Məhkəmə qərarları › İş №2-1(120)-1197/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1197/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1197/2025 06.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Nəcəfov Ramin Ramiz oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati işə məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına (bundan sonra Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı qarşı) cavabdehin üzərinə onun ümumi sığorta stajı və xx.xx.2012-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun hesabına köçürdüyü MDSS haqqını nəzərə alıb, xx.xx.2023-cü il tarixdən cavabdehin üzərinə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşidirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən ona, yəni İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən İPM-nin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə xx.xx.2012-ci il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqqının nəzərə alınaraq, ona yəni İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırımışdır ki, o xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1981-ci ildən xx.xx.1984-cü ilədək kimi Cəlilabad rayonu "26 Bakı komissarı" adına sovxozda, xx.xx.1984-cü ildən xx.xx.1985-ci ilə kimi Cəlilabad ASB "Moskva" adına üzümçülük sovxozunda, xx.xx.1985-ci ildən xx.xx.1989-cu ilədək Salyan rayon "Frunze" adına kolxozda, xx.xx.1989-cu ildən sovxozun islahata keçdiyi dövrədək xx.xx.1997-ci ilə kimi Cəlilabad rayonu "26 Bakı komissarı" adına sovxozda işləmişdir. xx.xx.2012-ci il tarixdə “Torpağa görə Məcburi Dövlət Sosial Sığorta haqqı” 2012-ci il üçün 10.00 manat DSMF-nin hesabına köçürtmüşdür. Ümumilikdə 2012-ci daxil olmaqla 19 il 02 ay 15 gün sığorta stajı qazanmışdır. O yaşa görə əmək pensiyası almaq üçün xx.xx.2024cü il tarixdə DSMF-nin Cəlilabad rayon şöbəsinə müraciət etmişdir. DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona xx.xx.2024-cü il tarixdə 3-17-1/2-Ə- 43001/2024 saylı imtina məktubu verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, o, ümumi 25 il sığorta stajına malik deyil və xx.xx.2012-ci il tarixdə ödədiyi 10,00 ( on) manat “Torpağa görə Məcburi Dövlət Sosial Sığorta haqqı” DSMF-nin Fərdi Uçot sistemində oturmamışdır. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə və İPM-nin 47-ci maddəsinə uyğun olaraq xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehə iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirmələri təklif olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 154021/2024 saylı iddiaya dair yazılı etirazında göstərilmişdir ki,iddiaçının müraciəti əsasında xx.xx.2012-ci il tarixdə fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınıb-alınmamasını müəyyənləşdirmək məqsədilə X8 nəzarət və sosial sığorta departamentinə sorğu göndərilmiş, sorğu nəticəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya ehtiyatlarından əldə olunan məlumatlara əsasən iddiaçı tərəfindən (SUN:**********8) 2012-ci il üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə rüblük (illik) hesabatlar” (Forma B1) və “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” (Forma B3) təqdim edilməmişdir. X6 və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filiala sorğu göndərilmiş, sorğu nəticəsində Mərkəzi Filialın arxivində vətəndaş İddiaçı (SUN:**********8) tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişin aparılması barədə hər hansı bir məlumat aşkarlanmamışdır. Sözügedən dövrdə qüvvədə olan “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində qeyd edildiyi kimi müəyyən edilmiş müddət daxilində sosial sığorta haqqını sığortaçıya ödəmək, sosial sığorta haqlarının uçotunu aparmaq və bu barədə sığortaçıya hesabat vermək və “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanına sığortaolunanlar haqqında məlumatları dürüst və müəyyən olunmuş müddətdə təqdim etmək sığortaedənin vəzifəsi olmuşdur. İddiaçı fərdi hesabında sözügedən dövr üzrə məcburi sosial sığorta xərclərinin ödənilməməsi səbəbindən həmin dövrlərin sığorta stajı kimi nəzərə alınır. Bu səbəbdən iddiaçının ümumi stajı qanunvericiliyin tələblərinə əsasən 25 ildən az olduğu üçün və fərdi hesabının sığorta hissəsində qanunvericiliklə tələb olunan minimum pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilmir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1958-ci il təvəllüdlü İddiaçı konstitusion hüquqlarından istifadə edərək hazırkı tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. Faktiki hallar və sübutlar: AZE ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü Əskərov X2 rayonu Alar kəndində qeydiyyatdadır. ИТ-İ seriyalı ******* №-li əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1958-ci il təvəllüdlü İddiaçı xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək hərbi xidmətdə olmuşdur. 1981-ci ildə “26 Bakı komissarı” sovxozuna fəhlə vəzifəsinə qəbul olunmuş ( Əmr №12, xx.xx.1981), xx.xx.1984-cü ildə işdən azad olunmuşdur (Əmr № 46, xx.xx.1984); xx.xx.1984-cü ildə “Moskva” üzümçülük sovxozuna işə qəbul olunmuşdur ( Əmr № 165, 27/h-1985); xx.xx.1985-ci ildə işdən azad olunmuşdur ( Əmr № 80); xx.xx.1985-ci ildə Salyan rayon Fruze adına kolxozun üzvlüyünə qəbul edilmişdir ( Ərizə №58, 03/x-85); xx.xx.1989-cü ildə işdən azad olunmuşdur ( xx.xx.1989). “Torpağa mülkiyyət hüququna dair” JN-1198, KOD 80600018 saylı dövlət aktının surətindən müəyyən olunur ki, İddiaçı və ailə üzvlərinə Cəlilabad rayon Aqrar İslahat Komissiyasının 1997-ci il 29 avqust tarixli 08 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 1,98 ha torpaq sahəsi ayrılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad Filialı tərəfindən verilmiş və təsdiq olunmuş 122 saylı xx.xx.2012-ci il tarixli qəbzdən müəyyən olunur ki, İddiaçı ( Cəlilabad rayonu, Alar kəndi) tərəfindən Cəlilabad DSMF yığım hesabına - Hesab nömrəsi ******* VÖEN ********** hesabına 10,00 manat MDSS haqqı ödəmişdir. Məhkəmənin müvafiq sorğularına əsasən verilmiş: DSMF-nin Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 3-17-1-143723/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində İddiaçı **********8 saylı SUN-la xx.xx.2016-cı il tarixində torpaq mülkiyyətçisi ( fəaliyyət statusu-”Ləğv olunmuş”) kimi uçota alınmışdır. Nazirliyin elektron informasiya ehtiyatlarında İddiaçı dair məcburi dövlət sığortası üzrə hesabat və ödəniş məlumatları aşkar edilməmişdir. DSMF-nin Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 3- 17-1/2-14350/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Mərkəzi Filialın arxivində vətəndaş İddiaçı (SUN: **********8) tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişi aparılması barədə hər hansı məlumat aşkarlanmamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cəlilabad Filialının 6-277/2-6/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, "xxxx" ASC-nin Cəlilabad filialının arxivində saxlanılan 2012-ci ilə aid sənədlər saxlama müddəti başa çatması ilə əlaqədar “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat”ına və Təlimatın 1 №-li əlavəsinə uyğun olaraq məhv edilmişdir. Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin **********112500 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı (VÖEN: **********) vergi orqanında olan baza məlumatlarına əsasən xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə heç bir ödənişi müəyyən olunmamışdır. X5 Filialının 3-48DA/9F-2-514/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş X5 filialında mühafizə olunan Salyan rayon Marışlı kənd Frunze adına kolxozun arxiv sənədlərindən, o cümlədən 1985-1989-cu il illərə aid protokol və inventerizasiya kitablarından arxiv çıxarışında ( Protokol № 8, xx.xx.1989-cu il) qeyd olunmuşdur ki, ərizə ilə müraciət etdiyinə görə Əsgərov Mirzəhüseyn kolxozun üzvlüyündən azad olunmuşdur. (Marışlı kənd Fruze adına kolxozun 1985-ci ilə aid protokolları filiala təhvil verilmədiyi üçün İddiaçı kolxoz üzvlüyünə qəbul olunmasını təsdiq etmək mümkün olmamışdır) İddiaçı: İllər ə/g Ad/g Min ə/g Əsas Buğda əmək haqqı 1985 -- 90 210 409-50 -- Mirzə 1986 -- 270 210 1267-86 518 Mirzəhüseyn 1987 -- 286 210 1153-15 541 Mirzıhüseyn 1988 -- 299 210 1129-81 774 Mirzəhüseyn 1989 -- 62 210 280-38 121 Mirzəhüseyn X5 Filialının 3-48DA/9F-2-574/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş 1985-1989-cu illərdə iş fəaliyyətinə dair prtokolun, illik qazandığı adam günü və aldığı əmək haqqı cədvəlinin surətindən müəyyən olunur ki, 1985-ci ilə dair əmək haqqı cədvəlində 77-ci sırada Əskərov Mirzə,1986-cı ildə 11-ci sırada ,1987-ci ildə 13-cü sırada,1988-ci ildə 15-ci, 1989-cu ildə 13-cü sırada İddiaçı adı ilə siyahıda adı əks olunmuşdur. Maliyyə Nazirliyi yanında X1 3-23-2/2-1352/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 2012-ci il 14 dekabr tarixdə İddiaçı tərəfindən ödənilmiş 10,00 manat məbləğində vəsaitin Dövlət Sosial Müdafiə Fondunun Cəlilabad rayon şöbəsinin hesabına daxil olması müəyyən edilməmişdir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-Ə-43001/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, təqdim etdiyi xx.xx.2012-ci il tarixli qəbzə əsasən bildirilir ki, 2012-ci il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində əks olunmayıb. Bu səbəbdən xx.xx.2012-ci il tarixli qəbzin düzgünlüyünün yoxlanması üçün X8 Nəzarət və Sosial Sığorta departamentinə sorğu göndərilmişdir. X8 Nəzarət və Sosial Sığorta departamentinin araşdırması zamanı Nazirliyin elektron informasiya ehtiyatlarında tərəflərindən (SUN: **********8) 2012-ci il üzrə təqdim edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük ( illik) hesabatlar (Forma B1) və təqdim edilmiş “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar” (Forma B3), həmçinin həmin il üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları aşkar edilməmişdir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığı üçün ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.7-ci maddəsinə görə fərdi hesab – dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı ərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə görə fərdi hesabın sığorta hissəsi – əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: (22-1.2.1) 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; (22-1.2.2) əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; (22-1.2.3) ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. Həmin Qanunun 22-1.4-cü maddəsinə əsasən bu Qanunun 22-1.2-ci maddəsi aşağıdakı hallarda tətbiq edilmir: (22-1.4.1) 2019cu il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zamanı; (22- 1.4.2) 2019-cu il yanvarın 1-dən sonra əmək pensiyası təyin edilmiş şəxslərə 2019-cu il yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı; (22- 1.4.3) bu Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı; (22- 1.4.4) bu Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu: Sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır (Maddə 13.1). Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur (Maddə 13.2). Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir (Maddə 13.3). Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir (Maddə 13.4). Həmin maddənin 1 yanvar 2019-cu il tarixədək qüvvədə olan tələblərinə əsasən qeyri-kommersiya hüquqi şəxsləri dövlət qeydiyyatına, ailə kəndli təsərrüfatları isə qanunvericiliklə müəyyən edilmiş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan, təsərrüfat subyekti olmayan digər sığortaedənlər isə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra bir ay müddətində müvafiq məlumatları təqdim etməklə məcburi dövlət sosial sığorta üzrə sığortaçı təşkilatda uçota durmalıdırlar. Banklar tərəfindən təsərrüfat subyektlərinə (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filialları, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər istisna olmaqla) bank hesabları açıldıqda həmin subyekt məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən bank və ya digər kredit təşkilatında hesabın açılmasına dair şəhadətnamə-dublikat təqdim etməlidir. Kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və filiallarının, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi dövlət sosial sığortası üzrə sığortaçı təşkilatda uçotu müvafiq icra hakimiyyəti orqanının təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu, qaydaları məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.5-ci maddəsinə əsasən muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: - (14.5.1) sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında; (14.5.1-1) Bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün: (14.5.1-1.9) mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər və 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, 15 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanır: 5 hektaradək olduqda – 2 faiz miqdarında; 5 hektardan 10 hektaradək olduqda – 6 faiz miqdarında; 10 hektardan yuxarı olduqda – 10 faiz miqdarında. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı pay torpağına görə ödədiyi sosial sığorta haqlarının fərdi şəxsi hesabında nəzərə alınmaqla “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin olunmasından ibarətdir. xx.xx.1958-ci il təvəllüdlü iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasına əsasən 65 yaşdan (xx.xx.2023-cü il) pensiya hüququ yaranır. “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinə əsasən isə iddiaçıya avtomatlaşdırılmış qaydada pensiya təyini üçün onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Hazırda iddiaçı xx.xx.2012-ci ildə kənd təsərrüfatına yararlı pay torpaq sahəsinin istifadəçisi kimi məcburi dövlət sosial sığorta haqları üzrə ödədiyi cəmi 10,00 manat pul vəsaitinin fərdi hesabda nəzərə alınması ilə Qanunun 22-1-ci maddəsinə əsasən pensiya hüququnun olmasına istinad edir. Cavabdeh isə imtinasını və yazılı etirazını iddiaçı tərəfindən ödənilmiş 10,00 manat məcburi dövlət sosial sığorta haqqı üzrə məbləğin onun fərdi hesabına oturmaması ilə əsaslandırır. Hazırkı vəziyyətdə araşdırılmalı və mübahisə olunan hal iddiaçının fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixdən 2018-ci ilin 1 iyul tarixinə kimi qeydə alınmış pensiya kapitalına malik olub-olmamasıdır. İşin araşdırılan hallarından müəyyən olunur ki, 2012-ci il üzrə iddiaçı tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə rüblük hesaba (B1) əsasən, həmin dövr üzrə məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (B3) təqdim edimədiyi üçün onun tərəfindən xx.xx.2012-ci il tarixlə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı sonuncunun fərdi şəxsi hesabında əks olunmamışdır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 10.2.1-ci maddəsinə əsasən işəgötürən və sığortaolunan tərəfindən təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ) orqanın vəzifəsidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə hesab edir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqqının sığortaolunan İddiaçı Əskər oğlunun fərdi şəxsi hesabında əks olunmaması iddiaçının təqsirindən baş vermədiyindən bu hal onun pensiya hüququna təsir edə bilməz İş materiallarına əlavə olunmuş qəbzdən müəyyən olunur ki, iddiaç "xxxx" ASC-nin Cəlilabad filialında AZ85NABZ**********0003944 saylı M/hesaba “DSMF torpağın mdss” təyinatı üzrə (alan müştərinin VÖEN ********** olmaqla, Cəlilabad rayonu üzrə ) 14 dekabr 2012-ci il tarixdə 10,00 manat vəsait ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq dövrdə torpaq sahəsinə dair mülkiyyəti təsdiq edən sənədi təqdim etməklə aidiyyəti qurumda uçota alınaraq yuxarıda qeyd olunan vəsaiti təyinatı üzrə ödədiyindən, o, inzibati orqana həyata keçirdiyi fəaliyyət sahəsi üzrə etimad göstərmişdir və yaranmış etimad hüququ qanunla qorunur. Nəzərə alınmalıdır ki, ödənişin son təyinat yeri üzrə müvafiq hesabda həmin dövrdə əks olunmaması iddiaçının iradəsindən asılı olan hal deyil. Həmçinin qeyd olunmalıdır ki, İddiaçı həmin ödənişin onun fərdi hesabının sığorta hissəsinə köçürülməsində marağı da aydın görünür. Çünki, belə hal ona fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalına malik sığortaolunan kimi əmək pensiyası hüququnun yaranmasına xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2633/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadının 8-ci bəndində qeyd olunmuşdur ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının informasiya sistemində əks olunmaması şəxsin təqsiri ilə bağlı deyildir və bu hal onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Belə ki, şəxs bu ödənişlər barədə məhkəməyə müvafiq qəbzlər təqdim etdiyi və həmin qəbzlərin mötəbərliyi şübhə doğurmadığı, o cümlədən cavabdehin də bu qəbzlərin mötəbər olmaması ilə bağlı hər hansı bir dəlil irəli sürmədiyi təqdirdə iddiaçının tələbinin təmin olunması halı mövcud olur. Nəticə etibarilə, ödənilmiş məcburi dövlət sosial sığorta haqları məbləğlərinin informasiya sistemində əks olunmaması şəxs yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas qismində çıxış etməyəcəkdir. Belə ki, əgər şəxsin ünvanlı şəkildə məcburi dövlət sosial sığorta haqlarını ödədiyi mötəbər ödəniş qəbzləri ilə təsdiq edilirsə, cavabdeh ödənişlərin edildiyini təsdiq edən sənədlərin mötəbərliyini mübahisələndirmirsə, eləcə də məhkəmənin özü tərəfindən də həmin sənədlərin mötəbərliyini şübhə altına almaq üçün hər hansı hallar müəyyən edilmirsə, iddiaçının pensiya hüququ təmin olunmalıdır. Həlledici olan məhz məcburi dövlət sosial sığorta haqlarını ödəmə faktının müəyyən edilməsidir. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı kənd təsərrüfatına yararlı torpaqdan istifadəyə görə xx.xx.2012-ci il tarixdə ödədiyi məcburi dövlət sosial sığorta haqqı nəzərə alınaraq 65 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşidə Quliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar