Məhkəmə qərarları › İş №2-1(120)-1209/2025

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1209/2025

11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1209/2025 11.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynova Amilya Aqil qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “əsassız olaraq hərbi xidmətə çağırılması və orada saxlanıldığı müddət üçün dəymiş 9000 manat və 5000 manat mənəvi ziyan olmaqla ümumilikdə 14000 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız olaraq hərbi xidmətə çağırılması və orada saxlanıldığı müddət üçün ona dəymiş 9000 manat və 5000 manat mənəvi ziyan olmaqla, ümumilikdə 14000 manat kompensasiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad Rayon Şöbəsi tərəfindən 25 aprel 2023-cü il tarixdə hərbi xidmətə çağırılmış və 21 oktyabr 2023-cü il tarixədək, yəni 6 ay müddətində qanunsuz olaraq hərbi xidmətdə olmuşdur. Lakin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon Şöbəsi tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 2/112 №-li göndərişdən görünür ki, o, Stasionar müalicə üçün Sabirabad rayon Mərkəzi Xəstəxanasına göndərilmişdir. Belə ki ona həmin göndəriş üzrə yastıpəncəlik diaqnozu qoyulmuşdur. Lakin bütün bunları həmin vaxt müvafiq əməkdaşlara bildirməyinə baxmayaraq o, qanunsuz olaraq hərbi xidmətə aparılmışdır və 6 ay hərbi xidmətdə olduqdan sonra onu N №-li Hərbi Hissənin Hospitalına aparmışlar. Oradakı müayinənin nəticəsində onun hərbi xidmətə yararlı olmamağı bir daha aşkar olunmuş və o yalnız 6 ay xidmətdə olduqdan sonra yararsız olaraq evə buraxılmışdır .Əgər qanunsuz olaraq hərbi xidmətdə olmasa idi onun mülki dövriyyə şəraitində və orta aylıq əmək haqqı nəzərə alınmaqla qazancı 1500 manat təşkil edirdi. Bu səbəbdən də 6 ay qanunsuz olaraq hərbi xidmətdə olmağını nəzərə alaraq ona 9000 manat maddi və həmçinin xəstə olduğunu biləbilə onun əsassız yerə hərbi xidmətdə saxladıqlarına və çəkdiyi ağrılara görə də 5000 manat mənəvi ziyan olmaqla ümumilikdə 14 000 manat ziyan dəymişdir və bu məbləğ kompensasiya şəklində ona ödənilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etiraz təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə qarşı “dəymiş maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 47.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək,vəsatətlər, o cümlədən də əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, verilən digər prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər.Həmin məcəllənin 154.1-ci maddəsinə əsasən,işdə iştirak edən iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş ’’İnzibati orqanların Təsnifatı”nın İV hissəsinin 4-1.1.1-ci yarımbəndinə müvafiq olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli baş idarə, idarə, şöbə və bölmələri inzibati orqanlardır.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə , habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında iddialara baxılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 261.0.1 -ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.Həmin məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İddiaçı tələbi inzibati mübahisələrə dair iş olduğu üçün və onun işinə mülki məhkəmə icraat qaydasında baxılmalı olmadığı üçün, hazırkı işin icraatına xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddia tələbi üzrə mülki işinin icraatına xitam verilməsi barədə qərərdad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclаsının yеri və vахtı bаrədə rəsmi qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, cavabdehin nümayəndəsi məhkəmə iclаsınа gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı İnzibаti Prоsеssuаl Məcəlləsinin 62-ci mаddəsinə əsаsən işə cavabdehin nümayəndəsinin iştirаkı оlmаdаn bахılmаsını mümkün hеsаb еdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin qismən əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: - İşdə olan seriya AA245991 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - İşdə olan xx.xx.2024-cü il tarixli Azərpoçt MMC-yə məxsus məxaric qəbzinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə məktub ünvanlamışdır. - İşdə olan SX № 07556533 nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 25 aprel 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək hərbi hissədə xidmət etmişdir. - İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3- 43-54/2-6/2024 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olan xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə (Diaqnoz:Sağ aşıq-qayıqvari oynağın İ(birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) sol ayağın İİ(ikinci) dərəcəli boylama yastıayaqlılığı) “Xəstəliklər cədvəli”nin İİ qrafası 68c maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Hərbi vəzifəli İddiaçı cavabdeh Xidmətin Sabirabad rayon şöbəsinə müraciəti, həmin müraciəti ilə əlaqədar inzibati icraat aparılıb aparılmaması barədə Xidmətin Sabirabad rayon şöbəsində heç bir məlumat aşkar olunmadı.Hərbi vəzifəli İddiaçı hərbi xidməti ilə bağlı sənədlərinin təsdiq olunmuş surətini ünvana göndəriilmişdir. - İşdə olan xx.xx.2023-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədə göstərilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixdə SHXÇDX Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən müayinə olunmuş, Anamnezi: Deməsinə görə uşaq yaşlarından özünü xəstə hesab edir. Xəstəliyinin səbəbini əlaqələndirə bilmir. Hərbi xidmətə çağırılarkən SHXÇDX-nin Sabirabad ravon şöbəsi hərbi- həkim komissiyası tərəfindən səthi müayinə olunmuş və hərbi xidmətə yararlı hesab edilmişdir. Hərbi xidmət dövründə fiziki yükün artması ilə əlaqədar olaraq ayaqlarda ağrılar,tez yorulma, topuqlarda şişkinlik narahat etdiyindən xidməti vəzifələrini yerinə yetirməkdə çətinlik çəkmişdir. Xəstə N,08.2023-cü il tarixdə ümumi halsızlıq, hərarət şikayətləri ilə əlaqədar olaraq N №-li h/hyə müraciət etmis, yoluxucu xəstəliklər bölməsinə stasionar müalicəyə qəbul edilmişdir, xx.xx.2023-cü il tarixdə MN X6 müayinədə olmuş, radioloqiva və ortopediya bölmə rəisləri tərəfindən baxılmış, ekspert diaqnozu müəyyən edilərək, N nömrəli hərbi hissədə şəhadətləndirilməsi məsləhət görülmüşdür. Ayaqlarda olan davamlı ağrılarla əlaqədar olaraq xidməti vəzifələrinin icrasında çətinlik çəkdiyindən, hərbi xidmətə vararlılıq dərəcəsini təyin etmək məqsədilə N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi-həkim komissiyasına göndəriş verilmişdir. Əvvəllər şəhadətləndirilməmişdir.xx.xx.2023-cü il tarixdən hal-hazıradək N nömrəli hərbi hissədə müayinə və müalicədə olmuşdur. Obyektiv müayinənin məlumatları: Qidalanması normaldır. Dəri və görünən selikli qisalar normal rəngdədir. Dərialtı piy toxuması normal, inkişaf edib. Periferik limfa düyünləri böyüməyib. Dayaq-hərəkət sistemində hər iki aşağı ətraflardan basqa digər patologiya yoxdur. Auskultasivada ağciyərlər üzərində vezikulvar tənəffüs eşidilir. Ürək tonları aydındır, küy yoxdur. Arterial təzyiq 120/75 mm.c, sütunu qədərdir. Nəbzi ritmikdir, dəqiqədə 76 vurğudur. Dili nəm və ərpsizdir, udma aktı sərbəstdir. Qarnı palpasivada yumşaqdır, ağrısızdır. Qaraciyər böyüməyib, dalaq əllənmir. Bel nahiyəsinə döyəcləmə hər iki tərəfdə ağrısızdır. Fizioloji aktları normaldır. Nevroloii status normaldır. Hər iki qulaqda pıçıltılı nitqi eşitmə 6,0 metr məsafədəndir. Hər iki gözdə görmə itiliyi 1.0D-dir.YERLİ STATUS: Hər iki ayağın tağı vastılasıb, ölçüləri eninə bövüvüb, ayaqlar içəri rotasiya olunub. Hər iki iç topuqaltı nahiyələrdə zəif ödem qeyd olunur. Palpasiya zamanı daraqarxası sümüklər üzərində ağrı olduğunu bildirir. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və s.) nəticələri: xx.xx.2023-cü il tarixli. 23275 nömrəli dös cıətəsi orqanlarının flüoroqramması, xx.xx.2023-cü il tarixli qanın və sidiyin ümumi analizləri normaldır, 17,01,2023-cü il tarixli, 4034 nömrəli EKQ müayinəsinin nəticələri normaldır. 16,09.2023cü il tarixli renal KT-patoloaiva qeyd edilmir. MN X6 aparılmış hər İki avağın yük altında 12,09,2023-cü il tarixli, 1535 №-li rentaenoarammında: sac avacıdə h=1i3mm, ct=160°, L=165mm. sol avaada h=20mm, g=152°. L=161mm, Sağ ayağın İİİ (ücüncü), sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı var. Sağ aşıq-qayıqvari oynağın osteoartroz İ (birinci) mərhələ qeyd edilir, Onurğanın döş və bel nahiyələrində skolioz aşkar edilmir. Diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb-əlaqəsi haqqında HHK-nin qərarı: Sağ aşıq-qayıqvari oynağın İ (birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü), sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Ümumi xəstəlikdir. HHK-nın hərbi xidmətə, hərbi uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı :"Xəstəliklər cədvəli"nin 68 c maddəsinin [İ qrafasına və ƏTC-nə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə’’yə qosma) əsasən, Sülh "dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 16075 nömrəli məktubunda göstərilmişdir ki, N nömrəli hərbi hissənin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı aşağıda göstərilən tarixlərdə N nömrəli hərbi hissəyə müraciət etmişdir: N avqust 2023-cü il tarixdən 16 oktyabr 2023-cü il tarixədək “Sağ aşıq-qayıqvari oynağın birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) dərəcəli, sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı. Kəskin respirator xəstəlik” diaqnozu ilə stasionar müalicədə olmuş, 20 sentyabr 2023-cü il tarixdə Hospital hərbi həkim komissiyası tərəfindən “Sağ aşıq-qayıqvari oynağın birinci mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) dərəcəli, sol ayağın İİ (ikinci) dərəcəli boylama yastıayaqlılığı” diaqnozu ilə şəhadətləndirilmiş, “Xəstəliklər cədvəli”nin 68c maddəsinin İİ qrafasına əsasən “Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” qərarı verilmişdir. Komissiyanın qərarı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən təsdiq edilmişdir. 25 may 2023-cü il tarixdə poliklinika bölməsinə ambulator müraciət etmiş, travmatoloqun baxışında olmuş, müayinənin nəticələrini qeydiyyat üçün təqdim etməmişdir.N avqust 2023-cü il tarixdə poliklinika bölməsinə ambulator müraciət etmiş, infeksionistin baxışı zamanı “Kəskin respirator xəstəlik” diaqnozu qoyulmuş və “Təcili stasionar müalicəyə ehtiyacı var’- rəyi verilmiş, xəstə stasionar müalicəyə qəbul olunmuşdur.Əsgər İddiaçı xx.xx.2023-cü il tarixdə stasionar müalicədə olduğu zaman adına tərtib edilmiş 5749 nömrəli xx.xx.2023-cü il tarixli xəstəlik tarixindən çıxarış epikrizinin təsdiq edilmiş kserosurəti ünvanına göndərilir. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 11513 nömrəli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2023-cü il tarixli əmrində göstərilmişdir ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsindən gəldiyinə görə, 25 aprel 2023cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara qoyulsun və “əsgər” hərbi rütbəsi verilməklə 4-cü təlim taborunun (döyüş təminatı mütəxəssislərin hazırlığı üzrə) 24-cü təlim bölüyünün (sürücülərin hazırlığı üzrə) 3-cü təlim taqımının 1-ci təlim manqasının dəyişən heyəti vəzifəsinə təyin olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 11513 nömrəli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N4 nömrəli, xx.xx.2023-cü il tarixli əmrində göstərilmişdir ki, taktiki komanda məntəqəsi bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası 20 sentyabr 2023-cü ildə xəstəlik haqqında şəhadətnamə 1827 nömrəli qərarı ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə” nin 156-ci maddəsinin V bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığına görə, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 20 oktyabr 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, pul təminatından çıxarılsın, bütün növ təminatdan çıxarılsın və hərbi qeydiyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsinə göndərilsin. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul və yol xərci müavinətləri verilsin. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N №-li hərbi hissənin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 11513 nömrəli məktubuna əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin N nömrəli, xx.xx.2023-cü il tarixli əmrində göstərilmişdir ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Əsgər İddiaçı xidmətlərini davam etdirmək üçün N nömrəli hərbi hissədən (Gəncə şəhəri) gəldiyinə görə, 28 iyun 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilmiş, bütün növ təminatlara qoyulsunlar və taktiki komanda məntəqəsi bölüyünün avtomobil taqımının 1-ci avtomobil manqasının sürücüsü vəzifəsinə təyin olunmuşdur. - İşdə olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sabirabad rayon Mərkəzi Xəstəxanası” X8 məhkəməyə xx.xx.2024-cü il tarixli, 1-1-70/2-933/2024 nömrəli məktubunda göstərilmişdir ki, Sabirabad şəhər X9 döngə 1 ev 7 də yaşayan xx.xx.2024-cü il təvəllüdlü İddiaçı adına açılmış X7, Müvafiq tibbi sənədlər özündə olduğu üçün sənədlərin surətini göndərmək mümkün olmamışdır. - İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli 1549 nömrəli məktubunda göstərilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının arxiv bazasında vətəndaş İddiaçı dair xx.xx.2023-cü il tarixli 1827 nömrəli “Xəstəlik haqqında şəhadətnamə”dən başqa heç bir sənəd saxlanılmır. İddiaçı N nömrəli hərbi hissənin hospital hərbi-həkim komissiyası tərəfindən şəhadətləndirildiyinə görə şəhadətləndirməyə əsas olmuş sənədlər həmin tibb müəssisəsinin arxivində saxlanılır. Odur ki, həmin sənədləri əldə etmək üçün N nömrəli hərbi hissənin komandirinə müraciət etməyinizi xahiş edirəm. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Mülki Məcəllənin 1100-cü madəsinin tələblərinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsi tərəfindən verilmiş göndəriş üzrə İddiaçı barəsində X2 tərəfindən “sol ayaqla klavikulyar bucaq 157 dərəcə, tağın hündürlüyü 16 mm, sağ ayaqda klavikulyar bacaq 160 dərəcə, tağın hündürlüyü 14 mm, hər iki ayağın üçüncü dərəcəli yastıpəncəliliyi diaqnozu qoyulmuşdur. Bundan sonra cavabdeh orqan tərəfindən iddiaçı hərbi xidmətə çağırılmışdır. İşin mübahisəsiz halıdır ki, iddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətə çağırılarkən SHXÇDX-nin Sabirabad ravon şöbəsi hərbi- həkim komissiyası tərəfindən səthi müayinə olunmuş və hərbi xidmətə yararlı hesab edilmişdir. Hərbi xidmət dövründə fiziki yükün artması ilə əlaqədar olaraq ayaqlarda ağrılar,tez yorulma, topuqlarda şişkinlik narahat etdiyindən xidməti vəzifələrini yerinə yetirməkdə çətinlik çəkmişdir. Xəstə N,08.2023-cü il tarixdə ümumi halsızlıq, hərarət şikayətləri ilə əlaqədar olaraq N №-li h/hyə müraciət etmis, yoluxucu xəstəliklər bölməsinə stasionar müalicəyə qəbul edilmişdir, xx.xx.2023-cü il tarixdə MN X6 müayinədə olmuş, radioloqiva və ortopediya bölmə rəisləri tərəfindən baxılmış, ekspert diaqnozu müəyyən edilərək, N nömrəli hərbi hissədə şəhadətləndirilməsi məsləhət görülmüşdür. Ayaqlarda olan davamlı ağrılarla əlaqədar olaraq xidməti vəzifələrinin icrasında çətinlik çəkdiyindən, hərbi xidmətə vararlılıq dərəcəsini təyin etmək məqsədilə N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi-həkim komissiyasına göndəriş verilmişdir. xx.xx.2023-cü il tarixdən hal-hazıradək N nömrəli hərbi hissədə müayinə və müalicədə olmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə (Diaqnoz:Sağ aşıq-qayıqvari oynağın İ(birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) sol ayağın İİ(ikinci) dərəcəli boylama yastıayaqlılığı) “Xəstəliklər cədvəli”nin İİ qrafası 68c maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Bu müddət ərzində ciddi ağrılara, fiziki məhrumiyyətlərə, əzablara düçar olmuş, mənəvi sarsıntı keçirmişdir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəql nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. Məhkəmə, İddiaçı hərbi xidmətdə 6 ay keçirtdiyi üçün mənəvi iztirablar yaşaması səbəbindən ona vurulmuş mənəvi zərərə 5000 manat tələb etməsi dəlilinə münasibətdə qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir, belə ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə (Diaqnoz:Sağ aşıq-qayıqvari oynağın İ(birinci) mərhələ osteoartrozu ilə fəsadlaşmış, sağ ayağın İİİ (üçüncü) sol ayağın İİ(ikinci) dərəcəli boylama yastıayaqlılığı) “Xəstəliklər cədvəli”nin İİ qrafası 68c maddəsinə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 saylı qərarı) əsasən “Dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır” hesab edilərək, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. Məhkəmə hesab edir ki, 6 ay müddətinə iddiaçının xeyrinə ədalətli həddə - 1000 manat tutulmalıdır. İnsan hüquqlarının müdafiəsi ideyası ilk növbədə dövlətdaxili hüquqda öz təzahürünü tapır. Hər bir fərd doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlara malikdir. Həmin hüquq və azadlıqları bərabər əsasda, heç bir ayrı-seçkilik qoyulmadan təmin etmək dövlətin vəzifəsidir. «İnsan hüquqları haqqında Ümumi Bəyannaməsi»nin 3-cü maddəsində göstərilir ki, «hər bir şəxsin yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüququ var». Bəyannamənin 9-cu maddəsinə müvafiq olaraq «heç kim özbaşına həbsə, tutulmaya və ya sürgünə məruz qala bilməz». Məhkəmə qeyd edir ki, istər milli, istərsə də beynəlxalq qanunvericilikdə kompensasiyanın vəzifəsi - ziyanın təminindən ibarət olması kimi göstərilmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 41-ci maddəsinə əsasən «əgər Məhkəmə Konvensiya və onun Protokollarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradanqaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir». Mənəvi zərərin ödənilməsinin zəruriliyi bir sıra beynəlxalq sənədlərdə də öz əksini tapmışdır. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq hərbi hissədə hərbi xidmətə göndərilərək hərbi xidmət keçməsi nəticəsində ona mənəvi zərər vurulmuşdur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X3rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir. Avropa Məhkəməsinin «Ədalətli kompensasiya tələbləri barədə Praktiki Qaydaları»nın 13cü bəndinə əsasən, mənəvi zərərə aid Məhkəmənin təyin etdiyi kompensasiya qeyrimaddi zərərə, məsələn, əqli və ya fiziki əziyyətə görə maliyyə kompensasiyasının təmin olunmasına yönəlib. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarına əsasən, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. İddiaçının hərbi hissədə hərbi xidmətdə olduğu dövr ərzində onun qazancından məhrum olunması dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı qazancdan hansı qaydada və hansı hallarda məhrum olması barədə məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, məhkəmə 2023-cü il tarixdə minimum aylıq əmək haqqının məbləği üzrə iddiaçıya maddi ziyan məbləğini hesablamağı məqsədə müvafiq hesab etmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli, 3708 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndinə əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçdiyi 6 aylıq müddət üzrə 2070 manat məbləğində maddi ziyan iddiaçının xeyrinə cavabdeh orqandan tutulmalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.3-cü maddəsinə görə aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: - (maddə 73.3.1) inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; - (maddə 73.3.2) inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; - (maddə 73.3.3) inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsindən İddiaçı xeyrinəv 2070 (iki min yetmiş) manat məbləğində maddi ziyan və 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilməlidir. Yuxarıda qeyd olunanlarla yanaşı, iddiaçıya izah edilir ki, hazırkı qərardan sonra yenidən aparılacaq inzibati icraatın nəticəsində qəbul ediləcək yeni qərarı iddiaçının məhkəmədə mübahisələndirmək hüququ saxlanılır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabirabad rayon şöbəsindən İddiaçı xeyrinə 2070 (iki min yetmiş) manat məbləğində maddi ziyan və 1000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən N (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən N gün keçdikdən sonra qüvvəyə minir. Hakim Amilya Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar