Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1206/2025 19.06.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair GİRİŞ HİSSƏ Şirvan İnzibati Məhkəməsi Hakim Quliyeva Rəşidə Paşa qızının sədrliyi, məhkəmə iclas katibi Babayeva Gülnarə Eldar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mülkiyyət hüqunun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi tələbinə dair inzibati işə 19 iyun 2025-ci il tarixdə, məhkəmənin binasında (Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi 10), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 16 saylı Ucar Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanda yerləşən 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə məhkəməyə ərizə təqdim edərək, Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhəri üzrə nümayəndəliyinin 44 №-li 06 noyabr 2001-ci il tarixli sərəncamı ilə ona yəni İddiaçı fərdi yaşayış evi tikmək üçün Kürdəmir şəhərinin cənub hissəsindən ayrılmış 1000 kv.m., torpaq sahəsinə dair mülkiyyət hüququmun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdeh DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2001-ci il tarixdə ev tikmək məqsədilə Kürdəmir şəhər üzrə nümayəndəliyinə müraciət edərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Onun xahişi əsasında Kürdəmir RİHB-nın Kürdəmir şəhəri üzrə icra nümayəndəliyinin xx.xx.2001-ci il tarixli sərəncamı ilə onun istifadəsinə 1000 kv.m., torpaq sahəsi verilmişdir. Həmin vaxtdan torpaq sahəsindən istifadə edir. Lakin müyyən çətinlikləri olduğu üçün torpaq sahəsinə mülkiyyət hüququnu dövlət qeydiyyata aldırmamışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət edərək torpaq sahəsinin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan onun müraciətinə imtina cavabı vermişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş 3-21-3-36/2-2793/2024 saylı, xx.xx.2024-cü il tarixli yazılı münasibətdə ( etirazda) göstərilmişdir ki, Kürdəmir şəhəri, M.Qasımov kuçəsı, 3 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli, 44 nömrəli sərəncamını əsas sənəd kimi təqdim edilmişdir. Sənədlərin ekspertizası zamanı müəyyən olunmuşdur ki, ünvan 4 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənəd qanunamüvafiq qaydada təqdim edilməmişdir Torpaq sahəsinin ayrılması barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 10 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən Siyahının 2 7-ci bəndinə əsasən yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar qeydiyyat üçün əsasdır. Bu səbəbdən İddiaçı məxsus ünvan 5 ünvanında yerləşən 0.10 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrası mümkün olmamışdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizəsinin icrasından imtina olunmuşdur. DƏDKR publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 23-cu maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının (şifahi məhkəmə baxışı) yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. Faktiki hallar və sübutlar: Kürdəmir Rayon İcra Hakimiyyətinin Kürdəmir şəhəri üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarrixli 44 №-li sərəncamdan müəyyən olunur ki, Kürdəmir şəhərində yaşayan İddiaçı şəhərin cənub hissəsindən ev tikmək üçün 1000 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. Kürdəmir Bələdiyyəsinin yürquruluşu planından çıxarışdan müəyyyən olunur ki, Kürdəmir RİHB Şəhər üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 44 saylı sərəncamı ilə İddiaçı məxsus 0,10 ha torpaq sahəsinin planı Kürdəmir RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq olunmuşdur. Kürdəmir rayon Dövlət Arxivinin 3-48-25 RA/2-174/2023 saylı xx.xx.2023-cü il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində saxlanılan Kürdəmir RİHB-nin Kürdəmir şəhəri üzrə Nümayəndəliyin xx.xx.2001-ci il tarixli 44 nömrəli sərəncamının qərara alıram hissəsində Kürdəmir şəhərində yaşayan İddiaçı şəhərin cənub hissəsində ev tikmək üçün 1000 kv.m torpaq sahəsinin verildiyi qeyd olunmuşdur. Məhkəmənin müvafiq sorğusuna əsasən verilmiş: DƏDKR 16 saylı Ucar Ərazi İdarəsinin 3-21-3-36/2-2808/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən 11 dekabr 2023-cü il tarixli müayinə (baxış) aktında (surətində) qeyd olunmuşdur ki, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0,10 ha, faktiki sahəsi 0,10 ha, şimaldan-qonşu, cənubdan qonşu, şərqdən qonşu, qərbdən yol, torpaq sahəsində fərdi yaşayış evinin olduğu, mübahisəli halın aşkar olunmadığı qeyd olunmuşdur. Eyni zamanda inventarlaşdırma işlərinin aparıldığı, torpaq sahəsinin faktiki göstərilən sahəsi hüquqi sənədə uyğun olduğu qeyd olunmuşdur. Müayinə aktına Kürdəmir Bələdiyyəsinin yerquruluşu planından çıxarış əlavə olunmuşdur. Kürdəmir rayon Dövlət Arxivinin 3-48-25 RA/2-73/2024 saylı, xx.xx.2024-cü il və 3- 348-25/RA/2-84/2024 saylı xx.xx.2024-cü il tarixli cavab məktubu ilə təqdim olunmuş Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri üzrə nümayəndəliyin 44 №-li, xx.xx.2001-ci il tarixli sərəncamının surətindən müəyyən olunur ki, Kürdəmir şəhərində yaşayan İddiaçı şəhərin cənub hissəsindən ev tikmək üçün 1000 kv.m torpaq sahəsi verilməsi qərara alınmışdır. DƏDKR-nin 16 saylı Ucar Ərazi idarəsinin 3-21-3-36/2-3209/2024 saylı, xx.xx.2024cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı ayrılmış 0,10 ha torpaq sahəsi islahat xəritələrində yaşayış məntəqəsi torpaqları kimi əks olunmuşdur. İddiaçının hazrkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-21-3-36/2-397/2024 saylı cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsi üzərinə mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. ünvan 7 ünvanında yerləşən 0,10 ha həyətyanı torpaq sahəsinin qeydiyyatı ilə bağlı Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 44 nömrəli sərəncamı əsas sənəd kimi təqdim edilmişdir. Sənədlərin ekspertiası zamanı müəyyən olunmuşdur ki, ünvan 7 ünvanında yerləşən 0.10 ha torpaq sahəsi ilə bağlı hüquq müəyyənedici sənəd qanunamüvafiq qaydada təqdim edilməmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 10/1338 №-li, xx.xx.2025-ci il tarixli ekspert rəyində göstərilmişdir ki: DƏDKR publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir RİH- Başçısının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi tərəfindən təsdi olunan Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri üzrə nümayəndəliyin 44 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi olaraq qeyd edilən yerquruluşu planında göstərilən koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsinin koordinatları naturada müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi tərəfindən təsdiq olunan, "Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri üzrə nümayəndəliyin 44 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi olaraq qeyd edilən yerquruluşu planında göstərilən koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi idarənin elektron baza məlumatlarında təqdim olunan Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşməklə, Xırdapay bələdiyyəsinin mülkiyyətinə aid olmaqla yaşayış məntəqələrinin torpaqları kateqoriyalı, tikinti altında olan torpaqlar uqodiyalı ərazidə yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, baxış zamanı iddiaçı tərəfindən naturada göstərilən, üzərində özünə məxsus fərdi yaşayış evi mövcud olan 0.10 ha torpaq sahəsi Kürdəmir bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi tərəfindən təsdiq olunan, "Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri üzrə nümayəndəliyin 44 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi olaraq qeyd edilən yerquruluşu planında göstərilən koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi eyni torpaq sahəsi olmaqla üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi tərəfindən təsdiq olunan, "Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri üzrə nümayəndəliyin 44 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi olaraq qeyd edilən yerquruluşu planında göstərilən koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsi baxış zamanı İddiaçı faktiki istifadəsində olduğu və üzərində yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən inşa olunduğu mütəxəssisə bildirilmişdir. Baxış zamanı sözügedən 0.10 ha torpaq sahəsinin həyətyanı torpaq sahəsi kimi istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşviq Qasımovun mütəxəssis rəyində qeyd edilir ki, Kürdəmir bələdiyyəsi və Kürdəmir rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi tərəfindən təsdiq olunan, "Kürdəmir Rayon İcra Hakimiyyəti Kürdəmir şəhəri üzrə nümayəndəliyin 44 №-li, xx.xx.2001-ci il tarixli sərəncamı ilə İddiaçı məxsus 0.10 ha torpaq sahəsi olaraq qeyd edilən yerquruluşu planında göstərilən koordinatlarla müəyyənləşən 0.10 ha torpaq sahəsinin üçüncü şəxsin qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmə halı idarənin elektron baza məlumatlarında aşkar olunmamışdır. Tətbiq edilən hüquq. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. .. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. ... Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu .... Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. ... Maddə 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri. ... Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. .. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 139-1.1.8.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. .. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İPM: 58.Sübutların araşdırılması qaydası. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
68. Məhkəmə qərarının əsası. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər üzrə nümayəndəsinin xx.xx.2001-ci il tarixli, 47 nömrəli sərəncamı ilə ona ayrılmış Kürdəmir rayonunun Cənub hissəsində yerləşən 1000 kv.metr torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq bu barədə müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Kürdəmir şəhər üzrə nümayəndəsinin xx.xx.2001-ci il tarixli, 47 nömrəli sərəncamı ilə yaşayış evinin tikilməsi üçün ayrılmış torpaq sahəsinə dair yer quruluşu planından çıxarış Kürdəmir Bələdiyyəsi və Kürdəmir RİHB Aparatının Memarlıq və Tikinti şöbəsi tərəfindən təsdiq edilmişdir. Cavabdehin imtinasının, iddiaya qarşı etirazının dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən sözügedən torpaq sahəsinin qeydiyyatı ilə bağlı əsas sənəd kimi Kürdəmir RİH Başçısının Kürdəmir şəhər üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli 44 nömrəli sərəncamı olmuşdur. İlkin olaraq məhkəmə iddia tələbinin hüquqi əsasına uyğun olaraq cavabdehin imtina məktubunda eləcə də, iddia tələbinə dair yazılı etirazında əks etdirdiyi mövqe ilə bağlı qeyd edir ki, torpaq sahəsi üzərində istifadə hüququ həmin torpaq sahəsinin ayrılması (icarəyə, istifadəyə, mülkiyyətə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Bu zaman icra hakimiyyəti orqanlarının funksional səlahiyyət bölgüsü, icra hakimiyyətinin vahidliyi prinsipi, şəxsin ona münasibətdə inzibati orqan tərəfindən qəbul olunmuş əlverişli inzibati aktın, yəni hüquqmüəyyənedici sənədin məzmununa etimad hüququ nəzərə alınmalıdır. Şəxsin müraciəti əsasında əlverişli inzibati aktın qəbul edilməsi və həmin aktın qanunauyğunluğunun təmin edilməsi inzibati orqanın məsuliyyət sferasına aiddir. Qeydiyyat aparan orqan həmin aktı məzmun baxımından təftiş etmək və onun qanunauyğunluğuna qiymət vermək səlahiyyəti ilə təchiz olunmamışdır. Qeyd olunmalıdır ki, həmin hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Bu icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar olunarkən həmin tələblər nəzərə alınmalıdır. Belə ki, eyni ərazidə sözügedən torpaq sahəsinin ətrafında yerləşən mülkiyyətçi olan şəxslərin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitusion norma və prinsipin mahiyyətinə ziddir. Göründüyü ki, torpaq sahəsi iddiaçıya səlahiyyətli dövlət orqanı tərəfindən müvafiq sərəncam əsasında ayrılmış və torpaq sahəsinin ölçüsü göstərilmişdir. Mülki Məcəllənin 139-1.1.1-ci maddəsinin müddəalarına görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bu qayda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normaya görə, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və onlara xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Nəzərə almaq lazımdır ki, cavabdeh hüququn qeydiyyata alınması məsələsini həll edərkən, yuxarıda qeyd olunan normaları bir-birindən təcrid olunmuş şəkildə deyil, əlaqəli və kompleks şəkildə təfsir və tətbiq etməlidir. Həmçinin cavabdeh tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğu da həmin maddələrin tələbləri və məzmunu nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Beləliklə, göründüyü kimi Kürdəmir Rayon icra Hakimiyyəti Başçısının Kürdəmir şəhər üzrə nümayəndəliyinin xx.xx.2001-ci il tarixli, 44 №-li sərəncamı qanunla müəyyən olunmuş qaydada mübahisələndirilməmiş, ləğv olunmamış, geri çağırılmamış, dəyişdiriməmiş və ya etibarsız sayılmamışdır. Bu baxımdan həmin sərəncam “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən hüquqi qüvvəsini saxlayır və etibarlı hesab olunur. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 - hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 - hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 - daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 - daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 - bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. Bu baxımdan torpaq sahəsinə iddiaçının adına mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq bu barədə çıxarışın verilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
NƏTİCƏVİ HİSSƏ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhəri üzrə nümayəndəliyinin 44 №-li 06 noyabr 2001-ci il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Kürdəmir şəhərinin cənub hissəsindən ayrılmış 1000 kv.m., torpaq sahəsinə xüsusi mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydə alınması və buna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinə həvalə edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul İddiaçı alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apellyasiya şikayəti verilə bilər.
Hakim: Rəşidə Quliyeva