Məhkəmə qərarları › İş №2-1(120)-120/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-120/2021

01.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-120/2021 01.02.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı «hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbi üzrə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə İddiaçı “hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia ərizəsi üzrə iddiaçının və iddia tələbinin olduğu kimi saxlanılması, üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsi üçüncü şəxslər sırasından çıxarılaraq cavabdeh qismində tanınması, Beyləqan rayon Çağırış Komissiyasının cavabdeh sırasından çıxarılması, həmçinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, X2 xx.xx.2012-ci il tarixli rəyinə əsasən həqiqi hərbi xidmətə yararlı hesab edilərək həmin tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, həqiqi hərbi xidmət keçmək üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. xx.xx.2014-cü il tarixində hərbi xidməti başa vurmuş və tərxis olunaraq ehtiyyata buraxılmışdır. O, həqiqi hərbi xidmətini başa vurduqdan beş il sonra Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə korpusa ərizə ilə müraciət edərək müddətdən artıq hərbi xidmət etmək istədiyini bildirmişdir. Bu səbəbdən də 2019-cu ilin fevral, mart ayı tarixlərində növbəti dəfə həkim müayinəsindən keçmək üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına göndərilmişdir. Hospitalda həkim müayinəsi zamanı onun anadangəlmə ürək xəstəsi olması səbəbindən hərbi xidmətə yararsız olması müəyyən edilmişdir. Bu səbəbdən də hərbi xidmətə yararsız hesab edilərək müddətdən artıq hərbi xidmətə qəbul edilməmişdir. Göründüyü kimi anadangəlmə ürək xəstəsi olduğu halda X2 xx.xx.2012-ci il tarixli rəyinə əsasən qanunsuz olaraq həqiqi hərbi xidmətə yararlı hesab edilərək hərbi xidmətə göndərilmişdir. Qeyd olunanlara əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Beyləqan rayon Şöbəsi tərəfindən hərbi xidmətə yarasız olduğu halda xx.xx.2012-ci il tarixdə qanunsuz şəkildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərildiyinə görə dəymiş 10.000 (on min) manat maddi və 40.000 (qırx min) manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili X4 şifahi məhkəmə iclasında izahatında İddiaçı izahatını müdafiə etdiyini bildirdi və iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin, üçüncü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.7 və 34.1-ci maddələri) qismində mümkün iddiadır. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan hərəkətlərin edilməsinə (kompensasiyanın ödənilməsinə) yönəlib. Bu iddia ödəliyin icrası haqqında iddianın xüsusi formasıdır. İPM-in 2.2.7-ci maddəsinə görə inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Beyləqan rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı iddia qaldırmadan əvvəl eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir (kompensasiya ödənilməmişdir). Bu iddia növünün qaldırılması ilə bağlı qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, İddiaçı hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 703 nömrəli məktubunda qeyd edilmişdir: “Şirvan inzibati Məhkəməsinin 2-1(120)-1348/2020 nömrəli xx.xx.2020-ci il tarixli (daxil №-1065, xx.xx.2020-ci il) məktubunuza əsasən, xx.xx.1994-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı adına SHXÇDX-nin Beyləqan rayon şöbəsində yazılmış SX seriyalı ******* №-li Qeydiyyat kartasında - İddiaçı xx.xx.2012-ci il tarixdə Beyləqan rayon Çağırış komissiyası tərəfindən yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə çağırılmış, xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2014-cü il tarixli 108 №-li əmri əsasında və xx.xx.2014-cü il tarixdə Silahlı Qüvvələrdən ehtiyata buraxılmış, xx.xx.2014-cü il tarixdə SHXÇDX-nin Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatına götürülmüşdür. İddiaçı müddətli həqiqi hərbi xidmət dövrü (zamanı) ürək qüsuru (xəstəliyi) ilə Xidmətin Beyləqan rayon şöbəsinə onun hərbi xidmət keçdiyi hərbi hissə tərəfindən heç bir məlumat daxil olmamışdır. Müddətli həqiqi hərbi xidmətə göndərilən şəxslərin şəxsi işlərinin saxlama müddəti 2 (iki) il müəyyən edilmişdir. Odur ki, X3 şəxsi işinin saxlama müddəti basa çatmış və şəxsi işi üçün ləğv edildiyinə görə tələb olunan sənədlərin göndərilməsi mümkün deyildir. Əlavə olaraq bildirilir ki, İddiaçı “həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50,000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbi üzrə keçiriləcək növbəti məhkəmə proseslərinə Xidmətin Beyləqan rayon şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasına və həmin tələbin vətəndaşın cavabdeh quruma müraciətinin olmaması səbəbindən mümkünsüz hesab edilməsinə dair məhkəməyə tərəfimizdən vəsatət edilir. Üçüncü şəxs Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Üçüncü şəxs iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə (bundan sonra - Xidmətin Beyləqan rayon şöbəsi) qarşı, 3-cü şəxslər Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) və Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilməklə “hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə göndərilməsinin qanunsuz hesab edilməsi və dəymiş 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı “vurulmuş maddi və mənəvi zərərə görə pul” tələbinə dair iddia ərizəsini qəbul etmirik, hesab edirik ki, iddia ərizəsi əsassızdır və təmin oluna bilməz. Belə ki, xx.xx.1994-cü il təvəllüdlü İddiaçı tibbi şəhadətləndirmə zamanı xx.xx.2012ci il tarixdə Beyləqan çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra xx.xx.2014-cü il tarixdə tərxis olunaraq ehtiyata buraxılmışdır. Müddətli həqiqi hərbi xidmətə çağırışın aparılması “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanununun 13.1 -ci maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonlarda, şəhərlərdə, şəhər rayonlarında çağırış komissiyaları yaradılırdı. Həmin Qanununun 13.2-ci maddəsinə əsasən, çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. Həmin Qanununun 13.3-cü maddəsinə əsasən, rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının fərdi tərkibini müvafiq yerli icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə razılaşdırmaqla təsdiq edilir. Tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyası hərbi-həkim ekspertizası haqqrnda Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi Əsasnamə üzrə aşağıdakılar barəsində qərar çıxarıb çağırışçıya elan edir: - həqiqi hərbi xidmətə yararlılıq haqqında; - səhhətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa bir ilədək müddətə möhlət verilməsi haqqında; - dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və ehtiyata daxil edilmə haqqında; - həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarları ilə razılaşmadıqda çağırışçının Mərkəzi çağırış komissiyasına və (və ya) məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsl qaydaları haqqında” Təlimatın 62-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dəri-zöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əliliyə ğörə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığından şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Əlavə olaraq bildiririk ki, xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Xidmət etdiyi dövrdə müddətli hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinələrdən keçirlər, onlarda hərbi xidmətə yararsız diaqnozlar aşkar edildikdə Mərkəzi hərbi həkim komissiyalarının qərarlarına əsasən ehtiyata buraxılırlar. İddiaçı axıra qədər müddətli həqiqi hərbi xidmətini çəkmişdir. Qanunvericiliyin tələbinə əsasən mülki hüquq pozuntusu ilə bağlı məsuliyyətin yaranması üçün zərərçəkən şəxsə ziyan vurulması, həmin ziyanın üzərinə məsuliyyət qoyulan şəxs tərəfindən yetirilməsi, yetirilmiş ziyanla üzərinə məsuliyyət qoyulan şəxsin hərəkəti arasında səbəbli əlaqənin olması və vurulmuş ziyanla bağlı şəxsin təqsirinin olması zəruridir. Bu baxımdan hazırkı iş üzrə qeyd olunan xüsusatların heç biri təsdiq olunmur, bu isə mülki hüquq pozuntusu ilə bağlı Xidmətin Beyləqan rayon şöbəsinin məsuliyyətinin yaranmamasını göstərir. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 10 000 (on min) manat vurulmuş maddi zərərə görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut olmadığından mövcud olmamış zərərə görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 -ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008- ci il tarixli 7 nömrəli Qərarın 2- ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və X9 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 8-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmələr mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasını nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmalıdır. İddiaçı mənəvi ziyana görə 40 000 (qırx min) manat tələb etsə də, habelə Mülki Məcəlləsinin 21.2-ci maddəsində müəyyən olunan anlamda xərclərə, real zərər və əldən çıxmış faydaya dair məhkəməyə sübut təqdim olunmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq İddiaçı iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edəsiniz. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin iddiaçıya göndərdiyi xx.xx.2020-ci il tarixli, 474 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin yararsız olduğunuz halda xx.xx.2012-ci il tarixdə qanunsuz olaraq müddətli həqiqi hərbi çağırıldığınız üçün 10000 (on min) manat maddi və 40000 (qırx min) manat məbləğində mənəvi ziyanın ödənilməsi barədə müraciətinizə tərəfimizdən baxılmışdır. Siz tibbi şəhadətləndirmə zamanı xx.xx.2012-ci il tarixdə Beyləqan çağırış komissiyası tərəfindən müddətli həqiqi hərbi xidmətə yararlı sayılaraq hərbi xidmətə göndərilmiş, xidmət müddəti bitdikdən sonra xx.xx.2014-cü il tarixdə tərxis olunaraq ehtiyata buraxılmısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında” Əsasnamənin 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi-həkim ekspertizasının keçirilməsi qaydaları haqqında” Təlimatın 62-ci maddəsinə əsasən, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq aşağıdakı müayinələr aparılır: - döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, - qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), - sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal). Şəhadətləndirilmə günündə isə bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara bundan əlavə elektrokardioqrafiya müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Həmçinin çağırışçılar müddətli həqiqi hərbi xidmətə göndərməkdən əvvəl ruhi-əsəb, narkoloji, vərəm, dəri-zöhrəvi, cuzəm, QİÇS-lə mübarizə, Respublika Talassemiya Mərkəzindən və digər dispanserlərdən qeydiyyatda olan, digər tibb müəssisələrindən dispanser qeydiyyatında olan və son 12 ay müddətində yoluxucu və parazitar xəstəliklər keçirmiş çağırışçıların siyahılarını, ambulator xəstələrin tibbi vərəqələrini, stasionar xəstələrin tibbi vərəqələrindən çıxarışları və vətəndaşların səhhətini xarakterizə edən digər tibbi sənədlər və Əhalinin Sosial Müdafiəsi Mərkəzindən (ƏSMM) əlilliyə görə təqaüd alan və tibbi-sosial ekspert komissiyasından (TSEK) əlillik dərəcəsi verilmiş çağırışçıların siyahıları alınması üçün hərbi komissarlıqlar tərəfindən sorğu edilirdi. Çağırışçıların tibbi müayinəsi keçirdikdən əvvəl dispanserlər, tibb müəssisələrdən, Əhalinin Sosial Müdafiəsi Mərkəzindən və tibbi-sosial ekspert komissiyasından alınan cavablar rayon hərbi həkim komissiyaları tərəfindən öyrənilir, şəxsi işlərində qeydlər aparılır və tibbi müayinələr zamanı nəzərə alınırdı. İddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq, ümumi tibbi müayinədən keçirilmiş, sağlamlığında şikayəti olmadığı, həmçinin dispanser və ya tibb müəssisələrində qeydiyyatda olmadığı üçün hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdi. Əlavə olaraq bildiririk ki, Xidmətin yerli idarə, şöbə və bölmələri tərəfindən həqiqi hərbi xidmətə çağırılanlar hərbi hissələrə təhvil verilərkən müvafiq olaraq xidmət etdikləri hərbi hissələrin tərkibində olan hərbi-həkim komissiyaları tərəfindən hərbi xidmətə yararlılıqlarının yoxlanılması üçün təkrar müayinədən keçirlər. Səhhətlərində hər hansı problemlər aşkar olunduqda çağırıldığı Xidmətin yerli idarə, şöbə və bölmələrinə geri qaytarılırlar. Xidmət etdiyi dövrdə müddətli hərbi qulluqçular mütəmadi olaraq tibbi müayinələrdən keçirlər, onlarda hərbi xidmətə yararsız diaqnozlar aşkar edildikdə Mərkəzi hərbi həkim komissiyalarının qərarlarına əsasən ehtiyata buraxılırlar. İddiaçı axıra qədər müddətli həqiqi hərbi xidmətini çəkmişdir. Qanunvericiliyin tələbinə əsasən siz müddətli həqiqi hərbi xidmət müddətini çəkib başa vurmusunuz və Xidmətin Beyləqan rayon şöbəsi tərəfindən hər hansı bir kompensasiyanın ödənilməsi mümkün deyildir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2012-ci il tarixli 593 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilərək və onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində maliyyə əməliyyatları mərkəzləşdirilmiş şəkildə Xidmətin Maliyyə və Maddi-Texniki Təminat Baş İdarəsi tərəfindən həyata keçirilir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 11/6398 saylı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdehə qarşı tələblərin əsassız olması səbəbindən, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, ürək xəstəsi olduğunu əsas gətirərək Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Beyləqan rayon Şöbəsinin çağırış komissiyasının xx.xx.2012-ci il tarixli rəyinə əsasən həqiqi hərbi xidmətə yararlı hesab edilərək həqiqi hərbi xidmətə göndərilməsini qanunsuz hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Afi Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarın 8-ci bəndinə əsasən mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli 1787 nömrəli məktubuna (əlavə olunur) əsasən xx.xx.1994-cü il təvəllüdlü Beyləqan rayon sakini vətəndaş İddiaçı 2019-cu ilin avqust ayında müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilərkən EXO KQ müayinəsi zamanı onda “Anadangəlmə ürək qüsuru: mədəcikarası çəpərin defekti (6 mm)” diaqnozu müəyyən edilmiş, o, “Xəstəliklər cədvəli”nin 80 “c” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı iiə təsdiq edilmiş “Hərbi Həkim Ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən müddətdən artıq həqiqi hərbi xidmətə daxil olmağa yararsız sayılmışdır, “Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimafın 154-cü maddəsində nəzərdə tutulmuş məcburi müayinələr istisna olmaqla digər dərinləşmiş müayinə metodları yalnız vətəndaşın şikayəti olduğu hallarda tətbiq edilir. İnzibati işdə olan sənədlərdən iddiaçının 2012-ci il tarixdə şəhadətləndirilərkən xəstəliyi ilə bağlı müvafiq komissiyanı xəbərdar etməsinə dair sübutun əlavə edilməməsi müəyyən olunur. Cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizüyl nəticəsində iddiaçıya ziyanın vurulması sübuta yetirilmədiyindən iddia tələbi təmin edilməmiş saxlanılmalıdır, Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsini rəhbər tutaraq, məhkəmədən İddiaçı iddiasının təmin olunmamasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli, 1787 məktubunda qeyd edilmişdir: “sizin xx.xx.2020-ci il tarixli 11/5075 saylı məktubunuza cavab olaraq bildirirəm ki, xx.xx.1994-cü il təvəlüdlü Beyləqan rayon sakini vətəndaş İddiaçı 2019-cu ilin avqust ayında müddətdən artıq hərbi xidmətə qəbul olunmaq üçün Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında şəhadətləndirilmişdir. Şəhadətləndirilərkən EXO KQ müayinəsi zamanı onda “Anadangəlmə ürək qüsuru: mədəcikarası çəpərin defekti (6mm)” diaqnozu müəyyən edilmişdir. Həmin xəstəliklə vətəndaş E.İ.İbrahimov “Xəstəliklər cədvəli” nin 80 “c” maddəsinin İİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamə” yə qoşma) əsasən hərbi xidmətə daxil olmağa yararsız sayılmışdır. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 154-cü maddəsində nəzərdə tutulmuş məcburi müayinələr istisna olmaqla digər dərinləşmiş müayinə metodları yalnız vətəndaşın şikayəti olduğu hallarda tədbiq edilir. Vətəndaş E.İ.İbrahimov SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən şəhadətləndirilərkən səhhəti ilə bağlı hər hansı şikayət bildirmədiyi üçün EXO KQ müayinəsi aparılmamış və bu səbəbdən də vətəndaşda olan anadangəlmə ürək qüsuru aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalının məhkəməyə göndərdiyi xx.xx.2020-ci il tarixli, 8502 məktubunda qeyd edilmişdir ki, vətəndaş İddiaçı sorğuda göstərdiyiniz vaxtda (2019-cu il avqust ayında) Silahlı Qüvvələrin Baş Klinik Hospitalında ambulator, stasionar müayinə və müalicədə olması, (xx.xx.2012-ci il tarixdə) Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında ambulator müayinədə olması və şəhadətləndirilməsi barədə saxlanılan arxiv sənədləri içərisində məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Beyləqan rayon Mərkəzi Xəstəxanası” X10 məhkəməyə göndərdiyi xx.xx.2021-ci il tarixli, 33 məktubunda qeyd edilmişdir ki, xx.xx.1994-cü il tarixdə anadan olmuş, Beyləqan rayon İİ Şahsevən kəndində qeydiyyatda olan, İddiaçı Beyləqan RMX-da “Anadangəlmə ürək qüsuru” xəstəliyinə görə hər hansı bir müraciət etməmiş və dispanser qeydiyyatında deyil. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci madəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 89.1-ci maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışını keçirmək üçün rayonda, şəhərdə, şəhərdə rayonlarda çağırış komissiyaları yaradılır. Çağırış komissiyasının işində həkim mütəxəssislər (cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermato-veneroloq, psixoloq) iştirak etməlidirlər. 15.1-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər. 15.2-ci maddəsinə əsasən tibbi müayinənin nəticələrinə uyğun olaraq rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada çağırışçı barədə aşağıdakı qərarlardan birini qəbul edir: -müddətli həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında; -sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında; -dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında; -həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamənin 2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinin göndərişinə əsasən vətəndaşlar şəhadətləndirilməyə qədər Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müəyyən etdiyi qaydada və həcmdə məcburi diaqnostik müayinələrdən keçirlər. 2.5-ci maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınarkən və hərbi xidmətə çağırılarkən vətəndaşların şəhadətləndirilməsini cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq dermato-veneroloq, psixoloq və zərurət olduqda, bu bəndin ikinci abzasında müəyyən edilmiş qaydada digər ixtisaslardan olan həkimmütəxəssislər keçirirlər. 2.8-ci maddəsinıə əsasən vətəndaşın tibbi müayinəsi (müalicəsi) başa çatdıqdan sonra, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən müəyyən edilmiş formada onun sağlamlıq vəziyyətinin müayinə aktı tərtib olunur. 2.10-cu maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınarkən və ya hərbi xidmətə çağırılarkən hərbi xidmətə müvəqqəti yararsız sayılmış vətəndaş tibbi müayinədən (müalicədən) imtina etdikdə və ya yayındıqda, 3 aydan sonra təkrar şəhadətləndirilməlidir. Əgər təkrar şəhadətləndirilmə zamanı vətəndaşın sağlamlıq vəziyyətinin pisləşməsi əlamətləri aşkar edilməzsə, yaxud onun hərbi xidmətə çağırılmasına mane ola biləcək xəsarətin və ya xəstəliyin aşkar əlamətləri olmazsa, o, hərbi xidmətə yararlı, yaxud müvafiq təyinat göstəricisi ilə hərbi xidmətə yararlı hesab edilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmrinə 2 nömrəli əlavə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın 2-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi-həkim ekspertizası sülh və müharibə dövrlərində Azərbaycan Respublikası vətəndaşlarının sağlamlıq vəziyyətlərinə görə hərbi xidmətə yararlılıq kateqoriyasını, onların aldıqları xəsarətlərin (yaralanmaların, travmaların, kontuziyaların), xəstəliklərin hərbi xidmət (hərbi toplanış) keçmə ilə səbəb əlaqəsinin (bundan sonra-xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi) təyin edilməsi məqsədilə aparılır. Həmin Təlimatın 62-ci bəndində qeyd edilir ki, ilkin hərbi uçota götürülən və hərbi xidmətə çağırılan vətəndaşlara şəhadətləndirilmədən əvvəl, bir aydan tez olmayaraq döş qəfəsi orqanlarının flüoroqrafıya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇSnin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal) müayinələri aparılır, Şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülür. Hərbi xidmətə çağırılanlara isə bundan əlavə, elektrokardioqrafiya (bundan sonra - EKQ) müayinəsi keçirilir, zərurət olduqda planlı profilaktiki peyvəndlər aparılır. Flüoroqrafıya, laborator və EKQ müayinələrinin nəticələri, bədən çəkisi və boy haqqında, habelə profilaktiki peyvəndlər, dərman və digər maddələrə allergiya (yüksək həssaslıq) haqqında məlumatlar, hərbi xidmətə çağırılmalı olan vətəndaşın qeydiyyat kartına (bundan sonra qeydiyyat kartına) və hərbi xidmətə çağırılan vətəndaşın tibbi şəhadətləndirilmə kartına (bu Təlimata 3 nömrəli qoşma) yazılır. Flüoroqramlar şəhadətləndirilənin şəxsi işində şəxsi işin saxlanma müddəti bitənədək saxlanılır, bundan sonra müvafiq tibb müəssisəsinə qaytarılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Beyləqan rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə yararlı sayılaraq müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. O, hərbi xidmətə göndərilməzdən əvvəl Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmrinə 2 nömrəli əlavə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın tələblərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırılan bütün çağırışçılar kimi fərdi qaydada mütəxəssis həkimlər tərəfindən tibbi müayinədən keçirilmişdir. Yəni döş qəfəsi orqanlarının flüoroqrafiya (rentgenoloji) müayinəsi, qanın ümumi analizi (EÇS-nin, hemoqlobinin, leykositlərin təyini), sidiyin ümumi analizi (xüsusi çəkisi, zülal) keçirilmiş, şəhadətləndirilmə günündə isə - bədən çəkisi və boyu ölçülmüşdür. İddiaçı xidmət etdikdən sonra (müddətli həqiqi hərbi xidməti başa vurduqdan sonra) xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Hal-hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsində hərbi uçotdadır. O, 2019-cu il tarixdə müddətdən artıq hərbi xidmət etmək üçün şəhadətləndirilərkən EXO KQ müayinəsi aparılmış və onda anadangəlmə ürək qüsuru xəstəliyinin olması aşkar olunmuşdur. Məhkəmə yuxarıda sadalanan hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək qeyd edir ki, 2012-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara keçirilən məcburi diaqnostik müayinələr sırasında EXO KQ müayinəsi nəzərdə tutulmamışdır. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş “Hərbi Həkim Ekspertizası Haqqında Əsasnamənin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Müdafiə nazirinin 2008-ci il 14 mart tarixli 123 nömrəli əmrinə 2 nömrəli əlavə ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi-Həkim Ekspertizasının keçirilməsi qaydaları haqqında Təlimatın tələblərinə əsasən hərbi xidmətə çağırılan vətəndaşlara EXO KQ müayinəsinin aparılması məcburi diaqnostik müayinələrə daxil olmamışdır. İş materiallarında olan sübutlarla və məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı xx.xx.2012-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilən zaman həmin dövrdə nəzərdə tutulmuş tibbi müayinələrdən keçmiş və sağlamlıq vəziyyətindən heç bir şikayət bildirməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı “anadangəlmə ürək qüsuru” ilə bağlı xəstəliyinə görə hər hansı tibb müəssisəsinə müraciəti olmamışdır. Məhkəmə qeyd edir ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.2012-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilən zaman şəhadətləndirilməsi ilə bağlı cavabdeh inzibati orqanın hərəkətləri qanuna zidd sayıla bilməz. Odur ki, cavabdehin hərəkətləri qanunsuz olmadığından, iddiaçının ondan maddi və mənəvi ziyanın tutulması tələbi də əsassızdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinə qarşı “hərbi xidmətə yararsız olduğu halda xx xxxxxxx 2012-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə həqiqi hərbi xidmətə göndərilməyinin qanunsuz hesab edilməsi və dəymiş 50.000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün otuz manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iddianın təmin edilməməsi nəticəsinə gəldiyindən, İnzibati Prosessual Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir. Nəticəvi h i s s ə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar