Məhkəmə qərarları › İş №2-1(120)-1196/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1196/2023

22.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1196/2023 22.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialının nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi, Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. Yaşa görə pensiya alır. Onunla eyni iş stajı olan hətda ondan az iş stajı olan iş yoldaşları onun aldığı pensiya məbləğindən daha çox pensiya alırlar. Belə ki, onun işlədiyi bütün idarə və müəssisələr əmək kitabçasında və Dövlət arxivinin arayışlarında öz əksini tapır və müəssisə və idarələrin möhrü ilə təsdiq edilmişdir.O pensiya məbləğinin yenidən hesablanması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir lakin ona məktubla bildirildi ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyinatı zamanı 01.01,2006-cı il tarixədək 25 il sosial sığorta stajı və 01.01,2006-cı il tarixdən sonra 12 il 9 ay sosial sığorta stajı və pensiya kapitalı nəzərə alınmaqla 179,18 manat yaşa görə əmək pensiyası hesablanmışdır. Təqdim etdiyiniz sənədlərə, o cümlədən əmək kitabçanızın kserosurətinə baxış keçirilərkən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləməyi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. X12 saxlanılan sənədlərdə işdən çıxma əmrinə rast gəlinmədi. xx.xx.1981 -ci il tarixdən xx.xx.1983-cü il tarixədək Kürdəmir rayon Partiya Komitəsində və 01,04.1984-cü il tarixdən 01,05.1985-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləməyi arxiv arayşlarında qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial siğorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də həmin dövrləri iş (sosial sığorta) stajı kimi nəzərə alıb almış olduğu yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün olmamışdır. Yuxarıda qeyd edilən iş stajı əmək kitabçasında qeyd edilmiş və idarələrin möhrü ilə öz təsdiqini tapmışdır. Onun pensiyasının hesablanması barədə cavabdehin imtinası tam qanunsuz və əsassızdır. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsinin Məhkəmə mübahisələri ilə iş üzrə mərkəzi filialı Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, icraatda olan iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazını təqdim edir. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Fondun 1 saylı Mərkəzi aran regional filialına müraciət etmişdir. Müraciətə regional filiaida baxılaraq yaşa görə əmək pensiyasının yenidən hesablanmasının mümkün olmadığı qeyd olunmuşdur. Cavabdeh imtina cavabını belə əsaslandırmışdır ki,əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmamışdır. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir.Nəticədə İddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 01.01,2006-cı il tarixədək 25 il sığorta stajı və 01.01,2006-cı il tarixindən pensiya hüququ yarananadək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.738,56 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixdən avtomatlaşdırılmış qaydada 179,18 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmiş və 01.01,2022-ci il tarixdən 268,61 manata çatdırılmışdır.İddiaçının 01.01,2006-cı il tarixədək faktiki iş stajı 14 il 2 gün təşkil edir(xx.xx.1974- xx.xx.1977, xx.xx.1978-xx.xx.1980, xx.xx.1981-xx.xx.1983, xx.xx.1984xx.xx.1985-, xx.xx.2001-xx.xx.2004, 03.01 2005-ci illər arasındakı dövrlər).Hesab edirik ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir:“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir.Həmin Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur.Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan - pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır).Həmin Qanunun 211 -ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir.Həmin Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən onun fərdi sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı ilin yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.Həmin Qanun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə 1 dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilir.Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir.“İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi” barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.Həmin Qərarın 3.4-cü hissəsinə əsasən əmək kitabçasında işə qəbul, başqa daimi işə keçirmək, yaxud işdən azad etmək haqqında bütün qeydlər işəgötürən tərəfindən əmr (sərəncam) verildikdən 5 gündən gec olmamaq şərtilə, işdən azad etmək haqqında isə işçinin işdən çıxarıldığı gün edilir. Bütün qeydlər əmək müqaviləsinin, əmrin (sərəncamın) məzmununa uyğun olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.Yuxarıda istinad oiunan qanunvericilik aktlarının qarşılıqlı təhlili və işin faktiki halları nəzərə alınaraq qeyd olunmalıdır ki, İddiaçınm əmək kitabçasının həqiqiliyinə əsaslı şübhələr olduğundan ona yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri, Azərbaycan Respublikası İPM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı “yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddia tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. Baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə- Hüquq Şurasının 11 aprel 2017-ci il tarixli 2 №-li qərarına əsasən İmişli şəhərinin ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və idiaçı Kürdəmir şəhərində qeydiyyatda olduğundan, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Azərbaycan Respublikası Prezidentinin 22 may 2016-cı il tarixli fərmanına əsasən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1958-ci il tarixdə doğulmuş Həmidova X4 şəhəri, M.B.Qasımov küçəsi, ev 17-də qeydiyyatdadır. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 12 saylı regional ərazi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********1 saylı imtina məktubunda göstərilmişdir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 22-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada təyinatı zamanı xx.xx.2006-cı il tarixədək 25 il sosial sığorta stajı və xx.xx.2006-cı il tarixdən sonra 12 il 9 ay sosial sığorta stajı və pensiya kapitalı nəzərə alınmaqla 179,18 manat yaşa görə əmək pensiyası hesablanmışdır. Təqdim etdiyi sənədlərə, o cümlədən əmək kitabçasının kserosurətinə baxış keçirilərkən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləməsi əmək kitabçasında qeyd olunmuşdur. Bu qeydlərin «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 4.2.7 bəndinə uyğun olaraq yerində qarşılıqlı yoxlanılması zəruri hesab edilmişdir. X12 saxlanılan sənədlərdə işdən çıxma əmrinə rast gəlinmədi. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Kürdəmir rayon Partiya Komitəsində və xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Kürdəmir rayon «S.Vurğun» adına sovxozda işləmə arxiv arayşlarında qeyd olunmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 3.1.1 maddəsinə əsasən qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəblərdən də həmin dövrləri iş (sosial sığorta) stajı kimi nəzərə alıb almış olduğu yaşa görə əmək pensiyasını yenidən hesablamaq mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X8 20 dekabr 2017-ci il tarixli 251 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin X9 saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, X1 rayon Partiya Komitəsinin 29 iyul 1981-ci il tarixli 16 saylı Büro iclasının qərarına əsasən rayon Partiya Komitəsinin siyasi-maarif kabinetinin müdiri vəzifəsinə təsdiq edilmişdir və 26 noyabr 1983-cü il tarixli 72 saylı Büro iclasının qərarına əsasən 1 dekabr 1983-cü il tarixdən tutduğu vəzifədən adaz edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 25 iyun 2021-ci il tarixli, 117 nömrəli arxiv arayışında göstərilmişdir ki, Verilir, ünvan 1 ünvanda qeydiyyatda olan İddiaçı ondan ötəriki, onun müraciəti əsasında bildirir ki, ona Kürdəmir rayon Dövlət Arxiv İdarəsi tərəfindən 06 mart 2019-ci il tarixdə 51,52 və 53 nömrəli arxiv arayışları verilmişdir. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 06 mart 2019-ci il tarixli, 51 nömrəli arxiv arayışında göstərilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı aşağıda göstərilən illərdə Kürdəmir rayonu Çöhranlı kənd “S.Vurğun” adına kolxozda işləyərək natura dəyəri ilə birlikdə əmək haqqı qazanmışdır. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 06 mart 2019-ci il tarixli, 53 nömrəli arxiv arayışında göstərilmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ondan ötəri ki, o, aşağıda göstərilən illərdə Kürdəmir rayonu “S.Vurğun” adına üzümçülük sovxozunda işləyərək aylar üzrə əmək haqqı qazanmışdır. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 07 dekabr 2022-ci il tarixli, 107 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı adına verilmiş xx.xx.2019-cu il tarixli, 51,52,53 nömrəli və xx.xx.2021-ci il tarixli, 117 nömrəli arxiv arayışlarının verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunmasını xahiş etmişdir. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış həmin arayışların verilməsinə əsas olan sənədlər aşkar edilərək təsdiq olunmuş sürətləri qoşma vərəqlərdə tanış olmaq üçün göndərilir. - İşdə olan Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi X2 14 dekabr 2022-ci il tarixli 27/396 nömrəli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin işlər İdarəsinin X3 saxlanılan partiya-uçot sənədlərinə əsasən müəyyən edilmişdir ki, Həmidova X4 Rayon Partiya Komitəsinin 29 iyul 1981-ci il tarixli 16 saylı Büro iclasının qərarına əsasən rayon partiya komitəsinin siyasi-maarif kabinetinin müdiri vəzifəsinə təsdiq edilmişdir və 26 noyabr 1983-cü il tarixli 72 saylı Büro iclasının qərarına əsasən 1 dekabr 1983-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. - İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 06 yanvar 2023-cü il tarixli **********6 nömrəli məktubunda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib.Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçı xx.xx.2006-cı il tarixinədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.738,56 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 179,18 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilib.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 01.01,2022-ci il tarixinədək qüvvədə olan 6-1 -ci maddəsinə əsasən əmək pensiyasının minimum məbləği xx.xx.2019-cu il tarixindən 200 manat məbləğində müəyyən olunub. Qanuna uyğun olaraq təyin edilmiş əmək pensiyasının məbləği əmək pensiyasının minimum məbləğindən aşağı olduqda, həmin məbləğə çatdırılmaqla ödənilir.Sözügedən Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixdən 233,20 manata, xx.xx.2021-ci il tarixdən 259,78 manata, xx.xx.2022-ci il tarixdən 268,61 manata çatdırılıb. İddiaçının xx.xx.2021-ci il tarixli müraciəti əsasında təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1974-cu il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2004-cü il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü olmaqla onun xx.xx.2006-cı il tarixədək faktiki iş stajı 14 il 2 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001- ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmamışdır. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilməyib. - İşdə olan ИТ-İ №1932143 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1974-xx.xx.2018-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 20 aprel 2023-cü il tarixli, 3-48-25-RA/2-31/2023 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Kürdəmir rayon X15nda,xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək Kürdəmir rayon 6 saylı avtoklubda və xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Kürdəmir rayon Mədəniyyət şöbəsində işləməsinə dair bəzi sənədlərin təsdiq olunmuş surətlərinin təqdim olunmasını xahiş etmişdir. Kürdəmir rayon Dövlət Arxiv İdarəsində araşdırılma aparılmış yuxarıda qeyd olunan idarə və müəssisələrə aid hər hansı bir sənədlər aşkar edilməmişdir. - İşdə olan Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 3-34/2-793/01- 3/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Kürdəmir rayonu X15na və Kürdəmir rayon Mədəniyyət şöbəsinin nəzdində 6 saylı avtokluba dair məlumat mövcud deyildir.Bununla yanaşı nəzərinizə çatdırırıq ki, statistik vahidlərin Dövlət reyestrində müəssisələrlə bağlı məlumatların axtarışı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyat zamanı hüquqi şəxsə təqdim olunmuş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) və yaxud da Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunmuş statistik identifikasiya kodu vasitəsi ilə həyata keçirilir. Belə ki, müəssisənin yalnız “ada” görə axtarışı səhv nəticələrə gətirib çıxara bilər.Qeyd olunanları nəzərə alaraq, gələcəkdə Sizi maraqlandıracaq bu və ya digər müəssisəyə dair məlumatların statistik vahidlərin Dövlət reyestrində axtarışının dəqiq aparılması üçün onun vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) və yaxud statistik identifikasiya kodunun təqdim olunmasını, bunların heç biri olmadığı halda isə hüquqi şəxslərin qeydiyyat orqanı olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə müraciət etmək xahiş olunur. - Məhkəmənin tələbi əsasında cavabdeh tərəfindən məhkəməyə iddiaçının pensiya işinin təsdiq edilmiş surəti təqdim edilmişdir. - İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********932000 saylı, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Hüquqi şəxslərin dövlət qeydiyyatı barədə müraciətinizə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində baxılmışdır. Dövlət reyestrində Kürdəmir rayonu X15 və Kürdəmir rayon Mədəniyyət şöbəsinin nəzdində 6 saylı Avtoklub adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. - İşdə olan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 231 nömrəli məktubunda göstərilmişdir ki, 1958-ci il təvəllüdlü, İddiaçı xx.xx.1986-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Kürdəmir rayon mədəniyyət şöbəsinin X15nda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci il tarixədək şöbə nəzdində 6 nömrəli avtoklubun müdiri, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci il tarixədək şöbənin müfəttişi, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək 8 saylı avtoklubun müdiri, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü il tarixədək 5 saylı avtoklubun müdiri, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək N.Nərimanov adına rayon mədəniyyət evinin metodisti, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək N.Nərimanov adına rayon mədəniyyət evinin direktoru vəzifələrində işləmiş və ştatlar üzrə smetaya əsasən əmək haqqı almışdır. Həmin dövrlər üçün şöbənin sənədləri saxlanılması üçün Şamaxı dövlət arxivinə təhvil verilmişdir. Odur ki, həmin dövrdə şöbə üzrə Baş kitablara uyğun olaraq əmək haqqı məlumatlarını və əmr kitablarına əsasən müvafiq əmrlər göndərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixindən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 7.738,56 manat pensiya kapitalı əsasında xx.xx.2019-cu il tarixindən avtomatlaşdırılmış qaydada 179,18 manat məbləğində yaşa görə əm ək pensiyası təyin edilmişdir. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək, pensiyanın yenidən hesablanmasını xahiş etmiş, cavabdeh orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001- ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmaması səbəbindən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlərin sığorta stajına əlavə edilmədiyini bildirmiş və pensiyanın yenidən hesablanmasından imtina etmişdir. Məhkəmə tərəfindən qeyd edilir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində işlədiyi illər mübahisə edilmişdir. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisə edilən iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində işlədiyi dövrlər ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə tərəfindən araşdırmalı hal odur ki, iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin “Əmək pensiyaları haqqında” Qanunun tələblərinə zidd olub-olmamasıdır. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. 01,07.2022-ci il tarixindən xx.xx.2023-ci il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib.Həmin Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. İddiaçının xx.xx.1958-ci il tarixdə doğulması və xx.xx.2019-cu il tarixdə yaşa görə əmək pensiyasının təyin olunması işin mübahisəsiz hallarıdır. Cavabdehin imtinasının, eləcə də etirazının əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən əmək kitabçası təqdim olunsa da, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001- ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmadığı, bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına əlavə edilmədiyi bildirilmişdir. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində deyilirdi ki, iş stajını sübut edən əsas sənəd kimi əmək kitabçası nəzərdə tutulurdu. İddiaçıya məxsus əmək kitabçasından görünür ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.1974cü tarixdən başlayaraq müxtəlif müəssisələrdə işləmişdir. Əmək kitabçasının qeydlərinə əsasən həmçinin, cavabdehin mübahisələndirdiyi 1986-2001-ci illərdə işləməsi də müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyitarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2.1-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a(X16) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Hazırda cavabdehin mübahisələndiridiyi 1986-2001-ci illər də həmin qanun qüvvəyə minənədək olan dövrlə əhatə olunduğundan, bu müddətdə iddiaçının iş stajının əmək kitabçasında qeyd edilməsi həmin dövrün onun sığorta stajına daxil edilməsi üçün yetərli əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 1986-2001-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bundan başqa, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən məhkəməyə xx.xx.2023-cü il tarixli 231 nömrəli məktubla İddiaçı barəsində 2000-2006-cı illər üzrə əmək haqqı barədə arayışlar və xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı ilədək əmrlərin təsdiq edilmiş surətləri təqdim edilmişdir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, İddiaçı barəsində əmək kitabçası və onun 1986-2001-ci illər ərzində fəaliyyəti barəsində məhkəməyə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kürdəmir Regional Mədəniyyət İdarəsi tərəfindən təqdim edilmiş əmrlər və 2000-2001-ci illər üzrə əmək haqqı cədvəli iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində işlədiyi illərinin sosial sığorta stajına daxil edilməsinin üçün mötəbər sübut olaraq qəbul edilməlidir. Məhkəmə iclasları zamanı cavabdehin nümayəndələri iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində işlədiyi illərinin hansı sənədlər əsasında nəzərə aldığını əsaslandıra bilməmişdirlər. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya digər ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Bundan başqa, adıçəkilən normanın iddiaçıya tətbiq olunması sosial ədalət prinsipinin də qorunmasına gətirib çıxarır. Eyni zamanda cavabdeh orqan tərəfindən təqdim edilmiş etiraz ərizəsinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3-cü bəndinə uyğun olaraq xx.xx.1986-cı il tarixindən xx.xx.2001- ci il tarixinədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (əmək kitabçasındakı müəssisə barədə qeydlərdə latın əlifbasından istifadə olunduğundan) riayət olunmadığı barədə məlumat vermişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə də məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1993-cü ilədək Çöhranlə kənd klubunda müdir, xx.xx.1993-cü il tarixdən xx.xx.2000-ci ilədək şöbə nəzdində olan 6 saylı avtokluba müdir, xx.xx.2000-ci il tarixdən xx.xx.2001-ci ilədək şöbədə müfəttiş (inspektor) vəzifəsində iş stajı sığorta stajı kimi nəzərə alınaraq, ona yaşa görə təyin edilmiş əmək pensiyasının məbləğinin yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar