Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1216/2024 01.11.2024 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi X5, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçıin Cavabdehnə qarşı “Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının və hesablanmış mədən vergisi borcunun ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 E T D İ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh xx.xx.2023-cü il tarixli qərarının və hesablanmış mədən vergisi borcunun ləğv edilməsi” barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin xx.xx.2023-cü il tarixli sərəncamı ilə həmin Məcəlləsinin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 13 iyun 2023-cü il tarixli qərarı ilə Bələdiyyənin inzibati ərazisində qum-çınqıl karxanası kimi 2015-ci ildən 2020-ci ilədək sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxs İddiaçı MMC-nin 664303 manat mədən vergisi borcunun məcburi qaydada alınaraq İmişli Bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. Adı çəkilən Qərarla Bələdiyyə İdarəsinin təqdimatı əsasında vergi borcunu ödəməkdən yayınan İmişli rayonun inzibati ərazisində fəaliyyət göstərən hüquqi şəxs İddiaçı MMC-nin 664303 manat borcun ödənilməsi və bəyannamənin alınması ilə bağlı Ədliyyə Nazirliyinin imişli rayon İcra ve Probasiya şöbəsinə tədbir görülməsi üçün göndərilmişdir. İmişli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 13 saylı Qərarına əsasən İmişli rayonu üzrə İcra və Probasiya Şöbəsinin “İcraata başlamaq haqqında” Qərarı ilə vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün İmişli şəhər Bələdiyyəsinin inzibati ərazisində qum-çınqıl karxanası kimi fəaliyyət göstərən İddiaçı MMC-nin 664303 manat mədən vergisi borcunun məcburi qaydada alınaraq İmişli Bələdiyyəsinin büdcəsinə ödənilməsi, həmin borcu ödəmək üçün 10 gün müddət müəyyən olunmuşdur. Cavabdehin İddiaçı MMC-nin mədən vergisi üzrə 664303 manat borcu olması barədə qərarı əsassızdır. Belə ki, İddiaçı MMC hər il öz fəaliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcunu cavabdehin hesabına ödəmişdir. İddiaçı MMC-nin cavabdehə 664303 manat məbləğində mədən vergisi üzrə borcu yoxdur. Cavabdeh heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan qaydada, öz subyektiv mülahizələri əsasında əsassız məbləğ hesablamışdır. Həmin məbləğdə vergi borcunun hesablanması üçün heç bir əsas mövcud deyildir. İş üzrə cavabdeh İmişli rayonun Bəcirəvan Bələdiyyəsinin İddiaçıdən tələb etdiyi mədən vergisinin Vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmaması və Vergi Məcəlləsində belə qaydada vergi hesablanmasının nəzərdə tutulmaması qeyd olunmuşdur. Eyni zamanda, mədən vergisi ödənişləri zamanı əgər həmin ödənişlər düzgün ödənilməsəydi, o halda Bəldiyəyə verilmiş Bəyannamələri mübahisələndirilmiş olardı. İddiaçı MMC hər il öz fəaliyyəti sahəsində yaranmış mədən vergisi üzrə borcunu cavabdehin hesabına ödəmişdir. İddiaçı MMC-nin cavabdehə 664303 manat məbləğində mədən vergisi üzrə borcu yoxdur. Cavabdeh heç bir vergi hesablanması qaydalarına və mühasibatlıq haqqında qanunun tələblərinə uyğun olmayan qaydada, öz subyektiv mülahizələri əsasında əsassız məbləğ hesablamışdır. Həmin məbləğdə vergi borcunun hesablanması üçün heç bir əsas mövcud deyildir. İş üzrə cavabdeh İmişli rayonun Bəcirəvan Bələdiyyəsinin İddiaçıdən tələb etdiyi mədən vergisinin Vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmaması və Vergi Məcəlləsində belə qaydada vergi hesablanmasının nəzərdə tutulmaması qeyd olunmuşdur. Eyni zamanda, mədən vergisi ödənişləri zamanı əgər həmin ödənişlər düzgün ödənilməsəydi, o halda Bəldiyəyə verilmiş Bəyannamələri mübahisələndirilmiş olardı. Digər tərəfdən, cavabdehin eyni tələblə bağlı İddiaçı X6rşı məhkəmə baxışında bir neçə iddiası vardır. Bununla bağlı məhkəmə qətnamələri də vardır. İş üzrə cavabdeh İmişli rayonun İmişli Bələdiyyəsinin İddiaçıdən tələb etdiyi mədən vergisinin Vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmamış və Vergi Məcəlləsində cavabdehin vergi hesablama qaydası nəzərdə tutulmamışdır. Eyni zamanda, mədən vergisi ödənişləri zamanı əgər həmin ödənişlər düzgün ödənilməsəydi, o halda Bəldiyəyə verilmiş Bəyannamələri mübahisələndirmiş olardı. Digər tərəfdən, İmişli rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə mübahisəli torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün İddiaçıə icarəyə verilmişdir. Sərəncama uyğun olaraq İmişli rayon İcra Hakimiyyəti Başçısı ilə Torpağın icarəyə verilməsinə dair müqavilə bağlanılmış və torpaq sahəsi təyinatı üzrə İddiaçıin istifadəsinə verilmişdir. Həmin İcarə müqaviləsi üzrə olan öhdəliklər İddiaçı MMC tərəfindən pozulmamış, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmuş, bütün ödənişlər vaxtında ödənilmiş və torpaq sahəsinin istifadəsi ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bununla da, cavabdeh işin müəyyən edilmiş faktiki hallarına hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət vermədən vermiş olduğu adı çəkilən Qərarla qanun pozuntularına yol vermişdir. Belə ki, qərarda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh tərəfindən araşdırılmamış, daha sonra mübahisəli qərarda göstərilən dəlillərlə bağlı görə İddiaçı MMC-nin nümayəndəsi çağrılaraq dinlənilməmiş, ondan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, onun iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmişdir. Hazırda mübahisələndirilən qərarın qəbul edilməsi zamanı “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən bizə təqdim edilməmişdir. Digər tərəfdən, cavabdehin istinad etdiyi əsaslara görə İddiaçı MMC-nin qum-çınqıl materiallarının çıxarılması zamanı Yerin təkinin səmərəli istifadəsinə və mühafizəsinə dair qanunların tələblərini də pozmuşdur. Lakin qeyd olunmuş əsas tamami ilə əsassızdır. Qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah edilməsi və şikayət verə bilmək imkanlarının təmi edilməsi inzibati orqanın vəzifəsi olmuş olsa da, cavabdeh həmin hərəkətləri etməmiş və bununla da İnzibati icraat haqqında AR Qanununun tələblərinin pozuntusuna səbəb olmuşdur. Digər tərəfdən, İmişli rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə mübahisəli torpaq sahəsi qum-çınqıl materiallarının çıxarılması üçün İddiaçıə icarəyə verilmişdir.Sərəncama uyğun olaraq İmişli rayon İcra Hakimiyyəti Başçısı ilə Torpağın icarəyə verilməsinə dair müqavilə bağlanılmış və torpaq sahəsi təyinatı üzrə İddiaçıin istifadəsinə verilmişdir. Həmin İcarə müqaviləsi üzrə olan öhdəliklər İddiaçı MMC tərəfindən pozulmamış, torpaq sahəsindən təyinatı üzrə istifadə olunmuş, bütün ödənişlər vaxtında ödənilmiş və torpaq sahəsinin istifadəsi ilə bağlı heç bir qanun pozuntusuna yol verilməmişdir. Bununla da, cavabdeh işin müəyyən edilmiş faktiki hallarına hüquq normalarının tələblərinə müvafiq qaydada hüquqi qiymət vermədən vermiş olduğu adı çəkilən Qərarla qanun pozuntularına yol vermişdir. Qərarda qeyd edilənlərin həqiqətə uyğun olub-olmaması cavabdeh tərəfindən araşdırılmamış, daha sonra mübahisəli qərarda göstərilən dəlillərlə bağlı görə İddiaçı MMC-nin nümayəndəsi çağrılaraq dinlənilməmiş, ondan həmin dəlillərə dair sübutlar tələb edilməmiş, onun iştirakı ilə torpaq sahəsinə baxış keçirilməmişdir. Hazırda mübahisələndirilən qərarın qəbul edilməsi zamanı “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun yuxarıda qeyd edilən tələblərinə (proseduruna) əməl olunmasına dair hər hansı sənəd (sübut) və məlumat cavabdeh inzibati orqan tərəfindən təqdim edilməmişdir. Mübahisənin məhkəmədənkənar qaydada həll edə bilmədiklərindən məhkəməyə müraciət etmək məcburiyyətindədirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə və vəkili X7 iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddianın əsassız oldunun bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil iddianın əsassız oldunun bildirdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. İrəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Həmçinin məhkəməyə təqdim edilən sənədlərə əsasən iddiaçı tərəfindən iddia müddəti ilə bağlı şərtin pozulmadığı müəyyən edilir. Belə ki, Cavabdeh xx.xx.2023-cü il tarixli qərarı tərəfə təqdim edilmədən bir başa icra olunmasından ötrü Sabirabad rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, şöbənin icra məmuru Aydın İsmayılov tərəfindən xx.xx.2023-cü il tarixli “icraata başlama haqqında” qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə iddia ərizəsi tərtib edilərək məhkəməyə göndərilmiş və xx.xx.2023-cü il tarixdə iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 09 iyun 2005ci il tarixli, 126 nömrəli sərəncamının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı rəhbərliyinin müraciəti nəzərə alınmış və qum-çınqıl materiallarının çıxarılması və istehsalı üçün Araz çayının yatağından 15 ha ərazi Cəmiyyətin müvəqqəti istifadəsinə verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısının 01 fevral 2022-ci il tarixli, 11 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı rəhbərliyinin müraciəti nəzərə alınmış və İmişli rayon İcra Hakimiyyəti başçısının 08 iyun 2005-ci il tarixli, 126 nömrəli sərəncamla cəmiyyətə İmişli şəhəri yaxınlığından Araz çayı sahilindən ayrılıb verilmiş 15,0 hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyəti başçısı ilə İddiaçıin direktoru arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 69 nömrəli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, İmişli rayon İcra Hakimiyyəti başçısının 05 noyabr 2014-cü il tarixli, 239 nömrəli sərəncamı ilə qum-çınqıl materiallarının çıxarılması və emalı üçün 30 il müddətinə hər hektarı 400 manat olmaqla cəmi 2400 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İmişli rayon İmişli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh inzibati ərazisində 2015-ci ildən 2020-ci ilədək fəalliyyət göstərən İddiaçı MMC-dən 664303 manat mədən vergisinə dair borcun məcburi qaydada alınaraq İmişli bələdiyyəsinin büdcəsinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Sabirabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərarının surətindən görünür ki, İmişli rayon İmişli bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Həmin icra sənədinə əsasən borclu İddiaçı MMC-dən Cavabdeh inzibati ərazisində 2015-ci ildən 2020-ci ilədək fəalliyyət göstərən İddiaçı MMC-dən 664303 manat mədən vergisinə dair borcun məcburi qaydada alınaraq İmişli bələdiyyəsinin hesabına ödənilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-14-19/2-895/2024 nömrəli məktubunda qeyd edilmişdir ki,“İmişli rayoru inzibati ərazisində qum-çınqıl karxanası kimi 2015-2020-ci illərdə sahibkarlıq fəaliyyət göstərən İddiaçı MMC-yə məxsus sahəyə yerin təkindən istifadə edilməsi üçün 2012-2017-ci illərə aid 01043 nömrəli “Dağmədən ayırması aktıları verilmişcjlir.Agentlikdə 2015-2020-ci illərdə İddiaçı MMC-yə məxsus sahəyə baxış keçirilib-keçirilməməsi, bağlı tərtib edilmiş başqa sənədlər mövcud deyildir. İddiaçı MMC-yə yerin təkindən istifadə edi “Dağ-mədən ayırması” aktlarını və ona aid sənədləri, həmçinin Agentlik tərəfindən 24 fevral 2023- cü il tarixdə tərtib edilmiş 000113 nömrəli akt və aktın verilməsinə əsas olan sənədləri təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2-2-03/2-232007084/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində İddiaçı tərəfindən 2015-2020-ci illərdə İmişli rayonu ərazisində - Araz çayının sol tərəfində yerləşməklə imişli şəhər bələdiyyəsinin mülkiyyətində olan “İmişli” qum-çınqıl yatağında “Dağ-mədən ayırması” aktı, eləcə də İmişli rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması və qanunsuz qum-çınqıl hasilatının aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 255.1 və 308.1-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Məlumat üçün bildiririk ki, istintaq zamanı Araz çayının sol tərəfində yerləşən “İmişli” qum-çınqıl yatağında qanunsuz hasilat işlərinin mərhum X10 tərəfindən aparıldığı müəyyən edilmiş və yaxın qohumunun razılığı əsasında 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddələrinə əsasən “iş üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin İddiaçıin direktoru Nümayəndə əməllərində cinayət tərkibi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan İmişli rayon İcra Hakimiyyətinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 5-53/2-427/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçıin 15,0 ha torpaq sahəsindən istifadə hüququna xitam verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 11 saylı sərəncamı dəyişdirilməmiş və hazırda qüvvədədir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasınıın 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsi Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını müəyyən edir. Həmin Məcəllənin 1.2-ci maddəsinə görə bu Məcəllə ilə Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər müəyyən edilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər (bələdiyyə vergiləri). Həmin Məcəllənin 4.4-cü maddəsinə görə yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. Həmin Məcəllənin 5-ci maddəsinə görə vergi məbləğləri aşağıdakı formalarda tutulur: bilavasitə mənbədən (verginin gəlir və ya mənfəət əldə edilməsinədək tutulması), bəyannamə üzrə (verginin gəlir və ya mənfəət əldə edilməsindən sonra tutulması) və bildiriş üzrə (vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi). Həmin Məcəllənin yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: - (maddə 8.1.1) bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; - (maddə 8.1.2) fiziki şəxslərin əmlak vergisi; - (maddə 8.1.4) bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. Həmin Məcələnin 10-cu maddəsinə görə vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçıları aşağıdakılardır: bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər, bu Məcəlləyə uyğun olaraq vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər, Azərbaycan Respublikasının dövlət vergi orqanları, Azərbaycan Respublikasının gömrük orqanları, bu Məcəllə ilə nəzərdə tutulan məsələlərin həlli ilə bağlı Azərbaycan Respublikasının maliyyə orqanları, bu Məcəllə ilə nəzərdə tutulan hallarda vergi ödəyicilərindən vergilərin ödənilməsi üçün vəsaitlərin alınmasını və onların büdcəyə köçürülməsini, vergi və gömrük orqanlarından başqa, müəyyən edilmiş qaydada həyata keçirən dövlət hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, digər səlahiyyətli orqanlar və vəzifəli şəxslər. Həmin Məcəllənin 11-ci maddəsinə görə vergi – dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Həmin Məcəllənin 85.1-ci maddəsinə görə hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. Həmin Məcəllənin 85.4-ci maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 17 iyun 2003-cü il tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 1.2-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanı öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Vergi Məcəlləsini, “Büdcə sistemi haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, bələdiyyələrin qərarlarını və bu Əsasnaməni rəhbər tutur. Əsasnamənin 3.1-ci bəndinə görə bələdiyyələrin vergi xidməti orqanının aşağıdakı vəzifələri vardır: - (3.1.1-ci yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanmasına, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsinə nəzarəti həyata keçirir; - (3.1.2-ci yarımbənd) yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə borcların, bu borclar üzrə hesablanmış faizlərin və tətbiq olunmuş maliyyə sanksiyalarının Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada alınmasını təmin edir; - (3.1.3-cü yarımbənd) yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyicilərinin hüquqlarını və qanuni maraqlarını qoruyur, onların sorğularına, şikayətlərinə qanunvericiliyə uyğun olaraq baxılmanı və müvafiq tədbirlərin görülməsini təmin edir; - (3.1.12-ci yarımbənd) bələdiyyələrin qərarlarını icra edir. Əsasnamənin 3.2-ci bəndinə görə bələdiyyə vergi xidməti orqanının aşağıdakı hüquqları vardır: - (3.2.1-ci yarımbənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada fiziki şəxslərdən torpaq və əmlak vergilərini hesablamaq və hesablanmış məbləğin ödənilməsi üçün onlara tədiyə bildirişi göndərmək; - (3.2.2-ci yarımbənd) bələdiyyə mülkiyyətində olan hüquqi şəxslərdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada kameral vergi yoxlamaları keçirmək; - (3.2.3-cü bənd) Azərbaycan Respublikasının Vergi Məcəlləsində və digər qanunlarda müəyyən edilmiş hallarda və qaydada yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların, yerli (bələdiyyə) vergilər üzrə hesablanmış faizlərin alınması və yerli (bələdiyyə) vergilərin ödəyicilərinə maliyyə sanksiyalarının tətbiq olunması barədə məhkəmədə vəsatət qaldırılması üçün bələdiyyələrə müraciət etmək. Əsasnamənin 5.3-cü bəndinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinbə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Həmin Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə görə pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. İşin müəyyən edilmiş hallarından və 13 iyun 2023-cü il tarixli qərarın məzmunundan görünür ki, Bələdiyyə həmin qərarı (inzibati aktı) qəbul edərkən İddiaçı MMC vergi borcunun ödənilməsindən boyun qaçırdığı üçün ödənilməmiş vergi borcunu ödəmək üçün verilmiş 10 gün müddət ərzində ödənilmədiyini göstərməklə kifayətlənmişdir. Göründüyü kimi, bələdiyyə qərar (inzibati akt) qəbul edərkən səyyar vergi yoxlamasına istinad etməklə kifayətlənmiş, bələdiyyə tərəfindən inzibati icraat aparılmamışdır. Halbuki, inzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. Hazırkı işə münasibətdə səyyar vergi yoxlamasında qeyd olunan hallar bələdiyyə tərəfindən müəssisənin mədən vergisinin yayındırılması kimi qiymətləndirilirsə, bu halda səyyar vergi yoxlamasının nəticəsi (akt) bələdiyyə tərəfindən inzibati icraatın başlanması üçün əsas olmalıdır. Başqa sözlə, bələdiyyə həmin aktdakı məlumatlara əlaqəli məlumat kimi öz təşəbbüsü ilə inzibati icraatın başlamaq üçün istinad edə bilər. Lakin heç bir halda, inzibati icraatın aparılmasından imtina etməklə, inzibati icraata dair qanunvericiliyin normalarını və prinsiplərini nəzərə almamaqla şəxs barəsində əlverişsiz inzibati akt qəbul edilə bilməz. Hazırkı iş üzrə bələdiyyə tərəfindən mübahisələndirilən inzibati akt qəbul edilərkən inzibati icraat haqqında qanunvericiliyin normaları pozularaq qərar qəbul edilmiş, inzibati icraat aparılmamış, iddiaçının səlahiyyətli nümayəndələrinin iştirakı təmin edilməmiş, işin halları ilə əlaqədar iddiaçıdan hər hansı izahat və ya sübut tələb edilməmiş, iddiaçı iş materialları ilə tanış edilməmiş, səyyar vergi yoxlamasının nəticəsinə birbaşa istinadla inzibati akt qəbul edilmişdir. Halbuki, istinad olunan akt bələdiyyənin deyil, digər inzibati orqanın- vergi orqanının apardığı inzibati icraatın nəticələrinə dair məlumatdır. Məhkəmə həmçinin qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC fəailiyyət göstərdiyi illər və aylar üzrə yaranmış mədən vergisi borcunu mədən vergisi bəyannaməsi tərtib edərək cavabdehə təqdim etmişdir və cavabdeh bəyannaməni qəbul etmiş, həmin bəyannamələri mübahisələndirməmişdir. Mədən vergisinə əsasən yaranmış mədən vergisi borcu cavabdehin hesabına İddiaçı MMC tərəfdən ödənilmişdir. Qeyd olunanlarla yanaşı, məhkəmənin icraatında olmuş eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə üzrə ilə alınmış müvafiq ekspert rəyi ilə vergi orqanının vergi ödəyicisi kimi iddiaçıya qərara əsasən müəyyən edilmiş mədən vergisi vergi qanunvericiliyinin tələbləri nəzərə alınmaqla düzgün hesablanmadığının müəyyən olunduğu, yəni Vergi Məcəlləsində belə qaydada vergi hesablanması nəzərdə tutulmadığı, həmçinin istehsal ərazisində quraşdırılmış video müşahidə və həmin əraziyə təhkim edilmiş şəxslər tərəfindən tərtib edilmiş aktlar əsasında iddiaçının dövriyyəsinin müəyyən edilməsi və həmin dövrlər üçün iddaçının ödəməli olduğu mədən vergisinin həcminin hesablanması ilə bağlı müddəalar Vergi Məcəlləsində nəzərdə tutulmadığı qeyd edilmişdir. Bu da öz növbəsində cavabdeh tərəfin iddiaçıya əlavə mədən vergi borcunun hesablanmasının əsaslı olmamasına ehtimalı artırır. Cavabdeh tərəfindən məhkəmə iclasında qeyd edilən borc məbləğinin hesablanması əsası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X1 24 fevral 2023-cü il tarixli arayışına əsasən qeyd edilən mübahisəli torpaq sahəsindən ümumilikdə 670803 kv.m həcmində qum-çınqıl hasilatı işlərinin aparılması olduğu bildirilmiş, həmin hasilata görə 6500 manat ödəniş etdiyi və 664303 manat borcuun qaldığını qeyd etmişdir. Nəhkəmə tərəfindən həmin hissədə müvafiq araşdırılma aparılaraq bir sıra aşağıdakı hallar müəyyən edilmişdir: - Qeyd edilən arayışda həqiqətən hasilat işlərinin İddiaçı MMC tərəfindən aparılması müəyyən edilməmiş və həmin hissədə əlavə araşdırılmanın aparılmasına zərurət olduğu qeyd edilmişdir. - Azərbaycan Respublikasının Baş Prokurorluğunun məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 2-2-03/2-232007084/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Baş Prokurorluğun İstintaq idarəsində İddiaçı tərəfindən 2015-2020-ci illərdə İmişli rayonu ərazisində - Araz çayının sol tərəfində yerləşməklə imişli şəhər bələdiyyəsinin mülkiyyətində olan “İmişli” qum-çınqıl yatağında “Dağ-mədən ayırması” aktı, eləcə də İmişli rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinin özbaşına tutulması və qanunsuz qum-çınqıl hasilatının aparılması nəticəsində yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması faktları üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1, 255.1 və 308.1-ci maddələri ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılmışdır. Məlumat üçün bildiririk ki, istintaq zamanı Araz çayının sol tərəfində yerləşən “İmişli” qum-çınqıl yatağında qanunsuz hasilat işlərinin mərhum X10 tərəfindən aparıldığı müəyyən edilmiş və yaxın qohumunun razılığı əsasında 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2-ci maddələrinə əsasən “iş üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. Həmçinin İddiaçıin direktoru Nümayəndə əməllərində cinayət tərkibi müəyyən olunmadığından barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X15 X2 tərəfindən qeyd edilən hallarla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilmiş və araşdırma nəticəsində həmin hasilatın İddiaçı tərəfindən aparılmadığı müəyyən edilmişdir. Qeyd olunanlar, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərarın qanuna zidd sayılması qənaətinə gəlmək üçün yetərli əsaslardır. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 14-cü və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarında qeyd edilir ki, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vəzifəsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.1-ci maddəsinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir (maddə 68.1). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə belə nəticəyə gəlir ki, mübahisələndirilən inzibati akt (qərar) qanuna zidd sayılmaqla yanaşı, onun qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunu ödəmək öhdəliyi yaradır. Halbuki, Vergi Məcəlləsinin 3.8-ci maddəsinin tələblərinə görə heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz. Beləliklə, işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının vergi məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hallar isə mübahisələndirilən qərarın ləğvi üçün əsas hesab edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarının və hesablanmış mədən vergisi borcunun ləğv edilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2.1-ci, 4.1-ci, 14-ci, 23.1-ci, 32-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 70-ci, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İmişli rayon İmişli bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarı və hesablanmış mədən vergisi borcu ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1216/2024
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1216/2024
01.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver