Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1212/2022 13.10.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Laçın rayon qeydiyyat şöbəsinə qarşı «nikah haqqında akt qeydində dəyişikilik edilməsi və və bu barədə yeni nikah hıqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası üzrə inzibati işə 13 oktyabr 2022-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1955ci ildə Laçın rayonu, Ağbulaq kəndində doğulmuş İddiaçı xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadının «Həsənov»dan «Hüseynalıyev»ə dəyişdirilməsi və bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iş üzrə Cavabdeh Laçın rayon qeydiyyat şöbəsi ilə əvəz olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadının «Həsənov»dan «Hüseynalıyev»ə dəyişdirilməsi və bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Laçın rayonunun Ağbulaq kəndində doğulmuşdur. Bu barədə ona doğum haqqında şəhadətnamə, təhsil haqqında attestat və şəxsiyyət vəsiqəsi verilmişdir. xx.xx.1977-ci il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. Daha sonra həyat yoldaşı ilə münasibətləri pozulduğundan nikahlarını pozdurmaq qərarına gəlmişdir. Lakin sənədləri məhkəməyə təqdim edən zaman ona məlum olmuşdur ki, nikahın bağlanması haqqında şəhadətnamədə onun soyadı Həsənov kimi yazılmışdır. Bununla bağlı o, cavabdeh təşkilata müraciət edərək yaranmış yalnışlığın aradan qaldırılmasmı xahiş etmişdir. Lakin cavabdeh təşkilat özünün 14 dekabr 2021-ci il tarixli məktubu ilə ona bildirmişdir ki, «Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadı «Həsənov», təqdim olunan sənədlərdə isə «Hüseynalıyev» yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları»nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, təqdim etdiyiniz sənədlərlə nikah haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında soyadınıza «Həsənov»dan «Hüseynalıyev»ə düzəliş edilməsi Laçın rayon qeydiyyat şöbəsində mümkün deyildir.». Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat ünvanlanmışdır. Məhkəmə iclasına İddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbini müdafiə edərək onun təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını dinləyb, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadının «Həsənov»dan «Hüseynalıyev»ə dəyişdirilməsi və bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, 05/76-557/15 nömrəli məktubla bundan imtina edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Laçın rayon qeydiyyat şöbəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli ərizənizə baxılmışdır. Bildiririk ki, xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadı “Həsənov”, təqdim olunan sənədlərdə isə “Hüseynalıyev” yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydaları”nın 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxlər arasında mübahisə olmadıqda ərizə verən şəxsin daimi yaşadığı ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. İzah edirik ki, təqdim etdiyiniz sənədlərlə nikah haqqında akt qeydində uyğunsuzluq və ziddiyyət olduğu üçün xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında soyadınıza “Həsənov”dan “Hüseynalıyev”ə düzəliş edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Laçın rayon Ağbulaq kəndində doğulmuşdur. İş materiallarında olan Laçın rayon Lenin kənd soveti tərəfindən verilmiş Vİİ –ЖГ № 291595 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Laçın rayon Ağbulaq kəndində doğulmuş, akt qeydinin ata qrafasında X1, ana qrafasında anası X4 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Laçın rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, 05/76-447/11 nömrəli məktubuna əlavə edilmiş Laçın rayon Lenin (Qarakeçdi) kənd soveti tərəfindən tərtib olunmuş 20 iyul 1955-ci il tarixli, 28 nömrəli Doğum haqqında akt qeydinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə Laçın rayon Ağbulaq kəndində doğulmuş, akt qeydinin ata qrafasında X1, ana qrafasında anası X4 yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Laçın rayon qeydiyyat şöbəsinin məhkəməyə ünvanlanmış xx.xx.2022-cü il tarixli, 05/76-447/11 nömrəli məktubuna əlavə edilmiş Nikahın bağlanması haqqında Akt qeydinin surətindən görünür ki, X2 ilə X6 arasında nikah xx.xx.1977-ci il tarixdə bağlanaraq, 2 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan və Laçın rayon Lenin (Qarakeçdi) kənd soveti tərəfindən verilmiş “nikahın bağlanması haqqında şəhadətnamə”dən görünür ki, X2 ilə X6 arasında nikah xx.xx.1977-ci il tarixdə bağlanaraq, 2 saylı akt qeydi ilə rəsmiləşdirilmiş, nikah bağlandıqdan sonra arvada “Həsənova” soyadı verilmişdir. İş materiallarında olan Laçın rayon Qayğı qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli, 175 saylı arayışından görünür ki, İddiaçı 1992-ci ilin may ayından məcburi köçkündür. Hal-hazırda müvəqqəti olaraq Ağcabədi rayon Taxta Körpü ərazisi Qayğı qəsəbəsində yaşayır. İş materiallarında olan Orta Təhsil haqqında Attestatın surətindən görünür ki, 1955ciu ildə Laçın rayonu Ağbulaq kəndində doğulmuş İddiaçı 1987-ci ildə Laçın rayon qiyabi orta məktəbin tam kursunu bitirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİ hissəsinə görə hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İİ hissəsinə görə hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Həmin maddənin İV hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 69-cu maddəsinin İ hissəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin maddənin İİ hissəsinə görə Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar» təsdiq edilmişdir. Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əsas müddəaların 2-ci bəndinə görə aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Əsas müddəaların 3-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə, nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə, atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə, atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda, vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə, övladlığa götürmə ləğv edildikdə, atalığın müəyyən edilməsi ləğv olunduqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə, cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə, vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə, vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə, qanunvericilikdə müəyyən edilən digər hallarda. Əsas müddəaların 4-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: övladlığa götürmə barədə məhkəmənin qərarı, nikahın pozulması barədə məhkəmənin qətnaməsi, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi, adın, soyadın və ata (ana) adının dəyişdirilməsi haqqında səlahiyyətli orqanların rəyi, yetkinlik yaşına çatmayanın adının və soyadının dəyişdirilməsinə dair səlahiyyətli orqanın rəyi, övladlığa götürmənin ləğv olunması haqqında məhkəmənin qətnaməsi, atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı və ya valideynlərin ərizəsi, atalığın müəyyən olunmasına dair məhkəmənin əvvəllər çıxarılmış qətnaməsinin ləğv edilməsi haqqında məhkəmənin qətnaməsi, ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qətnaməsi, cinsin dəyişməsinin təsdiqi haqqında səhiyyə idarəsinin rəyi, vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. Əsas müddəaların 5-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. Əsas müddəaların 6-cı bəndinə görə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. Müstəsna hallarda qeydiyyat şöbəsinin rəisi və konsulluq idarələrinin rəhbəri tərəfindən ərizə verən şəxsə məlumat verilməklə, həmin müddət bir aydan çox olmayan müddətə uzadıla bilər. Əsas müddəaların 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Əsas müddəaların 12-ci bəndinə görə qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Məhkəmənin qənaəti belədir ki, hazırkı iddiaçının doğum akt qeydində və şəxsiyyətini təsdiq edən sənədində onu adı, soyadı və ata adı “İddiaçı” kimi göstərilmişdirsə və onunla Həsənova (Şükürova) Bəsti Əliş qızı arasında bağlanmış nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadı «Həsənov»dan «Hüseynalıyev»ə dəyişdirilməli və bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh Laçin rayon qeydiyyat şöbəsinin imtinası əsasızdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilərək, İddiaçı ilə Həsənova (Şükürova) Bəsti Əliş qızı barəsində xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadının «Həsənov»dan «Hüseynalıyev»ə dəyişdirilməsi və bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2-ci, 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 69-cu, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı ilə Həsənova (Şükürova) Bəsti Əliş qızı barəsində xx.xx.1977-ci il tarixdə Laçın rayon Qarakeçdi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş 02 saylı nikah haqqında akt qeydinin kişi qrafasında nikahdan əvvəl və nikahdan sonrakı soyadının «Həsənov»dan «Hüseynalıyev»ə dəyişdirilməsi və bu barədə yeni nikah haqqında şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Laçın rayon qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1212/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1212/2022
13.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver