Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1200/2021 19.08.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ İş № 2-1(120) –1200/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRARDAD Şirvan İnzibati Məhkəməsi Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi İddiaçı Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2- 1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 01 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizəsinə 19 avqust 2021-ci il tarixdə məhkəmənin binasında (ünvan: Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, 10) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi” tələbinə dair iddiası Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı ilə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində müvafıq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarından üçüncü şəxs İmişli rayonu Qulubəyli Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1 (106)-130/2018 saylı qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1(106)-130/2018 saylı qərarından üçüncü şəxs İmişli rayonu Qulubəyli Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2-1(102)-1804/2018 nömrəli qərardadı ilə mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilməsi qərara alınmış və qərar qanuni qüvvəsini almışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərilmişdir. Lakin qərar icra edilmədiyi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarın icrası icra sənədi verilməklə Cavabdehnə göndərilmişdir. Cavabdeh 16 noyabr 2018-ci il tarixli qərarı ilə icraata başlanılmış və 01.05.2019-cu il tarixdə məhkəməyə daxil olmuş 08.04.2019-cu il tarixli qərarla Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarının icrası ilə bağlı başlanılmış icra icraatına xitam verilmişdir. Qərar “İcra haqqında” Qanunun 20.1.5-ci və 20.2-ci və 85-ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli icra vərəqəsi tam icra olunmuşdur. İddiaçı Ocaqov X12 İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2- 1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədinin icrasına xitam verilməsi barədə Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadı ilə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2- 1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədinin icrasına xitam verilməsi barədə Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadından Cavabdeh icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X20 tərəfindən verilmiş şikayət Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 avqust 2019-cu il tarixli, 2-1(106)-619/2019 saylı qərardadı ilə Cavabdeh Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadından şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, Cavabdeh Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadından verilmiş şikayətin qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh 01 mart 2021-ci il tarixli qərarı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarının icrası ilə bağlı başlanılmış icra icraatına xitam verilmişdir. Qərar “İcra haqqında” Qanunun 20.1.5-ci və 20.2-ci və 85ci maddələrinə istinadən onunla əsaslandırılmışdır ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli icra vərəqəsi tam icra olunmuşdur. Ocaqov X12 İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)- 369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 01 mart 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə ərizə ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Cavabdeh 01 mart 2021-ci il tarixli qərarı ilə, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-l(086)-369/2018 saylı, 25 yanvar 2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Cavabdeh 01 mart 2021-ci il tarixli qərarından narazıdır və ona görə də, sözügedən qərarın ləğv edilməsi üçün məhkəməyə şikayət edir. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-369/2018 saylı, 25 yanvar 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulması qərara alınmışdır. Ona verilmiş 0.12 ha torpaq sahəsi ilə bağlı 01.06.2007-ci il tarixli, 139 saylı rəy ona əlavə edilmiş plan və akt (qeydiyyatı olmayan) əsasında həmin ərazi ona təhvil verilmişdir. Ona DT və XK-nin İmişli rayon şöbəsinin baş məsləhətçisi X6 və Qulubəyli Bələdiyyəsinin sabiq sədri X1 təhvil verdiyi yerin bir tərəfi kənd mağazası və mağazaya gedən yoldur. Digər tərəfi isə kənd orta məktəbin setka zaboru və bir tərəfi su arxı təşkil edir. Su arxının arxası isə atasının həyətyanı torpaq sahəsidir. Həmin məhkəmənin qərarı icra olunmadığı üçün və eyni zamanda kənd İcra Nümayəndəsinin əməkdaşı və həmçinin Qulubəyli Bələdiyyəsinin sabiq sədri Qalib Nağıyevin qardaşı X4 bələdiyyədən aldığı yerin icra olunmasına imkan vermədiklərinə görə atası X13 DT və XKnin İmişli rayon Şöbəsinin baş məsləhətçisi X9 zəng etmişdir. Ona məxsus yerin satılmasını Tofıq Həsənova bildirmişdir. Tofiq Həsənov demişdir ki, torpaq komitəsi torpaq satmır. Torpaq sahələrini bələdiyyə satır və eyni zamanda X14 ilə ona verilən yer 10 ildən artıq olmasını bildirmişdir. Bundan əlavə olaraq o bildirmişdir ki, Qulubəyli kənd İcra Nümayəndəsi və kənd Bələdiyyəsi heç kimdir, sənin əlində sənədin var. Səs yazısını ərizəsinə əlavə etmişdir. Ona təhvil verilmiş 0.12 ha torpaq sahəsinə plan ölçü sənədi almış (şikayətinə əlavə etdiyi şəkildə göstərilən əraziyə) və həmin torpaq sahəsinə cavabdeh orqan tərəfindən çıxarış almışdır. Sonradan ona məlum olmuşdur ki, torpaq sahəsi təkrar olaraq kənd sakini X7 10.11.2009-cu il tarixli, 12 saylı qərar əsasında təkrar olaraq satılmışdır. O, bu barədə cavabdeh daşınmaz əmlaka 04.01.2014-cü il tarixdə (mülki işin içində var) müraciət edərək, döngə, nöqtə və koordinatları göstərməyi xahiş etsə də, ƏMDK-nin sədr müavini R.Cəlilov tərəfindən ona göndərilmiş 23.01.2014-cü il tarixli, **********67 saylı məktub əsasında bildirir ki, qurumun 6 saylı Ərazi idarəsinə təqdim etdiyi sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı DT və XK Komitəsinin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilmiş döngə nöqtələrinin koordinatları ilə faktiki döngə nöqtələrin koordinatları arasında uyğunsuzluğun sənəd üzrə göstəricilərlə naturadakı göstəricilər arasında fərq vardır. Hansı ki, çıxarışı verə-verə imtina vermişdir. Ona çıxarışın koordinatlarını yerində icra edən Natiq adlı şəxsdir (hal-hazırda İmişli Asan Xidmət Mərkəzində oturur). Ərizəsinə və vəsatətinə Natiq adlı şəxsin səs (*** *** ** **) yazısını sübut kimi əlavə edir. Natiq bildirir ki, mağazanın yanının koordinatlarını vurmuşdur. Həmin ərazidə ev tikə bilməmişdir deyə 06.11.2009-cu il tarixli aktdan görünür ki, X10 məxsus 0.47 ha həyətyanı torpaq sahəsinin bir tərəfində qonşusu X16, bir tərəfi X21, bir tərəfi X11, bir tərəfı X19 həmin qonşuluqda və orada 2 otaqlı çiy kərpicdən olan evi 2200 manata atası almışdır. Bildirir ki, İmişli rayonu Qulubəyli kənd sakini X14 02.12.2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə, aidiyyəti qurumlara və həmçinin Şirvan İnzibati- İqtisadi Məhkəməsinə şikayət ərizəsi ilə bildirmişdir ki, İmişli rayonu Qulubəyli Bələdiyyəsinin 10.11.2007-ci il tarixli müvafiq qərarı ilə İddiaçı 0.12 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. İmişli rayonu Qulubəyli Bələdiyyəsinin 10.11.2009-cu il tarixli, 12 saylı qərarı ilə 2-ci qrup Qarabağ əlili olduğu nəzərə alınmaqla ona 0.12 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülkiyyətinə verilən torpaq sahəsi 10.12.2009-cu il tarixdə DT və XK-nin İmişli rayon şöbəsində 74 saylı qeydiyyata alınmışdır. DƏDRX-nin müvafiq ərazi idarəsinin 08.05.2013-cü il tarixdə 0.12 ha həyətyanı torpaq sahəsinə görə İddiaçı adına verilmiş RX ******* saylı Çıxarış sənədi xidmətin mütəxəssisləri tərəfindən bilərəkdən yol verdikləri səhv nəticəsində ona aid olan torpaq sahəsinin bir hissəsi və bələdiyyə mülkiyyətinə aid olan alqı-satqı predmeti olmayan yolu İddiaçı adına sənədləşdirmişdir. Digər tərəfdən RX ******* saylı çıxarış sənədi ilkin olaraq İmişli rayon torpaq şöbəsi tərəfindən hazırlanmış cizgi-plan sənədi və torpaq sahəsinin planı və ölçü sənədi ilə ziddiyyət təşkil edir. Onun göstərdiyi ziddiyyətlər hamısı yalandır. O, 3-cü şəxs kimi məhkəməyə cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-1588/2020 saylı qərardadı ilə X5 0.12 ha torpaq sahəsi üzrə iddiası mümkün sayılmamışdır. Qərardad hal-hazırda qüvvədədir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Əlavə edir ki, Cavabdeh 01 mart 2021-ci il tarixli qərarı ona poçt vasitəsi ilə 02 iyun 2021-ci il tarixdə verilibdir. Göstərilənlərə əsaslanaraq, Cavabdeh 01 mart 2021-ci il tarixli “İcra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarın ləğv edilməsi məhkəmədən xahiş olunur. Cavabdeh Beyləqan rayon İcra və Probasiya şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X20 məhkəməyə ərizəyə qarşı yazılı etirazını təqdim etmişdir. Etirazda bildirilmişdir ki, ərizə əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-369/2018 saylı, 25.01.2018-ci il tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə İmişli rayonu Qulubəyli bələdiyyəsinin 10.11.2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyatyanı torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərin, sərhədlərin müəyyənləşdirilməsi və .s) öhdəliyi qoyulmuşdur. İcra sənədi Cavabdeh icraatına daxil olmuş, tərəflərindən 14.11.2018-ci il tarixdə qeydə alınaraq 226488/2018 saylı icra işi açılmış, tərəflərə və məhkəməyə məlumat verilmişdir. Həyata keçirilmiş icra tədbirləri nəticəsində sözügedən icra sənədi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmuş İmişli rayonu Qulubəyli bələdiyyəsinin 10.11.2017-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyatyanı torpaq sahəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakm Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin nümayəndələri tərəfindən bir neçə dəfə müvafiq mərzçəkmə işləri aparılmış və icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi X13 tanış edilmişdir. Ancaq tələbkarın etibarnamə üzrə nümayəndəsi X13 bununla razılaşmamış və icra sənədində göstərilən torpaq sahəsindən kənarda yerləşən torpaq sahəsinin verilməsini iddia etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik kimi qoyulmuş İmişli rayonu Qulubəyli bələdiyyəsinin 10.11.2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyatyanı torpaq sahəsində mərzçəkmə işlərini aparması və icra sənədi üzrə tələbkarın etibarnamə üzrə nümayəndəsi X8 göstərilməsi ilə icra sənədi üzrə tələb tam icra edilmişdir. Ancaq tələbkarın etibarnamə üzrə nümayəndəsi X3 tələbi icra sənədində göstərilən tələbdən əlavə tələb iddia etdiyindən və həmin tələb qanunsuz olduğundan icra etmək mümkün olmamışdır. Göstətilənlərə və “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 20.1.5-ci, 20.2-ci və 85-ci maddələrini rəhbər tutuaraq sözügedən icra sənədinin icraatına 01.03.2021-ci il tarixdə xitam verilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən İddiaçı ərizəsi əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına ərizəçinin nümayəndəsi X13 gəlmiş, Cavabdeh nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X13 ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, Cavabdeh qərarını iş materialları ilə birgə araşdırıb hesab edir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-l(086)-369/2018 saylı, 25 yanvar 2018-ci il tarixli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 01 mart 2021-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə icra tədbirləri davam etdirilməlidir. Belə ki, iş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 saylı icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulmuşdur. İş materiallarında olan Cavabdeh 08 aprel 2019-cu il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 saylı icra sənədi tam icra olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarının surətindən görünür ki, İddiaçı Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarının ləğvi barədə ərizəsi təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarından həmçinin aydın olur ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarında icra sənədinin tam icra olunduğu qeyd edilsə də, bu işin faktiki halları ilə öz təsdiqini tapmır. Belə ki, tələbkar həmin qərardan şikayət verərək icra sənədinin onun məzmununa uyğun icra edilmədiyi, iş üzrə cavabdeh inzibati orqan tərəfindən 08.05.2013-cü il tarixli, AA 005808 nömrəli plan və ölçü əsasında verilmiş 0,12 ha torpaq sahəsinin koordinatlarının düzgün göstərilmədiyi, tamamilə başqa sahə göstərildiyi bildirilmişdir. Məhkəmə hesab etmişdir ki, icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi bilik tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edə bilər. İş materiallarında olan icra sənədinin icraatına xitam verilməsi ilə bağlı qərarın qəbul olunmasına əsas olmuş 02 aprel 2019-cu il tarixli akt tərtib olunarkən iş üzrə mütəxəssis kimi icra sənədi üzrə cavabdeh inzibati orqanın nümayəndəsi iştirak etmişdir. İş materiallarında olan Cavabdeh 01 mart 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarının surətindən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 saylı icra sənədi tam icra olunduğundan həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, tələbkar İddiaçı etibarnamə üzrə nümayəndəsi X13 göstərilən ərazi ilə razılaşmayaraq başqa ərazinin ona verilməsi tələbini irəli sürmüş, bu da tələbdə göstərilmədiyindən mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan ərazi idarəsinin yerquruluşu üzrə mühəndisi X2, İmişli rayonu Qulubəyli kənd İƏD üzrə nümayəndəliyinin baş mühasibi X17, İmişli rayonu Qulubəyli kənd sakini İddiaçı, İmişli rayonu Qulubəyli kənd bələdiyyəsinin nümayəndəsi X1 iştirakı ilə tərtib edilmiş 14.08.2020-ci il tarixli Aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə verdiyi ərizə və Cavabdeh məktubu əsasında İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsinə baxış keçirilmişdir. İnventarlaşdırma işləri (çöl ölçmə) zamanı İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə dair ləğv edilmiş DT və XK-nin İmişli rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 060687 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş **********82 reyestr nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndə göstərilən döngə nöqtələrinin koordinatları təyin edilərkən ona göstərilsə də, İddiaçı inventarlaşdırma işlərinin (çöl ölçmə) aparılmasından narazı qalmış və inventarlaşdırma işləri (çöl ölçmə) zamanı tərtib edilmiş aktı imzalamqdan imtina etmişdir. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 3(020)-392/2020 saylı qərarının surətindən görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(086)-369/2018 saylı, 25.01.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə İmişli rayonu Qulubəyli bələdiyyəsinin 10.11.2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyatyanı torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərin, sərhədlərin müəyyənləşdirilməsi və .s) öhdəliyi qoyulmuşdur. İcra sənədi Cavabdeh icraatına daxil olmuş və “İcraata başlamaq haqqında” qərar qəbul edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinə icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Ona görə də icra məmuru tərəfindən DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmin qərardan aydın olur ki, məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsi icra sənədi üzrə olan tələbi təmin etdiyindən onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində göstərilən inzibati xətanın tərkibi yoxdur. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11.02.2021-ci il tarixli, 3(106)-34/2021 saylı qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 3(020)-392/2020 saylı qərarından tələbkar İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Beyləqan Rayon Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 3(020)-392/2020 saylı qərarı şikayətə əsasən dəyişdirilmədən saxlanılmışdır. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında MPM-nin müddəaları tətbiq oluna bilər. Həmin Məcəllənin 116.1-ci maddəsinə görə bu Məcəllə ilə başqa qaydanın nəzərdə tutulmadığı hallarda, məhkəmə qərarlarının icrası ilə bağlı MPM-nin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları tətbiq olunur. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə; məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;tələbkar və borclu öldükdə;ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə,əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə;icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə və ya digər orqanın qərarı və yaxud qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə; qanun əsasında borclunun dövlətə olan borcu silindikdə; icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qrumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.6-cı maddəsinə əsasən icraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır. Həmin Qanunun 40.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi zamanı xüsusi biliklər tələb edən məsələləri izah etmək üçün icra məmuru öz təşəbbüsünə və ya tərəflərin ərizəsinə əsasən mütəxəssis (bir neçə mütəxəssis) dəvət edir və bu barədə icra məmuru tərəfindən qərar qəbul olunur. İşin faktiki hallarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin naturada yerinin müəyyən edilməsi” tələbinə dair iddiası Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı ilə təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinin üzərinə İmişli rayonu Qulubəyli Bələdiyyəsinin 10 noyabr 2007-ci il tarixli, 13 saylı qərarı ilə İddiaçı mülkiyyətinə verilmiş 0.12 ha həyətyanı torpaq sahəsində müvafiq mərzçəkmə işlərinin aparılması (naturada yerlərinin, sərhədlərinin müəyyənləşdirilməsi və s.) öhdəliyi qoyulması qərara alınmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarından üçüncü şəxs İmişli rayonu Qulubəyli Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1 (106)-130/2018 saylı qərarı ilə təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 aprel 2018-ci il tarixli, 2-1 (106)-130/2018 saylı qərarından üçüncü şəxs İmişli rayonu Qulubəyli Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 2-1(102)-1804/2018 nömrəli qərardadı ilə mümkün sayılmamış və onun icraata qəbulundan imtina edilməsi qərara alınmış və qərar qanuni qüvvəsini almışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Ərazi İdarəsinə göndərilmişdir. Lakin qərar icra edilmədiyi üçün Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadı ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2- 1(086)-369/2018 nömrəli qərarın icrası icra sənədi verilməklə Cavabdehnə göndərilmişdir. Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarına əsasən icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. Tələbkarın həmin qərardan verdiyi şikayət ərizəsi Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019-cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərardadı ilə təmin edilmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 08 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Bundan sonra Cavabdeh 01 mart 2021-ci il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi barədə” qərarına əsasən, Şirvan İnzibati- İqtisadi Məhkəməsi tərəfindən verilmiş 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 saylı icra sənədi tam icra olunduğu əsas gətirilərək həmin icra sənədi üzrə icraata xitam verilmişdir. Hazırda tələbkar həmin qərardan şikayət verərək və icra sənədi üzrə icra hərəkətləri ilə razılaşmayaraq bildirmişdir ki, inventarlaşdırma işləri (çöl ölçmə) düzgün aparılmamışdır. Bu səbəbdən də icra sənədinin icraatına xitam verilməsi ilə bağlı icra məmuru tərəfindən qəbul olunmuş qərarın ləğv edilməsini xahiş edir. Göründüyü kimi, hazırki işdə icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununu 20.1.5-ci maddəsinə əsasən, yəni icra sənədinin tam icra olunması əsası ilə xitam verilmişdir. Məhkəmə qeyd edir ki, icra sənədinin düzgün icra edilməməsi, icra sənədi üzrə icra hərəkətlərinin tam yerinə yetirilməməsi kimi qiymətləndirilir və icra sənədinin tam icra olunmasını istisna edir. İcra məmuru sözügedən icra sənədi üzrə icraata xitam verərkən, öz qərarında icra sənədinin tam icra olunmasını qeyd etsə də, bu hal sübuta yetirilməmişdir. Belə ki, iş materiallarında olan icra sənədinin icraatına xitam verilməsi ilə bağlı qərarın qəbul olunmasına əsas olmuş 14.08.2020-ci il tarixli aktdan görünür ki, İddiaçı məxsus olan 0,12 ha torpaq sahəsinə baxış keçirilmiş və inventarlaşdırma işləri (çöl ölçmə) zamanı İddiaçı inventarlaşdırma işlərinin (çöl ölçmə) aparılmasından narazı qalmış və inventarlaşdırma işləri (çöl ölçmə) zamanı tərtib edilmiş aktı imzalamqdan imtina etmişdir. Bundan başqa, sözügedən aktdan görünür ki, həmin akt tərtib olunarkən iş üzrə mütəxəssis kimi yenə də icra sənədi üzrə cavabdeh inzibati orqanın nümayəndəsi (mühəndisi) iştirak etmişdir. Halbuki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 03 iyun 2019cu il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarından görünür ki, məhkəmə Şirvan İnzibati- İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədinin icrasına xitam verilməsi barədə Cavabdeh 08 aprel 2019cu il tarixli qərarının ləğv edilməsi, iş üzrə icra tədbirlərinin davam etdirilməsi barədə qərarında icra sənədinin icraatına xitam verilməsi ilə bağlı qərarın qəbul olunmasına əsas olmuş 02 aprel 2019-cu il tarixli akt tərtib olunarkən iş üzrə mütəxəssis kimi icra sənədi üzrə cavabdeh inzibati orqanın nümayəndəsi iştirak etdiyini vurğulasa da, icra sənədi üzrə həmin sahəyə yenidən baxış keçirilərkən və inventarlaşdırma işləri (çöl ölçmə) aparılarkən yenə də cavabdeh inzibati orqanın nümayəndəsinin (mühəndisi) iştirak etdiyi aydın olur. Göründüyü kimi, Cavabdeh məhkəmənin qanuni qüvvədə olan qərardadındakı mövqeyə də əhəmiyyət verməmiş və nəzərə almamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair Beyləqan Rayon Məhkəməsinin 16 dekabr 2020-ci il tarixli, 3(020)-392/2020 saylı qərarı hazırki işə münasibətdə preyudisiya keyfiyyəti əldə etmir. Belə ki, İPM-nin 58.8-ci maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı icra olunmadığından, həmin qərar əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 01 mart 2021-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinin tələbləri nəzərə alınaraq icra üzrə icra tədbirləri davam etdirilməlidir. X15-İqtisadi Məhkəməsinin 25 yanvar 2018-ci il tarixli, 2-1(086)-369/2018 nömrəli qərarı əsasında verilmiş icra sənədinin icrasına inzibati orqanların törətdikləri maneələrə görə onların əməllərinə hüquqi qiymət verilərək cinayət məsuliyyətinə cəlb edilməsi üçün Xüsusi Qərardad çıxarıb Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsinə dair vəsatətinə münasibətdə isə məhkəmə hesab edir ki, ərizəçinin həmin hallarla bağlı özünün müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmək hüququnun olduğu qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-l(086)-369/2018 saylı, 25 yanvar 2018-ci il tarixli qərarı əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə Cavabdeh 01 mart 2021-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə icra tədbirləri davam etdirilsin. Qərardaddan 10 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1200/2021
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1200/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver