Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-1218/2022 01.11.2022 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hаkim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı “ona yaşa görə təyin edilmiş əmək pensiyasından tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddiası üzrə inzibati işə 01 noyabr 2022-ci il tarixdə, Masallı Məhkəmə Kompleksinin binasında (ünvan: Masallı şəhəri, H.Əliyev prospekti) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.000 manat mənəvi təzminatın alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iş üzrə iddia tələbinin dəyişdirilərək “ona yaşa görə təyin edilmiş əmək pensiyasından tutulmuş pulun geri qaytarılması” kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə müvafiq olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci ildə pensiya sənədlərini Dövlət Sosial Müdafiə X10 təqdim etmişdir. Onlar 33,5 il stajından 4,4 il stajını qəbul etmədilər. Ona 29,1 il staja görə aylıq 148,40 manat əvəzinə 135,0 manat hesabladılar. O isə onlara bildirmişdir ki, o, 1973-cü ildə kolxozun göndərişi ilə Ali məktəbin hazırlıq şöbəsinə getmiş, imtahan verib 8 ay oxumuş, kolxoz ayda 45 rubul pul köçürmüşdür. Buraxılış və qəbul imtahanı verib 1-ci kursa daxil olmuşdur. 1977-ci ildə Ali məktəbi bitirmişdir. Ali məktəb əmək kitabçasına qeyd edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmə xx.xx.2019-cu il tarixli qərarı ilə stajını bərpa etmişdir. Dövlət Sosial Müdafiə X11 4,4 il stajına görə ona 770 manat fərqi 2019-cu ilin 11, 12 aylarında hesablayıb verdilər. 2018-ci ildə pensiyaya çıxmış, onun aylıq pensiyasını düzgün hesablamayıblar. Pensiyanın hesablanması üçün kofisentləri ona verib onun ərizəsini DSMF 1 saylı Lənkəran regional filialına göndərmişdir. Filal xx.xx.2021-ci il tarixli məktubla ona bildirib ki, 2006-cı ilədək 34 il 10 ay iş stajınız var. xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixə kimi sizi 633,30 manat artıq ödəmə olub. Filialda olan sənədlərinə baxmadan bu məktub ona yazılıb. Filialda olmuş və filialın mütəxəssisi Vahaba sual etmişdir ki, onun iş stajı 34,5 ildir, hansı sənədə əsasən 34 il 10 ay yazıblar. 2019-cu ilin 11, 12-ci aylarında 4,4 il stajının bərpasına görə Dövlət Sosial X3 770 manat hesablayıb cavab verə bilmədi. Onlar pensiya sənədlərini axtardılar tapa bilmədilər. Səhərisi gün filiala gəlmiş və Vahab pensiyasından çıxarış çıxartmışdı. 34,04 il staj müəyyən etməliydi, hesablamada ay və günləri hesablamayıb ona bidirdi ki, 633 manatdan 333 manat azaltdı, 300 manat sizin pensiyadan tutulacaq. O, isə bildirmişdir ki, hansı hesablamaya əsasən hesablayıbsan. Lerik filialında pensiya sahəsində uzun müddət işləmiş mütəxəssisə (5 aydır təqaütdədir) müraciət etmiş və onun iştirakı ilə hesablamalar apardı. O, hesablamanı 1 saylı X1 direktoruna yazdı. Filal xx.xx.2022-ci tarixli məktubla ona imtina yazdı. Hesablama aşağıdakı kimi aparılıb-2018-ci ildə, 29,1 il staja görə ayda 148,40 manat əvəzinə 4 ay 135 manat, 8 ay 142,81 manat; 2019-cu ildə l ay 151,29 manat, 1 ay 142,81 manat, 7 ay 160 manat, 3 ay 200 manat minimum pensiya hesablayıblar. Hesablama aşağıdakı kimi aparılıb: 2018-ci il - 33,5 x 306=10251x2,33=23884,83x1.030=24601,37:144=170,84; 2019cu il- 33,5 x 306=10251x2,42=24807,41x1,166=28925,45:144=200,87; 2018-ci il-170,84- 135=35,84x4=143,36; 2018-ci il-170,84-142,81=28,03x8=224,24; 2019-cu il-200,87- 151,29=4958x1=49,58; 2019-cu il-200,87-160=40,87x7=286,09; 2019-cu il-200,87- 142,81=58,06; yekun 143,36+224,24+49,58+286,09+58,06=761,33; fərq 761,33- 633=128,33; 4,4 il staja görə ona verilən fərq 770 manat-761,33=8,67 manat; 8,67 manat artıq ödəmə, 761,33-633=128,33 əskik ödəmə. 2022-ci ilin yanvar, fevral ayında Filial pensiyasından ayda 49 manat, cəmi 98 manat tutublar davam edəcəkdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 nümayəndəsi məhkəməyə iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı “təyin edilmiş yaşa görə əmək pensiyasından tutulmuş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı M.X.X13 rayon şöbəsinə müraciət etmiş və xx.xx.2018-ci il tarixli qərarla ona yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra Fondun 1 saylı Lənkəran-Astara regional filialı tərəfindən xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək yaranmış artıq ödəmənin tutulması ilə bağlı xx.xx.2022-ci tarixli qərar qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də, müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məlumat üçün bildirirlər ki, Fondun Lerik rayon şöbəsi tərəfindən İddiaçı təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1973-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2003-cü il tarixədək, xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan və 2 il 6 ay kolxozda əmək fəaliyyəti dövrü üzrə, ümumilikdə xx.xx.2006-cı il tarixədək sığorta stajı 33 il 10 ay 18 gün nəzərə alınmışdır. Qanunun 10.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/T, burada: SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır; T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır (144 ay). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.2.3-cü maddəsinə görə Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sözügedən şəxsin əmək pensiyasının məbləği aşağıda göstərilən qaydada hesablanmışdır: 2006-cı il tarixinədək 33 il 10 ay 18 gün sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınan kapital: (33+(10+18/30)/12) x 306=10368,30; 2006-cı il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınan kapitalın xx.xx.2018ci il tarixinə indeksləşdirilmiş məbləği 23780,16 manat təşkil edir; 10368,30x1,083+1,167x1,208x1,015x1,057x1,079x1,011x1,024x1,014x1,04x1,124 x1,057=23780,16. Pensiyanın sığorta hissəsinin hesablanması: 23780,16:144=165,14, xx.xx.2018-16514; xx.xx.2019-165,14+3%=170,09; xx.xx.2019-200 (Qanunun 6-1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixindən əmək pensiyasının məbləği 200 manata çatdırılmışdır). xx.xx.2019-253,97+16,6%=233,20; xx.xx.2019-296,13+11,4%=259,78; xx.xx.2019-268,61. Əlavə olaraq bildirirlər ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunarkən təhsil illəri nəzərə alındığı halda yenidən hesablama zamanı əmək pensiyasının məbləği təhsil illəri təkrar nəzərə alınmaqla 37 il 7 ay sığorta stajına əsasən hesablanmış və nəticədə xx.xx.2018-xx.xx.2019-cu illəri üzrə artıqvermə məbləği aşkar edilmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına cavabdehin nümayəndəsi X8 gəlmiş, İddiaçı isə gəlməmiş, bununla belə iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 təmsil etdiyi qurumun iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazının məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 əmək pensiyası təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixə yaşa görə 259,78 manat pensiya təyin edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının 633,30 manat məbləğində artıq pul aldığı müəyyən olunmuş və həmin pul vəsaitinin ondan tutulması qərara alınmışdır. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 əmək pensiyası təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciətinə baxılmış, xx.xx.2021-ci il tarixə yaşa görə 259,78 manat pensiya təyin edilmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək iddiaçının 385,89 manat məbləğində artıq pul aldığı müəyyən olunmuş və həmin pul vəsaitinin ondan tutulması qərara alınmışdır. İş materiallarında olan cavabdeh təşkilatın iddiaya qarşı etirazında bildirilmişdir ki, İddiaçı yaşa görə əmək pensiyası təyin olunarkən təhsil illəri nəzərə alındığı halda, yenidən hesablama zamanı əmək pensiyasının məbləği təhsil illəri təkrar nəzərə alınmaqla 37 il 7 ay sığorta stajına əsasən hesablanmış və nəticədə xx.xx.2018xx.xx.2019-cu illəri üzrə artıqvermə məbləği aşkar edilmişdir. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi yanında Dövət Sosial Müdafiə Fondunun İddiaçı ünvanladığı 25 fevral 2020-ci il tarixli **********2 nömrəli məktubunda qeyd olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2-1(106)-684/2019 saylı qərarına əsasən iddiaçının 1973-cü ildən 1977-ci ilədək olan dövrdə əyani təhsil müddəti onun ümumi iş stajına daxil edilərək pensiyası yenidən hesablanmış, yaranmış 770,50 manat fərq məbləğinin ona ödənişi təmin olunmuşdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, Şirvan Apellyasiya Məhkəməsinin 09 oktyabr 2019-cu il tarixli, 2-1(106)-684/2019 saylı qərarına əsasən iddiaçının 1973-cü ildən 1977-ci ilədək olan dövrdə əyani təhsil müddəti onun iş stajına daxil edilərək ümumi stajı 37,7 il müəyyən olunmuş, bununla əlaqədar onun pensiyası yenidən hesablanmış, bu zaman 770,50 manat fərq məbləği yaranmış, həmin məbləğin ona ödənişi təmin olunmuş, sonradan aparılmış araşdırma nəticəsində iddiaçının ümumi stajının 37,7 il deyil, təhsil müddəti də nəzərə alınmaqla 33 il 10 ay 18 gün təşkil etdiyi və ona artıq pul məbləğinin ödənildiyi müəyyən edilmiş, həmin pul vəsaitinin İddiaçı tutulması barədə qərar qəbul olunmuş və qərarın hissə-hissə icrasına başlanmışdır. İddiaçı 09 oktyabr 2019-cu il tarixli, 2-1(106)-684/2019 saylı məhkəmə qərarına əsasən əyani təhsil müddətinin onun iş stajına daxil edilərək ümumi stajının 37,7 il müəyyən olunmasını, bununla əlaqədar onun pensiyasının yenidən hesablanmasını və bu zaman yaranmış 770,50 manat fərq məbləğinin ona ödənilməsini mübahisələndirməmiş, yalnız ümumi stajının 33 il 10 ay 18 gün deyil, 35,6 il olduğunu, həmin stajla aylıq pensiya məbləğinin l73,89 manat təşkil etdiyini, 2022-ci ildə onun pensiyasından 385 manat tutulduğunu, həmin məbləğdən artıq ödəmə çıxılmaqla (385-155,12) ondan 229,88 manat artıq pul vəsaitinin tutulduğunu və bu məbləğin ona qaytarılmalı olduğunu bildirmişdir. Göründüyü kimi, iddiaçı bu nəticəyə ümumi stajının cavabdeh təşkilatın hesabladığı kimi 33 il 10 ay 18 gün deyil, 35,6 il olduğunu iddia edərək gəlmişdir. Məhkəmə iddiaçının bu dəlilini əsassız hesab edir. Belə ki, iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin, diplomun və əmək kitabçasının surətlərindən müəyyən olunur ki, xx.xx.2006-cı il tarixə İddiaçı ümumi stajı hərbi xidmət və təhsil illəri nəzərə alınmaqla 33 il 10 ay 18 gün təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsassızdır və iddiaçıya ödənilmiş artıq pul vəsaitinin ondan tutulmasında cavabdeh tərəfindən qanunvericiliyin pozulmasına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı “ona yaşa görə təyin edilmiş əmək pensiyasından tutulmuş pulun geri qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 23.1-ci, 75-ci, 78-79-cu, 81-ci və 85ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X2 qarşı “ona yaşa görə təyin edilmiş əmək pensiyasından tutulmuş pulun geri qaytarılması” tələbi əsassız olduğundan təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1218/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1218/2022
01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver