Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-120/2024 11.09.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı X13 və onun vəkili X7 iştirakı ilə, İddiaçı X13 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair Dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 11 sentyabr 2024-cü il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı X26 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair X19 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın və reyestr qeydinin ləğv edilməsi və mübahisəli torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə mülkiyyət hüququ əsasında mərhum atası X8 mülkiyyət hüququnun bərpa edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair X19 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın və reyestr qeydinin etibarsız hesab edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli qərardadları ilə X31, X23, X32, X33 və X27 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, məhkəmənin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ünvan 3 ünvanda yerləşən torpaq sahəsinə və onun üzərində inşa edilmiş evə dair X19, X11, X20, X14 və X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələblərini onunla əsaslandırmışdır ki, atası X9 14 iyun 1972-ci ildə fərdi yaşayış evi tikmək üçün ünvan 4 ünvanında 0.06 ha torpaq sahəsində 7 nəfər ailə üzvlərinə torpaq sahəsi ayrılmışdır. O zaman 7 nəfərdən ibarət ailə üzvləri olmuşdur: atası - X16, xx.xx.2009-cu ildə vəfat etmişdir; anası-Əhmədova (Nağıyeva) Dilbər Bağır qızı, xx.xx.2019-cu ildə vəfat etmişdir; özü - İddiaçı - xx.xx.1961-ci il təvəllüdlü; qardaşı - X37 - 1968-ci il təvəllüdlü; qardaşı - X31 - 1967-ci il təvəllüdlü; bacısı - X24 - xx.xx.1960-cı il təvəllüdlü; bacısı - X28 - 1964-cü il təvəllüdlü. Atası A.M.Əhmədov ona ayrılmış torpaq sahəsində ailələri üçün zirzəmisi olan bir mərtəbəli 3 otaqlı, mətbəx və uzun aynəbəndi olan fərdi yaşayış ev tikmiş və ailələri ilə birlikdə həmin evə köçüb yaşamışlar. Torpaq sahəsi və onun üzərində tikilmiş ev 1977-ci ilin dekabrında (o zaman) Mərkəzi İnventerlaşdırma Bürosu tərəfındən atası Əhmədov Abbasın adına rəsmiləşdirilmişdir. Atası xx.xx.2009-cu ildə vəfat etmişdir və o zaman qardaşı X31 atasına məxsus daşınmaz əmlakları (torpaq və ev) öz adına keçirmək istəmişdir. 2013-cü ildə o, atasından qalmış miras əmlakla bağlı notariat kontoruna müraciət etmiş, notariat kontoru vərəsəlik üçün müəyyən edilmiş müddətin buraxıldığını bəhanə edərək vərəsəlik şəhadətnaməsini verilməsindən imtina etmişdir. Ona görə o, məhkəməyə müraciət edərək, vərəsəlik şəhadətnaməsinin verilməsi üçün buraxılmış müddətin bərpa etdirilməsini xahiş etmiş və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(020)-765/2013 saylı qətnaməsi ilə X9 məxsus mirasın İddiaçı tərəfındən qəbul edilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməklə müddət uzadılmış hesab edilmişdir. Ona görə də o, həmin qətnaməni Beyləqan şəhərində yerləşən Notariat Kontoruna təqdim etmiş və ona Vərəsəlik Şəhdətnaməsinin verilməsini xahiş etmişdir. Sonradan ailə vəziyyəti ilə əlaqədar bir müddət Beyləqan şəhərinə gəlib getsə də Notariat Kontorundan Vərəsəlik şəhadətnaməsini götürməmişdir. 2019-cü ilin 19 sentyabrında anası-Əhmədova (Nağıyeva) Dilbər Bağır qızı vəfat etmiş və dəfındən sonra o, qardaşı Musa ilə danışaraq valideyinlərindən qalmış miras əmlakın ailə üzvləri arasında paylara uyğun bölüşdürülməsini bildirdikdə, Əhmədov Musa bildirmişdir ki, artıq 2017-ci ildə atadan qalmış torpaq sahəsi və onu üzərində inşa edilmiş ev onun xususi mülkiyyətidir və o, nə torpaq sahəsini, nə də ev sahəsini heç kimlə bölüşdürmək istəmir. O zaman ondan bunu necə etdiyi soruşduqda, o bildirmişdir ki, torpaq sahəsi və ev bilavasitə ona məxsusdur. Həmin ev və torpaq sahəsi Reyestr Xidmətində onun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Yaşadıqları ev və torpaq sahəsi heç vaxt ataları X9 məxsus olmamışdır. Ona görə o, iddia ərizəsi ilə Beyləqan Rayon Məhkəməsinə müraciət edərək, cavabeh X19 adına verilmiş Çıxarışın ləğv edilməsini, miras əmlakdan ona düşən payın müəyyən edilməsini xahiş etmişdir. Lakin Beyləqan Rayon Məhkəməsinin 2(020)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin işdən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsini Mülki Kollegiyasınm 2(106)- 3062/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş və Beyləqan Rayon Məhkəməsinin 2(020)-86/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki işin icraatına xitam verilmişdir. İş üzrə məhkəmə öz qərardadını onunla əsaslandırmışdır ki, “AR ƏMDK yanında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfındən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2017-ci il tarixli Reyestrdən Çıxarışın (1-ci instansiya məhkəməsinin qətnaməsində AR ƏMDK vanında DƏDRX-də reyestr ******* saylı, reyestr nömrəsi **********89 olan ev və torpaq sahəsi X46 oglunun adına xüsusi mülkiyyət kimi qeydiyyatdan kecməsi göstərilir) qanunsuz olaraq X19 adına xüsusi mülkiyyət hüququnun rəsmiləşdirildiyi hissədə etibarsız hesab edilməsi üzrə yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir”. Hazırkı iddia tələbi inzibati orqan tərəfındən çıxarışın verilməsi zamanı inzibati orqanın hərəkəti (hərəkətsizliyi) mübahisələndirilərək, çıxarışın etibarsız hesab edilməsindən ibarətdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mülki icraat qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi zamanı prosessual hüquq normalarınm tələbləri pozulmaqla icraata qəbul edilmiş və tələb üzrə yekun nəticəyə gəlməklə prosessual hüquq normalarınm tələbləri pozulmuşdur”. Eyni zaman da məhkəmə araşdırmasında müəyyən olunmuşdur ki, qardaşı X31 öz ailəsinə torpaq sahəsi almaq üçün müraciət etmiş və ona atasına ayrılmıs torpaq sahəsinin yanında (həmin ərazidə) 600 kv.m torpaq sahəsi ayrılmışdır. Lakin həmin torpaq sahəsində cavabdeh qardaşı Əhmədov Musa heç bir ev tikməmiş və uzun müddət hasarlayaraq saxlamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 1972-ci ildə X9 0.06 ha torpaq sahəsi ayrılmışdır. Lakin sonradan Reyestr Xidmətini verdiyi arayışdan görünür ki, X8 adına 1977-ci ildə daşınmaz əmlak - zirzəmisi olan bir mərtəbəli ev qeydiyyatdan keçmişdir. Həmin ərazidə, yalnız Əhmədov Abbasın adına olan ev, sonradan həmin evin X19 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilməsi üçün hansı əsaslar olması müəyyən edilməmişdir. Belə olan halda Reyestr Xidməti tərəfındən qanunun tələbləri pozulmaqla qanunsuz qeydiyyat aparmışdır. Belə ki, 2017-ci ildə X31 Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək mərhum atası X4 adına olan torpaq sahəsinin və onun üzərində inşa edilmiş evi özününkü kimi təqdim etmiş və X25 ayrımış torpaq sahəsini isə X8 adına olan torpaq sahəsi kimi göstərmişdir. O zaman Reyestr Xidməti “dırnaq arası” güya heç bir araşdırma aparmadan Əhmədov Musa ilə əlaqəyə girmiş və atasına məxsus miras əmlak X19 adına daşınmaz əmlak kimi reyestr qeydiyyatına alınmışdır. Həmin torpaq sahəsi üzərində 1976-cı ildə inşa edilmiş ev də X19 adına qeydiyyatdan keçirilmişdir. Qeyd edir ki, atasına məxsus ev 1976-cı ildə inşa ediləndə cavabdeh Əhmədov Musanın 9 yaşı olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfındən bilə-bilə qanunsuzluğa yol verilmiş və torpaq sahələrinin və evin yerləşdiyi sahənin sürüşdürülməklə ilkin sənədləşdirmədə qanunsuzluq edilmişdir. Halbuki, Reyestr Xidməti reyestr qeydinə təqdim edilmiş daşınmaz əmlakın sənədləşdirilməsi üçün ilkin sənədləri araşdırmalı idi. Lakin nədənsə Reyestr Xidməti atasına məxsus daşınmaz əmlakların reyestr qeydiyyatını apararkan ilkin sənədlərin kimin adına olmasını fərqinə varmamışdır. Belə ki, 1972-ci ildə ayrılmış torpaq sahəsini və onun üzərində 1976-cı ildə tikilmiş evin 1967-ci ildə (9 yaşında) anadan olmuş X19 adına qeydiyyatdan keçirilməklə vərəsələrin miras əmlaka olan hüquqları kobud pozulmuşdur. Bununla əlaqədar o, vəkil sorğusu ilə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, mübahisəli əmlaka dair reyestr qeydində düzəliş edilməsini, həmçinin aşağıdakı sənədlərin təqdim edilməsini xahş etmişdir. 1). Beyləqan şəhəri, M.Ə.Rəsulzadə (X51) küçəsi, ev 4 (2) ünvanında Jdanov (indiki Beyləqan şəhəri) XDS-nin xx.xx.1972-ci il tarixli, 9 saylı iclas protokolu ilə X9 599.11 kv.metr torpaq sahəsinin ayrılması barədə plan ölçüsünü, evin və evin yerləşdiyi torpaq sahəsinin texniki pasportunu; 2) ünvan 7 ünvanında X25 X8 torpaq sahəsinə bitişik sahədə ayrılmış torpaq sahəsinin plan ölçüsünü, torpaq sahəsinin ayrılması barədə sərəncamın (qərarın) surətinin təqdim edilməsi, lakin Reyestr Xidməti **********88 saylı, xx.xx.2021-ci il tarixli cavabında “dövlət orqanlarına, bələdiyyələrə və digər şəxslərə daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarını əsaslandırılmış yazılı sorğular əsasında verilir” cavabını vermişdir. Ona görə o, ərizə ilə Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət edərək, atasına məxsus torpaq sahəsi və onun üzərində tikilmiş evin əsassız olaraq qeydə alınmasının ləğv edilməsi və daşınmaz əmlaklar üzərində atasının mülkiyyət hüququnun bərpa edilməsini xahiş etmişdir. Lakin Reyestr Xidməti bu dəfə də sorğuda qeyd olunan hallara cavab verməmişdir. Daha sonra onun ərizə ilə müraciətinə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin **********54 nömrəli, xx.xx.2021-ci il tarixli cavabında əsassız mülahizələr əsasında imtina etmiş və onun hüquq və azadlığının və eləcədə maraqlarının müdafıəsi üçün məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. Qeyd edir ki, Reyestr Xidməti əgər həqiqətən X25 torpaq sahəsi ayrılmışdırsa, o zaman həmin torpaq sahəsi nə vaxtı və hansı hüquqmüəyyənedici sənədlə olması aydınlaşdırılmalı idi. Lakin, Reyestr Xidməti X31 tərəfindən hansı vaxtda mübahisəli torpaq sahəsində ev tikilməsini aydınlaşdırmamış və qanunun tələblərini pozaraq əsassız qeydiyyat aparmaqla mübahisəli ev və torpaq sahəsinə onun və digər şəxslərin vərəsəlik hüquqlarını pozmuşdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən inzibati orqanın qəbul etdiyi inizbati qərarlardan narazı qalan şəxs həmin qərarı mübahisələndirərkən inzibati məhkəmələrə müraciət edə bilər. Hazırkı iddia üzrə mübahisələndirilən dövlət reyestrindən verilmiş çıxarış hüquqi akt olduğundan həmin işə inizbati məhkəmədə baxilması qanunvericiliyin tələblərinə zidd olduğu üçün İddiaçı əmlak üzərində hüquqların qeydiyyatını təsdiq edən dövlət reyestrindən verilmiş çıxarısın ləğv edilməsi barədə iddialarının 6 saylı Beyləqan Ərazi İdarəsinə aid hissəsinə etiraz edirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı X26 və onun vəkili X17 gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxslər isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən iddiaçı X26 və onun vəkili X17 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İPM-in 1.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. MPM-in 76-cı maddəsinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur (maddə 76.1). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ – subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İş materiallarından, o cümlədən işdə olan xx.xx.1972-ci il tarixli qərardan, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 6 saylı Ərazi İdarəsinin 30 oktyabr 2014-cü il tarixli, **********0 nömrəli məktubundan müəyyən olunur ki, Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən iddiaçının atası mərhum X9 fərdi yaşayış evinin tikintisi üçün şəhərin o zaman K.Marks (indiki M.Ə.Rəsulzadə) küçəsindən 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, X16 tərəfindən 1976-cı ildə həmin torpaq sahəsində mişar daşından inşa edilmiş yarım zirzəmisi olan, bir mərtəbəli, üç otaqlı fərdi yaşayış evi Mərkəzi İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci ilin dekabr ayında onun adına rəsmiləşdirilmişdir. İş materiallarında olan Beyləqan rayonu İcra Hakimiyyəti Başçısının Beyləqan şəhər ərazi nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 2326 nömrəli arayışından müəyyən olunur ki, AZ-İİ 113861 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X16 xx.xx.2009-cu il tarixdə vəfat etmiş və vəfat etdiyi günə qədər Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yaşamışdır. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 11 may 2018-ci il tarixli vəsiyyətnamədən görünür ki, X21 ona məxsus bütün əmlakını övladı X25 vəsiyyət etmişdir. İş materiallarına əsasən Əhmədova (Nağıyeva) Dilbər Bağır qızı xx.xx.2019-cu il tarixdə vəfat etmişdir İş materiallarında olan notarial qaydada təsdiq olunmuş ərizələrdən görünür ki, X1 övladları X37, X24 və X28 atalarından miras qalmış əmlaklarla bağlı pay hüquqlarından imtina etmişlər. İş materiallarında olan X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A 293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və reyestr nömrəsi **********89-10301, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışa əsasən, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2010-cu il tarixli, 28 nömrəli sərəncamına əsasən 614,49 kv.m torpaq sahəsi ilə bağlı X19 adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 2 ünvanında yerləşən həmin 614,49 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X19 adına çıxarışla rasmiləşdirilmişdir. İş materiallarında olan X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A 293829 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinə və reyestr nömrəsi **********29, qeydiyyat tarixi xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışa əsasən, Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2010cu il tarixli, 28 nömrəli sərəncamına əsasən 599,11 kv.m torpaq sahəsi ilə bağlı X8 adına Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş, ünvan 8 ünvanında yerləşən həmin 599,11 kv.m torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X8 adına çıxarışla rasmiləşdirilmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 24 sentyabr 2013-cü il tarixli, 2(020)-765/2013 nömrəli qətnəməsinin surətindən görünür ki, X9 məxsus mirasın İddiaçı tərəfindən qəbul edilməsi üçün buraxılmış müddət üzürlü hesab edilməklə uzadılmışdır. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 Oqtay Abbas oğlunun xx.xx.2009-cu il tarixdə vəfat etmiş atası X1 vərəsəsi olduğunu və onun miras əmlakı olan torpaq sahəsinin ½ hissəsini almalı olduğunu təsdiq etmişdir. İş materiallarında olan 17 avqust 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə Beyləqan rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X2 Oqtay Abbas oğlunun mərhumə X10 vərəsəsi olduğunu və miras əmlakdan 1/8 hissədə pay almalı olduğunu təsdiq etmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin məhkəməyə daxil olmuş xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubuna əlavə edilmiş siyahıdan görünür ki, X29 ayrılmış 0,06 ha torpaq sahəsinin qeydiyyat nömrəsi 237, mərhum X16 ilə mərhumə X10 birgə mülkiyyətinə ayrılmış 0,06 ha torpaq sahəsinin qeydiyyat nömrəsi 238, X31 və 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə ayrılmış 0,06 ha torpaq sahəsinin qeydiyyat nömrəsi 239-dur. Lakin X1 və X19 adlarına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən görünür ki, mərhum X9 ayrılmış, qeydiyyat nömrəsi 238 olan torpaq sahəsi həmin nömrə ilə X19 adına uçota alınmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən fərdi yaşayış evinin tikintisi üçün atası mərhum X9 ayrılmış torpaq sahəsi üzrə Torpaq sahəsinin planı və ölçüsü sənədinin X19 adına tərtib edildiyini və ½ pay hüququna malik olduğu həmin torpaq sahəsinin xx.xx.2017-ci il tarixli, Seriya RX ******* nömrəli çıxarışla X19 adına rəsmiləşdirildiyini iddia etməklə qeyd olunan çıxarışın ləğv edilməsini tələb edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində, yoxsa Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 ha torpaq sahəsinin üzərində inşa edilmişdir? - Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi 1972-1977-ci illərdə, yoxsa 2010-2013-cü illərdə inşa edilmişdir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 10/3222 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - Qeyd olunan 0.06 ha torpaq sahəsinin ərazisi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, X19 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdə yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, qonşuluqda İddiaçı mərhum atası X8 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsi mövcuddur. Ona görə də X1 yuxarıda qeyd olunan sənəd üzrə sərhəddi müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: - Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, X19 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsinin sənəd üzrə sərhəddi müəyyən edilmişdir. - Qərardadın üçüncü sualı üzrə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən, X19 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən 170.97 kv.m fərdi yaşayış evinin 157.43 kv.m hissəsi Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 12 ünvanında ayrılmış 0.06 ha torpaq sahəsi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, X19 xüsusi mülkiyyətində olan 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdir) üzərində və 13.54 kv.m hissəsi isə X1 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsinin ərazisində inşa edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: - Beyləqan (o zaman Jdanov) şəhər ZDS İKnin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 12 ünvanında ayrılmış 0.06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən, X25 ayrılmış 614,49 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür Qeyd: X1 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə uçota alınmış A № ******* nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsinin 94.65 kv.m hissəsi X31 tərəfindən istifadə olunur. - Qərardadın beşinci sualı üzrə: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən, X19 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin 1977-1977-ci illərdə və yaxud 2010-2013-cü illərdə inşa edilməsinin müəyyən edilməsi tikinti-texniki ekspertinin səlahiyyətinə aid deyildir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuşdur. Ekspertiza qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 ha torpaq sahəsinin naturada və sənəd üzrə yeri və koordinatları müəyyən edilsin. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evi Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin üzərində, yoxsa Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 ha torpaq sahəsinin üzərində inşa edilmişdir? - Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 9 ünvanında ayrılmış 0,06 ha həyətyanı torpaq sahəsinin koordinat göstəriciləri ilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 ha torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşürsə, hansı hissədə və hansı ölçüdə üst-üstə düşməsi müəyyən edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2044 nömrəli ekspert rəyində aşağıdakılar bildirilmişdir: - Qərardadın birinci sualı üzrə: - Qeyd oluan 0.06 ha torpaq sahəsinin ərazisi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, X19 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdə yerləşir. Eyni zamanda müəyyən olunmuşdur ki, qonşuluqda İddiaçı mərhum atası X8 ləğv edilmiş Dövlət Torpaq və X3 rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № 239829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsi mövcuddur. Ona görə də X1 yuxarıda qeyd olunan sənəd üzrə sərhəddi müəyyən edilmişdir. - Qərardadın ikinci sualı üzrə: - Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A № 293830 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən X19 xüsusi mülkiyyətinə verilmiş 614.49 kv.m torpaq sahəsinin sənəd üzrə sərhəddi müəyyən edilmişdir. - Qərardadın üçüncü sualı üzrə: - Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı № ******* nömrəli Çıxarışa əsasən X19 mülkiyyətində olan ünvan 14 ünvanında yerləşən 170.97 kv.m fərdi yaşayış evinin 157.43 kv.m hissəsi (Beyləqan (o zaman Jdanov) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 15 ünvanında ayrılmış 0.06 ha torpaq sahəsi ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X19 xüsusi mülkiyyətində olan 614.49 kv.m torpaq sahəsi eyni ərazilərdir) üzərində və 13.54 kv.m hissəsi isə X1 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A Ne 293829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən, xüsusi mülkiyyətinə verilmiş 599.11 kv.m həyətyanı torpaq sahəsinin ərazisində inşa edilmişdir. - Qərardadın dördüncü sualı üzrə: - Beyləqan (o zaman Jdanov) şəhər ZDS İKnin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ünvan 15 ünvanında ayrılmış 0,06 ha torpaq sahəsinin koordinat göstəriciləri ilə Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 may 2010-cu il tarixli, 28 nömrəli qərarına əsasən X25 ayrılmış 614,49 kv.m torpaq sahəsinin koordinat göstəriciləri üst-üstə düşür. Göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə məhkəməyə təqdim edilmiş istər xx.xx.2023-cü il tarixli, 10/3222 nömrəli və istərsə də xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/2044 nömrəli ekspert rəylərində Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə cavabdeh inzibati orqan tərəfindən Beyləqan Rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2010-cu il tarixli, 28 nömrəli sərəncamına əsasən X19 adına xx.xx.2010-cu il tarixli, A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və xx.xx.2017-ci il, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş 614,49 kv.m torpaq sahəsi 13,54 kv.m istisna olmaqla eyni ərazilərdir. X5 adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli, A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi məhz Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən X9 fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsinə tərtib edilmişdir. Həmçinin, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin 30 oktyabr 2014-cü il tarixli, **********0 nömrəli məktubunda mərhum X9 məxsus yaşayış evinin onun adına X36 kitabında xx.xx.2010-cu il tarixdə 237 nömrə ilə uçota alınmış A № 239829 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan torpaq sahəsində olmadığı bildirilir. Bu isə o deməkdir ki, mərhum X9 məxsus fərdi yaşayış evi X19 adına tərtib edilmiş və X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunan torpaq sahəsində yerləşir. Yəni, X36 kitabında xx.xx.2010-cu il tarixdə 238 nömrə ilə uçota alınmış A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi X1 adına tərtib edilməli olduğu halda, X19 adına tərtib edilmişdir. Beləliklə, iş üzrə təqdim edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sənədlərə əsasən Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən iddiaçı X13 atası mərhum X16 və ailə üzvlərünə fərdi yaşayış evinin tikintisi üçün birgə mülkiyyət hüququ əsasında ayrılmış 0.06 ha torpaq sahəsi həmin torpaq sahəsində pay hüququna malik iddiaçının razılığı olmadan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X19 adına xx.xx.2010-cu il tarixli A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və qeyd olunan sənəd əsasında sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışla tam mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmiş, bununla da qanunvericiliyin tələbləri cavabdeh inzibati orqan tərəfindən ciddi şəkildə pozulmaqla iddiaçının hüquqlarına kobud müdaxiləyə yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən iddiaçı X13 atası mərhum X16 və onun ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi ilə bağlı ailə üzvlərinin payları müəyyənləşdirilmədiyindən həmin torpaq sahəsi ümumi birgə mülkiyyətdə olan torpaq sahəsidir. Mülki Məcəllənin 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Həmin Məcəllənin 213.7-ci maddəsinin tələbinə görə ümumi mülkiyyətdə olan əşya digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyula bilər və ya başqa şəkildə yüklü edilə bilər. Həmin Məcəllənin 222.1-ci maddəsinə əsasən birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.2-ci maddəsinin tələbinə görə birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Həmin Məcəllənin 223.2-ci madəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Göründüyü kimi, qanunvericiliyin yuxarıda sadalanan maddi hüquq normaları ümumi birgə mülkiyyətdə olan əşyaya (hazırki mübahisədə torpaq sahəsinə) dair sərəncam vermək hüqunun bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilməli, habelə ümumi birgə mülkiyyətdə olan əşyanın digər mülkiyyətçilərlə razılaşma əsasında mülkiyyətçilərdən birinin xeyrinə və mənafeyi üçün girov qoyulmalı və ya başqa şəkildə yüklü edilməli olduğunu tələb edir. Cavabdeh inzibati orqan istər X19 adına tərtib edilmiş xx.xx.2010-cu il tarixli, A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün və qeyd olunan sənəd əsasında tam mülkiyyət hüququ ilə onun adına rəsmiləşdirilmiş sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli çıxarışın verilməsinin birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin digər iştirakçısının, yəni X13 razılığı əsasında həyata keçirildiyini təsdiq edən hər hansı bir sübut növünü məhkəməyə təqdim etməmişdir. Halbuki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.3-cü maddəsinin tələbinə görə bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmamasının müəyyən edilməsi cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə daxildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər (maddə 2.3). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4). Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Həmin Qanunun 13.7-ci maddəsinə görə üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı X26 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Jdanov (indiki Beyləqan) şəhər ZDS İK-nin xx.xx.1972-ci il tarixli, 09 saylı iclas protokolunun qərarına əsasən mərhum X16 və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.06 ha torpaq sahəsi üzrə X19 adına tərtib olunmuş xx.xx.2010-cu il tarixli, A293830 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında sözügedən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququnu təsdiq edən xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli Dövlət reyestrindən çıxarışın ləğv edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mübahisəyə qiymət verərkən qanunvericiliyin aşağıdakı müddəalarını qeyd etməyi zəruri sayır: «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 36.3-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. Həmin Qanunun 36.4-cü maddəsinə görə qəbul olunması nəzərdə tutulan inzibati akt üçüncü şəxslərin qanunla qorunan maraqlarına toxunacağı halda, inzibati orqan onları öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatətinə əsasən iştirakçı kimi icraata cəlb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 108-ci maddəsinə görə prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumundan və digər ödəmələrdən) və hüquq müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir (maddə 108.1). Dövlət rüsumları, vəkilin və ya nümayəndənin haqqı və digər xərclər qanunvericiliyə uyğun olaraq ödənilməlidir. Qanunvericilikdə həmin ödəmələrin məbləğinin müəyyən edilmədiyi hallarda, məhkəmə özü ağlabatan məbləğ təyin edir (maddə 108.2). Həmin Məcəllənin 110.1-ci maddəsinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları məcmu şəkildə qiymətləndirərk məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, X19, X11, X20, X14 və X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulmalı, iş üzrə təyin edilmiş ekspertizaların xərci kimi 100 (bir yüz) manat (iki ekspertiza üzrə) pul vəsaiti iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci. 62-ci, 68 – 69-cu, 75ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. X19, X11, X20, X14 və X15 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan Seriya RX ******* nömrəli Dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 (bir yüz) manat pul vəsaiti iddiaçı X12 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X6, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-120/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-120/2024
11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver