Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1210/2023 29.11.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X10 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X9 qarşı “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(120)-2033/2021 nömrəli qərardadı ilə iş üzrə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin 10 saylı regional ərazi filialı ilə əvəz edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(120)-606/2022 nömrəli qərardadı ilə iş üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin 10 saylı regional ərazi filialı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 ilə əvəz edilmiş, iddia “onun hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-606/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışında göstərilən “Muğan” və “Azərbaycan” adına kolxozlarda işlədiyi 1972- 1974, 1977-1996-cı illərə dair iş stajı, eləcə də “Muğan” adına kolxozda işlədiyi 1976-cı ilə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, həmçinin əmək kitabçasında qeyd olunan iş illəri və hərbi xidmət illəri nəzərə alınmaqla, ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(106)- 168/2022 nömrəli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-606/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Sonradan, Şirvan İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli protokolu ilə cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X12 əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur. O, 1972-ci ildə əmək fəaliyyətinə başlamışdır. 26 noyabr 1974-cü il tarixdən 26 noyabr 1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. O, 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda, 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işləmişdir. 27 yanvar 2020-ci il tarixdən 08 may 2020-ci il tarixədək və 20 iyul 2020-ci il tarixdən 14 avqust 2020-ci il tarixədək "xxxx" MMC-də gözətçi işləmiş və bu illər əmək kitabçasında qeyd edilmişdir. Amma kolxozda işlədiyi illər əmək kitabçasında öz əksini tapmamışdır. Lakin, İmişli rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 94 saylı arxiv arayışında onun 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun “Muğan” kolxozunda, 1985-1996-cı illərdə İmişli rayonunun “Azərbaycan” kolxozunda işləməyi öz əksini tapmışdır. O, cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh təşkilat tərəfindən ona ünvanlanmış məktubda əmək kitabçası təqdim etmədiyi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqana arxiv arayışını da təqdim etsə də, cavabdeh orqan onun “Muğan” və “Azərbaycan” kolxozlarında işlədiyi illəri sığorta stajı kimi nəzərə almamışdır. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək siyasi təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ii iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01,2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşdan təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asıiı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sənədlərə əsasən onun ümumilikdə 24 il 4 ay 5 gün (imişli rayon Dövlət Arxivinin 94 nömrəli xx.xx.2021-ci il tarixli arayışına əsasən 1972-1973 və 1977-1996-ci illər ərzində 22 il və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin xx.xx.2021-ci il tarixli 1354 nömrəli arayışına əsasən xx.xx.1974-xx.xx.1976-ci illər ərzində 2 il, xx.xx.2020-xx.xx.2020; xx.xx.2020-xx.xx.2020- ci illərdə "xxxx" MMC-də 4 ay 5 gün) sosial sığorta mövcuddur. Lakin iddiaçı tərəfindən təqdim edilmiş sənədlərə münasibətdə aşağıdakılar qeyd edilməlidir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”mn təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarının 4.1.1-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta naqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o oimadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı) həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən olunur. Eyni zamanda sözügedən Qərarın 4.1.1.5-ci maddəsinə əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə)) əsasən müəyyən edilir. Təqdim olunmuş sənədlərdən müəyyən olunur ki, İddiaçı mübahisələndirilən dövrlərin imişli rayon Dövlət Arxivinin 94 nömrəli xx.xx.2021-ci il tarixli arayışına əsasən sosial sığorta stajına daxil edilməsini tələb edir. Belə ki müvafiq dövrlər üzrə kolxozçunun əmək kitabçası mövcud deyildir. Bu səbəbdən həmin dövrlərin İddiaçı sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Əlavə olaraq tərəfimizdən müvafiq dövrlər üzrə imişli rayon Dövlət Arxivində araşdırma aparılmışdır (çıxarış əlavə edilir). Araşdırma nəticəsində aşağıdakı məqamlar müəyyən olunmuşdur: “Muğan" koixozunda işlədiyini iddia etdiyi dövrlər üzrə: 1972, 1973, 1974, 1976-cı illərin son hesablaşma kitablarında İddiaçı adında pozuntular, 1978-ci il üzrə adam günü normasında qaralama, 1982-ci il üzrə isə adam günü normasında pozuntu. “Azərbaycan” kolxozunda işlədiyini iddia etdiyi dövrlər üzrə: 1988, 1989-cu illərdə adam günü normalarında pozuntu, 1987, 1988, 1989, 1990, 1992, 1994, 1995-ci illərin adam günü normalarının qeydiyyatı karandaşla aparılması. Yuxarıda qeyd edilənlər iddiaçı tərəfindən təpdim olunmuş İmişli rayon Dövlət Arxivinin 94 nömrəli xx.xx.2021-ci il tarixli arayışının əsassız olduğuna dəlalət edir. Bundan əlavə, İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin qərarın 6.2-ci bəndinə əsasən, iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddianın uğurlu olması vətəndaşın pensiya təyinatına səbəb olduqda mümkündür. Lakin göründüyü kimi, mübahisələndirilən dövrlər qəbul edilsə belə, qanunla tələb olunan sosial sığorta staj (25 il) tamamlanmır. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə bildiriş ünvanlanmışdır. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X14 təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçının işlədiyi illəri nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, İmişli rayonu, Qulubəyli kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan iddiaçıya məxsus xx.xx.2020-ci il tarixli, ******* nömrəli notarial qaydada təsdiq olunmuş əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixli, 38/k nömrəli əmrlə "xxxx" MMC-yə təsərrüfat və texniki təminat şöbəsinə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 173/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunmuş, xx.xx.2020-ci il tarixli, 331/k nömrəli əmrlə "xxxx" MMC-yə təsərrüfat və texniki təminat şöbəsinə gözətçi vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixli, 386/k nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işdən azad olunmuşdur. İşdə olan İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun Muğan kolxozunda və 1985-1996-cı illərdə İmişli rayonunun Azərbaycan kolxozunda işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin xx.xx.2021-ci il tarixli, 1354 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək keçmiş Sovet Ordusunda hərbi xidmət keçmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, **********0 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci maddəsinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barədə sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Vətəndaş İddiaçı təqdim etdiyi sənədlərə baxılarkən müəyyən olmuşdur ki, İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışına əsasən 1972-1996-cı illər aralığında “Muğan” və “Azərbaycan” adına kolxozlarda işləmişdir. Lakin bu barədə müvafiq qeydlər aparılmış əmək kitabçasını təqdim etməmişdir. Bu səbəbdən vətəndaşa yaşa görə əmək pensiyası təyin olunmasından imtina olunur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X24 Şəxsinin 10 saylı regional ərazi filialının pensiya təminatı şöbəsinin böyük mütəxəssisi X2 və İmişli rayon Dövlət Arxivinin müdiri X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı İmişli rayon “Muğan” və “Azərbaycan” kolxozunda 1972-1974, 1976-1984-cü və 1985-1996-ci illərdə işləməsinin sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı İmişli rayon “Muğan” kolxozunun son hesablaşma kitabında 1972, 1973, 1974 və 1976-cı illər üzrə pozuntular müşahidə olunmuş, həmin kolxozun adam günlərində 1978-ci illər üzrə qaralama, 1982-ci il üzrə pozuntu müşahidə olunmuş, 1977, 1979-1981, 1983-1984-cü il üzrə adam günləri İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilən kimidir. Vətəndaşın “Azərbaycan” kolxozunda işlədiyi 1988, 1989-cu illərdə adam günlərində pozuntu müşahidə olunur. 1987,1988, 1989, 1990, 1992, 1994 və 1995-ci illərin adam günü normalarının qeydiyyatı karandaş qələm ilə aparılmış, 1985, 1986, 1991, 1993 və 1996-cı illərdəki adam günü normaları İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilən normalarla uyğunluq təşkil edir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 baş mütəxəssisləri X7, X8 və İmişli rayon Dövlət Arxivinin müdiri X3 iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, vətəndaş İddiaçı 1972-1974-cü və 1976-1996-cı illərdə “Muğan” və “Azərbaycan” adına kolxozda işlədiyi sığorta stajına daxil edilən əmək stajını yerində qarşılıqlı yoxlanılaraq müəyyən edilmişdir ki, vətəndaş İddiaçı İmişli rayon “Muğan” kolxozunun son hesablaşma kitabında 1972, 1973, 1974 və 1976-cı illər üzrə pozuntular və düzəlişlərə rast gəlinmiş, 1978, 1980 və 1982-ci illərdə adam günlərində düzəlişlər müəyyən olunmuş, 1979 və 1983-cü illərdə vətəndaşın adı fərqli qələm və xəttlə sonradan yazıldığı müəyyən olunmuşdur. 1977, 1981, 1984-cü illər üzrə adam günləri İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilən kimidir. Vətəndaşın “Azərbaycan” kolxozunda işlədiyi 1987, 1988, 1989, 1990, 1992, 1994 və 1995-ci illərdə adam günləri karandaşla qeyd olunmuşdur. 1988 və 1989-cu illərdə adam günləri normasında pozuntular müəyyən olunmuşdur. 1985, 1986, 1991, 1993 və 1996-cı illərdəki adam günləri İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 94 nömrəli arayışında göstərilənlərlə uyğundur. Yoxlama kolxozların İmişli rayon Dövlət Arxivində saxlanılan son hesablaşma kitablarına əsasən aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin arayışına əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü olmaqla onun ümumi 2 il mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır.“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarının 4.1.1 -ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, eyni zamanda sözügedən Qərarın 4.1.1.5-ci maddəsinə əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 94 nömrəli kolxoz arayışında qeyd olunan bütün illər üzrə əmək fəaliyyəti dövrləri mübahisələndirilən olduğundan, bu dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində 01.01,2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamış, 2020-ci il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə ümumilikdə 322.54 manat pensiya kapitalı qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-201345/2023 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçı təqdim etdiyi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Dövlət Xidmətinin İmişli Rayon Şöbəsinin arayışına əsasən 26.11,1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü olmaqla onun ümumi 2 il mübahisələndirilməyən sığorta stajı hesablanmışdır ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 175 nömrəli Qərarının 4.1.1 -ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən, eyni zamanda sözügedən Qərarın 4.1.1,5-ci maddəsinə əsasən kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən müəyyən edilir. Əlavə olaraq bildiririk ki, İddiaçı təqdim etdiyi İmişli rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 94 nömrəli kolxoz arayışında qeyd olunan bütün illər üzrə əmək fəaliyyəti dövrləri mübahisələndirilən olduğundan, bu dövrləri sosial sığorta stajına daxil etmək mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, X1 Sisteminin Pensiya altsisteminə əsasən sözügedən şəxsin fərdi hesabının sığorta hissəsində 01.01,2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamış, 2020-ci il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə ümumilikdə 322.54 manat pensiya kapitalı qeydə alınmışdır. Belə ki, cavabdeh tərəfindən iddiaçının ümumi stajı, eləcədə mübahisəli və mübahisəsiz hesab edilən dövrlərlə bağlı fərqli imtinalar və etirazlar verilmiş, həmin hissə də tam araşdırma və dəqiqləşmə aparılması məqsədilə cavabdeh inzibati orqana məktub ünvanlanmış və dəqiqləşmiş nətciə olaraq məhkəməyə təqdim edilən 3-17-1/3-1-83071/2023 nömrəli, xx.xx.2023-cü il arixli xidməti məktuba əsasən müəyyən edilmişdir ki, xx.xx.1974-cü il tarixindən 26.11 1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü, X6 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən 1977, 1981, 1984-cü illərdə “Muğan” kolxozunda, 1985, 1986, 1991, 1993, 1996-cı illər “Azərbaycan” kolxozunda tam əmək günü normasını yerinə yetirməklə işlədiyi dövrlər ümumilikdə 8 il və X1 sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsıstemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində 2020-cı il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə qeydə alınmış pensiya kapitalı 6 ay olmaqla İddiaçı ümumi 10 il 6 ay mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Şəxsin mübahisələndirilən iş stajı ümumilikdə 14 il 11 ay 28 gün təşkil edir. MEİS-in “Pensiya” altisistemində olan məlumata əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının yaşa görə əmək pensiyası hüququnun xx.xx.2021-ci il tarixdən yarandığı müəyyən edilmişdir. Cavabdeh imtina üçün 2 halı əsas götürmüşdür:
1. İddiaçı “Muğan” kolxozunda işlədiyi 1972-ci il, 1973-cü il. xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci ıl tarixinədək olan dövr, 1978-ci il, 1979-cu il, 1980-ci il. 1982-ci il. 1983-cü il üzrə və “Azərbaycan” kolxozunda işlədiyi 1987-ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992-ci il, 1994-cü ıl və 1995-ci il üzrə son hesablaşma kitablarında pozuntu və düzəlişlər aşkar edildiyindən həmin dövrlərin mübahisəli olması,
2. İddiaçının 25 il ümumi iş stajının toplamaması.
3. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2021-ci il tarixdən 30 iyun 2022-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması, xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Məhkəmə qeyd edir ki, hazırki mübahisənin əsasını təşkil edən və iddiaçının pensiya hüququnun yaranmasının əsasında duran arqumentlər, onun kolxozda işlədiyi müddət ilə bağlıdır. Qeyd olunmalıdır ki, iddiaçının sözügedən kolxozda işləməsini təsdiq edən sənəd qismində əmək kitabçası deyil, həmin dövrü əks etdirən arxiv arayışları təşkil edir. xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X4 haqqında” Qanunun 69-cu maddəsinə əsasən İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il –27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Göründüyü kimi arxiv idarəsi icra hakimiyyəti orqanı olmaqla Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin dövlət arxivlərində komplektləşdirilməsi və mühafizə işini təşkil edir, onların müəyyən olunmuş qaydalara uyğun dövlət arxivlərinə verilməsi işinə nəzarət edir, habelə Azərbaycan Respublikası Milli arxiv fondunun sənədlərinin mərkəzləşdirilmiş dövlət uçotunu aparır, həmin sənədlərin mühafizəsi və istifadəsi üzərində nəzarəti təmin edir. Belə olduğu təqdirdə həmin orqan tərəfindən verilmiş sənədlərdə olan məlumatların həqiqiliyinin şühbə altına alınması məntiqə uyğun deyildir. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktlarının müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyi odur ki, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericiliklə əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydası da nəzərdə tutulduğundan, cavabdehin dəlilləri əsassızdır və iddiaçının arxiv arayışı ilə təsdiq olunan iş dövrü onun sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə İmişli rayon Dövlət Arxivi tərəfindən təqdim olunmuş arxiv arayışı və qarşılıqlı yoxlama aktı əsasında müəyyən olunur ki, iddiaçı 1972-1974, 1976-1984-cü illərdə İmişli rayonunun Muğan kolxozunda və 1985-1996-cı illərdə İmişli rayonunun Azərbaycan kolxozunda işləmişdir. Nəzərə alınmalıdır ki,vətəndaşın kolxozda işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir. Belə ki, 1964-cü il üçün 15 iyul tarixdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş və iddiaçının qeyd etdiyi illərdə qüvvədə olmuş «Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında» SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli, 859 №-li Qərarı ilə təsdiq edilmiş «Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında» Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staja daxil edilmir. «SSRİ vətəndaşlarının pensiya təminatı haqqında» 1990-cı il 15 may tarixli SSRİ Qanunun 67-ci maddəsinin birinci hissəsinə görə əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. 23 sentyabr 1992-ci ildə qəbul edilmiş və 6 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş «X4 haqqında» Azərbaycan Respublikası Qanunun 67-ci maddəsində də analoji qayda müəyyən edilmişdir. Göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar nəzərə alınır. Bundan başqa məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, 23 sentyabr 1992-ci il tarixli “X4 haqqında” Qanunun 67-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Məhkəmə qeyd edir ki, iddiaçının kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, vətəndaşın işlədiyi dövrü sosial sığorta stajına daxil edilməsi aşağıda göstərilənlər əsasında həyata keçirilir:
1. xx.xx.1974-cü il tarixindən 26.11 1976-cı il tarixinədək 2 il hərbi xidmət dövrü, X6 xx.xx.2022-ci il tarixli yoxlama aktına əsasən 1977, 1981, 1984-cü illərdə “Muğan” kolxozunda, 1985, 1986, 1991, 1993, 1996-cı illər “Azərbaycan” kolxozunda tam əmək günü normasını yerinə yetirməklə işlədiyi dövrlər ümumilikdə 8 il və X1 sisteminin (bundan sonra - MEİS) “Pensiya” altsıstemində olan məlumata əsasən fərdi hesabının sığorta hissəsində 2020-cı il tarixində yanvar, fevral, mart, aprel, may, iyul ayları üzrə qeydə alınmış pensiya kapitalı 6 ay dövrü cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. Odur ki, həmin illərlə bağlı nəzərə alınacaq stajı – cəmi: 10 il 06 ay kimi müəyyən edilir.
2. İddiaçının “Muğan” kolxozunda işlədiyi 1972-ci il, 1973-cü il, xx.xx.1974-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 1978-ci il, 1979-cu il, 1980-ci il, 1982-ci il, 1983-cü il və “Azərbaycan” kolxozunda işlədiyi 1987ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992-ci il, 1994-cü ıl və 1995-ci il tarixləri əhatə edən ümumilikdə 14 il 11 ay 28 günü əhatə edən dövrü. İlk növbədə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən edilən dövrləri mübahisələndirmək üçün əsas səbəb xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı olmuşdur ki, həmin akta əsasən son hesablaşma kitablarında pozuntu və düzəlişlər aşkar edildiyi müəyyən edilmişdir. Qeyd edilən dövrlə bağlı arxiv sənədlərinin əsllərinə axiv müdirinin, iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş və qanun pozuntuları aşkar edilməmişdir. Belə ki, sənədlərə baxış keçirilən zaman 1972-ci il üzrə iddiaçının adının son hərfinin sənədlərin köhnə olması səbəbilə silindiyi, 1973-cü il üzrə adın son hərfinin silinsə də qeyd edilən bərpanın möhürlə təsdiq edildiyi, eləcə də 288 adam günü normasının qeyd edildiyi, 1974-cü il üzrə iddiaçının adında hərf səhvlərinə düzəliş edildiyi və qeyd edilən düzəliş imza və möhürlə təsdiq edildiyi, 1976-cı il üzrə pozuntunun aşkar olunmadığı və 31 adam günü normasının qeyd edildiyi, 1978-ci, 1979-cu, 1980-cı və 1982-ci il illər üzrə pozuntuların olmadığı, 1983-cü il üzrə iddiaçının adının qara, iş normasının isə mavi qələmlə yazıldığı, eləcə də digər işçilərdə də eyni halın müşahidə edildiyi, 1987-ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992-ci il və 1994-cü illər üzrə pozuntların olmadığı, yalnız iddiaçıda deyil bütün kolxozda işləyən işçilərin adam günü normalarının qara qələmlə yazıldığı, 1995-ci il üzrə isə son hesablaşma kitabının bir çox vərəqlərində korlanmaların, cırıqların olduğu və qarşısını almaq məqsədilə bərpa işləri görüldüyü, lakin pozuntunun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən hallar yalnız iddiaçıda deyil kolxozda işləyən digər ümumi işçilərində sənədlərində müşahidə edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hal iddiaçının təqsiri səbəbilə olmamışdır. İş materiallarına əlavə edilən sənədlərə əsasə iddiaçının kolxozda uzun müddət işlədiyi müəyyən edilir. Qeyd edilən dövrlərdən bir qisminin qəbul edilməsi, digər qisminin isə pozuntular var deyə qəbul edilməməsi ağlabatan hal deyil. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Həmçinin bunu məhkəmə iddiaçının ziyanına şərh etmir. Belə olan halda iddiaçının “Muğan” kolxozunda işlədiyi 1972-ci il, 1973-cü il, xx.xx.1974cü il tarixindən xx.xx.1974-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, 1978-ci il, 1979-cu il, 1980-ci il, 1982-ci il, 1983-cü il və “Azərbaycan” kolxozunda işlədiyi 1987-ci il, 1988-ci il, 1989-cu il, 1990-cı il, 1992-ci il, 1994-cü ıl və 1995-ci illər üzrə stajı – cəmi: 14 il 11 ay 28 gün kimi müəyyən edilir. Məhkəmə bir daha vurğulayır ki, analoji işlərə dair Ali Məhkəmənin İnzibati Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə görə Dövlət arxiv orqanları tərəfindən verilmiş arxiv arayışları mötəbər sübut kimi qəbul olunur. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-2197/2020 nömrəli qərarı). Мəhkəmə Аzərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri X18 filialının arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən pozuntular iddiaçının işləmədiyi və səhvi nəticəsində yarandığı anlamına gəlməməlidir. Yəni başqa şəxsin (mühasibin və s) hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.2-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi məhkəməyə arxivdən təqdim edilən sənədlərin əsillərinə baxış keçirilən zaman qeyd edilən hallar arxiv arayışında aşkar edilməmiş, arayış tərtib edildiyi zaman qanunvericiliyin qeyd edilən normaları pozulmamışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, arxiv arayışında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər subutlar təqdim edilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Başqa sözlə, qanunverciliyin tələblərinə əsasən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsini zəruri edən faktiki şərtlərin mövcudluğunu subut etmək vəzifəsi iddiaçının deyil, cavabdeh inzibati orqanın üzərinə düşür. Sadalanmış qanunvericiliyin müddəalarının hazırki işin faktiki hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının işlədiyi müddət nəzərə alınmaqla ümumilikdə 25 ildən çox (10 il 06 ay + 14 il 11 ay 28 gün = 25 il 05 ay 28 gün) ümumi iş stajı mövcuddur. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən 3-cü əsas ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər.
Hakim: Hilal Nəcəfov