Məhkəmə qərarları › İş №2-1(120)-1195/2020

Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-1195/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan Şəhəri İş № 2-1(120)-1195/2020 12.08.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Allahyarov Zaur Mirzağa oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəcəfova Aidə Əlinizam qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı «Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarının qismən ləğv edilməsi» tələbinə dair iddia ərizəsi üzrə işə Şirvan şəhərində Şirvan İnzibati Məhkəməsinin binasında hazırlıq icraatı ilə bağlı açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Beyləqan X6 xx xxxxxx 1997-ci il tarixli 32 saylı qərarının X7 və X1 aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin hallarını və mübahisənin vəziyyətini, iddianın mümkünlük məsələsini müzakirə etmək üçün hazırlıq icraatı çərçivəsində tərəflər məhkəməyə dəvət olunmuşlar. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Beyləqan X6 xx xxxxxx 1997-ci il tarixli 32 saylı qərarı ilə mərhum atası X7, mərhum anası X5 və ona 3,33 hektar torpaq sahəsi və bununla bağlı J № 3xx xxx 60714018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Bundan əlavə Beyləqan X6 xx xxxxxx 1997-ci il tarixli 32 saylı qərarı ilə mərhum qardaşı X1 1,30 hektar torpaq sahəsi və bununla bağlı J № 3xx xxx 60714018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. Lakin bir müddət əvvəl müəyyən edilmişdir ki, mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları Dövlət Aktında düzgün qeyd edilməmişdir. Onun mülkiyyətinə verilmiş torpaq sahəsi 1992-ci ildən qardaşı X9 tərəfindən təsis edilmiş “Sadiq” kəndli fermer təsərrüfatına ayrılmış, 1997-ci ildə torpaq islahatı zamanı isə onun və digər ailə üzvlərinin mülkiyyətinə verilmişdir. O da “Sadiq” kəndli fermer təsərrüfatının təsisçilərindən biri olmuşdur. B.Hüseynov adına İstehsal Kooperativində yerli X6 xx.xx.1998-ci il 24 saylı iclas protokolunda da bu məsələ öz əksini tapmışdır. O, qeyd edilən iclasdan sonra məsələnin həll edildiyini düşünürmüş. Lakin son vaxtlarda Novruz Qənbərov ailə üzvlərinə qarşı torpaqdan çıxarılma tələbinə dair iddia qaldırdıqdan sonra başa düşmüşdür ki, bu məsələ öz həllini tapmamışdır. İddiaçı məhkəmə hazırlıq iclasında iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx xxxx 2020-ci il tarixli 2/458 saylı etiraz məktubunda qeyd edilmişdir ki, Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli, 32 nömrəli qərarı ilə İddiaçı, mərhum atası X7 və mərhum anası X5 3,33 hektar torpaq sahəsi və bununla bağlı J № 3xx xxx 60714018 saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. İddia onunla əsaslandırılmışdır ki, torpaq sahəsi uzun illərdir istifadəsindədir. Lakin bir müddət əvvəl müəyyən edilmişdir ki, mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları dövlət aktında düzgün qeyd edilməmişdir. İddiaçı Cavabdehnə qarşı Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli qərarının ləğv olunması tələbinə dair inzibati mübahisə üzrə cavabdeh olaraq Cavabdeh seçilməsi düzgün deyildir. Belə ki, həmin səlahiyyətlərin icrası ayrı-ayrı müvafiq icra hakimiyyəti orqanları arasında bölüşdürülmüşdür. Torpaq və əmlakla bağlı səlahiyyətlər hazırda Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə aiddir. Müahisələndirilən qərar Beyləqan rayonu ərazisində aparılan torpaq islahatı ilə əlaqədar xx xxxxxx 1997-ci il tarixdə Beyləqan rayon X10 tərəfindən qəbul olunmuşdur. İddiaçı isə xx xxxx 2020-ci il tarixdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməklə iddia (prosessual) müddətini ötürmüşdür. Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli qərarı Beyləqan rayonunda aparılmış torpaq islahatı ilə bağlı ümumi qərardır və iddiaçı X6 qərarını mübahisələndirmək üçün prosessual müddəti buraxmışdır. İddiaçı Cavabdehnə qarşı Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarının X7 və X3 aid hissədə ləğv edilməsi tələbinə dair iddiasının rədd edilərək mümkünsüz sayılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehnə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaya inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İddia ərizəsindən aydın olur ki, iddiaçı Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarını mübahisələndirir. Mübahisələndirilən qərar isə Beyləqan rayonu ərazisində aparılan torpaq islahatı ilə əlaqədar xx xxxxxx 1997-ci il tarixdə Beyləqan rayon X10 tərəfindən qəbul olunmuşdur. İddiaçı isə 2020-ci il tarixdə mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etməklə iddia (prosessual) müddətini ötürmüşdür. Məhkəmə qeyd edir ki, Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarı Beyləqan rayonunda aparılmış torpaq islahatı ilə bağlı ümumi qərardır və iddiaçı X6 qərarını mübahisələndirmək üçün prosessual müddəti buraxmışdır. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 22-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli X6 qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon X8 şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon X2 qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət X8 şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət X10 daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət X6 qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2005ci il tarixli 226 nömrəli Fərmanına əsasən, «Dövlət X4 yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X2 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, torpaq islahatını Azərbaycan Respublikası Dövlət X10, Naxçıvan Muxtar Respublikası X10, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. İddiaçı isə torpaq islahatı aparılan zaman qüvvədə olan qanunvericiliyə görə Beyləqan rayon X6 qərarından Dövlət X8, Dövlət X6 qərarından narazı qaldığı halda isə məhkəməyə müraciət edə bilərdi. Lakin iddiaçı qeyd olunan müddətdə və qaydada şikayət etməmişdir. Həmçinin hazırda qüvvədə olan Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən iddiaçı məhkəmədə mübahisələndirmə haqqında iddia qaldıra bilmək üçün, inzibati aktın (Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarının) təqdim olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində iddia qaldıra bilərdi (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 1.3-cü maddəsində qeyd olunur ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 1.4-cü bəndində qeyd olunur ki, ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü maddəsində qeyd olunur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamsını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» xx xxxxx 2015-ci il tarixli qərarındakı mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaranmır. Belə ki, qərarda qeyd olunmuşdur ki, inzibati orqanların xx.xx.2011-ci ilədək qəbul edilmiş inzibati aktların ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin aktların mübahisələndirilməsi imkanının artıq aradan qalxdığı nəzərə alınmaqla, belə iddialar bir qayda olaraq mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 3.4-cü maddəsində qeyd olunmuşdur ki, birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı yardım olunsa da, məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, qanuna əsasən müəyyən növ inzibati iddia onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı «Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarının qismən ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 50 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı «Beyləqan rayon X6 xx xxxxxx 1997-ci il tarixli 32 nömrəli qərarının qismən ləğv edilməsi» tələbinə dair iddiasına inzibati icraat qaydasında baxılması mümkün sayılmasın. Qərardaddan, rəsmi qaydada təqdim olunduğu vaxtdan 10 (оn) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim Zaur Allahyarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar