Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1216/2025 12.02.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Nəcəfov Hilal Nəcəfalı oğlunun sədrliyi, Nurəlizadə Fuad Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Тəsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1956-ci il tarixdə Astara şəhərində anadan olmuş, xx.xx.1971-cu il tarixdə Lənkəran texniki Peşə məktəbinə daxil olub həmin məktəbi xx.xx.1972-ci il tarixdə bitirmiş və ona 2-ci dərəcəli dülgər ixtisası verilmişdir. xx.xx.1973-cü il tarixli 29 nömrəli əmrlə Astara tara bazasında fəhlə qəbul edilmiş, ərizəsinə əsasən xx.xx.1973-cü il tarixli, 90 nömrəli əmrlə işdən azad olunmuş, xx.xx.1973-cü il tarixdə Bakı texniki-peşə məktəbinə qəbul olunub, xx.xx.1974-cü ildə həmin məktəbi bitirib 4-cü dərəcəli çilingər ixtisası verilmişdir. xx.xx.1974-cü il tarixdən xx.xx.1976-ci il tarixə kimi həqiqi hərbi xidmətdə olmuş, 20 iyun 1976-ci il tarixdə hərbi xidmətdən tərxis olunduqdan sonra hərbi komissarlıqda qeydiyyata alınmış, xx.xx.1976-ci il tarixli 1370 nömrəli əmrlə Azərbaycan SSR-nin 50 illiyi adına sovxozda fəhlə qəbul edilmiş və xx.xx.1977-ci il tarixli 983 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1978-ci il tarixli 52/k nömrəli əmrlə xətt istismar stansiyasında QAZ 63 markalı avtomaşına sürücü təyin edilmiş, ərizəsinə əsasən 23/k nömrəli xx.xx.1984-cü il tarixli əmrlə işdən azad edilərək “Aztransqaz” nəqliyyat sexinə köçürülmüş, xx.xx.1984-cü il tarixli 24/k nömrəli əmrlə Astara xətt İstismar İdarəsinə sürücü təyin edilmiş, xx.xx.2001-ci il tarixli 01/kş nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.2001-ci il tarixli 10/KŞ 1 nömrəli əmri ilə X7 idarəsində sürücü təyin edilmiş, xx.xx.2003-cü il tarixli 12-K 1 nömrəli əmrlə işdən azad edilmişdir. Ümumiyyətlə sosial sığorta stajı hərbi xidməti texniki peşə məktəbində oxumağını nəzərə alınmaqla 30 il 8 gün təşkil etmişdir. Hazırda 68 yaşı vardır. Yaşa görə əmək pensiyasının təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etmiş, həmin idarə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş, guya ümumi sığorta stajı qanunda nəzərdə tutulandan, yəni 25 ildən az olduğu üçün yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Yaşa görə sosial müavinət 220 manat təyin edilmişdir. Yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilməsi qanuna zidd və hüquqlarının pozulması halı kimi qiymətləndirilməlidir. Belə ki, əmək kitabçanda adları qeyd olunan müəssisələrdə işlədiyi müddət sosial sığorta stajı kimi nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunda tələb olunan sosial sığorta stajı 25 ildən artıq 30 il yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etmişdir. Lakin İddiaçı əmək kitabçasının surətinə əsasən 25 ildən az (xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək və xx.xx.1973-cü il tarixdən xx.xx.1974cü il tarixədək təhsil aldığı illər, xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 4 ay 20 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialı ilə Astara X7 İdarəsinin birgə tərtib etdiyi 01,02.2024-cü il tarixli akta əsasən xx.xx.1992-ci il tarixdən 01,02.2001-ci il tarixədək iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Bu səbəbdən xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrün İddiaçı sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 4.1-ci bəndinə əsasən işçinin əmək kitabçasında işdən çıxmaq səbəbi qüvvədə olan qanunvericiliyin müddəalarına uyğun göstərilməlidir. İşəgötürənin və ya onun müəyyən etdiyi məsul şəxsin imzası və həmin müəssisənin, təşkilatın, idarənin möhürü ilə, fiziki şəxs olduqda isə tək imzası ilə təsdiq edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun tələbindən göründüyü kimi, vətəndaşa əmək pensiyası təyinatının aparılması onun işlədiyi idarə, müəssisə və ya təşkilatdan aldığı əməkhaqqı ilə şərtləndirilmişdir. Qanunun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsində 65 yaşına çatmış kişilərin və 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, - pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir. (Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021 -ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 22-1.5-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dək “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təyin edilmiş sosial müavinətlərin bu Qanunun 22-1.2-ci maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli qərarı əsas gətirilə bilər. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu o nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin analoji işlə bağlı xx.xx.2023-cü il, 2-1(102)-1838/2023 nömrəli qərarının 45-ci bəndində göstərilmişdir ki, mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996-2000- ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1.-ci maddəsində əmək pensiyası anlayışının açıqlaması verilir. Belə ki, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Qanunun bu müddəasından belə bir məntiqli nəticəyə gəlmək mümkündür ki, iddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin ayların iş stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. Beləliklə, iş materialları ilə təsdiq olunur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona əmək pensiyası təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İş üzrə İddiaçı “yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə qarşı qeyd etdikləri etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia mümkün olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçının qanunla tələb olunan sosial sığorta stajı (25 il) yaranmışdır. Məhkəmənin qənaətinə görə cavabdehin imtinası qanunazidd və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməlidir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə anadan olmuş, Astara şəhəri, N.Nərimanov küçəsi, ev 15-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan xx.xx.1972-ci il tarixli, 86 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci ildə Lənkəran texniki peşə məktəbinə qəbul olunmuş, xx.xx.1972-ci ildə bitirmiş və 2-ci dərəcəli dülgər ixtisası verilmişdir. İşdə olan xx.xx.1974-cü il tarixli, 3710 nömrəli Attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü ildə Bakı texniki-peşə məktəbinə qəbul olunmuş, xx.xx.1974-cü ildə həmin məktəbi bitirib 4-cü dərəcəli çilingər ixtisası verilmişdir. İşdə olan xx.xx.1973-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.2023-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. İşdə olan xx.xx.1974-cü il tarixli, НЗ ******* nömrəli hərbi biletinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan “Qaz İxrac” İdarəsi Astara X7 sahəsinin xx.xx.2021-ci il tarixli, 11 nömrəli arayışından görünür ki, İddiaçıh Cəlil oğlu xx.xx.1978-ci il tarixindən xx.xx.2001-ci il tarixədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək, (cəmi 24 il 10 ay) Astara X7 İdarəsində sürücü peşəsində işləmişdir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 25 nömrəli arayışından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçıh Cəlil oğlu xx.xx.1974-cü ildən xx.xx.1976-cı ilədək keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli arayışından görünür ki, xx.xx.1956-cı ildə anadan olmuş Həsənov X5 36 saylı SMD-nin əmr kitablarına əsasən 1972-ci ilin iyul ayının 20-da 86 saylı əmrlə idarəyə qəbul olunmuş, 1973-cü ilin iyul ayının 09-da 72 saylı əmrlə verdiyi ərizəsinə əsasən azad edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/1-H-110043/2024 nömrəli məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən ediiib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitaiı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim etdiyi sənədlərin surətlərinə əsasən sığorta stajının (xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək və xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı illər, xx.xx.1974cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla) 18 il 4 ay 20 gün təşkil edir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qanunun 23.2-ci mədəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Lənkəran-Astara regional filialı ilə Astara X7 İdarəsinin birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək öz hesabına məzuniyyətdə olmuş, bu səbəbdən xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İşdə olan Socar “Qaz İxrac” İdarəsi Astara X7 Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-12/5-138/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara MQKS "xxxx" İB-nin tərkibində 2009-cu ildə Dövlət Neft Şirkətinə daxil olduqdan sonra sənədlərin arxivləşdirilməsinə başlanmışdır. Buna qədər isə bu müəsissədə hər hansı bir arxiv olmamışdır. Əvvəlki illərdə arxiv olmadığına görə “Astara X7 İdarəsi” dövründə burada çalışması ilə bağlı İddiaçı aid əmrlərin, əmək haqqı barədə cədvəllərin və s. bu kimi sənədlərin tam qaydada təqdim edilməsi mümkün deyildir. Məhkəmənin icraatında olan həmin iş üzrə yaranan zərurətlə əlaqədar olaraq İddiaçı Sahəmiz tərəfindən xx.xx.2021-ci il tarixində 11 nömrəli və xx.xx.2021-ci il tarixində 34 nömrəli verilmiş arayışlarda qeyd olunan xx.xx.1978-ci il tarixdən işə qəbul olunması haqqında məlumat şəxsi vərəqəyə əsasən xx.xx.2001-ci il tarixindən işdən azad olunması isə xx.xx.2001-ci il tarixi 01/KŞ nömrəli əmrlə və təkrar olaraq xx.xx.2001-ci il tarixdə işə qəbul olunması kadr əmrləri kitabında olan xx.xx.2001-ci il tarixli Əmr № 10/KŞ nömrəli əmrə əsasən son olaraq xx.xx.2003-cü il tarixində işdən azad edilməsi xx.xx.2003-cü il tarixli 12-K§1 nömrəli əmrə əsasən qeyd edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Astara MQKS-də 2010-cu ildən əvvəl arxivləşmənin olmamasına görə İddiaçı işlədiyi illərə aid tələb olunan əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığını bildirərək məlumatı nəzərə almağı xahiş etmişdir. İddiaçı məxsus əmək kitabçasının təhvil-təsliminin aparılması barədə qeydiyyat isə əmək kitabçalarının qeydiyyatı kitabında aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-168248/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçının təqdim etdiyi təhsil haqqında sənədin surətinə əsasən xx.xx.1971-ci il tarixindən xx.xx.1972-ci il tarixinədək və xx.xx.1973-cü il tarixindən xx.xx.1974-cü il tarixinədək təhsil aldığı illər, hərbi biletinin surətinə əsasən xx.xx.1974-cü il tarixindən xx.xx.1976cı il tarixinədək hərbi xidmətdə olduğu dövr, əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1973-cü il tarixinədək, xx.xx.1976-cı il tarixindən xx.xx.1977-ci il tarixinədək, xx.xx.1978-ci il tarixindən xx.xx.1984-cü il tarixinədək, xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyəti dövrü daxil olmaqla mübahisəsiz sosial sığorta stajı 19 il 4 ay 20 gün təşkil edir. Məlumat üçün bildiririk ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmışdır. Belə ki, Fondun 1 saylı Lənkəran-Astara regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən İddiaçı xx.xx.1992-ci il tarixindən xx.xx.2001ci il tarixinədək öz hesabına məzuniyyətdə olmuşdur. Eyni zamanda pensiya işinin tərkibində Astara X7 İdarəsinin arayışı mövcud olsa da arxiv sənədləri Astara rayon Dövlət Arxivinə təhvil verilmədiyindən yoxlama aparmaq mümkün olmamışdır. Bu səbəbdən xx.xx.1992-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək olan dövrün vətəndaşın sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, xx.xx.2006cı il tarixindən xx.xx.2018-ci il tarixinədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alnmamışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 1 saylı Lənkəran-Astara regional filialının pensiya təminatı şöbəsinin aparıcı mütəxəssisi X2 və Astara X8 kadrlar üzrə aparıcı mütəxəssisi X4 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, İddiaçıh Cəlil oğlunun xx.xx.1992-xx.xx.2001 və xx.xx.2001-xx.xx.2003-cü il iş stajı və əmək haqqları yoxlanılaraq müəyyən edilmişdir ki, İddiaçıh Cəlil oğlu xx.xx.2001-ci il tarixli, 01/kş nömrəli əmrlə məzuniyyət vaxtı çatdığı üçün xx.xx.2001-ci il tarixdən işdən azad edilmişdir. İddiaçıh Cəlil oğlu xx.xx.2001-ci il tarixli 10/KŞ BTC-nin 6 dərəcəsi ilə Kamaz avtomaşınına sürücü qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 171900 manat ödənilmişdir. İddiaçıh Cəlil oğlu Ə/M 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “a” bəndini kobud şəkildə pozduğu üçün bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əmr №-12, xx.xx.2003. 1988-ci ilin əmrlər kitabı tapılmadığı (saxlanılmadığı) üçün həmin ilin əmrini yoxlamaq olmamış, lakin əmək kitabçalarının qeydiyyat kitabında xx.xx.1978-ci ildə ona əmək kitabçası açılmış, 1991-ci ildə əmək kitabçalarını təhvil alanların siyahısında (akt) adı vardır. Əmək haqqı cədvəlləri saxlanılmadığı üçün yoxlamaq olmamışdır. Qeyd: Əmr kitablarında vətəndaşın adı Əlişa deyil “Əlişah” yazılmışdır. İşdə olan Socar “Qaz İxrac” İdarəsi Astara X7 Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-12-5/2-15/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara MQKS əvvəlki illərdə "xxxx" QSC-nin təkibində fəaliyyət göstərən vaxtlarda bu təşkilatda arxivləşdirmə olmamışdır. Yalnız 2009-cu ildə təşkilat Dövlət Neft Şirkətinə daxil olduqdan sonra sənədlərin arxivləşdirilməsinə başlanmışdır. Əvvəlki illərdə arxiv olmadığına görə “Astara X7 İdarəsi” dövründə burada çalışması ilə bağlı İddiaçı aid əmrlərin, əmək haqqı barədə cədvəllərin və s. bu kimi sənədlərin tam qaydada təqdim edilməsi mümkün deyildir. Məhkəmənin icraatında olan həmin iş üzrə yaranan zərurətlə əlaqədar olaraq İddiaçı Sahəmiz tərəfindən xx.xx.2021-ci il tarixində 11 nömrəli və xx.xx.2021-ci il tarixində 34 nömrəli verilmiş arayışlarda qeyd olunan xx.xx.1978-ci il tarixdən işə qəbul olunması haqqında məlumat şəxsi vərəqəyə əsasən xx.xx.2001-ci il tarixindən işdən azad olunması isə xx.xx.2001-ci il tarixi 01/KŞ nömrəli əmrlə və təkrar olaraq xx.xx.2001-ci il tarixdə işə qəbul olunması kadr əmrləri kitabında olan xx.xx.2001-ci il tarixli 10/KŞ nömrəli əmrə əsasən son olaraq xx.xx.2003-cü il tarixində işdən azad edilməsi xx.xx.2003-cü il tarixli 12-K§1 nömrəli əmrə əsasən qeyd edilmişdir. Bundan başqa bildiririk ki, əvvəlki illərin qaydalarına görə İddiaçı təşkilata məxsus idarə etdiyi yük avtomobilini dəfələrlə ayrı-ayrı müddətlərə uyğun icarəyə götürmüşdür. Bu da onu göstərir ki, həmin dövrlər üçün təşkilat işçiyə əmək haqqı hesablamamışdır. Bu məlumatlar əvvəlki illərdən qalmış bir qism əmr və ərizələrə istinadən verilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Astara MQKS-də 2010-cu ildən əvvəl arxivləşmənin olmamasına görə İddiaçı işlədiyi illərə aid tələb olunan əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığını bildirərək məlumatı nəzərə almağı xahiş etmişdir. İddiaçı məxsus əmək kitabçasının təhvil-təsliminin aparılması barədə qeydiyyat isə əmək kitabçalarının qeydiyyatı kitabında aparılmışdır. İşdə olan Socar “Qaz İxrac” İdarəsi Astara X7 Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-12-5/2-83/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara MQKSnin xx.xx.2024-cü il tarixli 14-2-12-5/2-15/2024 nömrəli məktubu İddiaçı adına verilmişdir. Sorğunun əsas hissəsini cavablandıraraq bildiririk ki, məktuba əlavə olunmuş qoşma sənədlər və xx.xx.2024-cü il tarixli aktda qeyd olunan İddiaçıh Cəlil oğlu adında başqa bir şəxs müəssisədə işləmir və işləməmişdir. Arxiv sənədlərində işçinin adı fərqli vaxtlarda İddiaçıh Cəlil oğlu və yaxud İddiaçı qeyd olunaraq tərtib edilməsini əvvəlki illərdə yol verilmiş texniki səhv kimi görərək, göndərdikləri sənədlərin həqiqətən İddiaçı aid olmasını təsdiqləyirlər. İşdə olan Astara rayon İcra Hakimiyyəti başçısının Astara şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 157 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı ünvan 3 ünvanında 6 ailə üzvləri ilə birlikdə uzun müddətdir ki yaşayırlar. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-1/2-317363/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 27 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən İddiaçı xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək olan əmək fəaliyyəti dövrü onun sığorta stajına daxil edilmişdir. Belə ki, cavabdeh tərəfindən verilmiş imtina məktubundan və yazılı etirazın surətindən görünür ki, cavabdeh imtina üçün 3 halı əsas götürmüşdür: - xx.xx.1992-xx.xx.2001-ci illər arasında öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlərin sosial stajına daxil edilməsinin mümkün olmaması; - xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması; - iddiaçının 25 il ümumi iş stajının toplamaması; Məhkəmə cavabdehin imtina məktubunda göstərilən əsaslara münasibət bildirməzdən əvvəl, ümumiyyətlə vətəndaşların yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlərin nədən ibarət olmasına aydınlıq gətirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.2-ci bəndinə əsasən, 01 iyul 2000-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək kişilərin pensiya yaşı 65 yaş müyyən edilmişdir. Şərh olunan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur: - şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması (65 yaş) ; - fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, iddiaçının xx.xx.1956-cı il tarixdə doğulması və xx.xx.2021-ci il tarixində, yəni 65 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Ümumi iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsi, həmçinin iddiaçının əmək fəaliyyəti üzrə dövrlərin ümumi sığorta stajına daxil edilməsi üçün əmək kitabçasının kifayət olub-olmaması ilə bağlı məhkəmə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının müddəalarınına istinad edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. - 3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Göründüyü kimi, istinad olunan Qaydalar "Əmək pensiyaları haqqında" Qanun, bu Qanun qüvvəyə minən günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının fərdi uçot məlumatları əsasında deyil, əmək kitabçasına əsasən müəyyən edildiyini təsbit etmişdir. Cavabdeh tərəfindən imtinada və məhkəməyə təqdim edilən etiraz məktublarında 18 il 04 ay 20 gün mübahisələndirilməyən sığorta stajı hesablanmışdır. Daha sonra məhkəmə araşdırması zamanı iddiaçıya məxsus xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək və xx.xx.1972-ci il tarixindən xx.xx.1973-cü il tarixinədək olan əmək fəaliyyəti dövrləri onun sığorta stajına əlavə edilmiş və məhkəmə təqdim edilən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilən cədvələ əsasən 20 il 02 ay 03 gün mübahisələndirilməyən sığorta stajı olduğu müəyyən edilmişdir. Belə ki, bir daha qeyd olunur ki, iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə minənədək olan dövrlə əhatə edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. İddiaçının müxtəlif vəzifələrdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün məhkəmə əmək kitabçasında olan qeydlərə istinad edir. Yuxarıda da göstərildiyi kimi, vətəndaşın xx.xx.2006-cı il tarixədək sosial sığorta stajı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.2.1-ci bəndinə əsasən əmək kitabçasında olan məlumatlar əsasında yoxlanır. Nəzərə alınmalıdır ki, bu yoxlamanın həyata keçirilməsi sözügedən qaydalardan başqa, həmçinin pensiya qanunvericiliyin müddəalarında əks olunmuşdur. Belə ki, 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində də göstərilirdi ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada siğorta stajına daxil edilir. Diqqətəlayiq hal kimi qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Əmək pensiyalarının təyin edilməsi və yenidən hesablanması barədə” 03 aprel 2018-ci il tarixli 2-159/18 nömrəli icmal məktubuna əsasən, vətəndaşların əmək pensiyası hüququnu təmin edən orqanların - DSMF-in rayon (şəhər) şöbələrinin cavabdeh qismində iştirak etdiyi işlərdə 2016-2017-ci illərdə adı çəkilən Qanunun məhkəmə təcrübəsində tətbiqi vəziyyəti öyrənilmiş, bəzi oxşar işlər üzrə fərqli qərarlar qəbul edildiyi müəyyən edilmişdir. Odur ki, bir sıra hüquq normalarının, eləcə də “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin birinci bəndinin nəzərə alınması məhkəmələrə tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığörta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilərlər. Bu halda, məhkəmə ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən müəssisə olub-olmamasını yoxlamalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına - ƏƏSMN-ə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, eləcə də digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğu verilə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərməyən müəssisə olduğu müəyyən edildikdə, güzəştli işlə bağlı arayış varsa onun hüquqi varisindən əldə edilməlidir. Əgər hüquqi varis yoxdursa, onda sözügedən arayışı müəssisənin sənədlərinin saxlanıldığı qurum verməlidir. Hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər.” Məhkəmə diqqətə çatdırır ki, yuxarıda göstərilən qərarda Ali Məhkəmənin formalaşdırılmış təcrübəsi odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinin müəyyən edilməsi güzəştli arayış əsasında həyata keçirilir. Nəzərə alınmalıdır ki, şəxsin işlədiyi dövrdə müəssisənin fəaliyyət göstərən müəssisə olub-olmamasının müəyyən edilməsi mühüm olan məsələlərdən biridir ki, bu zaman müvafiq araşdırmanın aparılması üçün aidiyyəti orqanlara müraciət olunmalıdır. Qeyd olunmalıdır ki, bu araşdırma təkcə güzəştli staj barəsində yox, həmçinin tələb olunduqda ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Ali Məhkəmə xüsusi ilə vurğulamışdır ki, əgər hər hansı səbəbdən müəssisənin sənədləri qorunub saxlanılmamışsa, oxşar sahədə fəaliyyət göstərən müəssisə ona təqdim edilmiş iş stajına dair sübutlar əsasında lazımi qaydada əsaslandırma aparmaqla iddiaçının işlədiyi sahələrin, peşələrin və vəzifələrin Siyahıdakı kodlarla uyğunlaşdırılmasına dair arayış verə bilər. Nəzərə alınmalıdır ki, bu hissə məhz güzəştli arayış ilə bağlı olmuşdur ki, vətəndaşın ümumi iş stajının yoxlanılması zamanı hər hansı oxşar müəssisəyə sorğu verilməsi zərurəti yaranmır. Hal-hazırda inzibati orqan tərəfindən iddiaçının 20 il 02 ay 03 gün ümumi stajı mübahisələndirilməyən sığorta stajı kimi qəbul edilir və yalnız xx.xx.1992-xx.xx.2001-ci illər arasında öz hesabına məzuniyyətdə olduğundan həmin dövrlərin sosial stajına daxil edilməsinin mümkün olmaması qeyd edilir. “Ümumi iş stajı” anlayışı ilə bağlı isə 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: -67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir; -69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Sonuncu maddəyə əsasən qəbul edilmiş və 26 sentyabr 2006-cı tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 638 saylı, 25 noyabr 1992-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə» Əsasnamənin 3-cü bəndində müəyyən edilmişdir ki, əmək kitabçası olmadıqda (...) əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri (...) nəzərə alınır. Məsələyə hüquqi qiymət verərkən məhkəmə həmçinin qeyd edir ki, əmək pensiyası hüquqlarına əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri aid edilir ki, onlar müxtəlif vaxtlarda müxtəlif qaydada qanunvericiliklə tənzimlənmişdir. Lakin şəxsin 01 yanvar 2006-cı il tarixə qədər qazanılmış iş stajı şəxsin pensiya hüququnun yarandığı 01 yanvar 2006-cı ildən sonra qüvvəyə minmiş istinad edilən Qanunla müəyyən edilə bilməz. Göründüyü kimi istər hazırda qüvvədə olan və qüvvədən düşmüş pensiya qanunvericiliyinə, istərsə də formalaşmış məhkəmə təcrübəsinə görə vətəndaşın xx.xx.2006-cı il tarixədək olan sosial sığorta stajı əmək kitabçasında olan qeydlər əsasında yoxlanılır. Nəzərə alınmalıdır ki, hazırki mübahisə üzrə əmək kitabçasında olan qeydlər hər hansı şübhə doğurmamışdır. Belə olan halda Məhkəmə hesab edir ki, iddiaçının əmək fəaliyyəti ilə bağlı əmək kitabçasında göstərilən qeydlər mötəbər hesab olunur. Yuxarıda göstərilənlər əsasında öz xidməti vəzifəsinə uyğun olaraq məhkəmə tərəfindən aidiyyəti üzrə inzibati orqanlara sorğular vermiş və məhkəmə icraatı zamanı məhkəməyə ünvanlanmış sorğulara cavab məktublarından və araşdırma nəticəsində iddiaçının xx.xx.1992xx.xx.2001-ci illər arasında olan dövrlərdə öz hesabına məzuniyyətdə olmadığı müəyyən edilmişdir. Belə ki, sənədlərə baxış keçirilən zaman xx.xx.1995-ci il tarixində və xx.xx.2000-ci il tarixində altı aylıq öz hesabına ödənişsiz məzuniyyətdə olması müəyyən edilir. Eləcə də, inzibati orqanın məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli qarşılıqlı yoxlama aktında belə şəxsin xx.xx.1992-ci ildən xx.xx.2001-ci ilə kimi öz hesabına ödənişsiz məzüniyyətdə olma faktı aşkar olunmamış və ya qeyd edilməmişdir. Həmin akta yalnız sənədlərin və əmək haqqı cədvəllərinin saxlanılmadığı və əmr kitablarında iddiaçının adının “Əlişah” kimi yazıldığı müəyyən edilir. Həmin istiqamətdə isə araşdırma aparılması məqsidilə ünvanlanan sorğu məktubuna verilən Socar “Qaz İxrac” İdarəsi Astara X7 Sahəsinin məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli, 14-2-12-5/2- 83/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Astara MQKS-nin xx.xx.2024-cü il tarixli 14-2-12- 5/2-15/2024 nömrəli məktubu İddiaçı adına verilmişdir. Sorğunun əsas hissəsini cavablandıraraq bildiririk ki, məktuba əlavə olunmuş qoşma sənədlər və xx.xx.2024-cü il tarixli aktda qeyd olunan İddiaçıh Cəlil oğlu adında başqa bir şəxs müəssisədə işləmir və işləməmişdir. Arxiv sənədlərində işçinin adı fərqli vaxtlarda İddiaçıh Cəlil oğlu və yaxud İddiaçı qeyd olunaraq tərtib edilməsini əvvəlki illərdə yol verilmiş texniki səhv kimi görərək, göndərdikləri sənədlərin həqiqətən İddiaçı aid olmasını təsdiqləyirlər. İddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi işləyibişləməməsi hissəsinə gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarına sübut kimi əlavə edilən şəxs vərəqədən, uçot vərəqəsindən, sürücü işçilərinin yerləşdirilməsi aktlarından, avtomobilin İddiaçı icarəyə verilməsi haqqında xx.xx.1994, xx.xx.1995, xx.xx.1995, xx.xx.1995, xx.xx.1996, xx.xx.1996, xx.xx.1997, xx.xx.1997, xx.xx.1997, xx.xx.1997, xx.xx.1997, xx.xx.1997, xx.xx.1997, xx.xx.1998-ci il tarixli əmrlərdən işləməsi sübuta yetirilir. Məhkəmə diqqətə çatdırmaq istəyir ki, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək Astara X7 İdarəsində sürücü peşəsində işlədiyi və müəssisənin qeyd edilən dövrdə fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Araşdırma ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, burada əsas müəyyən edilən hal təşkilatın həqiqətən də fəaliyyətdə olmuş təşkilat olmasıdır ki, məlumatların arxiv və müəssisə də saxlanılmaması məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbilə olmamışdır. İddiaçı Astara X7 İdarəsində sürücü kimi işləməsi barədə əmr kitablarında adı öz əksini tapmışdır. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. İddiaçının təqdim etdiyi əmək kitabçasını şübhə altına alacaq heç bir əsas olmamış və cavabdeh tərəfindən şübhəli hesab edəcək heç bir əsas (sübut) təqdim edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2000-ci il tarixində altı aylıq öz hesabına ödənişsiz məzuniyyət dövrü xx.xx.2001-ci ilə kimi davam etdiyindən həmn dövrdən yalnız 06 ay qəbul edilməli, xx.xx.2001-ci ildən xx.xx.2001-ci il tarixə kimi olan dövr sığorta stajına daxil edilməməlidir. Bu səbəbdən Məhkəmə iddiaçı tərəfindən təqdim olunmuş əmək kitabçasında göstərilmiş qeydlərin mötəbərliyini şübhə altına almır, əksinə həmin qeydlər əsasında iddiaçının Astara X7 İdarəsində işlədiyi illəri (xx.xx.2001-ci ildən xx.xx.2001-ci il tarixə kimi olan dövr istisna olmaqla) onun sığorta stajına daxil edir. Cavabdeh tərəfindən imtina məktubunda göstərilən digər hal ilə bağlı məhkəmə bildirir ki, xx.xx.2006-cı il tarixdən iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün maneə yaratmamalıdır. Nəzərə alınmalıdır ki, həqiqətən də pensiya qanunvericiliyində vətəndaşın fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması şərti mövcuddur, lakin bu şərt yalnız o zaman tətbiq olunur ki, vətəndaş nəzərdə tutulmuş ümumi sığorta stajını toplamamış olsun. İddiaçının sığorta stajının müəyyən edilməsi istiqamətində aparılmış araşdırma zamanı isə məlum olmuşdur ki, iddiaçının 25 ildən çox sığorta stajına malikdir ki, bu hal onun yaşa görə əmək pensiyasının təyin olunması üçün kifayət edir. Belə olan halda Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunmaması üçün əsas deyildir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)-410/2021 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. İddiaçının 25 ildən çox ümumi iş stajının olduğu müəyyən edilir. Beləliklə, iddiaçıya pensiya hüququ yarandığı xx.xx.2021-cü il tarixdən (65 yaşdan) yaşa görə əmək pensiyası təyin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinayı üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə hesab edir ki, iddiaçıya pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmalıdır. Göründüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68- 69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququ yarandığı xx.xx.2021-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim: Hilal Nəcəfov
Məhkəmə qərarları › İş №2-1(120)-1216/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1216/2025
12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver