Məhkəmə qərarları › İş №2-1(120)-1212/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1212/2020

01.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1212/2020 01.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı (Füzuli rayonu, Üçüncü Zobucuq qəsəbəsində yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Əmək və X4 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Füzuli rayon filialına qarşı 1981-1993-cü illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı xx.xx.1952-ci il tarixdə Füzuli rayonunda doğulmuş, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatdadır. İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün cavabdeh Dövlət X5 Füzuli rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh xx xxxx 2020-ci il tarixli, **********3 nömrəli məktubla ona yaşa görə əmək pensiyasının yenidən hesablanmasından imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda böyük iqtisadçı vəzifəsində, xx.xx.1987-ci tarixdən xx.xx.1993-cü il tarixədək həmin sovxozun baş iqtisadçı vəzifəsində işlədiyi illəri sığorta stajı kimi müəyyən edərək cavabdehin üzərinə ona yaşa görə əmək pensiyası təyin edilməsindən ötrü qərar qərar qəbul edilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini dəyişərək, 1981-1993-cü illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədəqərarqəbuledilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o, xx.xx.1952-ci ildə Füzuli rayonunun İşıqlı kəndində anadan olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda böyük iqtisadçı vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sovxozda baş iqtisadçı vəzifəsində işləmişdir. İşə daxil olmağı barədə və baş iqtisadçı vəzifəsinə keçirilməyi barədə əmək kitabçasında qeydiyyatlar aparılmış, lakin işə daxil olmağı və işdən azad olmağı barədə qeydiyyatlar aparılsa da xx.xx.1993-cü ildə məlum hadisələrlə bağlı Füzuli rayonundan məcburi köçkün düşdüyünə görə əmək kitabçası möhürlənməmişdir. Hazırda pensiya təyin edilməsi üçün Dövlət X5 Füzuli rayon şöbəsinə müraciət etmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda böyük iqtisadçı vəzifəsində, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək həmin sovxozda baş iqtisadçı vəzifəsində işlədiyini təsdiq edən sənədlərin kifayət qədər olmadığından ona pensiya verilməsindən imtina edilmişdir. Onun işə qəbul olunmağını və işdən çıxma əmrlərini başqa qaydada əldə edə bilməmişdir. Ona görə də həmin illər üzrə sosial sığorta stajının müəyyən edilməsini istəmişdir. Füzuli rayon Dövlət Arxivinə müraciət etmiş, arxiv sənədlərini xx.xx.1993-cü ildə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilməsi barədə arxiv arayışı verilmişdir. Yaşa görə əmək pensiyasının yenidən hesablanmasından ötrü Dövlət X5 Füzuli rayon şöbəsinə rəsmi olaraq müraciət etmiş, sənədləri araşdırılmış, ona xx.xx.1981-ci il tarixdən xx.xx.1993-cü il tarixədək işlədiyi barədə məlumat əmək kitabçasında yazılmadığı üçün sığorta stajının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Dövlət X5 Füzuli rayon şöbəsinə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən iddia ərizəsinə münasibət bildirməsi üçün sərəncam göndərilmişdir. Cavabdeh iddia ərizəsinə münasibətində (etirazında) göstərmişdir ki, Füzuli rayon sakini İddiaçına yaşa görə pensiya təyin olunan zaman xx.xx.1993-cü il tarixdə işdən azad olunması əmək kitabçasındaqeyd edilməmişdir. xx.xx.1993-cü ildə Füzuli rayonu ermənilər tərəfindən işğal olunan zaman “Qırmızı Oktyabr” sovxozunun mühasibat və kadr sənədləri işğal zonasında qaldığı üçün İddiaçı əmək kitabçasında işdən azad olunma əmrini yazmaq qanunamüvafiq deyildir. Ona görə də həmin illərin sığorta stajını təsdiq olunması üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə şəxsiyyət vəsiqəsinin və əmək kitabçalarının təsdiq edilmiş surətlərini, xx.xx.2020-ci il tarixli, 01 nömrəli və xx.xx.2020-ci il tarixli, 02 nömrəli arayışları və cavabdehin imtina məktubunu əlavə etmişdir. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X2 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Füzuli rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Füzuli rayonunda yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı : İddia mümkün olsa da, lakin mahiyyəti üzrə əsaslı deyildir. Belə ki, iddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 05013153 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Füzuli rayonunda anadan olmuş, Füzuli rayonu, İşıqlı kəndində qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-İ 04233011 nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1998ci il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1999-cu il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006cı il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Su Təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”nin xx.xx.2020-ci il tarixli, 01 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Azərbaycan Meliorasiya və X8 Səhmdar Cəmiyyəti Su Təsərrüfatı obyektlərinin layihələndirilməsi üzrə Azərbaycan Dövlət İnstitutu “Azdövsutəslayihə”də fasiləsiz olaraq xx.xx.1999-cu il tarixdən bu günə kimi aparıcı mühəndis vəzifəsində işləyir. İşdə olan Azərbaycan Respublikası Dövlət X3 xx.xx.2020-ci il tarixli, 02 nömrəli məktubundan görünür ki, Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunun 1973-1986-cı illərə aid sənədləri tamamilə xx.xx.1993-cü il tarixdə erməni işğalı zamanı Horadiz qəsəbəsində yandırılaraq məhv edilmişdir. Həmin sovxozun 1987-1993-cü illərə aid sənədləri arxivə təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və X4 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Füzuli rayon filialının məhkəməyə ünvanladığı xx.xx.2020-ci il tarixli, ********** nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2019-cu il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə 325,68 manat pensiya təyin olunmuşdur. Pensiyanın azlığı ilə razılaşmayaraq 1981-1993-cü illərdə işlədiyi illərin sığorta stajının təsdiq olunması üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, məhkəmə qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə iddiaçının xx.xx.1978-ci il tarixli, ИТ-İ 04233011 nömrəli əmək kitabçasını onun 1981-1993-cü illərdə Füzuli rayon “Qırmızı Oktyabr” sovxozunda işləməsi hissəsində mötəbər sübut kimi qəbul etmir. Həmin əmək kitabçasında iddiaçının 1981-1993-cü illərdə işə daxil olması barədə qeydiyyatlar aparılsa da, lakin işdən azad olması barədə müvafiq qeydiyyat aparılmayaraq möhürlənməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 4.1-ci bəndinə görə işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, eyni zamanda yuxarıda qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68) . Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, İddiaçı cavabdeh Əmək və X4 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Füzuli rayon filialına qarşı 1981-1993-cü illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Əmək və X4 Naziriliyi tabeliyində Dövlət X7 publik hüquqi şəxsinin Füzuli rayon filialına qarşı 1981-1993-cü illərdə işlədiyi müddəti sosial sığorta stajı kimi müəyyən edərək yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə(Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardanşikayət verilmədiyivə yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar