Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1202/2024 02.04.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, N nömrəli hərbi hissənin tərkibində xx.xx.N-ci il tarixdən xx.xx.N-cü il tarixədək Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qedən döyüş əməliyyatlarında döyüş tapşırıqlarını yerinə yetirmişdir. Müharibə vaxtı aldığı travmaya əsasən 2008-ci ildən etibarən 3-cü qrüp əlillik təyin olmuşdur. Müharibə vaxtı ağdərə rayonu Mehmanlı kəndi istiqamətində gedən döyüşlərdə yaralanmış, Ağdam hospitalında daha sonra Bakı şəhərində müalicə almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Salyan RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü il tarixdə aldığı və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək Salyan rayon mərkəzi xəstəxanasında müalicə olunduğu travma - diaqnoz: “Hər iki ayağın baş barmaqlarında dırnaq falanqasınaa ll-lll dərəcəli donması, nekrozlaşmış yara, İl-İİİ barmaqlarının uc hissəsinin l-ll dərəcəli donması və xx.xx.N-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi - diaqnoz: “Sağ ayağın İ barmağının, sol ayağın l-ll-lll barmaqlarının donvurmasının nəticəsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Salyan rayon şöbəsinin xx.xx.2022-cı il tarixli 76 nömrəli göndərişi, xx.xx.2022-cı il tarixli 514 nömrəli arayışı, Salyan rayon mərkəzi xəstəxanasından verilmiş çıxarış epikrizi, MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N-cü il tarixli 2272 nömrəli arayışı, MN BKH-ın xx.xx.2022-ci il tarixli 7311 nömrəli məktubu, MN MHHK-nın həkim mütəxəssisinin rəvi ilə təsdiq edilir, “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qedən döyüş əməliyyatlarında iştirak etməyimlə bağlı müvafiq vəsiqə və arayışlar verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh təşkilat olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən mənə müharibə veteran adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmiş, lakin cavabdeh iddia ərizəsinə münasibət bildirməmişdir. İş məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iş üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinin tələblərinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuşdur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən, iddiaçı Salyan rayonunda qeydiyyatda olduğundan iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli, 544 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, Salyan RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N-cü il tarixdə aldığı və xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək Salyan rayon mərkəzi xəstəxanasında müalicə olunduğu travma - diaqnoz: “Hər iki ayağın baş barmaqlarında dırnaq falanqasında ll-lll dərəcəli donması, nekrozlaşrnış yara, ll-lll barmaqlarının uc hissəsinin l-ll dərəcəli donması” və xx.xx.N-cü il tarixdə MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilən zamanı təyin edilmiş travmanın nəticəsi-diaqnoz: “Sağ ayağın İ barmağının, sol ayağın l-ll-lll barmaqlarının donvurmasının nəticəsi” (Azərbaycan Respublikası SHXÇDX-nin Salyan rayon şöbəsinin xx.xx.2022-cı il tarixli 76 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 514 nömrəli arayışı, Salyan rayon mərkəzi xəstəxanasından verilmiş çıxarış epikrizi. MN Mərkəzi Hərbi Poliklinikası tərəfindən verilmiş xx.xx.N-cü il tarixli 2272 nömrəli arayışı. MN BKH-ın xx.xx.2022-ci il tarixli 7311 nömrəli məktubu. MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 4/2-959 nömrəli arxiv arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 21 nömrəli əmrilə 5-ci motoatıcı taborun hərbi qulluqçusu, sıravi İddiaçı Ağdam döyüş əməliyyatlarında iştirak etdiyi üçün 3 (üç) qat əmək haqqı ilə təmin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixdən xx.xx.N-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-6727 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-953 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N-cü ildən sonra hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-52/2-539/2023 nömrəli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı keçmiş Salyan RHK-ı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 4/544 nömrəli arayış MN-nin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim komissiyası tərəfindən şəhadətləndirilmiş 2272 nömrəli xx.xx.N-cü il tarixli arayış əsasında verilmişdir. Sənədin əslinin (arayışın) saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir, vətəndaşa göndəriş verilərkən onlara təqdim etdiyi həmin arayışın notariat qaydada təsdiq edilmiş surətini təqdim edir. Xidmətin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 76 nömrəli göndərişinə əsasən MN-nin MHHK-nın xx.xx.2022-ci il tarixli, 544 nömrəli Qərarı MN-nin MHHK-nın həkim mütəxəssisinin rəyi ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” təsdiqini tapmışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-52/2-539/2023 nömrəli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı, xx.xx.N-ci il tarixdə keçmiş Salyan RHK-ı tərəfindən səfərbərliklə hərbi xidmətə göndərilmişdir. MN-nin Mərkəzi Arxivindən daxil olmuş arxiv arayışına əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin 03.02N-cü il tarixli 21 nömrəli əmrilə 5-ci motoatıcı taborun hərbi qulluqçusu Ağdam döyüş əməliyyatlarında iştirak etdiyi üçün 3 (üç) qat əmək haqqı ilə təmin edilməsi barədə məlumatı vardır. MN-nin Baş Kliniki hospitalının 2272 nömrəli müayinə vərəqəsinə əsasən N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçərkən xx.xx.N-cü il tarixdə döyüş zonasında aldığı travmanın diaqnozu “sağ ayağın İ barmağının sol ayağın l-ll-lll barmaqlarının donvurması” və HHK-ı tərəfindən xəstəliklər cədvəlinin ı qrafası (MN-nin 260/1987-ci il tarixili əmri) əsasında Hərbi xidmətə yararlı şəhadətləndirilmişdir. İddiaçı xx.xx.1997-ci il tarixdə keçmiş Salyan RHK-da hərbi qeydiyyata alınmış və ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır. Xidmət yerini özbaşına tərk etməsi, fərariliyi, cinayət məsuliyyətinə cəlb olunması və “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müraciətləri barədə Xidmətin Salyan rayoin şöbəsində məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 2435 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 21 №-li əmrində Ağdam şəhəri döyüş əməliyyatları rayonunda olduqlarına görə, pul təminatı ilə təmin olunan 5-ci motoatıcı ehtiyyat taborunun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə Komandirinin yanvar N-cü il, xx.xx.N-xx.xx.N-cü il tarixədək olan nizami hissə üzrə əmrlərində İddiaçı xidməti və yaralanması barədə məlumat aşkar olunmamışdır. N №-li hərbi hissə komandirinin dekabr N-ci il, yanvar-dekabr N-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin N-N-cü il tarixli “Yaralıların qeydiyyatı” kitablarında və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar olunmamışdır. İşdə olan Salyan regional “Asan xidmət” mərkəzində notariat ofisinin süxuxi notariusu tərəfindən təsdiq edilmiş Azərbaycan SSR Salyan rayon Hərbi Komissarlığı dərin tibbi müayinə şöbəsinin xx.xx.N-cü il tarixli, 362 nömrəli arayışından görünür ki, İddiaçı Razzaq oğlu həqiqətən xx.xx.N-cü il tarixdə Dağlıq Qarabağ hissəsinin Ağdərə rayonunun Mehmana kəndi uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinə görə 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Fövqəladə Hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018 tarixli 422 nömrəli qərarına əsasən Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-6727 nömrəli məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 4/2-953 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə xx.xx.N-cü ildən sonra hərbi xidmətiniz və qanuni əsaslarla ehtiyata buraxılmağınız barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-43-52/2-539/2023 nömrəli məktubundan görünür ki, 1968-ci il təvəllüdlü İddiaçı keçmiş Salyan RHK-ı tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, 4/544 nömrəli arayış MN-nin Mərkəzi Hərbi Poliklinikasının Hərbi Həkim komissiyası tərəfindən şəhadətləndirilmiş 2272 nömrəli xx.xx.N-cü il tarixli arayış əsasında verilmişdir. Sənədin əslinin (arayışın) saxlama müddəti bitdiyi üçün ləğv edilmişdir, vətəndaşa göndəriş verilərkən onlara təqdim etdiyi həmin arayışın notariat qaydada təsdiq edilmiş surətini təqdim edir. Xidmətin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 76 nömrəli göndərişinə əsasən MN-nin MHHK-nın xx.xx.2022-ci il tarixli, 544 nömrəli Qərarı MN-nin MHHK-nın həkim mütəxəssisinin rəyi ilə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” təsdiqini tapmışdır. İşdə olan Salyan regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş Azərbaycan SSR Salyan rayon Hərbi Komissarlığı dərin tibbi müayinə şöbəsinin xx.xx.N-cü il tarixli, 362 nömrəli arayışından görünür ki, İddiaçı Razzaq oğlu həqiqətən xx.xx.N-cü il tarixdə Dağlıq Qarabağ hissəsinin Ağdərə rayonunun Mehmana kəndi uğrunda gedən döyüşlər zamanı yaralanmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmasını, qanuni və əsaslı qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Halbuki, inzibati orqan kimi cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun və digər qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq nəticəyə gəlməli idi. Hazırki işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının ərizəsi əsasında “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Həmin inzibati icraatın aparılmaması nəticəsində iddiaçının müraciəti üzrə zəruri faktiki və hüquqi hallar da müəyyən olunmamışdır. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları zəruri inzibati icraat aparılmaqla araşdırmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, cavabdeh inzibati orqan bu vəzifəsinin icrası zamanı yalnız Müdafiə Nazirliyinin Arxiv İdarəsinə müraciət etməsi ilə kifayətlənməməli, əlavə araşdırma aparmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan həyata keçirilən fəaliyyəti zamanı “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə riayət etməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz . 61-ci maddəsinin tələblərinə görə: 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Göründüyü kimi inzibati orqan kimi cavabdeh yuxarıda qeyd olunan ziddiyyətli məqamları aydınlaşdırmalı, həmçinin iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda iddiaçının özünün və zəruri hesab edərsə digər fiziki və hüquqi şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların təqdim olunmasına və tələb olunmasına şərait yaratmalı, müəyyən edilmiş bütün faktiki və hüquqi halları əsas götürməklə müvafiq əsaslandırılmış inzibati akt qəbul etməli idi. Məhkəmə araşdırması zamanı əldə edilən sübutlara əsasən iddiaçının xx.xx.N-cü il tarixdə Dağlıq Qarabağ hissəsinin Ağdərə rayonunun Mehmana kəndi uğrunda gedən döyüşlər zamanı yaralandığı, bununla bağlı tibbi müayinə şöbəsinin xx.xx.N-cü il tarixli, 362 nömrəli arayışının tərtib edildiyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin Salyan rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 76 nömrəli göndərişinə əsasən MN-nin MHHK-nın xx.xx.2022-ci il tarixli, 544 nömrəli Qərarı MN-nin MHHK-nın həkim mütəxəssisinin rəyi ilə şəhadətləndirildiyi, sülh dövründə hərbi xidmətə yararsız hesab edildiyi, xx.xx.1997-ci il tarixdə keçmiş Salyan RHK-da hərbi qeydiyyata alındığı və ehtiyatda olmağın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarıldığı, yararlanması nəticəsində Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlilliyin təyin edildiyi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtina məktubunda imtinanın faktiki və hüquqi halları tam müəyyən olunmamışdır. Bu baxımdan da, iddiaçının tələbini işin hazırkı vəziyyətində təmin etmək mümkün deyil. Bu halda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2 və 73.3.3-cü maddələrinə əsasən məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. İPM-in 73.2 və 73.3.3-cü maddələrinə əsasən: 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Beləliklə, iddia qismən təmin edilməli, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə İddiaçı müraciəti ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi haqqında öhdəlik qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1202/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1202/2024
02.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver