Məhkəmə qərarları › İş №2-1(120)-1202/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1202/2023

18.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1202/2023 18.07.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (“Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “2-ci dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin inzibati binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. Məhkəmənin 29 noyabr 2022-ci il tarixli qərardadı ilə “Salyan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Sonradan iddiaçı dəqiqləşmə barədə ərizə təqdim edərək, əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, “Tibbi-Sosial Ekspertiza Komissiyasının xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbi bаrədə iddia ərizəsi iddiaçı və cavabdeh olduğu kimi saxlanılaraq, iddia tələbinə “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi bаrədə iddia ərizəsi iddiaçı və cavabdeh olduğu kimi saxlanılaraq, iddia tələbinə “2-ci dərəcəli əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi bахılmаsı qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1998-ci il təvəllüdlüdür. Salyan rayonu, Çadırlı kəndində qeydiyyatdadır. 2014-cü ildən böyrək çatışmazlığından əziyyət çəkir. Xəstəlik xronikidir və 3-cü mərhələdədir. Yanaşı xəstəliyi isə xroniki nefrotik sindromudur. 2016-cı ildə 2-ci qrup əlillik verilmişdir.Tibbi-Sosial Ekspertiza Komissiyasının (bundan sonra, TSEK) xx.xx.2022-ci il tarixli Qərarına əsasən, əlilliyin təyin olunmasından imtina edilmişdir. Buna səbəb kimi əlavə müalicəyə ehtiyacın olması və müalicə müddətinin az olması göstərilmişdir. Aşağıdakı əsaslarla Qərarla razı deyil və etiraz edir. O qanuna uyğun olaraq müvafiq müddətdə müalicə də almışdır. Lakin, bütün bunlara, o cümlədən, müvafiq müddətdə müalicə aldığını təsdiq edənsənədlərin olmasına baxmayaraq, TSEK əlilliyin təyin olunmasından imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, icraatınızda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbinə dair iş üzrə bildiririk ki, iddiaçının əlillik vəziyyətinə Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.8 - Digər xroniki tubulointerstisial nefrit... Diaqnozun mətni: Xroniki qlomerulonefrit, qarışıq forma. Böyrək funksiyasının pozulması. Reaktiv hepatit. Sitomeqalavirus infeksiyası; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Xroniki qlomerulonefrit, qarışıq forma. Böyrək funksiyasının pozulması. Reaktiv hepatit. Sitomeqalavirus infeksiyası” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif- Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N00 - Kəskin nefritik sindrom; Diaqnozun mətni: xr qlomerulonefrit kəskinləşmələrlə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11,9,N13- N13.9,N14-N14.4,N18-N18...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom, -- Xrcniki qlomerulonefrit.qarışıq forma.Xroniki böyrək xəstəliyi İİ mərhələ, -XBÇ İİİ mər. Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozu və ağirlaşmasi ilə əlaqədər M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: N03 Xronik nefritik sindrom. Xroniki qlomerulonefrit,qarışıq forma. Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ İİİ mər. Yanaşı xəstəliklər D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom;Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması -Səbəb: Müayinələr ağırlaşmaları təsdiq etmir. Dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Əsas diaqnoz N03 Xronik nefritik sindrom, -Xroniki qlomerulonefrit, qarışıq forma. Ağırlaşma N28.1 Qazanılmış böyrək kistası, --Sağ böyrəyin kistası. Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, -XBÇ İİİ mər. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Forma 88-də göstərilmiş müayinələrin nəticələri xəstəliyin ağırlıq dərəcəsini təstiqləmir. Dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom. Xroniki qlomerulonefrit,qarışıq forma. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom, Diffuz mezangial proliferativ qlomerulonefrit. Xroniki qlomerulonefrit, qarışıq forma. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təstiq edən instrumental müayinələr ətraflı qeyd edilsin” səbəoi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ mər, nefrogen forma. Xroniki nefritik sindrom. Xroniki qlomerulonefrit, qarışıq forma. XBÇ İİİ mər. Sağ böyrəyin kistası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir.Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinə Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli sonuncu göndərişi əsasında qiymətləndirilmiş və “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə əliliyin təyin edilməsindən imtina edilmişdir. Odur ki, iddiaçının ixtisaslaşdırılmış müalicə müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir.Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydasr'nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydasfnm 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarlan"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1 -ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı- ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"na əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in səcri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq, vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan adsızlaşdırılmış sənədlərlə qiymətləndirilməklə müəyyən edilir.Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianə müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və üçüncü şəxsəməhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, nümayəndələri məhkəmə iclаsınа gəlməmişdir və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə üçüncü şəxs və cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdən, iddiaçıya Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar; X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N10-N16 - Böyrəyin tubulointerstisial xəstəlikləri => N11 - Xronik tubulointerstisial nefrit => N11.8 - Digər xroniki tubulointerstisial nefrit... Diaqnozun mətni: Xroniki qlomerulonefrit, qarışıq forma. Böyrək funksiyasının pozulması. Reaktiv hepatit. Sitomeqalavirus infeksiyası; Meyar: 2. İki il müddətinə: => DİGƏR: Xroniki qlomerulonefrit, qarışıq forma. Böyrək funksiyasının pozulması. Reaktiv hepatit. Sitomeqalavirus infeksiyası” səbəbi ilə 2 il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: XİV Sinif- Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N00 - Kəskin nefritik sindrom; Diaqnozun mətni: xr qlomerulonefrit kəskinləşmələrlə; Meyar: 2.2 İkinci dərəcə əlillik => 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03,N11,9,N13-N13.9,N14-N14.4,N18-N18...” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi təyin edilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom, --Xrcniki qlomerulonefrit.qarışıq forma.Xroniki böyrək xəstəliyi İİ mərhələ, -XBÇ İİİ mər. Mərkəzə göndərilmənin /İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstənin diaqnozu və ağirlaşmasi ilə əlaqədər M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxana ixtisaslaşmiş müayinə və müalicə məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19 - Böyrək çatmamazlığı => N18 - Xronik böyrək çatmamazlığı => N18.0 - Böyrək zədələnmələrinin terminal mərhələsi; Diaqnozun mətni: N03 Xronik nefritik sindrom. Xroniki qlomerulonefrit,qarışıq forma. Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, XBÇ İİİ mər. Yanaşı xəstəliklər D63.8* Başqa rubrikalarda təsnif edilən digər xroniki xəstəliklər zamanı rast gəlinən anemiya, Renal anemiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: M. Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında müayinə və müalicə olunması məsləhətdir” səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Müayinələr ağırlaşmaları təsdiq etmir. Dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir. Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Əsas diaqnoz N03 Xronik nefritik sindrom, -Xroniki qlomerulonefrit, qarışıq forma. Ağırlaşma N28.1 Qazanılmış böyrək kistası, --Sağ böyrəyin kistası. Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələ, -XBÇ İİİ mər. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Forma 88-də göstərilmiş müayinələrin nəticələri xəstəliyin ağırlıq dərəcəsini təstiqləmir. Dəqiqləşdirilsin" səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom. Xroniki qlomerulonefrit,qarışıq forma. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicənin davam etdirilməsi məsləhət görülür” səbəbi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və "X1: XİV Sinif - Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N00-N08 - Yumaqcıq xəstəlikləri => N03 - Xronik nefritik sindrom; Diaqnozun mətni: Xronik nefritik sindrom, Diffuz mezangial proliferativ qlomerulonefrit. Xroniki qlomerulonefrit, qarışıq forma. Mərkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Ağırlaşmanı təstiq edən instrumental müayinələr ətraflı qeyd edilsin” səbəoi ilə imtina verilmişdir.Saylan Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Hipertoniya xəstəliyi İİ mər, nefrogen forma. Xroniki nefritik sindrom. Xroniki qlomerulonefrit, qarışıq forma. XBÇ İİİ mər. Sağ böyrəyin kistası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, iddiaçıya növbəti əlillik müddətinin təyinatından imtina edilmiş, buna səbəb kimi müalicə müddəti yetərli olmadığından “Əlavə müalicəyə ehtiyacın olması” qeyd olunmuşdur. Məhkəmənin xx.xx.2023-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1998-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş və Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olan və yaşayan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbisosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə qeyd olunmuş xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulmuş xəstəliklərə, yoxsa Əsasnamənin 2.3-cü bəndində nəzərdə tutulmuş xəstəliklərə aiddir? - Xəstənin sağlamlığında yaranmış əlilliyə gətirib çıxaran vəziyyət, aldığı qəlpə yarası ilə əlaqədar ola bilərmi? məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X3” X4 verdikləri 10 aprel 2023-cü il tarixli, T194/2023 saylı rəydə göstərilmişdir ki, Vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə 0321003AARXW nömrəli Forma 88-də qeyd edilmiş “Əsas diaqnoz: N03.3 Xronik nefritik sindrom, Diffiız mezangial proliferativ qlomerulonefrit, --Xroniki qlomerulonefrit, qarışıq forma. Ağırlaşma: Böyrək çatışmazlığı ilə müşayiət olunan, əsasən böyrəklərin zədələnməsi ilə hipertensiz (hipertoniya) xəstəlik, -- Hipertoniya xəstəliyi İİ mərhələ, nefrogen forma. Xfronik nefritik sindrom, --Xroniki nefritik sindrom, Xroniki böyrək xəstəliyi İİİ mərhələ, - XBÇ İİİ mər. Yanaşı xəstəlik: N28.1 qazanılmış böyrək kistası, --Sağ böyrəyin kistası” diaqnoz xəstənin anamnestik, kliniki, laborator-instrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmışdır. Vətəndaş İddiaçı yuxarıda qeyd edilən diaqnoz ilə əlaqədar əlavə bərpa müalicəsinə zərurət yaranarkən cəlb edilə bilər.Əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 10 aprel 2023-cü il tarixli, T194/2023saylı rəyi ilə İddiaçı müayinəsinin nəticəsi olaraq müəyyən olunmuş xəstəliyinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 4-cü “4. Sidik-cinsiyyət sisteminin xəstəlikləri” bölməsinin 4.1-ci “Qlomerulyar (yumаqcıq) xəstəliklər” yarımbölməsinin (xroniki nefritik sindromxroniki nefritik sindrom- N03 və s.) əhatə dairəsinə daxil edilmiş xəstəliklərə uyğunluğu müşahidə olunur. Həmçinin, İddiaçı “sağlamlıq imkanları məhdud uşaqlar” səbəbindən xx.xx.2014-cü il tarixdə aparılmış ilkin müayinə nəticəsində 2 il müddətinə sağlamlıq imkanalarının məhdudluğu əmək zəmanətinin verilməsi, xx.xx.2016-cı il tarixdə 5 il müddətinə “üumi xəstəlik” səbəbindən ikinci dərəcə əlilliyin təyin edilməsi, xx.xx.2021-ci il və xx.xx.2021-ci tarixlərdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən müvafiq qaydada qiymətləndirmə aparılaraq M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasında ixtisaslamış müalicə müddəti yetərli olmadığından, “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina olunması, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə “göndərişin natamam doldurulması” səbəbi ilə imtina edilməsi, xx.xx.2022-ci tarixdə ixtisaslamış müalicənin davam etdirilməsi məsləhət görüldüyündən, “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina olunması, xx.xx.2022-ci il tarixdə “göndərişin natamam doldurulması” səbəbi ilə imtina edilməsi, xx.xx.2022-ci tarixdə xəstənin müalicəsi yetərli olmadığı üçün “əlavə müalicəyə ehtiyacın olması” səbəbi ilə imtina olunması onu göstərir ki, iddiaçının əlilliyin qiymətləndirilməsi ilə bağlı ziddiyyətlər mövcuddur. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı xəstəlikləri ilə bağlı əlilliyinin yenidən qiymətləndirilməsinə zərurət vardır. Məhkəmənin qənaətinə görə yuxarıda qeyd olunan hallar zəruri inzibati icraat aparılmaqla cavabdeh inzibati orqan tərəfindən araşdırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi, inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə hesab edir ki, cavabdehin imtinasında imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar