Məhkəmə qərarları › İş №2-1(120)-1203/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1203/2021

13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1203/2021 13.12.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X46 (Beyləqan rayonu, İmamverdilər kəndində yaşayış yeri üzrə qeydiyyatda olan), Cavabdeh vəkili X16 (Şirvan şəhəri, S.Zeynalov küçəsi 5, 39-da yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, iddiaçılar İddiaçı, X6, X3, X27 və X28 Cavabdehnə qarşı 23.10.2020-ci il tarixli, 12 saylı qərarın ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçılar İddiaçı, X17, X10, X47 və X48 Cavabdehnə qarşı 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolunun və qərarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq icraata qəbul edilmiş sayılmışdır. Şirvan İnzibati Məhkəməsinin 13.07.2021-ci il tarixli, 2-1(120)-1203/2021 nömrəli qərardadı ilə İmişli Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı, X17, X10, X47, X48 və üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iddiaçılar İddiaçı, X6, X3, X27, X28 və üçüncü şəxs İmişli Regional Ədliyyə İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı, X17, X10, X47 və X48 iddia ərizəsini onunla əsaslandırmışlar ki, Beyləqan rayonu, İmamverdili Bələdiyyəsinin 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolu və qərarı ilə İmamverdili Bələdiyyəsinə məxsus olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin müsabiqə yolu ilə iddiaçılara icarəyə verilməsi barədə qərar qəbul edilmişdir. Daha sonra İmamverdili Bələdiyyəsi ilə aralarında icarə müqavilələri bağlanmış və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla icarə hüquqları dövlət qeydiyyatına alınmışdır. 2018-ci ildən qeyd edilən torpaq sahələri onların icarələrindədir və onlar müqavilə şərtlərinə uyğun olaraq qeyd edilən torpaq sahələrindən istifadə edirlər. Beyləqan rayon İmamverdili Bələdiyyəsi 2021-ci ilin may ayında Beyləqan Rayon Məhkəməsinə müraciət edərək Beyləqan rayon İmamverdili Bələdiyyəsinin 23 oktyabr 2020-ci il tarixli 12 saylı iclas protokolu və qərarı ilə Beyləqan rayonu, İmamverdili bələdiyyəsinin 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun və qərarının ləğv edilməsi və bələdiyyə ilə onların arasında bağlanmış icarə müqavilələrinin etibarsız hesab edilməsi qərara alınmışdır. Beyləqan rayon İmamverdili bələdiyyəsinin 23 oktyabr 2020-ci il tarixli 12 saylı iclas protokolu və qərarının olması barədə məlumatları 2021-ci ilin may ayının sonlarında olmuş, qeyd edilən protokolun və qərarın surəti isə onlara 31 may 2021ci il tarixdə təqdim edilmişdir. Qeyd edirlər ki, bələdiyyənin 23 oktyabr 2020-ci il tarixli qərarı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, Beyləqan rayon İmamverdili bələdiyyəsinin iddiaçılarla bələdiyyə arasında bağlanmış icarə müqavilələrinin və digər hüquqmüəyyənedici sənədlərin ləğv etmək səlahiyyəti yoxdur. Bundan əlavə 23 oktyabr 2020-ci il tarixdə bələdiyyə iclasının keçirilməsi barədə bələdiyyə üzvlərinə məlumat verilməmişdir. İddiaçılardan Bəşirov X32 rayon İmamverdili Bələdiyyəsinin üzvüdür və bələdiyyə iclasının keçirilməsi barədə ona heç bir məlumat verilməmişdir. Ümumiyyətlə 23 oktyabr 2020-ci il tarixdə Cavabdeh iclası keçirilməyib. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X55 iddia tələbini qəbul etməyərək öz izahatında göstərdi ki, aparılan araşdırmalar zamanı bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrindən heç bir hüquq müəyyənedici sənədləri olmadan İmamverdilər kənd sakini İddiaçı tərəfindən 2.20 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X7 tərəfindən 2.30 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X47 tərəfindən 0.60 ha örüş torpaq sahəsində pambıq bitkisi əkildiyi, İmamverdilər kənd sakini X17 tərəfindən 4.0 ha torpaq sahəsinin öruş kimi istifadə edildiyi və 1.0 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X42 tərəfindən 6.0 ha örüş torpaq sahəsindən istifadə edildiyi, İmamverdilər kənd sakini X49 tərəfindən 0.50 ha örüş torpaq sahəsində yonca bitkisi və 1.0 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X52 tərəfindən 1.50 ha örüş torpaq sahəsində pambıq bitkisi əkildiyi, İmamverdilər kənd sakini X53 tərəfindən 4,0 ha orüş torpaq sahəsində yonca bitkisi əkdiyi, İmamverdilər kənd sakini X43 tərəfindən 2.0 ha örüş torpaq sahəsində yonca bitkisi əkildiyi müəyyən olunmuşdur. Tərəfimizdən torpaqların istifadəsi və mühafizəsinə dair 11.04.2019-cu il tarixdə Beyləqan rayonu İmamverdilər kəndinin ərazisində monitorinq və araşdırmalar aparılan zaman həmin icarəçilər tərəfindən icarələrinə ayrılmış torpaq sahələrindən məqsədli təyinatına uyğun olmayaraq əkin kimi istifadə etdikləri müəyyən olunmuş və barələrində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun olaraq X17 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, İddiaçı barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, X48 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, X10 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, X47 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar qəbul olunmuşdur. Tərtib edilmiş həmin Protokollara uyğun olaraq qəbul edilmiş qərarlar üzrə tətbiq edilmiş cərimələr hal-hazırkı vaxtadək Dövlət büdcəsinin yerli xəzinədarlığına ödənilməmişdir. Göstərilənlərə əsasən İmişli Regional Ədliyyə İdarəsinin 22.10.2020-ci il tarixli, Ə-240/3 nömrəli təklif məktubu ilə Beyləqan rayon İmamverdili bələdiyyəsinə 5 iş günündən gec olmayaraq təklifin bələdiyyənin iclasında müzakirə edilməsi, İmamverdili bələdiyyəsinin X29 2,70 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06 iyul 2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı və X36 1,90 ha, X4 7,15 ha, X11 6 ha və İddiaçı 10,30 ha örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında bələdiyyə ilə icarəçilər arasında bağlanmış icarə müqavilələrinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi, qeyd olunan torpaq sahəsinin qısa müddətdə qanuni istifadə olunmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, qəbul olunmuş qərarın bir surətinin 5 iş günündən gec olmayaraq İmişli Regional Ədliyyə İdarəsinə göndərilməsi təklif edilmişdir. Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolunun qərarı ilə İmişli Regional Ədliyyə İdarəsinin 22.10.2020-ci il tarixli, Ə-240/3 nömrəli təklif məktubu nəzərə alınmış, İmamverdili bələdiyyəsinin X29 2,70 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06.07.2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı və X36 1,90 ha, X4 7,15 ha, X11 6 ha və İddiaçı 10,30 ha örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarları ləğv edilmişdir. Hesab edir ki, Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolunun qərarı qanuni və əsaslı olmuşdur. Ona görə də iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh vəkili X23 iddia tələbini qəbul etmədiyini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. İddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 maddələri). İddiaçılar inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın (qərarın) ləğv edilməsini tələb edirlər. İPM-in 2.2.1-ci maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. İPM-in 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Beyləqan rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti (iddia qaldırmaq səlahiyyəti və iddia müddətinə riayət edilməsi) mövcuddur. Belə ki, iddiaçı subyektiv hüququnun pozulduğunu (və ya pozulması ehtimalını) iddia ərizəsində əsaslandırmışdır (İPM-in 35.1-ci maddəsi). İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə görə inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Mübahisələndirilən qərarda hüquqi müdafiə vasitələri (həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və s.) göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirmə haqqında iddia bu iddia növü üçün qanunla nəzərdə tutulmuş müddətdə verilmişdir. Başqa sözlə, iddiaçılar məhkəməyə müraciət etdikləri vaxt müddəti ötürməmişlər. İddianın əsaslılığı : İddia mümkün olsa da, ancaq mahiyyəti üzrə əsaslı deyil. Belə ki, iddiaçılar İddiaçı, X17, X10, X47 və X48 Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas qərarın ləğv edilməsini tələb etməkdə haqlı deyillər. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materialında olan Cavabdeh 28.06.2018-ci il tarixli, 11 saylı iclasının protokolunun təsdiq olunmuş surətindən görünür ki, İmamverdili bələdiyyəsinin mülkiyyətində olan 1,90 ha, 7,15 ha, 6,0 ha, cəmi 25,45 ha və ya 254.500 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə İddiaçı, X17, X10, X47 və X48 ilə notarial qaydada icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin iclasda İddiaçı, X11, X4, X36 və X37 icarəyə verilmiş torpaq sahəsini təyinatı üzrə istifadə edilməsi tapşırılmış, əks təqdirdə icarə müqaviləsinin ləğv olunacağı barədə xəbərdar olunmuşlar. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 13.01.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, İmamverdili kəndində yerləşən kənd təsərrüfatı (örüş otlaq) təyinatlı torpaqlar kateqoriyasından olan 10,309 hektar torpaq sahəsinə dair icarə hüququ İddiaçı adına qeydiyyata alınmışdır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 14.01.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, İmamverdili kəndində yerləşən kənd təsərrüfatı (örüş otlaq) təyinatlı torpaqlar kateqoriyasından olan 1,909 hektar torpaq sahəsinə dair icarə hüququ X27 adına qeydiyyata alınmışdır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 16.03.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, İmamverdili kəndində yerləşən kənd təsərrüfatı (örüş otlaq) təyinatlı torpaqlar kateqoriyasından olan 6,0 hektar torpaq sahəsinə dair icarə hüququ X6 adına qeydiyyata alınmışdır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 21.01.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, İmamverdili kəndində yerləşən kənd təsərrüfatı (örüş otlaq) təyinatlı torpaqlar kateqoriyasından olan 7,15 hektar torpaq sahəsinə dair icarə hüququ X3 adına qeydiyyata alınmışdır. İş materialında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 21.01.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Beyləqan rayonu, İmamverdili kəndində yerləşən kənd təsərrüfatı (örüş otlaq) təyinatlı torpaqlar kateqoriyasından olan 2,70 hektar torpaq sahəsinə dair icarə hüququ X28 adına qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X15 Təşkili üzrə Dövlət Agentliyinin 19.04.2019-cu il tarixli, **********83 nömrəli məktubunun surətində qeyd edilmişdir ki, komitənin Beyləqan ərazi şöbəsinin mütəxəssislərinin iştirakı ilə İmamverdilər bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsin yerində baxış keçirilmiş və torpaq sahəsinin zəbt olunması faktı aşkar edilməmişdir. Baxış zamanı, İmamverdilər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin 35,65 hektarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müsabiqə yolu ilə 2017-2018-ci illər ərzində qalib gəlmiş şəxslərin qanuni icarələrinə verildiyi və həmin icarəçilərin torpaq sahələrindən təyinatına uyğun olmayaraq istifadə etdikləri məlum olmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun olaraq 6 (altı) icarəçi barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və onlara xətanın aradan qaldırılması məqsədilə ciddi xəbərdarlıq edilmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11.04.2019-cu il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X5 rayonu İmamverdilər bələdiyyəsindən icarəyə götürdüyü örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin aparmış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11.04.2019-cu il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X1 rayonu İmamverdilər bələdiyyəsindən icarəyə götürdüyü örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin aparmış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11.04.2019-cu il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, Bəşirov X32 rayonu İmamverdilər bələdiyyəsindən icarəyə götürdüyü örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin aparmış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11.04.2019-cu il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X2 rayonu İmamverdilər bələdiyyəsindən icarəyə götürdüyü örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin aparmış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 11.04.2019-cu il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, X9 rayonu İmamverdilər bələdiyyəsindən icarəyə götürdüyü örüş otlaq sahəsindən məqsədli təyinatına uyğun istifadə etməyərək əkin aparmış, nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materialında olan ƏMDX-nin Beyləqan ərazi şöbəsinin məsləhətçi müfəttişi X38, Beyləqan rayon İmamverdili bələdiyyəsinin sədri X46, İddiaçı, X6, X3, X27 və X28 iştirakı ilə tərtib edilmiş 17.11.2020-ci il tarixli aktın təsdiq olunmuş surətindən görünür ki, araşdırmalar zamanı müəyyən edilmişdir ki, M.Abdullayev icarəsində olan 6,0 ha örüş otlaq sahəsində şum işləri aparmış, İddiaçı icarəsində olan 10,30 ha örüş otlaq sahəsində arpa əkmiş, A.Cəfərli icarəsində olan 2,70 ha örüş otlaq sahəsində darı və pambıq, B.Abdullayev icarəsində olan 7,15 ha örüş otlaq sahəsində arpa və pambıq, F.Hüseynov icarəsində olan 1,909 ha örüş otlaq sahəsində pambıq bitkisi əkilmişdir. Aşkar olunmuş hallar torpaq qanunvericiliyinin tələblərinə zidd olduğu həmin torpaq icarəçilərinə izah olunmuşvə bu barədə onlar barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcəyi bildirilmişdir. Torpaqdan istifadə vəziyyəti ilə əlaqədar 11.04.2019-cu il tarixdə Beyləqan rayon İmamverdilər kəndinin ərazisində monitorinq və araşdırmalar aparılan zaman həmin icarəçilər icarələrinə ayrılmış torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayaraq əkin kimi istifadə etdikləri üçün onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinə uyğun olaraq cərimə protokolları tərtib edilərək müvafiq qərarlar qəbul olunmuşdur. İş materialında olan İmişli Regional Ədliyyə İdarəsinin 22.10.2020-ci il tarixli, Ə- 240/3 nömrəli təklif məktubunun təsdiq olunmuş surətində qeyd olunmuşdur ki, İmamverdilər kənd sakini X24 Beyləqan rayon İmamverdili bələdiyyəsinin sabiq sədri İddiaçı qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən daxil olmuş müraciətinə İmişli Regional Ədliyyə İdarəsində baxılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsi yanında X15 Təşkili üzrə X20 kənd sakini Nadir Abdullayevə 19 aprel 2019-cu il tarixli cavab məktubunda müraciətdə qeyd olunan məsələlərin araşdırılması ilə əlaqədar olaraq Komitənin Beyləqan ərazi şöbəsinin mütəxəssislərinin iştirakı ilə İmamverdilər bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahələrinə yerində baxış keçirildiyi və torpaq sahəsinin zəbt olunması faktının aşkar edilmədiyi, baxış-zamanı İmamverdilər bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahəsinin 35,65 hektarının müsabiqə yolu ilə 2017-2018-ci illər ərzində qalib gəlmiş şəxslərin qanuni icarələrinə verildiyi və həmin icarəçilərin torpaq sahələrindən təyinatına uyğun olmayaraq istifadə etdiklərinin məlum olduğu, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun olaraq 6 icarəçi barəsində inzibati xəta haqqında protokol tərtib edildiyi və onlara xətanın aradan qaldırılması məqsədilə ciddi xəbərdarlıq edildiyi göstərilmişdir. Aparılmış araşdırma və əldə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, 35,65 ha torpaq sahəsi müsabiqədə 2017-2018-ci illərdə qalib gəlmiş şəxslərin qanuni icarəsinə verilmişdir. Həmçinin müəyyən edilmişdir ki, həqiqətən sözügedən torpaq sahələri təyinatına uyğun istifadə edilmədiyinə görə 6 icarəçi barəsində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət idarəetməsin Təşkili üzrə Dövlət Agentliyi tərəfindən İXM-nin 247.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. İmamverdili bələdiyyəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, İmamverdili bələdiyyəsinin 06 iyul 2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı ilə X29 2,70 ha örüş torpaq sahəsi, İmamverdili bələdiyyəsinin 28 iyun 2018ci ıl tarixli, 11 saylı iclas protokolu ilə X36 1,90 ha, X4 7,15 na, X12 6 ha və İddiaçı Yusubəlı oğluna 10,30 ha örüş torpaq sahələri heyvandarlığın inkişafı üçün icarəyə verilmiş, lakin onlar həmin torpaq sahəsinin təyinatını pozaraq əkin işləri aparmışlar, X13 icarəyə verilmiş 4 ha torpaq sahəsi kənd təsərrüfatına yararlı əkin torpaq sahəsinə aid olduğundan onunla bağlı inzibati xəta haqqında protokola xitam verilmişdir. Beləliklə müəyyən edilmişdir ki, həqiqətən bəzi icarəçilər tərəfindən örüş sahəsində əkin işləri aparılmışdır. Göstərilənlərə əsasən Beyləqan rayon İmamverdili bələdiyyəsinə 5 iş günündən gec olmayaraq təklifin bələdiyyənin iclasında müzakirə edilməsi, İmamverdili bələdiyyəsinin X29 2,70 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06 iyul 2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı və X36 1,90 ha, X4 7,15 ha, X11 6 ha və İddiaçı 10,30 ha örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında bələdiyyə ilə icarəçilər arasında bağlanmış icarə müqavilələrinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi, qeyd olunan torpaq sahəsinin qısa müddətdə qanuni istifadə olunmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, qəbul olunmuş qərarın bir surətinin 5 iş günündən gec olmayaraq İmişli Regional Ədliyyə İdarəsinə göndərilməsi təklif edilmişdir. İş materialında olan Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolunun təsdiq olunmuş surətindən görünür ki, İmişli Regional Ədliyyə İdarəsinin 22.10.2020-ci il tarixli, Ə-240/3 nömrəli təklif məktubu nəzərə alınmış, İmamverdili bələdiyyəsinin X29 2,70 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06.07.2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı və X36 1,90 ha, X4 7,15 ha, X11 6 ha və İddiaçı 10,30 ha örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarları ləğv edilmişdir. İş materialında olan İmişli Regional Ədliyyə İdarəsinin 24.06.2021-ci il tarixli, 208 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolu 26.10.2020-ci il tarixdə 421-in Be nömrə ilə İmişli Regional Ədliyyə İdarəsində Beyləqan rayonu üzrə bələdiyyə aktlarının qeydiyyat kitabında qeydə alınmış və sözügedən iclas protokolu üzrə aktlar qanunvericiliyə zidd olmadığı üçün işə tikilmişdir. İş materialında olan Cavabdeh üzvü X50 28.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o, bələdiyyənin üzvü olaraq 23.10.2020-ci il tarixli bələdiyyə iclasında iştirak etmiş, 23.10.2020-ci il tarixli, 12 saylı protokoluna əsasən bələdiyyənin 28.06.2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarının ləğv edilməsi və icarə müqavilələrinin etibarsız hesab edilməsinə dair bələdiyyənin 23.10.2020-ci il tarixli qərarının lehinə səs vermişdir. İş materialında olan Cavabdeh üzvü X25 28.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o, bələdiyyənin üzvü olaraq 23.10.2020-ci il tarixli bələdiyyə iclasında iştirak etmiş, 23.10.2020-ci il tarixli, 12 saylı protokoluna əsasən bələdiyyənin 28.06.2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarının ləğv edilməsi və icarə müqavilələrinin etibarsız hesab edilməsinə dair bələdiyyənin 23.10.2020-ci il tarixli qərarının lehinə səs vermişdir. İş materialında olan məhkəmənin sorğusuna cavab olan Beyləqan rayon Məhkəməsinin 05.10.2021-ci il tarixli, 2195 nömrəli məktubundan görünür ki, iddiaçı Cavabdeh İddiaçı, X17, X10, X47 və X48 arasında bağlanmış icarə müqavilələrinin, çıxarışların və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə icraat iddiaçılar İddiaçı, X6, X3, X27 və X28 Cavabdehnə qarşı 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolunun və qərarının ləğv edilməsi tələbinə dair işə Şirvan İnzibati Məhkəməsində mahiyyəti üzrə baxılıb nəticə verilənək Beyləqan rayon Məhkəməsinin 2(020)-664 saylı, 08 iyun 2021-ci il tarixli qərardadı ilə dayandırılmışdır. İş materialında olan Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin məsləhətçisi X30, Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsinin məsləhətçi müfəttişi X31, Beyləqan rayonu imamverdilər bələdiyyyəsinin sədri X46, Beyləqan rayonu imamverdilər kənd sakini, şikayətçi X26, Beyləqan rayonu imamverdilər kənd sakini, şikayətçi X24, Beyləqan rayonu imamverdilər kənd sakini, şikayətçi X21, Beyləqan rayonu İmamverdilər kənd sakini, şikayətçi X39 iştirakı ilə tərtib edilmiş 16.11.2021-ci il tarixli aktın surətindən görünür ki, aparılan araşdırmalar zamanı İmamverdilər bələdiyyəsinin verdiyi yazılı arayışa əsasən bələdiyyə mülkiyyətində olan örüş torpaq sahələrindən heç bir hüquq müəyyənedici sənədləri olmadan İmamverdilər kənd sakini İddiaçı tərəfindən 2.20 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X7 tərəfindən 2.30 ha örüş torpaq sahəsində arpa bit kisi əkildiyi, İmamverdilər kənd sakini X47 tərəfindən 0.60 ha örüş torpaq sahəsində pambıq bitkisi əkildiyi, İmamverdilər kənd sakini X17 tərəfindən 4.0 ha torpaq sahəsinin öruş kimi istifadə edildiyi və 1.0 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X42 tərəfindən 6.0 ha örüş torpaq sahəsindən istifadə edildiyi, İmamverdilər kənd sakini X49 tərəfindən 0.50 ha örüş torpaq sahəsində yonca bitkisi və 1.0 ha örüş torpaq sahəsində arpa bitkisi əkildiyi, İmamverdilər kənd sakini X52 tərəfindən 1.50 ha örüş torpaq sahəsində pambıq bitkisi əkildiyi, İmamverdilər kənd sakini X53 tərəfindən 4,0 ha orüş torpaq sahəsində yonca bitkisi əkdiyi, İmamverdilər kənd sakini X43 tərəfindən 2.0 ha örüş torpaq sahəsində yonca bitkisi əkildiyi müəyyən olunmuşdur. Tərəfimizdən torpaqların istifadəsi və mühafizəsinə dair 11.04.2019-cu il tarixdə Beyləqan rayonu İmamverdilər kəndinin ərazisində monitorinq və araşdırmalar aparılan zaman həmin icarəçilər tərəfindən icarələrinə ayrılmış torpaq sahələrindən məqsədli təyinatına uyğun olmayaraq əkin kimi istifadə etdikləri müəyyən olunmuş və barələrində İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun olaraq X17 barəsində 11.04.2019 cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, İddiaçı barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, X48 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, X10 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar, X47 barəsində 11.04.2019-cu il tarixdə MN ******* nömrəli Protokol və həmin Protokola uyğun olaraq 29.04.2019-cu il tarixdə MN ******* nömrəli Qərar qəbul olunmuşdur. Tərtib edilmiş həmin Protokollara uyğun olaraq qəbul edilmiş qərarlar üzrə tətbiq edilmiş cərimələr hal-hazırkı vaxtadək Dövlət büdcəsinin yerli xəzinədarlığına ödənilməmişdir. Məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən bütün növlərdən olan daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki şəxslər, bələdiyyələr və Azərbaycan Respublikası ola bilər. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir (maddə 153). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 12-ci maddəsinə əsasən:

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. 16-cı maddəsinə əsasən:

1. Yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində malqara olan hüquqi və fiziki şəxslərə verilir. Dövlət mülkiyyətində olan yay və qış otlaqları dövlət qoyunçuluq təsərrüfatlarının ehtiyacları da nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə inzibati-ərazi vahidlərinin istifadəsinə verilir.

2. Yay və qış otlaqları bələdiyyələrin qərarı əsasında qoyunçuluğun inkişafı üçün bələdiyyə mülkiyyətində olan müəssisələrə istifadəyə, digər hüquqi və fiziki şəxslərə isə yalnız icarəyə verilir.

3. Bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri ümumi istifadəyə ayrılır, ehtiyat torpaq fondunda qalan örüş və biçənək sahələri qanunvericiliklə müəyyən edilmiş qaydada isə hüquqi və fiziki şəxslərin icarəsinə verilir.

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır.

5. Qış otlaqlarına tələbat hesablanarkən otlaqların bitki örtüyündən, keyfiyyətindən, tutumundan, habelə torpaqların mexaniki tərkibindən və humus qatının qalınlığından asılı olaraq, hər hektara 1—4 baş, yay otlaqlarında isə iki dəfə artıq davar nəzərdə tutulur. Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativtexniki tələblər nəzərə alınır.

6. Yay və qış otlaqlarının əkilməsinə yol verilmir, istifadə edilən sahənin yalnız 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkilə bilər.

7. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

8. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 73-cü maddəsinə əsasən:

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin ipotekası zamanı ipoteka ilə təmin edilmiş öhdəlik icra edilmədikdə.

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.

3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).

4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 247-ci maddəsinə əsasən: 247.1. Torpaq sahəsindən məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir. 247.2. Bu Məcəllənin 247.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildimişdir ki, Cavabdeh 28.06.2018-ci il tarixli, 11 saylı iclasında İmamverdili bələdiyyəsinin mülkiyyətində olan 1,90 ha, 7,15 ha, 6,0 ha, cəmi 25,45 ha və ya 254.500 kv.m olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin heyvandarlığın inkişafı məqsədilə İddiaçı, X17, X10, X47 və X48 ilə notarial qaydada icarə müqaviləsinin bağlanması qərara alınmışdır. Həmin iclasda İddiaçı, X11, X4, X36 və X37 icarəyə verilmiş torpaq sahəsini təyinatı üzrə istifadə edilməsi tapşırılmış, əks təqdirdə icarə müqaviləsinin ləğv olunacağı barədə xəbərdar olunmuşlar. Həmin torpaq sahələrinə dair icarə hüquqları iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlar verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Beyləqan ərazi şöbəsinin mütəxəssislərinin iştirakı ilə İmamverdilər bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsin yerində baxış keçirilmiş və baxış zamanı İmamverdilər bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsinin 35,65 hektarı Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin və “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən müsabiqə yolu ilə 2017-2018-ci illər ərzində qalib gəlmiş şəxslərin qanuni icarələrinə verildiyi və həmin icarəçilərin torpaq sahələrindən təyinatına uyğun olmayaraq istifadə etdikləri məlum olmuşdur. Bununla bağlı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247.2-ci maddəsinin tələblərinə uyğun olaraq 6 (altı) icarəçi barəsində 11.04.2019-cu il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və onlara xətanın aradan qaldırılması məqsədilə ciddi xəbərdarlıq edilmişdir.Daha sonra İmişli Regional Ədliyyə İdarəsinin 22.10.2020-ci il tarixli, Ə-240/3 nömrəli təklif məktubu ilə Beyləqan rayon İmamverdili bələdiyyəsinə 5 iş günündən gec olmayaraq təklifin bələdiyyənin iclasında müzakirə edilməsi, İmamverdili bələdiyyəsinin X29 2,70 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06 iyul 2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı və X36 1,90 ha, X4 7,15 ha, X11 6 ha və İddiaçı 10,30 ha örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarlarının ləğv edilməsi, həmin qərarlar əsasında bələdiyyə ilə icarəçilər arasında bağlanmış icarə müqavilələrinin və digər hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi üçün müvafiq məhkəməyə müraciət edilməsi, qeyd olunan torpaq sahəsinin qısa müddətdə qanuni istifadə olunmasının təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi, qəbul olunmuş qərarın bir surətinin 5 iş günündən gec olmayaraq İmişli Regional Ədliyyə İdarəsinə göndərilməsi təklif edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolunun qərarı ilə İmişli Regional Ədliyyə İdarəsinin 22.10.2020-ci il tarixli, Ə-240/3 nömrəli təklif məktubu nəzərə alınmış, İmamverdili bələdiyyəsinin X29 2,70 ha örüş torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı 06.07.2017-ci il tarixli, 12 saylı iclas protokolunun 2-ci məsələ üzrə qəbul edilmiş qərarı və X36 1,90 ha, X4 7,15 ha, X11 6 ha və İddiaçı 10,30 ha örüş torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 28 iyun 2018-ci il tarixli, 11 saylı iclas protokolunun qərarları ləğv edilmişdir. Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı iclas protokolu 26.10.2020-ci il tarixdə 421-in Be nömrə ilə İmişli Regional Ədliyyə İdarəsində Beyləqan rayonu üzrə bələdiyyə aktlarının qeydiyyat kitabında qeydə alınmış və sözügedən iclas protokolu üzrə aktlar qanunvericiliyə zidd olmadığı üçün işə tikilmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun” tələbləri baxımından Cavabdeh inzibati orqandır və inzibati akt (qərar) qəbul etmək səlahiyyəti vardır. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan normalarını işin bütün faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, Cavabdeh 23.10.2020-ci il tarixli, 12 saylı qərarı qanunidir və iddiaçıların hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68 ) İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur (maddə 70.1). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddiaçılar İddiaçı, X6, X3, X27 və X28 Cavabdehnə qarşı 23.10.2020-ci il tarixli, 12 saylı qərarın ləğv edilməsi barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar