Məhkəmə qərarları › İş №2-1(120)-1202/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1202/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1202/2025 13.03.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayev Şahəli Calal оğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 оğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “İmişli rayonu Xəlfəli kənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 80 saylı doğum akt qeydində adının “Baba”dan “Əlibaba”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə üzərinə qoyulması” tələbinə dair işə Şirvan şəhərində məhkəmənin binasında, açıq, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək “İmişli rayonu Xəlfəli kənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 80 saylı doğum akt qeydində adının “Baba”dan “Əlibaba”ya dəyişdirilməsi öhdəliyinin cavabdehə üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında iddia tələbini müdafiə etdiyini bildirərək, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydə düzəliş edilməsi öhdəliyinin cavabdehə üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Cavabdehnə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. İddia tələbinə dair məzmunu aşağıda qeyd edilmiş sənədlər məhkəməyə təqdim olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - 51 № ******* nömrəli pasportdan görünür ki, İddiaçı xx.xx.1968-ci il tarixdə anadan olmuşdur və Rusiya Federasiyasının vətəndaşıdır. - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 118 nömrəli arayışından görünür ki, İddiaçı 2024-cü il tarixdə təsərrüfata qeydiyyata düşmüş və Xəlfəli kəndində fərdi yaşayış evi vardır. - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli, 118 nömrəli arayışından görünür ki, İddiaçı İmişli rayonunun Xəlfəli kəndində yaşayır. - İmişli rayon İcra Hakimiyyəti Başçısının Xəlfəli, Kürdmahmudlu və Hacalmuradlı kəndləri üzrə nümayəndəliyinin və kənd sakinlərinin iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçı İmişli rayonunun Xəlfəli kəndində anadan olmuş və kənd əhalisi onu İddiaçı kimi tanıyır. - İmişli rayon Qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli, 05/69-377 nömrəli arayışından görünür ki, X5 xx.xx.1968-ci ildə İmişli şəhərində anadan olmuş, bu barədə xx.xx.1968-ci il tarixdə İmişli rayon Xəlfəli KİN tərəfindən 80 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. - xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə İddiaçı xx.xx.2012-ci il tarixdə nikaha daxil olmuşdur. - xx.xx.1986-cı il tarixli atestatdan görünür ki, İddiaçı 1986-cı il tarixdə İmişli rayonu Xəlfəli kənd orta məktəbini bitirmişdir. - NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı hərbi xidmətdə olmuşdur. - İmişli rayon Xəlfəli İnzibati Ərazi Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 80 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İmişli rayon Xəlfəli kənd İnzibati Ərazi Nümayəndəliyi tərəfindən X2 xx.xx.1968-ci ildə doğulması barədə qeydiyyat aparılmışdır. Əsaslandırma hissəsi: İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia (İPM-in 2.2.3 və 34.1-ci maddələri) növündə mümkün iddiadır. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmçinin, iddia əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların 1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. 4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçının doğum haqqında akt qeydində adının “Baba” qeyd edilməsinə baxmayaraq, bütün digər sənədlərdə adı “Əlibaba” qeyd edilmişdir. İddiaçının pasportunda, nikah haqqında şəhadətnaməsində, hərbi biletində, atestatında “Əlibaba” qeyd edilməsi onu deməyə əsas verir ki, pasportunda, nikah haqqında şəhadətnaməsində, hərbi biletində və atestatında adı “Əlibaba” kimi qeyd edilmiş, iddiaçı isə uzun illər ərzində müvafiq sənədlərdə adının “Əlibaba” olaraq qeyd edilməsi ilə bağlı həmin sənədlərin məzmununa və icra edilmiş qeydlərin düzgünlüyünə etimad göstərmişdir. Buna görə də məhkəmə hesab edir ki, doğum haqqında akt qeydində adının “Baba”dan “Əlibaba”ya düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmuşdur və cavabdeh orqan, müraciətin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Məhkəmə qeyd edir ki, müvafiq qeydiyyatın aparılmasında məqsəd vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur. Azərbaycan Respublikası İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İmişli rayonu Xəlfəli kənd İcra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1968-ci il tarixli, 80 saylı doğum akt qeydində adının “Baba”dan “Əlibaba”ya dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Hakim Şahəli Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar