Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-120/2020 20.05.2020 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X15, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2-1(086)- 2494/2019 saylı qərardadı ilə Kürdəmir rayon İcra Hakimiyyətinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, mərhum əri X1 Taxıl Məhsulları Kombinatında işləyərkən ailəyə Kürdəmir şəhəri, Babək küçəsi, 7 saylı binanın 4-cü blokunda 2 otaqlı mənzil verilmişdir. Kürdəmir rayon İcra Hakimiyyəti başçısının 03 avqust 1995-ci il tarixli 186 nömrəli sərəncamına əsasən X16 məxsus 40 mənzilli yaşayış binası o, cümlədən onların evi də daxil olmaqla Kürdəmir rayon Mənzil İstismarı sahəsinin balansına verilmişdir. Mərhum əri X8 xx.xx.2019-cu ildə vəfat etmişdir. Təxminən 2019-cu ilin avqust ayında mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin 12 sentyabr 2019-cu il tarixli **********31 nömrəli bildirişinə əsasən mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi ev 7, mənzil 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı ərazi idarəsinin hərəkətlərini qanunsuz hesab edir. Qeyd olunanlara əsasən mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi X12 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və üçücü şəxs Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə İddiaçı və üçüncü şəxs Kürdəmir rayon İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir rayon Notariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinə ünvanladığı 29 avqust 2019-cu il tarixli, 577 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X3 miras qalmış, ünvan 3 ünvanda yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1325-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Yəni mirasın tərkibinə daxil olan əmlaka mülkiyyət hüququnu təsdiq edən sənəd olmadıqda, vərəsəlik şəhadətnaməsi verilə bilməz. Qanunvericiliyə uyğun olaraq vərəsəlik şəhadətnaməsi yalnız miras əmlaka mülkiyyət hüququnu təsdiq edən reyestrdən çıxarış təqdim edildikdən sonra verilə bilər. Qeyd olunanlarla bağlı Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 5.1-1-ci maddəsinin tələbinə X6 məxsus olan əmlak barəsində daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış sorğunu təqdim etmiş şəxs vasitəsilə Kürdəmir rayon notariat kontoruna göndərməyiniz xahiş olunur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin iddiaçıya ünvanladığı 12 sentyabr 2019-cu il tarixli, **********31 nömrəli məktubunda qeyd edilmişdir ki, mərhumX6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi bina 7-də yerləşən, 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli ərizənizə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır.Ərizənizin icrası ilə bağlı daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması üçün əsas kimi yaşayış binasının Mənzil istismar Sahəsinin balansına verilməsi ilə bağlı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-cı il tarixli, 186 nömrəli sərəncamını təqdim etmişsiniz.“Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsasdır. Bu səbəbdən də X2 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, bina 7-də yerləşən, 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnuzun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənizin icrasından imtina olunur. X2 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, bina 7-də yerləşən, 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnun qeydiyyatı ilə bağlı müvafiq icrahakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edəcəyiniz təqdirdə mülkiyyət hüququnun" daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məsələsinə qanuna müvafiq qaydada baxılacaqdır. İşdə olan xx.xx.2019-cu il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 10 manat dövlət rüsumu ödəmişdir. İşdə olan AZ-İ 958636 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. İşdə olan 320890 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X8 ilə X13 xx.xx.1983-cü il tarixdə nikaha daxil olmuş, Nurməmmədova soyadını qəbul etmişdir. İşdə olan Azərbaycan Respublikası Kürdəmir Mənzil İstismar Sahəsinin 12 noyabr 2019-cu il tarixli, 48 nömrəli məktubunda qeyd olunmuşdur ki, sizin 10 oktyabr 2019 cu il tarixli 2-1(086)-2494/2019 saylı məktubunuza cavab olaraq bildiririk ki, Kürdəmir şəhəri, Babək küçəsi ev-7/32 nömrəli 2 otaqlı mənzilin əvvəlki sahibi mərhum X8 1995-ci tarixdən vəfat edənə kimi həyat yoldaşı İddiaçı ilə birlikdə yaşamışlar. Yaşadıqları dövrdə kommunal xərclər vaxtında ödənmişdir. Vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixdə Kürdəmir şəhəri, Babək küçəsi ev, 7 mənzil 32-də yerləşən 2 otaqlı məzilin özəlləşdirilməsi barədə Kürdəmir rayon Notariat Ofisinə təqdim edilməsi üçün “2 saylı forma-Arayış” verilmişdir Hal-hazırda mənzil mərhum X5 adına qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 15 noyabr 2019-cu il tarixli, 93 saylı məktubuna əlavə olunmuş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1995-ci il tarixli, 186 nömrəli sərəncamının və sərəncama qoşma olan adlı siyahıdan görünür ki, Kürdəmir X16 məxsus olan 40 mənzilli yaşayış binasının Mənzil İstismarı sahəsinin balansına verilməsi qərara alınmış, siyahıda Nurməmmədov Fətullanın adı 34-cü sırada qeyd olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin məhkəməyə ünvanladığı 25 noyabr 2019-cu il tarixli, **********47 nömrəli məktubunda (etirazında) qeyd edilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-2494/2019 saylı, xx.xx.2019-cu il tarixli sərəncamının icrası ilə əlaqədar bildiririk ki, X5 vərəsəsi İddiaçı X2 məxsus Kürdəmir şəhəri, Babək küçəsi bina 7-də yerləşən, 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəsi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsinə müraciət etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunmuş hüquqların dövlət qeydiyyatı üçün əsaslar, yəni sözügedən mənzilin onlara məxsus olmasını təsdiq edən sənədlər ərizəyə əlavə olunmadığı üçün ərizənin icrasından imtina olunmuş və qeyd olunan çatışmazlıq aradan qaldırıldıqdan sonra müraciət edəcəyi halda müraciətinə qanunamüvafiq qaydada baxılacağı barədə ona bildiriş göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi idarəsi Daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş edirik. İşdə olan 15 mart 2004-cü il tarixli, 20 saylı orderdən görünür ki, X7 5 nəfərdən ibarət ailəsi ilə birlikdə Kürdəmir rayonu, Babək küçəsində, ev 7, mənzil 32 ünvanında, 4cü blokda, 1 mərtəbədə, 2 otaqdan ibarətdir. Orderin verilməsi üçün əsas Kürdəmir rayon X18 İcraiyyə Komitəsinin xx.xx.1995-ci il tarixli, 15 nömrəli qərarı qeyd edilmişdir. İşdə olan 14 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, X7 ilə ünvan 6 ünvanında yerləşən mənzil üçün icarə müqaviləsi bağlanmışdır. İşdə olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Kürdəmir rayon İcra Hakimiyyəti Kürdəmir rayon Dövlət Arxivinin 09 iyul 2019-cu il tarixli, 106 saylı arayışından görünür ki, Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1995-ci il tarixli 186 nömrəli Sərəncamına əsasən xx.xx.2019-cu ildə vəfat etmiş həyat yoldaşı X4 məxsus olan, Kürdəmir şəhəri Babək küçəsi, 7 saylı binanın 4-cü blokunda yerləşən 2 otaqlı mənzili Kürdəmir rayon Mənzil İstismarı sahəsinin balansına verilmişdir. İşdə olan Kürdəmir rayon Dövlət Arxivinin 25 fevral 2020-ci il tarixli, 9 nömrəli məktubunda qeyd edilmişdir ki, Kürdəmir rayon X23 17 fevral 2020-ci il tarixli 2-1(20)- 120/2020 nömrəli məktubunuza cavab olaraq bildirir ki, ünvan 7 ünvanda qeydiyyatda olan iddaçı İddiaçı mərhum yoldaşı X5 adına Kürdəmir X16 məxsus olan 40 mənzilli yaşayış binası Mənzil-İstismar sahəsinin balansına verildikdən sonra Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1995-ci il tarixli 186 saylı sərancamı ilə ona həmin binanın 4-cü blokundan 2 otaqlı mənzil verilmişdir. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar ərazi idarəsinin məhkəməyə ünvanladığı 10 aprel 2020ci il tarixli, **********99 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2020-ci il tarixli, 2-1 (120)-120/2020 saylı məktubunuza Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ucar Ərazi İdarəsində baxılmışdır. Məlumat üçün bildiririk ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların qeydiyyatı üçün əsasdır. Araşdırma zamanı məlum olmuşdur ki, X2 məxsus Kürdəmir şəhəri, Babək küçəsi bina 7də yerləşən, 32 nömrəli mənzilə verilmiş xx.xx.2004-cü il tarixli 20 nömrəli order Kürdəmir Mənzil İstismar Sahəsinin rəisi tərəfindən imzalanıb möhürlə təsdiq edilmişdir. Kürdəmir Mənzil İstismar Sahəsi order vermək səlahiyyətinə malik deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır (maddə 139.1). Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (maddə 152.1). “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır (maddə 1.0.4.). Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0.11).Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir (maddə 15). Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının tələbinin hüquqi əsası kimi təqdim etdiyi Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1995-ci il tarixli 186 saylı sərancamı əslində sözügedən mənzilin iddiaçının mərhum əri X6 verilməsi ilə bağlı olmamış, həmin sərəncam sadəcə olaraq iddiaçının mərhum əri X5 yaşadığı mənzilin Mənzil-İstismar sahəsinin balansına verilməsi ilə bağlı olmuşdur. Başqa sözlə, sözügedən sərəncam iddiaçıya münasibətdə Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzil üzərində hüquq əldə edilməsi üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 15 mart 2004-cü il tarixli, 20 saylı orderlə bağlı qeyd edilməlidir ki, həmin orderin hüquqi cəhətdən mötəbərliyi məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Belə ki, orderin məzmunundan görünür ki, həmin order Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən verilmişdir. Hansı ki, Mənzil İstismar sahəsinin mənzil əldə edilməsinə hüquq verən order vermək səlahiyyəti olmamışdır. Bundan başqa, orderin verilməsinə əsas kimi Kürdəmir rayon XDS-i İcraiyyə Komitəsinin 15 may 1995-ci il tarixli 15 nömrəli qərarı göstərilsə də həmin qərar və həmin qərarın verilməsinə əsas olan sənədlər arxivdə aşkar edilməmişdir. Bununla belə, məhkəmə xüsusilə vurğulayır ki, ümumiyyətlə iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti, o cümlədən balanssaxlayıcı hesab olunan Kürdəmir Mənzil İstismar Sahəsi sözügedən mənzilin iddiaçının mərhum ərinə Kürdəmir rayon XDS-i İcraiyyə Komitəsinin 15 may 1995-ci il tarixli 15 nömrəli qərarı ilə deyil, məhz Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1995-ci il tarixli 186 saylı sərancamı əsasında verildiyini bildirir. Göründüyü kimi işin faktiki və hüquqi hallarına görə həm Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının 03 avqust 1995-ci il tarixli 186 saylı sərancamı, həm də Kürdəmir Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 15 mart 2004-cü il tarixli, 20 saylı order iddiaçıya münasibətdə Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzil üzərində əmlak hüququ əldə edilməsi üçün hüquqmüəyyənedici sənəd kimi qəbul edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının tələbini təmin etməməkdə yəni “mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzil üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina edərkən haqlı olmuşdur və iddiaçının iddia tələbi əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməməlidir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-ci, 69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 16 saylı Ucar ərazi idarəsinə qarşı “mərhum əri X6 məxsus Kürdəmir şəhəri, Babək küçəsi, ev 7, mənzil 32 nömrəli mənzilin üzərində mülkiyyət hüququnun dövlət reyesterində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-120/2020
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-120/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver