 75-ci, 78–79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. «MERCEDES BENZ MİNİK» markalı, sedan tipli, 2014-cü ildə istehsal olunmuş, ban nömrəsi WDD2120341B019043 olan ** BB *** nömrə nişanlı minik avtomobilinin İddiaçı adına qeydiyyata alınması və həmin avtomobilə dair ona X2 şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Lənkəran regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1189/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1189/2022
05.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver