Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1194/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Qurbanova Pərvanə Tahir qızının sədrliyi, Sadıxov Şaiq Şahmalı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi X1rşı “mərhum anası X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Cəbrayıl rayon Mərkəzi X1rşı “mərhum anası X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı ərizəsinə əsasən iş üzrə cavabdeh əsl cavabdeh Cəbrayıl rayon Mərkəzi Xəstəxanası PHŞ ilə əvəz olununmuş və iddia tələbi “mərhum anası X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, anası Cəbrayıl rayonu Böyük Marcanlı kənd sakini xx.xx.1948-ci təvəllüdlü X5 19 aprel 2024-cü il tarixdə qonaq qaldığı Biləsuvar rayonu ərazisində yerləşən 2 saylı qəsəbə, 110 nömrəli evdə özünü asaraq intihar etmiş və həmin gün Biləsuvar rayonu ərazisində 3 və 4 saylı qəsəbələr arasında yerləşən Cəbrayıl rayon sakinlərinin dəfn olunduğu qəbristanliqda dəfn edilmişdir. Bununla bağlı Cəbrayıl rayon prokurorluğunda müvafiq araşdırma aparılmış və xx.xx.2024-cü il tarixdə 24-3-2-2-411-0237-17 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən zamanda başları hüzr mərasiminə qarışdığından məhrum anasının ölümünü vətəndaşlıq vəziyyəti orqanında qeyd etdirməmişlər. Hal hazırda sənədləşmə işləri ilə əlaqədar anasının ölüm haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bununla bağlı o, cavabdehə müraciət etmiş, lakin tələbi təmin edilməmişdir. Anası Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini xx.xx.1948-ci təvəllüdlü X2 19 aprel 2024-cü il tarixdə qonaq qaldığı Biləsuvar rayonu ərazisində yerləşən 2 saylı qəsəbə, 110 nömrəli evdə özünü asaraq intihar etməsi faktı üzrə Cəbrayıl rayon prokurorluğunda xx.xx.2024-cü il tarixdə 24-3-2-2-411-0237-17 saylı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, yəni “şəxsin ölməsi faktı” müəyyən edilmişdir. Odur ki, iddianın təmin olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа iddiaçı və cavabdehə məlumаt vеrilmiş, İddiaçı və cavabdeh Cəbrayıl rayon X8 Hüquqi Şəxsin nümayəndəsi isə məhkəmə iclаsınа gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Əsaslandırıcı hissə: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir, yəni iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını obyektiv şəkildə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: İş materialında olan: Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" X13 iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası publık hüquqi şəxsi sizin ərizənizə cavab olaraq bildirir ki, 1948-ci il təvəllüdlü mərhum X2 meyiti 19 aprel 2024-cü il tarixdə “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası” X13 morquna gətirilmişdir. Mərhumun meyitinin ekspertizası Məhkəmə Tibbi Ekspertiza Komissiyası tərəfindən aparılaraq rəy verilmədiyi üçün mərhuma ölüm haqqında tibbi şəhadətnamə vermək “Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" X13 imkanları xaricindədir. Belə ki, X2 Ölüm haqqında tibbi şəhadətnaməsinin verilməsi üçün Azərbaycan Respublikası Şirvan İnzibati Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası vətəndaşının Seriya AZE 03759340 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X5 XX.XX.1948-ci il tarixdə Cəbrayıl rayonu, B.Mərcanlı kəndində anadan olmuşdur. xx.xx.1992-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1991-ci il tarixdə anadan olmuş, atası X6, anası X3r. Seriya AA № 489686 nömrəli, xx.xx.2023-cü il tarixli Məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı 1991-ci ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüşdür. Ədliyyə Nazirliyi Cəbrayıl Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçının anasının ölümünü təsdiq edən tibbi arayış olmadığı üçün ölüm haqqında şəhadətnamə yazıla bilməz. "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" X13 xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, 19 aprel 2024-cü il saat 09:31də xəstəxananın TTTY şöbəsinə 2 saylı qəsəbə ev 110 ünvanına çağırış daxil olmuşdur, göstərilən ünvanda Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, 1948-ci il təvəllüdlü X4 məxsus meyid aşkarlanmışdır. Həmin şəxs həyətdə mal tövləsinin yanında portativ düzəldilmiş dəmirdən yaylıqdan asılı vəziyyətdə aşkarlanmışdır. 331 nömrəli X11 müəyyən olunur ki, X2 müayinədən sonraki diaqnozu- Həkiməqədər ölüm kimi qeyd edilmişdir. Cəbrayıl rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, 19 aprel 2024-cü il tarixdə Cəbrayıl rayonu, Böyük Mərcanlı kənd sakini, 01 yanvar 1948-ci il təvəllüdlü X2 qonaq qaldığı Biləsuvar rayonu ərazisində yerləşən 2 saylı qəsəbə, 110 nömrəli evdə yaylıq vasitəsi ilə özünü asaraq intahar etməsi barədə daxil olmuş məlumat əsasında rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində toplanmış 2CXO-12 (31c-24) nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının Böyük Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 704 nömrəli arayışında qeyd edilmişdir ki, Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini olmuş xx.xx.1948-ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Biləsuvar rayon ərazisində Cəbrayıllı məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbənin qəbiristanlığında dəfn edilmişdir. Onun ölüm səbəbi barədə nümayəndəlikdə dəqiq məlumat yoxdur. Cəbrayıl rayon Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, X2 yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 2 saylı qəsəbə, 110 nömrəli evin yanında olan yardımçı tikilinin qarşısında qara rəngli yaylıq vasitəsilə özünü boyu hündürlüyündən asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında Cəbrayıl rayon prokurorunun köməkçisi tərəfindən araşdırma aparılmışdır. Aparılmış araşdırma zamanı toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Cəbrayıl rayon prokurorunun köməkçisi tərəfindən 02 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmənin mövqeyi və tətbiq olunan hüquq normaları: Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinə əsasən, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyasının 71-ci maddəsinin 1-ci hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına əsasən “Ölüm haqqında tibbi şəhadətnamə’' (bundan sonra “şəhadətnamə”) mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X7 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında “Xəbərdarlıq vərəqəsi”ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra “hüquq-mühafizə orqanı”) məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquqmühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Ölüm hadisəsi vəfat edən şəxsin müayinə və ya müalicə olunduğu stasionar tibb müəssisəsində baş veribsə, şəhadətnamə həmin tibb müəssisəsi tərəfindən verilir (4.5.). Şəhadətnamə həkim və ya feldşer tərəfindən doldurulur və tibb müəssisəsinin rəhbəri tərəfindən təsdiq olunur. Şəhadətnamə 3 (üç) nüsxədə tərtib olunur. Birinci nüsxə şəhadətnamə doldurulduğu gündən sonra 5 iş günü ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə təqdim olunmalıdır, ikinci nüsxə vəfat etmiş şəxsin ailə üzvlərinə, onlar olmadıqda isə yaxın qohumlarına verilir, üçüncü nüsxəsi isə onu verən tibb müəssisəsində saxlanılır. Şəhadətnaməni alan şəxs barədə məlumat, onun imzası və alınma tarixi şəhadətnamənin tibb müəssisəsində qalan nüsxəsində qeyd olunur. Şəhadətnamənin verilməsi üçün onu alan şəxs vəfat edənin və özünün şəxsiyyətini və qohumluq əlaqəsini təsdiq edən sənədləri təqdim etməlidir (4.8). Həmin Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası» 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 1.14. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.1. ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.14. ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. 8.15. ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina etsə də, iş materiallarında olan sübut əhəmiyyəti daşıyan sənədlərdən X2 harada, hansı tarixdə və necə öldüyü açıq-aşkar müəyyən olunur. Belə ki, onun yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 2 saylı qəsəbə, 110 nömrəli evin yanında olan yardımçı tikilinin qarşısında qara rəngli yaylıq vasitəsilə özünü boyu hündürlüyündən asaraq intihar etməsi barədə daxil olmuş məlumat əsasında Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılmış və 02 may 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" X13 xx.xx.2024-cü il tarixli arayışında qeyd edilmişdir ki, 19 aprel 2024-cü il saat 09:31-də xəstəxananın TTTY şöbəsinə 2 saylı qəsəbə ev 110 ünvanına çağırış daxil olmuşdur, göstərilən ünvanda Cəbrayıl rayon Böyük Mərcanlı kənd sakini, 1948-ci il təvəllüdlü X4 məxsus meyid aşkarlanmışdır. Həmin şəxs həyətdə mal tövləsinin yanında portativ düzəldilmiş dəmirdən yaylıqdan asılı vəziyyətdə aşkarlanmışdır. Və 331 nömrəli X11 müəyyən olunur ki, X2 müayinədən sonraki diaqnozu- Həkiməqədər ölüm kimi qeyd edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Azərbaycan Respublikasi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X14 "Cəbrayıl Rayon Mərkəzi Xəstəxanası" X13 imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin: 2.2.3-cü maddəsinə əsasən,iddiaçı inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia) məhkəmədə iddia qaldıra bilər. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1948-ci il təvəllüdlü X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi Cəbrayıl rayon X8 Hüquqi Şəxsin üzərinə qoyulmalıdır. İnzibati Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 1948-ci il təvəllüdlü X5 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Cəbrayıl rayon X8 Hüquqi Şəxsin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Pərvanə Qurbanova
Məhkəmə qərarları › İş №2-1(120)-1194/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1194/2025
06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver