Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1212/2023 06.09.2023 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2015-ci il tarixli, Ə 19-001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək Sabirabad Asan Xidmət Mərkəzində ezamiyyətdə olduğu müddət ərzində verilməli olan 8127 manat məbləğində ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. ТƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.2015-ci il tarixli, Ə 19-001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək Sabirabad Asan Xidmət Mərkəzində ezamiyyətdə olduğu müddət ərzində verilməli olan 8127 manat məbləğində ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh əsl cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şirvan şəhər PŞ-nin QŞVQ-nin sabiq rəisi, polis mayoru İddiaçı Azərbaycan Respublikası DİN-nin xx.xx.2022-ci il tarixli şəxsi heyət üzrə Ə2494- 001-22 №li əmri ilə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 5-ci bəndinə (xidmətdə olmanın son yaş həddinə çatdığına görə) əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Xidmətdə olduğu vaxt AR DİNnin xx.xx.2015-il tarixli, Ə 19-001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Sabirabad ASAN Xidmət Mərkəzində ezamiyyətdə olmuşdur. Ezamiyyət xərclərin ödənilməsi ilə bağlı müvafiq qaydada Şirvan Şəhər Polis Şöbəsinə müraciətlər (raport) etsə də 8127 manat məbləğində ezamiyyət xərci (301 gün 27 manat =8127 manat) bu vaxtadək mənə ödənilməmişdir. Bununla əlaqədar o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maliyyə Plan İdarəsinə ərizə ilə müraciət etmiş. Lakin oradan xx.xx.2022-ci il tarixli 027-4129D - 3222 nömrəli məktubla rəsmi olaraq ona bildirblər ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 İİ hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilməlidir. Şirvan səhərindən Sabirbad rayonuna olan məsafənin gündəlik yaşayış yerinə qayıtmağa imkan verdiyi üçün təsdiqedici sənədlər təqdim edilməlidir. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin ezamiyyə xərclərinin verilməməsi ilə bağlı imtinası əsassızdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60.1 -ci maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “X5’nın İ hissəsinin 1-ci bəndinə əsasən dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Yuxarıdada qeyd etdiyim kimi AR Daxili İşlər Nazirliyinin müvafiq əmrlərinə əsasən xx.xx.2015-ci il tarixindən xx.xx.2015-ci il tarixinədək Sabirabad ASAN Xidmət Mərkəzində ezamiyyətdə olmuşam və bu cavabdeh tərəfindəndə mübahisələndirılmir. İş rejimi Sabirabad ASAN Xidmət Mərkəzinin daxili əmrinə əsasən aparılırdı. Belə ki. saat 10:00-dan axşam 20:00-dək işdə olurdum. Yorucu iş günü sonu istirahət etmək üçün pulunu ödədiyim mehmanxanda qalırdım səhərdə təkrar işə gedirdim. Bu proses belə davam edirdi. Cavabdehin imtina məktunda qeyd etdiyi əsaslar hər hansı məntiqə sığmır. Ona görə ki, Şirvan şəhərindən Sabirabad ASAN Xidmət Mərkəzinə olan məsafə 51 km-dir həmin məsafəni gediş-gəliş yolda 90-100 dəqiqə vaxt sərf olunur. Bu zamanı və iş rejimi nəzərə alsaq belə bir sual yaranır. O, saat 20:00-da işdən çıxsa hansı nəqliyyatla Şirvan şəhərinə qayıda biləcək və onun istirahət vaxtı necə olacaq? Cavabdeh ezamiyyə xərcləri ilə müraciətinə qərəzli yanaşaraq işin hallarını tam aydınlaşdırmadan ona imtina cavabı veriblər. Nazirlər Kabinetinin "Ezamiyyə xərclərinin normaları haqqında" 25 yanvar 2008-ci tarixli 14 nömrəli Qərarına (sonrakı əlavə və dəyişikliklər nəzərə alınmaqla) əsasən ezamiyyə xərcləri dedikdə - ezamiyyə xərclərinin 1 günlük normasına uyğun ezamiyyət günləri üçün tələb olunan xərclər və nəqliyyat xərcləri nəzərdə tutulur. Ezamiyyə xərclərinin 1 günlük normasına - mehmanxana xərci və gündəlik xərclər daxildir. Gündəlik xərc - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 20 faizini təşkil edir həmçinin gündəlik xərcə yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxildir. Mehmanxana xərci - işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün ödənilən ezamiyyə xərclərinin 1 günlük normasının 80 faizini təşkil edir. Mehmanxana xərcləri təqdim edilən təsdiqedici sənədlər əsasında ödənilir lakin təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir. Ezamiyyə xərclərinin normaları haqqında Qərara əsasən Azərbaycan Republikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhəri üzrə 65 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üzrə 50 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə isə 45 manat müəyyən edilmişdir. (2015-ci il tarixə ona qanunvericilik) Mehmanxana xərcinin və gündəlik xərcin təsdiq edici sənədləri olmadığı üçün gündəlik mehmanxana xərci normasınin 50 faizi yəni 18 manat ( 36 x 50% = 18 manat) və norma daxilində gündəlik xərc üçün sənəd tələb olunmadığı üçün 9 manat (45 x 20% = 9 manat) təşkil edir. Bu halda ezamiyyət xərci 8127 manat hesablanmalıdır. (301 gün * 27 manat = 8127 manat) Həmin məcəllənin 2.2.2 maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Maliyyə Nazirliyinin xx.xx.2012-ci il tarxli, 1 nömrəli qərarı ilə təsdiq edilmiş “X5”nın 2-ci hissəsinin 3-cü bəndinə əsasən özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olnduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti yerinə yetirilən tapşırığın xarakteri həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Bildiririk ki, Şirvan və Sabirabad şəhərləri arasında məsafə 42 km təşkil edir. Bu məsələ gündəlik yaşayış yerinə qayıtmağa imkan verdiyi üçün iddiaçı tərəfindən yol xərclərini təsdiq edənmüvafiq sənədlər (bilet və.s) təqdim edilmədiyini nəzərə alaraq işçiyə ezamiyyə pulunun ödənilməsi qanunvericiliyin tələblərinə uyğun deyil. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Vəkil1 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin keçmiş iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz etmiş və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmənin qənaətinə görə iddia mümkün olsa da, lakin əsaslı deyildir. İddia mahiyyəti üzrə əsassızdır. Belə ki, iddiaçı ezamiyyə xərcləri əvəzinə əlavə vəsaitin hesablanaraq ona verilməsini tələb etməkdə haqlı deyil. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2022-ci il tarixli məktundan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın İİ hissəsinin 3-cü bəndində özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərcinin ödənilməsi nəzərdə tutulmuşdur. Göstərilənlər baxımından Şirvan şəhərindən Sabirabad rayonuna olan məsafənin gündəlik yaşayış yerinizə qayıtmağa imkan verdiyi baxımından Sizə yalnız müvafiq təsdiqedici sənədlər təqdim edəcəyiniz təqdirdə yol xərci ödənilə bilər. İşdə olan 20.112015-ci il tarixli Raportdan görünür ki, İddiaçı Şirvan şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyevə raportla müraciət edərək DİN-nin Ə 936-001-15 saylı xx.xx.2015-ci il tarixli əmri ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixə kimi Sabirabad ASAN Xidmət Mərkəzində ezamiyyətdə olmuş və ona ezamiyyət xərcinin ödənilməsi üçün aidiyvatı üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 269 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, İddiaçı QŞVQ-nin inspektoru, Sabirabad “ASAN” xidmətdə 161 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 219-001-15 nömrəli əmrindən görünür ki, Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru Dadaşov X1 “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2015-ci il tarixli, 2936-001- 15 nömrəli əmrindən görünür ki, Sabirabad “ASAN xidmət” mərkəzinə müvəqqəti ezam edilmiş Şirvan şəhər Polis şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi qrupunun inspektoru, polis mayoru İddiaçı daimi xidmət yerinə qaytarılmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli Raportdan görünür ki, İddiaçı Şirvan şəhər Polis Şöbəsinin rəisi Şahin Mirzəyevə raportla müraciət edərək DİN-in Ə 19-001-15 savlı xx.xx.2015-ci ! tarixli əmri ilə 13.01.20 15-ci il tarixdən, xx.xx.2015-ci il tarixə kimi Sabirabad ASAN Xidmət Mərkəzində ezamiyyətdə olmmuş və ona ezamiyyət xərcinin ödənilməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İşdə olan Şirvan şəhər Polis şöbəsinin xx.xx.2015-ci il tarixli, 22 nömrəli ezamiyyət vərəqəsindən görünür ki, İddiaçı QŞVQ-nin inspektoru, Sabirabad “ASAN” xidmətdə 140 gün müddətində (yolda olduğu vaxt nəzərə alınmaqla) ezam olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Maliyyə-Plan İdarəsinin xx.xx.2022-ci il tarixli məhkəməyə ünvanladığı məktundan görünür ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5’nın İİ hissəsinin 3-cü bəndində özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdıqedici sənədlər əsasında yol xərcinin ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən yol xərcini təsdiq edən sənədlər təqdim edilmədiyi səbəbindən ona ezamiyyət xərclərinə görə ödəniş hesablanmamışdır. Yuxarıda qeyd olunan sübutlarla yanaşı, Məhkəmə, qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsi əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunun 11-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarı ilə təsdiq edilmiş “Ezamiyyə xərclərinin normaları”nın 6-cı bəndində əsasən daimi iş vaxtı yolda keçən və gediş-gəliş xarakteri daşıyan, növbə (vaxta) metodu ilə işləyən və çöl şəraitində çalışan (gündəlik iş vaxtı başa çatdıqdan sonra öz daimi yaşayış yerinə qayıtmaq imkanı olmayan) müəssisə, idarə və təşkilatların işçilərinə ezamiyyə xərcləri əvəzinə hər gün üçün 15,0 manat əlavə vəsait verilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci i! tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5’nın: - Dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonra-təşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. - Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc (yemək, rabitə, şəhərdaxili nəqliyyat və digər xidmətlər üzrə xərclər daxil olmaqla) təşkil edir. - Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. - Büdcədən maliyyələşdirilən dövlət orqanlarında işin xüsusiyyətləri ilə əlaqədar olaraq respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə, sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlər əsasında ezamiyyə xərcləri üçün nəzərdə tutulmuş vəsaitlər hesabına nəqliyyat xərci kimi ödənilir. Məhkəmə müəyyən etdi ki, İddiaçı tərəfindən yol xərcim təsdiq edən sənədləri cavabdehə təqdim edilmədiyi səbəbindən ona ezamiyyət xərclərinə görə ödəniş hesablanmamışdır. Beləliklə, yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yol xərcinin ödənilməsi üçün yalnız müvafiq təsdiqedici sənədlər təqdim edilməsi şərtdir. Yəni işçi yaxın məsafəyə ezam olunmuşdursa və müvafiq ezamiyyə xərclərini tələb edirsə, ilki növbə də xərcləri təsdiq edən müvafiq təsdiqləyici sənədlər təqdim etməli, eləcə də respublika ərazisi daxilində xidməti minik avtomobilləri ilə xidməti ezamiyyətə gedilməsi zəruri olan hallarda nəqliyyat vasitələri üçün müəyyən edilmiş aylıq yürüş həddindən artıq yol qət edildiyi təqdirdə sərf edilən yanacağın dəyəri təsdiqedici sənədlərlə sübuta yetirilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçının ezamiyyədə olduğu öz təsdiqini tapsa da, tələblərə uyğun olaraq xərcləri təsdiq edən müvafiq sənədlər barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə yaşayış yerinə hər gün qayıtmaq imkanı olan işçi tərəfindən təsdiqedici sənədlərin təqdim edilməməsi müvafiq ezamiyyə xərclərini əldə etməməsinə səbəb olur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə, cavabdehin hərəkətinin qanunauyğunluğunu, həmçinin Daxili İşlər Nazirliyinin inzibati aktı hansı norma əsasında qəbul etməsini yoxlayarkən belə qənaətə gəlir ki, inzibati orqan tərəfindən iddiaçının hüquqlarına müdaxilə edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2015-ci il tarixli, Ə 19-001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək Sabirabad Asan Xidmət Mərkəzində ezamiyyətdə olduğum müddət ərzində verilməli olan 8127 manat məbləğində ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə qarşı xx.xx.2015-ci il tarixli, Ə 19-001-15 saylı və xx.xx.2015-ci il tarixli, Ə 936-001-15 saylı əmrləri ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2015-ci il tarixinədək Sabirabad Asan Xidmət Mərkəzində ezamiyyətdə olduğum müddət ərzində verilməli olan 8127 manat məbləğində ezamiyyət xərcinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati-İqtisadi Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1212/2023
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1212/2023
06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver