Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1189/2023 08.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 mart 2023-cü il tarixdə məhkəmənin inzibati inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “qərarın ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli qərardadı ilə “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X18 adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə və üçüncü şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X17 hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin və üçüncü şəxsin nümayəndəsi isə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin və üçüncü şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X14 nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuşdur. Doğulduğu günənən sağ bud çanaq oynağındakı ağrıların olmasından və hərəkət məhdudluğundan əziyyət çəkmişdir. 2001-ci il tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxananın göndərişi ilə Bakı şəhəri Elmi-Tədqiqat Tramatolligiya və Ortapediya İnstitutunda əməliyyat olunmuşdur. Əməliyyatdan sonra ona həkimlər tərəfindən “sağ bud sümüyünün başının ostexondropatiyası pertes” diqanozu qoyularaq, sağ bud- çanağ oynağında hərəkətər məhdut ağrılı və sağ aşağı ətraf əzələlərində bir qədər atrofiya müşahidə edildiyi göstərilərək əməliyyatın uğursuz keçməsi barədə rəy verilmişdir. Bundan sonra tərəfindən cavabdeh inzibati orqana müraciət edilmiş və müvafiq qərarla ona İİ qrup əlillik təyin edilmiş və pensiyanın verilməsi üçün zəruri sənədlər DSMF-nın Kürdəmir rayon Şöbəsinə göndərilmişdir. Bu günə kimi ayrı-ayrı illərdə Kürdəmir Rayon Mərkəzi Xəstəxananın göndərişi ilə Bakı şəhərində Elmi- Tədqiqat Tramatolligiya və Ortapediya İnstitutunda müayinə və müaliclər olunmuşam. Lakin müaliclərin heç bir köməyi olmamışdır. 2021-ci ilin əvvələrində cavabdeh inzibati orqan, yaşadığım ünvana məktub ünvanlayaraq, ona təyin edilmiş İİ qrup əlilliyin ləğv edildiyini, əlavvə müalicəyə ehtiyacının olması zəruriliyini bildirilmişdir. Həmin məktub əsanasında Kürdəmir Rayon Mərkəzi Xəstəxananın göndərişi ilə Bakı şəhərində Elmi-Tədqiqat Tramatolligiya və Ortapediya İnstitutunda müayinə və müaliclər olunmuş. Sonra Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının vasitəsi ilə əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlamış, lakin cavabdeh inzibati orqan təkrar eyni məzmunlu imtina edərək əlavvə müalicəyə ehtiyacının olması reabilitasiya müalicəsinə ehtiyac olduğu zəruriliyi bildirilmişdir. xx.xx.2022-ci il tarixdə həmin məktub əsasında təkrar olaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxananın göndərişi ilə Bakı şəhərində Elmi-Tədqiqat Tramatolligiya və Ortapediya İnstitutunda müayinə və müalicdə olmuşdur. Həkimlər tərəfindən ona “Sağ tərəfli keçrilmiş pertis qalıq əlamətləri, sağ sirkkə kasası damının yastılaşması sağ bud sümüyü başının göbələkvari deformasiyası bounun qısa İması boyun diafizar bucağın azalması koksa van. Oynağın kəskin kofurasuturası büküncə 120° uzaqlaşma 10° açma 1500 ərtafın 23sm (üç) qısalığ postoperasion kobud çapıq ətrafın əzələ otrooperasion daimə ağrı sindromu və sonra yerişin pozulması” diaqnozu qoyulmuş və bu barədə tibbi rəy verilmişdir. Bundan sonra Kürdəmir Rayon Mərkəzi Xəstəxanası əlilliyin qiymətləndirilməsi üçün cavabdeh inzibati orqana göndəriş ünvanlamış, lakin ona əlilliyin təyin edilməsindən Tibbi Sosial Ekspert Komissiyası xx.xx.2022-ci il tarixdə imtina etmiş, buna əsas kimi əlavvə müalicəyə ehtiyacının olması reabilitasiya müalicəsinə ehtiyac olduğu zəruriliyi bildirilmişdir. Cavabdeh inzibati orqanın imtinasını qanuni və əsaslı hesab etmir. İlkin olaraq onu qeyd edir ki, dövlət səhiyyə müəsissəsi tərəfindən Bakı şəhərində Elmi-Tədqiqat Tramatolligiya və Ortapediya İnstitutundan verilmiş müayinə cavabları səhiyyə müəsissəsi tərəfindən rəsimləşdirilmiş göndərişdə düzgün ətraflı qeyd edilməmişdir. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin buna baxmayaraq əlilliyin qiymətləndirilməsi zamanı inzibati orqan qanunla üzərinə düşən öhdəliyi tam şəkildə yerinə yetirməmiş və nəticədə əsasız olaraq imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 3.1.15-ci bəndinə görə əlilliyi qiymətləndirilən xəstəyə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisəsinə sorğu göndərmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.01,2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.9-cu bəndinə əsasən, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyasına göndəriş vermək vəzifəsi daşımışdır. Belə olan halda, cavabdeh inzibati orqan dövlət səhiyyə müəsissəsi tərəfindən onunla bağlı rəsimləşdirilmiş göndərişin tamamlanması üçün lazım olan sənədləri Göyçay Rayon X6 Hüquqi Şəxsdən almaq üçün sorğu göndərmək vəzifəsi daşımış, lakin bu vəzifəsini yerinə yetirməmişdir. Qeyd etməyi zəruri hesab edir ki, tibbi praktikada müalicələrlə xəstəliyinin bərpa olunması mümkün deyil. Buna baxmayarq cavabdeh inzibati orqan əliliyimin bərpa olunması üçün əsasız imtinalar verərək müvafiq qanunvericiliyin tələblərini kobud şəkildə pozmuş olur. Buda onn hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir. Hesab edir ki, inzibati orqanın imtina qərarı əsasızdır, ona görə də məhkəmə tərəfindən ləğv edilməli və xəstəliyi ilə əlaqədar olaraq əlilik dərəcəsi bərpa edilməlidir (köhnə qanunvericiliyin şərtlərinə əsasən). Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, ddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.0 - Diaqnozun mətni: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə; Meyar: 2. iki il müddətinə: => 2.3. daxili orqanların və sistemlərin pozulmaları: => DİGƏR: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın...” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91- M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.0 - ...; Diaqnozun mətni: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzəiə sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - ...; Diaqnozun mətni: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Elektron təyinatla xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M93 - Digər osteoxondropatiyalar => M93.8 - Diaqnozun mətni: Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR; Digər osteoxondropatiyalar, X20 sümüyünün başının osteoxondropatiyası.pertes xəstəliyi.Aşağı ətrafın funksiyasının pozulması ilə” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının 16.01,2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M91-M94 - Xondropatiyalar => M91 - Çanaq və budun gənclik osteoxondrozu =...; Diaqnozun mətni: Bud sümüyü başının yuvenil osteoxondrozu [Leq- Kalve-Pertes], X4 X12 Q65.8 X13 Deformasiyları, X20 X3 X5 Vəziyyət; Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: X15 X9 Əlamətləri,X19 X10 Bud Sümüyü Başinin X2 X11 X16 Vari. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfnm və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əliİlik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasfna əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir. Qeyd edilənlərini nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş sənədlərdən görünür ki, 2022-ci ilin müxtəlif aylarında, ayrı-ayrı tarixlərdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası“ X18ndə ixtisaslı həkim müayinələrində olmuş, sonuncu dəfə xx.xx.2022-ci il tarixdə həkimcərraha müraciət etmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixdə həkim-cərrah tərəfindən müayinə olunaraq M91-Çanaq və budun gənclik osteoxondrozu diaqnozu ilə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna göndəriş verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “Kürdəmir Rayon Mərkəzi Xəstəxanası" X18ndə təşkil edilən Həkim Məsləhət Komissiyasında iştirak etmişdir. İddiaçı təqdim etdiyi sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarr-na uyğun hazırlanaraq xx.xx.2022-ci il tarixdə TSERAS-də rəsmiləşdirilmişdir. xx.xx.2022-ci il tarixdə qiymətləndirilmişdir. İmtina edilib: Səbəb- Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı:Reabilitasiya bərpa müalicəsinə ehtiyacı vardır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında - iddiaçı xx.xx.1990-cı ildə Kürdəmir rayonu, Pirili kəndində anadan olmuş və orada qeydiyyatda olan İddiaçı (ş/v FİN xxxxxxx) canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə və digər tibb müəssisəsinin verdiyi sənədlərdə; iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi tərtib edilmiş göndərişlərlə göndərilmiş № 088 saylı arayışlarda şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı və iddiaçıda göndərişdə qeyd olunmuş xəstəliklər müəyyən olunurmu? Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları (Diaqnozun əlillik əlaməti təyin etməməsi) tibbi cəhətdən əsaslanlaşdırılmış və iddiaçının real tibbi sağlamlıq vəziyyətini əks etdirirmi? aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? Kürdəmir rayon X6 Hüquqi Şəxsi tərəfindən iddiaçı barəsində tərtib edilmiş göndərişlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli № 187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq əlilliyin təyin edilməsinə əsas verirmi, göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü, düşürsə konkret olaraq hansı xəstəlikdir (Əsasnamədə nəzərdə tutulan xəstəliklə bağlı maddə konkret göstərilməklə)? Cavabdehin həmin göndəriş əsasında əlilliyin təyinindən imtina əsasları, yəni Diaqnozun əlillik əlaməti təyin etməməsi halı mövcuddurmu? İddiaçıya əlillik dərəcəsi təyin edilərkən onda olan xəstəliklər hazırda müşahidə olunurmu? İddiaçıda həmin xəstəlik mövcuddursa xəstəliyin müalicə alınmaqla reabilitasiyası mümkündürmü? İddiaçıya təyin edilən İİ dərəcə əlilliklə hal-hazırki tibbi sağlamlıq vəziyyətində dəyişiklik varmı? Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət varmı? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 verdikləri 10 aprel 2023-cü il tarixli, T 214/2023 saylı rəydə göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tərtib edilmiş (Forma №-088) göndərişində qeyd edilmiş “M91 Çanaq və budun gənclik osteoxondrozu, X15 Pestis xəstəliyinin qalıq əlamətləri, sağ sirkə kasası damının yastılaşması sağ bud sümüyü başının göbələkvari deformasiyası boynun qısalması, boyun diafizar bucağın azalması koksa vari. Ağırlaşma: L91.0 Hipertrofik çapıq, postoperasion kobud çaqıq, M21.7 Ətrafların müxtəlif uzunluğu (qazanılma), ətrafın 3 sm qısalığı, M24.5 Oynağın kontrakturasi, oynağın kəskin kontrakturasi bükmə 120°, uzaqlaşma 10°, açma 150°. M62.5 Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, ətrafın əzələ atrofıyası” diaqnozu xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuşdur. Vətəndaş İddiaçı hal hazırda “X15 Pertis xəstəliyinin qalıq əlamətləri. Deformasiyaedici koksartroz. Sağ bud sümüyü başının göbələkvari deformasiyası, boyunun qısalması, coxa vara, oynağın kontrakturası bükmə 120°, uzaqlaşma 10°, açma 150°. Ətrafın 3 sm qısalığı. Postoperasion çapıq. Əzələ atrofiyası. Daimi ağrı sindromu, axsama və yerişin pozuması”dan əziyyət çəkir. Vətəndaş İddiaçı olan xəstəliklərin tam müalicəsi yoxdur, qeyd edilən xəstəliklərlə əlaqədar hazırda təcili reabilitasiya müalicəsinə ehtiyacı yoxdur, yalnız zərurət yaranarkən müalicəyə cəlb oluna bilər. Göründüyü kimi, İddiaçı xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X14 verdiyi 10 aprel 2023-cü il tarixli, T 214/2023 saylı rəyi ilə iddiaçıda qeyd edilən xəstəliklərin olduğu göstərilmiş, lakin iddiaçının əliliyinin müəyyən edilməsi mümkün olmamışdır. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia ərizəsində “əlilliyinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbini irəli sürsə də, mahiyyət etibarı ilə ona əlilliyin təyin edilməsini tələb edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlilliyinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1189/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1189/2023
08.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver