Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(120)-121/2025 05.11.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon XDS İK-nın 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nın 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyatyanı torpaq fondu hesabına 28 iyun 1995-ci il tarixli təhkim aktı ilə X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,0548 ha həyətyanı torpaq sahəsinin mərhum X4 məxsus olmasını təsdiqləyən arayışın (müvafiq çıxarışla plan-ölçü sənədinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Тəsviri hissə: İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinə dair hüququn mərhum X4 aid olması və hüququn qeydiyyata alınması barədə çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)-2400/2022 nömrəli qərardadı ilə X8, 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-313/2024 nömrəli qərardadı ilə Masallı rayonu Banbaşı bələdiyyəsi üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddiaçının vəkili və nümayəndəsi Vəkil ərizə ilə müraciət edərək, “Masallı rayon XDS İKnin 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən ayrılmaqla Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin mərhum əri X4 məxsus olmasını təsdiqləyən arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi davam etdirilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Sonradan İddiaçının vəkili və nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə ünvanladığı ərizədə iddia tələbinin dəyişdirilərək “Masallı rayon XDS İK-nın 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nın 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyatyanı torpaq fondu hesabına 28 iyun 1995-ci il tarixli təhkim aktı ilə X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,0548 ha həyətyanı torpaq sahəsinin mərhum X4 məxsus olmasını təsdiqləyən arayışın (müvafiq çıxarışla plan-ölçü sənədinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Masallı rayon XDS İK-nın 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən Masallı rayonu Böyük Xocavar kənd sakini X4 Masallı rayonu Böyük Xocavar kəndində 0,06 ha torpaq sahəsi ayrılmışdır. Famil Quliyevlə nikahları xx.xx.2011-ci il tarixdə Masallı rayon Qeydiyyat şöbəsində rəsmi qeyd etdirməklə ailə həytaı qurmuşdurlar. Onunla birgə nikahlarından Fuad adlı bir oğlu olmuşdur. Famil Quliyev xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mərhum Famil Quliyevdən miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddət bərpa edilmiş, Masallı rayonu Böyük Xocavar kəndində yerəşən, X1 miras qalmış 0,06 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi mənim və oğlum Fuad Quliyevin pay hüquqları tanınmışdır. X16 birinci dərəcəli vərəsəsi kimi ondan qalmış həmin torpaq sahəsini vərəsəlik qaydasında sənədləşdirməkdən ötrü həmin torpağa dair mərhum ərim Famil Quliyevin hüquqlarının qeydiyyata alınması zəruridir. Bu barədə müxtəlif instansiyalara müraciətlər etmişəm. Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin xx.xx.2021-ci il tarixli məktubunda mərhum ərimə torpaq sahəsinin qanuni əsaslarla ayrılmasını təsdiq edən sənədlərlə birlikdə DƏDRXnin 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət edəcəyim təqdirdə, torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafıq qaydada baxılacağı göstərilmişdir. Odur ki, Masallı rayonu Böyük Xocavar kəndində yerləşən mərhum əri X4 Masallı rayon XDS İK-nın 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən ayrılmış 0,06 ha torpaq sahəsinə onun mülkiyyət hüququnun qeydiyyata alınaraq müvafiq çıxarışla plan və ölçü sənədlərinin verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh 11 aprel 2022-ci il tarixli məktubunda bundan imtina edilmişdir. Halbuki ərizəsinə şəxsiyyət vəsiqəsinin, nikah haqqında şəhadətnamənin, ölüm haqqında şəhadətnamənin, mərhum ərinə torpaqayrılmasına dair aktın, bu barədə arxiv çıxarışının və DƏDRX-nin məktubunun surətlərini əlavə etmişdir. Bu isə cavabdehin hüququ qeydə almaqdan əsassız olaraq imtina etməsini göstərir. Odur ki, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin etiraz ərizəsində qeyd edilmişdir ki, İddiaçı 09 mart 2022-ci il tarixli ərizəsinə Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən 11 aprel 2022-ci il tarixdə **********14 saylı məktubla bildirilmişdir ki, torpaq sahəsinin mərhum X4 ayrılması barədə sovxozun əmri, əmrin arxivdə olması barədə arxiv çıxarışı və torpaq sahəsinə dair ərazinin yerləşmə sxemi ərizənizə əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı , yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd edilən sənədlərdəki çatışmamazlıqlara və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır. Bununla yanaşı torpaq sahəsində yerində digər şəxslərlə mübahisə halları mövcuddur. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsini rəhbər tutaraq iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı İddiaçı iddia tələbinin təmin edilməməsini xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin nümayəndəsi, üçüncü şəxslər X8 və Masallı rayonu Banbaşı bələdiyyəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materiallarında olan Masallı rayon Dövlət Arxivinin xx.xx.2018-ci il tarixli, Ç-189 nömrəli arxiv çıxarışından görünür ki, ayrı təsərrüfat olub, ev tikmək üçün həyətyanı torpaq sahəsi olmayan, Böyük Xocavar kənd sakinləri X4 Masallı rayon XDS İK-nin 31 may 1995-ci il tarixli 5 №-li qərarı ilə və torpaq komissiyasının 20-ci sırasında adlarına təsdiq edilmiş 0.06 ha torpaq sahələri onlara verilsin. İş materiallarında olan “Böyük Xocavar” KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən Masallı rayonu Böyük Xocavar kənd sakini X4 Masallı rayonu Böyük Xocavar kəndində 0,06 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X7 xx.xx.1985-ci il tarixdə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2011-ci ilin aprel ayının 26 günüdə 289 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, AZ-İ 866398 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2017-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 05 ayının 17 günündə 04 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)- 2151/2019 nömrəli qətnaməsi ilə mərhum X1 miras qalmış əmlakın qəbul edilməsi üçün buraxılmış müddət bərpa edilmiş, Masallı rayonu, Böyük Xocavar kəndində yerləşən, Masallı Rayon XDS İK-nin 31 may 1995-ci il tarixli, 5 nömrəli qərarına və “Böyük Xocavar” KKFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən 03 may 2017-ci ildə vəfat etmiş X1 miras qalmış 0.06 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi İddiaçı və X10 pay hüquqları tanınması qət etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********14 nömrəli məktubundan görünür ki, torpaq sahəsinin mərhum X4 ayrılması barədə sovxozun əmri, əmrin arxivdə olması barədə arxiv çıxarışı və torpaq sahəsinə dair ərazinin yerləşmə sxemi ərizənizə əlavə edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanına və “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlər (müvafiq sxem, plan və ya onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı , yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) olduğu halda həyata keçirilir. Yuxarıda qeyd edilən sənədlərdəki çatışmamazlıqlara və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən torpaq sahəsinin qeydiyyata alınması mümkün olmamışdır İş materiallarında olan Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)- 2151/2019 nömrəli məktubundan görünür ki, Masallı Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli,2(050)-2151/2019 saylı qətnaməsi 09 sentyabr 2019-cu il tarixdə qanuni qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-101/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində Masallı rayon X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli Aktı ilə X4 verilmiş 0.06 ha həyətyanı torpaq sahəsinə dair məlumat aşkar edilməmişdir. İşin dəqiq və hərtərəfli araşdırılması məqsədi ilə arxivdə mövcud olan Masallı rayonu, Böyük Xocavar kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından (əlyazma və elektron) X2 adı qeyd olunmuş hissədən çıxarışların təsdiq olunmuş surəti təqdim edilir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki və yerqurluşu ekspertizaları təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2024-cü il tarixli, 3- 16-16/2-10/6654 nömrəli ekspert rəyi tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Ekspert rəyindən aşağıdakılar bildirilir: Qərardadın birinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3888/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon XDS İK-nin 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və "Böyük Xocavar" KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə İddiaçı X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə yerini və döngə nöqtələrinin koordinatlarını təyin etmək mümkün olmadı. Qərardadın ikinci sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3888/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon XDS İK-nin 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və "Böyük Xocavar” KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə iddiaçı X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü sənədinin olmaması səbəbindən bu torpaq sahəsinin sənəd üzrə koordinatlarının aidiyyəti qanunvericilik aktlarında, o cümlədən elektron kadstr xəritəsində düzgün olaraq qeyd edilib-edilmədiyini müəyyənləşdirmək, iddia edilən faktiki istifadə kimi plana alınmış torpaq sahəsi ilə uyğunsuzluğu müqayisələndirmək mümkün olmadı. Qərardadın üçüncü sualı üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3888/2023 saylı mütəxəssis rəyinə əsasən, Sözügedən torpaq sahəsinin sənəd üzrə yerini təyin etmək, iddia edilən fiziki sərhədlərlə əhatələnmiş faktiki torpaq sahəsi ilə uyğunsuzluğu müqayisələndirmək mümkün olmamasına baxmayaraq, Torpaqları məlumatlarına görə iddiaçının iddia etdiyi və 3-cü şəxs X3 faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid fiziki sərhədlərlə əhatələnmiş 0,0548 ha həyətyanı torpaq sahəsinin təyinatına uyğun istifadədə olduğu müəyyənləşdirilmişdir. Qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə: İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-44/2-3888/2023 saylı mütəxəssis rəyinə əsasən, Masallı rayon XDS İK-nin 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və "Böyük Xocavar" KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə iddiaçı X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədi olmadığından iddia edilən 3-cü şəxs X3 faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evinin bu sənəd üzrə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşüb-düşmədiyini müəyyənləşdirmək, uyğunsuzluğu müqayisələndirmək, mümkün olmamışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 24.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. İPM-in 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İPM-in 30.1-ci maddəsinə əsasən mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Qeyd edilən normaların tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır.» Qanunvericiliyin qeyd edilən normalarından göründüyü kimi, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. İddianın mümkünlüyü haqqında müddəanın tələblərinə görə iddiaçı ancaq öz hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Bununla da inzibati prosesdə aktiv legitimləşdirilmə (əsl iddiaçı) proses başlamamışdan təmin olunmuş olur. Başqasının hüquqlarını onun əvəzinə məhkəmədə müdafiə etmək səlahiyyəti ancaq qanunla nəzərdə tutulmuş hallarda baş verə bilər. Müddəanın mətnində (subyektiv) hüquq anlayışı ilə yanaşı qanunla qorunan maraqlar anlayışından da istifadə olunur. Qanunla qorunan maraq bir qayda olaraq subyektiv hüquqdan törəmədir. Yəni, əgər qanunla qorunan marağın kökləri araşdırılarsa, onun hansısa hüquqla bağlılığı müəyyən ediləcəkdir. Mübahisələndirmə haqqında iddianın predmeti olması üçün qanunla qorunan maraq birbaşa pozulmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayıla bilər. İddiaçı Masallı rayon XDS İK-nın 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nın 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyatyanı torpaq fondu hesabına 28 iyun 1995-ci il tarixli təhkim aktı ilə X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,0548 ha həyətyanı torpaq sahəsinin mərhum X4 məxsus olmasını təsdiqləyən arayışın (müvafiq çıxarışla plan-ölçü sənədinin) verilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia etdiyi torpaq sahəsi X3 faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid fiziki sərhədlərlə əhatələnmiş 0,0548 ha həyətyanı torpaq sahəsinin təyinatına uyğun istifadədə olduğu müəyyənləşdirilmişdir. Məhkəmə Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 3-16- 16/2-10/6654 nömrəli ekspert rəyininə nəzər yetirən zaman Masallı rayon XDS İK-nin 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və "Böyük Xocavar" KFT-nin 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyətyanı torpaq fondu hesabına xx.xx.1989-cu il tarixli təhkim aktı ilə iddiaçı X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,06 ha torpaq sahəsinin məkan göstəricilərini (koordinatlarını) əks etdirən "Torpaq sahəsinin planı və ölçüsü" sənədi olmadığından iddia edilən 3-cü şəxs X3 faktiki istifadəsində olan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin hüdudları daxilində yerləşən fərdi yaşayış evinin bu sənəd üzrə verilmiş torpaq sahəsinin hüdudları daxilində yerləşib-yerləşmədiyini, üçüncü şəxslərin qanuni istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşübdüşmədiyini müəyyənləşdirmək, uyğunsuzluğu müqayisələndirmək, mümkün olmamışdır. Qeyd edilən torpaq sahəsi üçüncü şəxs X3 faktiki istifadəsində olduğu iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir. Məhkəmənin qənaətinə görə mübahisəli və iddia edilən torpaq sahəsi üzərində üçüncü şəxsin hüquqları qeydə alındığından və qeydə alınma üçün əsas olan hüquqmüəyyənedici sənədlər qüvvədə olduğundan həmin ərazinin tələb üzrə iddiaçının adına qeydə alınması qanunazidd olacaqdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarının 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Həmin Qərarın 8.2-ci bəndinə əsasən bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Həmin Qərarın 8.5-ci bəndinə əsasən iddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmə hesab edir ki, hal-hazırki iddiada mümkünlük şərtlərinə əməl edilməməsi əsasından çıxış edərək iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 48.1-ci maddəsinə əsasən, sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. Qeyd olunanlarla bağlı iddiaçıya 16 aprel 2025-ci il tarixli və 30 sentyabr 2025-ci il tarixli, 2-1(120)-121/2025 nömrəli hüquqi yardım məktublarına münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. Odur ki, məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə bütün qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, prosessual xərclər İddiaçı tutulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 115.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı işin mahiyyəti üzrə qərardan şikayət verilmədiyi hallarda, prosessual xərclərə dair qərarın (qərardadın) mübahisələndirilməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35, 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad ərazi idarəsinə qarşı “Masallı rayon XDS İK-nın 31 may 1995-ci il tarixli 5 nömrəli qərarına və “Böyük Xocavar” KFT-nın 14 oktyabr 1995-ci il tarixli, 26 nömrəli əmrinə əsasən sovxoza ayrılmış həyatyanı torpaq fondu hesabına 28 iyun 1995-ci il tarixli təhkim aktı ilə X4 ayrılmış Masallı rayonu Böyük Xocavar kəndində yerləşən 0,0548 ha həyətyanı torpaq sahəsinin mərhum X4 məxsus olmasını təsdiqləyən arayışın (müvafiq çıxarışla plan-ölçü sənədinin) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki və yerquruluşu ekspertizalarının keçirilməsinə görə 50 manat ekspertiza tədqiqatının dəyəri İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-121/2025
Şirvan İnzibati Məhkəməsi Qərardad — İş №2-1(120)-121/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver