Məhkəmə qərarları › İş №2-1(120)-1205/2023

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1205/2023

06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1205/2023 06.04.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “sosial müavinətin dayandırılması haqqında xx.xx.2022-ci il tarixli, 108950 saylı qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 06 aprel 2023-cü il tarixdə, məhkəmənin binasında (ünvan: ünvan 1ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarın ləğv edilməsi, müavinət məbləğindən tutulmuş məbləğin geri qaytarılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və tutulmanın icra olunmasının “X5 Alətləri” ASC-yə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə təqdim etmiş və iş üzrə iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin dayandırılması haqqında xx.xx.2022-ci il tarixli, 108950 saylı qərarının ləğv edilməsi” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1990-ci il tarixində Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” İB-nin X5 Alətləri bazasında işdə olduğu zaman bədbəxt hadisə zamanı xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmişdir. Xəsarətlərlə bağlı 1992-ci ildə TSEK-in qərarı ilə 2-ci qrup əlil kimi ona pensiya təyin edilmişdir. Qeyd edir ki, işlədiyi müəssisə tərəfindən 01 noyabr 2008-ci il tarixədək ona aylıq ödəniş edilmişdir. «Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssısələrinın istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi» Qaydalarına uyğun olaraq ona 80 %-lə 01 noyabr 2008-ci il tarixdən 60 manat, 01 fevral 2016-cı il tarixdən isə 66 manat, 01 yanvar 2022-ci tarixdən 240 manat müavinət təyin edilmişdir. Həmin müavinətin verilməsi cavabdehin ona ünvanladığı xx.xx.2022-ci il tarixli, ********** nömrəli məktubda xx.xx.2022-ci il tarixdən dayandırıldığı bildirilmişdir. Dayandırmanın səbəbi kimi xx.xx.2014-cü il tarixdən “Quruda Neft və Qazçıxarma” İB-nin X5 Alətləri bazasının özələşdirilməsi başa çatması göstərilmişdir. Bundan başqa məktubda xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738,0 (altı min yeddi yüz otuz səkkiz) manat məbləğində artıq ödəmə müəyyən edildiyi, həmin artıq ödəmənin pensiyasından tutulması haqqında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərar qəbul edildiyi və qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ göstərilmişdir. DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********6 saylı məktubu ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarıxli, 108950 nömrəli Qərara əsasən onun müavinət işi üzrə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixinədək müəyyən edilmiş 6738,0 (altı min yeddi yüz otuz səkkiz) manat məbləğində artıq ödənmiş vəsait əlilliyə görə əmək pensıyasından aylıq 53,47 manat olmaqla 2022-ci ilin iyul ayından etibarən tutulma aparılır. Qeyd edir ki, Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” İB-nin X5 Alətləri bazası hal-hazırda “X5 Alətləri” ASC kimi sahibkarlıq fəaliyyətini davam etdirir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarının qanunsuz olduğunu iddia edərək, iddia ərizəsində cavabdehin xx.xx.2022-ci il tarixli, 108950 nömrəli artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin əmək pensiyasından tutulması haqqında qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq İddiaçı xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Hesab edirlər ki, iddiaçınm iddia tələbi əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirirlər ki, iddiaçıya xx.xx.2010-cu il tarixdən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirirlər ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixdən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatmışdır. Əlavə olaraq bildirirlər ki, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsinə baxmayaraq İddiaçı xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Beləliklə, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək 6738,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. İddiaçı pensiyasından xx.xx.2022-ci il tarixdən 53,4761 manat məbləğində pensiya ödənişinin xx.xx.2032-ci il tarixədək tutulması qərara alınmışdır. Qeyd olunanları nəzərə alaraq bildirirlər ki, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki qərarı qəbul edərkən inzibati orqan nəzərə alır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq pul tələblərinin ödənilməsi ilə bağlı inzibati akt qəbul etmiş inzibati orqan həmin tələbin icraya yönəldilməsi haqqında qərar qəbul etmək səlahiyyətinə malikdir. Qanunvericiliyin tələbinə əsasən belə hallarda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Hazırki qərara qanunla nəzərdə tutulmuş aşağıdakı müddətlərdə münasibət bildirilməməsi onun nəticələrinin şərtsiz qəbul edilməsi kimi qiymətləndirilir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Sözügedən Qanunun 63.4-cü maddəsinə əsasən inzibati orqan inzibati akta edilən düzəlişlər barədə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada maraqlı şəxslərə rəsmi məlumat verməyə borcludur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı münasibətinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1964-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olan və yaşayan İddiaçı xx.xx.2010-cu il tarixdən aylıq ödənc əvəzinə təyin edilmiş aylıq müavinətin ödənişi özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənişi müəssisənin özəlləşdirilməsi prosesi başa çatdığı üçün xx.xx.2022-ci il tarixdən etibarən dayandırılması, xx.xx.2014-xx.xx.2022-ci il tarixədək verilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulmasına dair qərar verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarxili, **********1 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2022-ci il tarixli **********6 nömrəli məktubuna Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məktubda məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2010-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmçinin, bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən xx.xx.2014-cü il tarixindən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq iddiaçıya xx.xx.2010-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 6738,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi tərəfimizdən dayandırılmışdır. Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən sizə artıq ödənilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin məbləğinin tutulması haqqında xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara əsasən artıq ödənilmiş 6738,00 manat məbləğ bölünərək yaşa görə əmək pensiyanızdan tutulmaqla Dövlət Sosial Müdafiə Fondunun hesabına bərpa olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarxili, **********1 saylı məktubundan görünür ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş müraciətinə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. Onun xx.xx.2022-ci il tarixdə cavablandırılmış müraciətinə əlavə olaraq bır daha bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirılmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirilir ki, iddiaçıya xx.xx.2010-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsındə sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafıq məktubuna əsasən xx.xx.2014-cü il tarixdən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatmışdır. Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixindən özəlləşdirilməsınə baxmayaraq iddiaçıya xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək 6738,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanlar nəzərə alınaraq Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarxili, **********6 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fllialın “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 108950 nömrəli Qərarına əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssısələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənişi müəssisənin özəlləşdirilməsi prosesi başa çatdığı üçün xx.xx.2022-ci il tarixdən etibarən dayandırılmışdır. Qeyd edilən xx.xx.2022-ci il tarixli, 108950 nömrəli Qərara əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya artıq ödənilmiş 6738,00 (altı min yeddi yüz otuz səkkiz) manat məbləğində vəsait onun əlilliyə görə əmək pensiyasından aylıq 53,47 (əlli üç manat 47 qəpik) manat olmaqla 2022-ci ilin iyul ayından etibarən tutulur. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı 1990-ci il tarixində Dövlət Neft Şirkəti “Quruda Neft və Qazçıxarma” İB-nin X5 Alətləri bazasında işdə olduğu zaman bədbəxt hadisə zamanı xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş, bu səbədbən 1992-ci ildə TSEK-in qərarı ilə 2-ci qrup əlil kimi ona pensiya təyin edilmişdir. İşlədiyi müəssisə tərəfindən 01 noyabr 2008-ci il tarixədək ona aylıq ödəniş edilmişdir. İddiaçıya xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi təyin edilmiş, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixindən özəlləşdirilməsınə baxmayaraq ona xx.xx.2010-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Nəticədə xx.xx.2014-cü il tarixindən 31,05.2022-ci il tarixinədək 6738,00 manat məbləğində artıq ödəmə müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alan cavabdeh inzibati orqan Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İBnin X5 Alətləri bazasının özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin dayandırılması və xx.xx.2014-xx.xx.2022-ci il tarixədək verilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulmasına dair qərar vermişdir. İddiaçı hazırki tələblə həmin qərarı mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda - minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Sözügedən Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh təşkilata ünvanladığı 13 may 2022-ci il tarixli, **********49 nömrəli məktubuna və ona əlavə edilmiş siyahlya əsasən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının özəlləşdirilməsi xx.xx.2014-cü il tarixdə başa çatmışdır. Beləliklə, qanunvericiliyin tələbinə əsasən İddiaçı xx.xx.2010-cu il tarixdən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin xx.xx.2014-cü il tarixdən dayandırılmalı olduğu müəyyən edilir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mübahisələndirilən “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərarından görünür ki, Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma" İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı ödənilən müavinətin təyinatı dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh təşkilatın mübahisələndirilən “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərarı “Sosial müavinətin dayandırılması” hissəsində əsaslıdır və iddia həmin hissədə təmin edilməməlidir. İş materiallarına əsasən xx.xx.2010-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin iddiaçıya ödənişi xx.xx.2022-ci il tarixədək davam etdirilmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının mübahisələndirilən “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarına əsasən Dövlət Neft Şirkəti “Quruda neft və qazçıxarma” İB-nin X5 Alətləri bazasının xx.xx.2014-cü il tarixdən özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı ödənilən müavinətin təyinatı dayandırılmış, X5 Alətləri bazasının özəlləşdirilməsinin başa çatdığı xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması qərara alınmışdır. İş materiallarından, o cümlədən cavabdeh təşkilatın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarxili, **********1 saylı, xx.xx.2022-ci il tarxili, **********6 saylı və xx.xx.2022-ci il tarxili, **********1 saylı məktublarından görünür ki, İddiaçı X5 Alətləri bazasının özəlləşdirilməsinin xx.xx.2014-cü il tarixdə başa çatmasından mübahisələndirilən “Sosial müavinətin dayandırılması haqqında” qərarın qəbul edildiyi xx.xx.2022-ci il tarixdən sonra məlumatlı olmuşdur. X5 Alətləri bazasının özəlləşdirilməsinin xx.xx.2014-cü il tarixdə başa çatmasından İddiaçı məlumatlı olmamasını, X5 Alətləri bazasının özəlləşdirilməsinin xx.xx.2014-cü il tarixdə başa çatması ilə əlaqədar iddiaçıya ödənilən sosial müavinət ödənişinin məhz həmin tarixdən dayandırılmalı olduğu halda, cavabdeh təşkilat tərəfindən bunun edilmədiyini, xx.xx.2010-cu il tarixindən təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişinin xx.xx.2022-ci il tarixədək davam etdirilməsində iddiaçının təqsirli olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, iddia cavabdeh təşkilatın mübahisələndirilən “Sosial müavinətin dayandırılması haqqında” xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarının “xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması” hissəsində qismən əsaslıdır və mübahisələndirilən qərar həmin hissədə ləğv edilməlidir. Belə ki, İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Bundan başqa xüsusilə qeyd olunmalıdırır ki, Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-cu maddəsi üzrə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, həmin maddə də tutulmanın hansı qaydada həyata keçirilməsinin mexanizmi də xüsusi yer almışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması yalnız şəxsin razılığı ilə mümkündür, belə razılıq olmadıqda isə həmin pul vəsaiti yalnız məhkəmə qaydasında tutulmalıdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi, nə də yazılı) olması müəyyən olunmamışdır. Yuxarıda qeyd edilən hüquq normasını hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddiaçının artıq ödənilmiş əmək pensiyasının geri qaytarılmasına razılığı olmadığına görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ödənilmiş artıq pul vəsaiti özünün qəbul etdiyi hazırda mübahisələndirilən qərarla deyil, məhkəmə qaydasında tutula bilərdi. Məhkəmənin gəldiyi hüquqi nəticə “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqe ilə eynilik təşkil edir. Həmin qərarın 10-cu bəndində qeyd olunur: “Ayrı-ayrı müstəsna hallarda dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri publik hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək üçün məhkəmə qərarının qəbul edilməsini tələb edə bilərlər. Məhkəmələr nəzərə almalıdırlar ki, dövlət, bələdiyyə və ya ümumi hüququn başqa subyektləri tərəfindən belə bir tələblə məhkəməyə müraciət olunması yalnız qanunvericilikdə birbaşa təsbit olunmuş müstəsna hallarda yolveriləndir. Məhkəmələrin dövlətin, bələdiyyənin və ya ümumi hüququn başqa subyektin xeyrinə baxacağı işlər həm pul tələblərinin ödənilməsinə dair, həm də borclunu müəyyən hərəkətlər etməyə, müəyyən hərəkətlərə dözməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddialar ola bilər. Məsələn, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən qaldırılmış iddiada məhkəmə cavabdehdən dövlətin xeyrinə artıq ödənilmiş pensiya ilə əlaqədar müəyyən pul məbləğinin tutulmasına dair qərar çıxara bilər. Şəhərsalma və Tikinti Məcəlləsinin 95.3-cü maddəsinə istinadla qaldırılmış iddia üzrə isə məhkəmə cavabdehə məxsus tikinti obyektinin sökülməsinə dair qərar verə bilər”. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə, inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci və 2.0.11-ci maddələrinə görə, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edə bilər. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, 108950 nömrəli qərarı “xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması” hissəsində ləğv edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-79cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli 108950 nömrəli qərarı “xx.xx.2014-cü il tarixdən xx.xx.2022ci il tarixədək iddiaçıya ödənilmiş 6738,00 manat məbləğində artıq ödəmənin onun yaşa görə əmək pensiyasından tutulması” hissəsində ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar