Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1194/2024 13.12.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil Babalı oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair JN-119F, KOD ******* nömrəli, 2002-ci il tarixli, 0,28 ha torpaq sahəsi ilə bağlı şəhadətnaməyə düzəliş edilərək X10 adının əlavə edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə iş materiallarına Şirvan şəhərində, məhkəmənn inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı “2002-ci il tarixli JN-119F KOD 80800028 torpağı mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız sayılmasını və X3nun adına yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə X11 və X17 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək “Torpağın mülkiyyətə verilməsinə dair JN-119F, KOD ******* nömrəli, 2002-ci il tarixli, 0,28 ha torpaq sahəsi ilə bağlı şəhadətnaməyə düzəliş edilərək X10 adının əlavə edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, X10 varisi kimi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edərək Biləsuvar rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN 119F Kod 80800028 torpağı mülkiyyətinə verilməsinə dair Biləsuvar rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1997 ci il tarixli 75 savlı qərarı ilə 0.28 ha torpaq sahəsinin sənədində səhvən atası X12 adı göstərilmədiyindən həmin şəhadətnamənin etibarsız sayılması və X3nun adına yeni şəhadətnamə verilməsi xahiş olunmuşdur. Lakin cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-2-01xx-xx/2023 saylı məktubla mənə imtina verərək məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq 2002-ci il tarixli JN-119F KOD 80800028 torpağı mülkiyyətinə verilməsinə dair şəhadətnamənin etibarsız sayılmasını və X3nun adına yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edəsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi sərəncama münasibət barədə məktubla bildirmişdir ki, İddiaçı müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 22 iyun 2023-ci il tarixdə **********95 saylı məktubla bildirilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-119F nömrəli şəhadətnaməsinin etibarsız hesab edilməsi və mərhum X10 adına yeni şəhadətnamənin verilməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2 və 15-ci maddəsinin tələblərinə əsasən mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakmiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Torpağın mülkiyyətə verilməsinə dair JN-119F nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi və mərhum X10 adına yeni şəhadətnamənin verilməsi ilə əlaqədar aidiyyəti üzrə Məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxslər məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Babalı oğlu iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 8.1.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü və 34.1-ci maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Başqa sözlə, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Belə iddialar isə öhdəliyin icrası haqqında iddia olmaqla inzibati mübahisədir. İPM-in 8.1.1-ci maddəsinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı mübahisə daşınmaz əmlakla bağlı hüquq münasibəti ilə əlaqədar olduğundan, İPM-in 8.1.1-ci maddəsinin təsir dairəsinə düşür. Daşınmaz əmlak (torpaq sahəsi) isə Biləsuvar rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası Məhkəmə- Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Biləsuvar rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı Torpağın mülkiyyətə verilməsinə dair JN-119F, KOD ******* nömrəli, 2002-ci il tarixli, 0,28 ha torpaq sahəsi ilə bağlı şəhadətnaməyə düzəliş edilərək X10 adının əlavə edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan JN-119F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətinə əsasən Biləsuvar rayon X19 xx.xx.1997-ci il tarixli, 35 saylı qərarı ilə Biləsuvar rayonu Baqbanlar kəndi ərazisində yerləşən 0.28 ha torpaq sahəsi X4, X5, X2 və X8 mülkiyyətinə verilmişdir və plan, sərhədlərinin ölçüsü təqdim edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2020-ci il tarixli, 462 nömrəli arayışından görünür ki, Əliyev X7 rayonu Bağbanlar kəndində xx.xx.1951-ci il tarixdə doğulmuşdur. X3, anası X18r. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ 992313 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X21 04 dekabr 1991-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1991-ci ilin 12 ayının 04 günündə 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ 992314 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X20 21 mart 1998-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 1998-ci ilin 03 ayının 23 günündə 06 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli, AZ-İ 992315 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X13 15 avqust 2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 08 ayının 16 günündə 13 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin xx.xx.2021-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, həqiqətən də Biləsuvar rayon Aqrar İslahat komissiyasının xx.xx.1997-ci il tarixli 35 saylı iclas pratokoluna əsasən M.Əsədov adına X31 Komissiyasında torpaq islahat zamanı mərhum X6 olmuş və əkin pay torpaqlarından pay almışdır. (Dövlət Aktı JN0099) Lakin həmin təsərrüfata aid tərtib edilmişdir. JN-119F saylı həyətyanı torpağa aid şəhadətnamədə texniki səhv olaraq X10 adı qeyd olunmamışdır. X20 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 188 saylı məktubuna əsasən 06 saylı təsərrüfat başına kitabın 76-cı səhifəsində X20 xx.xx.1998-ci il tarixədək təsərrüfat başçısı kimi qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli məktubundan görünür ki, Biləsuvar Rayon Dövlət Arxivində saxlanılan Biləsuvar Rayon Aqrar İslahat Komissiyasının Arxiv sənədlərinə baxış keçirildi. Baxış zamanı məlum oldu ki, Məhəmməd Əsədov adına kolxozun Biləsuvar Rayon Aqrar İslahat Komissiyasına təqdim etdiyi 11 noyabr 1997-ci il tarixli 13 saylı protokulunda Bağbanlar kəndində çöl və həyətyani torpaq sahəsi almaq hüququ olan vətəndaşlar haqqında qərar qəbul edilmişdir. Həmin qərara əlavə olunmuş adlı siyahının 08-ci sayında mərhum atanız X20 04 nəfər olmaqla təsərrüfatın başçısı kimi qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli, 853 nömrəli arayışından görünür ki, həqiqətən də X26 komissiyasının xx.xx.1997-ci il tarixli 35 saylı iclas pratokoluna əsasən M.Əsədov adına X31 Komissiyasında torpaq islahat zamanı mərhum X6 olmuş və əkin pay torpaqlarından pay almışdır(Dövlət Aktı JN0099) .Lakin həmən təsərrüfata aid tərtib edilmişdir.JN- 119F saylı həyətyanı torpağa aid şəhadətnamədə texniki səhv olaraq X10 adı qeyd olunmayıb.X20 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 188 saylı məktubuna əsasən 06 saylı təsərrüfat başına kitabın 76-cı səhifəsində X20 xx.xx.1998-ci il tarixədək təsərrüfat başçısı kimi qeyd olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, AZ-İİ 256781 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X14 05 mart 2022-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 03 ayının 10 günündə 116 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 3-48- 10RA/2167-2023 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Məhəmməd Əsəsdov adına X31 Komissiyasının Arxiv sənədlərinə baxış keçirilmiş, baxış zamanı məlum oldu ki, Məhəmməd Əsədov adına X31 Komissiyasının həyətyani torpaq sahəsi almaq hüququ olan vətəndaşların tərtib edilmiş adlı siyahısı, yəni mərhum X3nun 4 nəfərdən ibarət ailə üzvünün olmasını təsdiq edən adlı siyahını və həmin siyahını təsdiq edən Məhəmməd Əsədov adına X31 Komissiyasının xx.xx.1997-ci il tarixli 13 saylı iclas protokolunun sürətləri çıxardılaraq, Arxiv möhürü ilə təsdiq edilərək, Arxiv çıxarışına əlavə olunmuşdur. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli, 02 nömrəli məktubundan görünür ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan Biləsuvar rayon Bağbanlar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid 06 saylı Təsərrüfat başına kitabın 76-cı səhifəsində Təsərrüfatın başçısı, mərhum X3dur. X20 1996-1997 və xx.xx.1998-ci illər daxil olmaqla təsərrüfatın başçısı kimi qeyd edilmişdir. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-ci il tarixli, 5-39-6/2-1045/2023 nömrəli arayışından görünür ki, Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2019-cu il tarixli 245 saylı məktubuna əsasən JN -119F nömrəli dövlət aktında göstərilən həyətyani torpaq sahəsi həqiqətən 1954-cü ildə İddiaçı X3na Kommunizm yolu adına kolxozun, sonrakı Məhəmməd Əsədov adına kolxozun qərarı əsasında verilmişdir. Odur ki, qeyd olunan işlahat zamanı X10 həyətyani sahəsində islahat komissiyası tərəfindən artıq zəbt aşkarlanmışdır. Həmin zəbt X16 verilən JN-0099 nömrəli pay torpaqından geri tutulmuşdur. Bağbanlar kənd ərazisində mərhum X10 əlavə həyətyani torpaq sahəsi yoxdur. İş materiallarında olan Biləsuvar rayon İcra Hakimiyyəti başçısının Bağbanlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-ci il tarixli, 5-39-6/2-1050/2023 nömrəli arayışından görünür ki, həqiqətən də Biləsuvar rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 35 saylı iclas protokoluna əsasən M.Əsədov adına X31 komissiyasında torpaq islahat zamanı mərhum X6 olmuş və əkin pay torpaqlarından pay almışdır. (Dövlət Aktı JN 0099) Lakin həmən təsərrüfata aid tərtib edilmişdir. JN - 119F saylı həyətyani torpağa aad şəhadətnamədə texniki səhv olaraq X10 adı qeyd olunmayıb. X20 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2020- ci il tarixli 188 saylı məktubuna əsasən 06 saylı təsərrüfat başına kitabın 76-cı səhifəsində X20 xx.xx.1998-ci il tarixədək təsərrüfat başçısı kimi qeyd olunub. İş materiallarında olan Biləsuvar rayon Dövlət Arxivinin məhkəməyə ünvanladığı xx.xx.2023cü il tarixli, 3-48-10RA/2-232-2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Biləsuvar rayon Bağbanlar kənd sakini İddiaçı Biləsuvar rayon Dövlət Arxivi tərəfindən xx.xx.2019-cu il 245 saylı, xx.xx.2022-ci il 27 saylı və xx.xx.2022-ci il tarixli 103 saylı arxiv arayışları verilmişdir. xx.xx.2019-cu il tarixli 245 saylı arxiv arayışında, göstərilən 0.25 ha torpaq sahəsi mərhum X16 məxsus Arxangilovka kənd sovetinin 1974-1975-1976-cı illərə aid Təsərrüfat başına kitabda X10 adına qeyd olunub. Arayışda göstərilən rəqəmlər düzgündür. Əlavə olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixli 27 saylı arxiv arayışında mərhum X1 rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən, mərhumun adı siyahının 8-ci səhifəsində ailə tərkibi 04 nəfər olmaqla təsərrüfatın başçısı kimi göstərilmişdir. xx.xx.2022-ci il tarixli 103 saylı arxiv arayışında isə Arxangilovka kənd sovetinin 1974-1975-1976-cı illərə və Bağbanlar kənd icra nümayəndəliyinin 1991-1998-ci illərə aid təsərrüfatbaşına kitablarında X20 və həyat yoldaşı X21 göstərilən evləri birgə yaşayış dövründə inşa ediblər. Təsərrüfatbaşına kitabda mərhum X21 xx.xx.1991-ci ildə vəfat etmişdir, ailənin başçısı mərhum X20 tərəfindən 1974-1975-ci illərdə inşa edilmişdir. İş materiallarında olan Biləsuvar rayon Bağbanlar bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 06 nömrəli arayışından görünür ki, həqiqətən də Biləsuvar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 35 saylı iclas protokoluna əsasən M.Əsədov adına X31 komissiyasında torpaq islahat zamanı mərhum X6 olmuş və əkin pay torpaqlarından pay almışdır. (Dövlət Aktı JN 0099) Lakin həmən təsərrüfata aid tərtib edilmişdir. JN -119F saylı həyətyani torpağa aid şəhadətnamədə texniki səhv olaraq X10 adı qeyd olunmayıb. X20 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 188 saylı məktubuna əsasən 06 saylı təsərrüfat başına kitabın 76-cı səhifəsində X20 xx.xx.1998-ci il tarixədək təsərrüfat başçısı kimi qeyd olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında əsasnaməyə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatnın idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Şəhadətnamə verilən zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 534 saylı fərmanı ilə təsdiq edilmiş “Torpağa mülkiyyət ilə istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında" Əsasnamənin 3-cü maddəsində göstərilir ki, vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlara görə onlara “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” verilir. Həmin Əsasnamənin 5-ci maddəsində göstərilir ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ailə tərkibi üzrə hər bir şəxsin adı və soyadı göstərilməklə ailə başçısının adına verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Məhkəmə tərəfindən aparılan araşdırma və eyni zamanda iş materiallarına əlavə edilmiş yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi Biləsuvar rayon Aqrar islahat Komissiyasının xx.xx.1997-ci il tarixli 35 saylı iclas protokoluna əsasən M.Əsədov adına X31 komissiyasında torpaq islahat zamanı mərhum X6 olmuş və əkin pay torpaqlarından pay almışdır. (Dövlət Aktı JN 0099) Lakin həmən təsərrüfata aid tərtib edilmişdir. JN -119F saylı həyətyani torpağa aid şəhadətnamədə texniki səhv olaraq X10 adı qeyd olunmayıb.X20 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir.Biləsuvar rayon Dövlət arxivinin xx.xx.2020-ci il tarixli 188 saylı məktubuna əsasən 06 saylı təsərrüfat başına kitabın 76-cı səhifəsində X20 xx.xx.1998-ci il tarixədək təsərrüfat başçısı kimi qeyd olunmuşdur. Eləcə də, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi "xxxx" MMC-in məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3- 60/2-2904/2023 saylı sorğu cavabına əsasən Torpağın mülkiyyətə verilməsinə dair JN-119F, KOD ******* nömrəli, 2002-ci il tarixli şəhadətnamənin verilməsinə əsas olan qərar və siyahı məhkəməyə təqdim edilmişdir. Qeyd edilən Bağbanlar kəndində yaşayan və pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısına nəzər yetirilən zaman X10 adının 1390 nömrə ilə qeyd edildiyi müəyyən edilir. “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 05 fevral 2015-ci il tarixli 453 nömrəli Fərmanının 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. Həmin Qanunun 23.3-cü maddəsinə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaka hüquqlar və daşınmaz əmlak barəsində bağlanan əqdlər haqqında məlumatın qəsdən və ya ehtiyatsızlıq üzündən təhrif edilməsində və itirilməsində təqsirli olan şəxslər bunun nəticəsində vurulmuş zərərə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, JN-119F, KOD ******* nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə düzəliş edilərək İddiaçı atası mərhum X10 adı əlavə edilməli və yeni şəhadətnamənin verilməlidir. Göründüyü kimi, iddiaçının tələbi qanuni olduğundan və tələbində qeyd edilən əsasları məhkəmədə sübut etdiyindən, inzibati orqan tərəfindən verilən imtina iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Torpağın mülkiyyətə verilməsinə dair JN-119F, KOD ******* nömrəli, 2002-ci il tarixli, 0,28 ha torpaq sahəsi ilə bağlı şəhadətnaməyə düzəliş edilərək X10 adının əlavə edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-119F, KOD ******* nömrəli, 2002-ci il tarixli, 0,28 ha torpaq sahəsi ilə bağlı şəhadətnaməyə düzəliş edilərək X10 adının əlavə edilməsi və yeni şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1194/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1194/2024
13.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver