Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1219/2020 19.10.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X7, İddiaçı nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Yardımlı rayon filialına qarşı «əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi illərin və 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda faktiki olaraq işləyərək əmək haqqı aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxxxxxx 1962-ciildə Yardımlı rayonunda anadan olmuşdur. xx.xx.1992xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda və 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işləmişdir. Ona xx.xx.2016-cı il tarixdən ikinci dərəcəli əlillik qrupu təyin edilmişdir. İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Yardımlı rayon filialına müraciət etmişdir. Lakin, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-1990-cı illərdə “N.Nərimanov” adına sovxoz və kolxozda tütünçü, 1992-2007-ci illərdə Şiləvəngə kənd klubunda işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ciiltarixli, 2-1(120)-1219/2020 saylı qərardadı ilə iddia tələbinə “əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi illərin və 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda faktiki olaraq işləyərək əmək haqqı aldığı illərin sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı hesab edir ki, onun əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi illər və 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda faktiki olaraq işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmaqla, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Dövlət X14 Yardımlı rayon şöbəsinin xx xxxxxxx 2019-cu il tarixli, **********8 nömrəli imtina məktubunda qeyd olunmuşdur: “siz əlilliyə görə əmək pensiyasına çıxmaq üçün şöbəmizə lazımi sənədlərinizi təqdim etmisiniz. Yardımlı rayonunun Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 17/1 saylı arayışında adınız, soyadınız, ata adınız X10 kimi qeyd edilmişdir, lakin şəxsiyyət vəsiqənizdə adınız, Nazqaid Ələmqulu qızıkimi qeyd edilmişdir. Bildiririk ki, sizin əmək kitabçanız olmadığı üçün 1979-cu il tarixdən 1986-cı ilə kimi M.Nərimanov adına sovxozda işləməyiniz barədə arayış təqdim etmisiniz, eləcə də Yardımlı Rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 17/1 saylı arayışında adınız, soyadınız, ata adınız X10 kimi qeyd olduğu halda şəxsiyyət vəsiqənizdə İddiaçı kimi qeydolunmuşdur. Əmək kitabçanız olmadığı halda 1997-ci il tarixdən 2002-ci il tarixə kimi arxivarayışını təqdim etmisiniz. xx.xx.1991-ci iltarixdə yanğın baş verdiyi üçün N.Nərimanov adına sovxozun sənədləri yanmışdır. DYMXYardımlı Rayon DövlətYanğın Mühafizə Hissəsinin xx xxxxxxx 2019-cu il tarixli 37/M-046 saylı arayışıtəqdim etmisiniz. Bunun üçün məhkəməyə müraciət etməlisiniz”. İddiaçı nümayəndəsi X9 şifahi məhkəmə iclasında izahatında iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı iddia ərizəsinə əlillik arayışından çıxarışı, ödəniş qəbzini, ******* nömrəli əmək kitabçasının əslini, arxiv arayışlarının təsdiq olunmuş surətini, Yardımlı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(038)-144/2020 saylı qətnaməsini, Dövlət X14 Yardımlı rayon şöbəsinin imtina məktubunu əlavə etmişdir. Cavabdeh isə iddiaya yazılı münasiəbətini bildirmişdir. Həmin materialların məzmununa və Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli 79 nömrəli məktubunun məzmununa və həmin məktubla məhkəməyə göndərdiyi arxiv arayışlarına, Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli əmrinə, DSMF-nin Yardımlı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 409 saylı arayışına, Yardımlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(038)-144/2020 saylı məktubuna istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). X8 Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il tarixli, 1325 nömrəli Sərəncamına əsasən Məhkəmə Hüquq Şurasının xx xxxxxx 2019-cu il tarixli, 4 nömrəli qərarı ilə Yardımlı rayon ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə də uğurludur, yəni əsaslıdır. İddiaçının əlil olması işin mübahisəsiz halıdır, bununla belə iddiaçının əlil olmasına dair iş materiallarında sübutlar vardır. İddiaçı əlilliyə görə əmək pensiyası almaq hüququna malikdir. Belə ki, o, xx xxxx 2016-cı il tarixdə X2 tərəfindən ikinci dərəcəli əlil hesab edilmişdir. Onun əlil olduğu tarixə yaşına uyğun 13 il sığorta stajının olması tələb olunur. İddiaçının əlil olduğu tarixə yaşına uyğun tələb olunan sığorta stajına malik olması, yəni xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işləməsi ******* nömrəli əmək kitabçası ilə, 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işləməsi Azərbaycan Respublikası Yardımlı rayonunun Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 17/1 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Belə ki, iddiaçının xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi müddət 14 il 4 ay 22 gün (xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 13 il 3 ay 22 gün və xx.xx.2006-cı ildən xx.xx.2007-ci il tarixədək (4 N-li əlavə DSMF) 1 il 1 ay olmaqla), 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işlədiyi müddət isə 60 ay (5 il) təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya hüququnun yarandığı vaxtdan (xx xxxx 2016-cı il tarixdən) əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Lakin sonradan yəni xx.xx.2019-cu il tarixindən təyin edilmiş pensiya dayandırılaraq, həmin tarixdən ona 2-ci qrup əlilliyə görə aylıq sosial müavinət təyin edilmişdir. Cavabdeh pensiyanın dayandırlmasının və yenidən pensiya təyin edilməsi (bərpa edilməsi) ilə bağlı iddiaçının müraciətindən imtinanın səbələrini məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd etmişdir. Həmin məktubdan qeyd olunur: “rayonumuzun Şiləvəngə kənd sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı ilkin 2-ci qrup əlilliyi xx.xx.2016-cı il olmaqla həmin tarixdən “Əmək pensiyaları haqqında” Qanunla iş stajı əmək kitabçasına əsasən xx.xx.1992-ci ildən xx.xx.2006-cı ilədək 13 il 3 ay 22 gün və 01.01,2006-cı ildən xx.xx.2007-ci il tarixədək (4 N-li əlavə DSMF) 1 il 1 ay olmaqla cəmi: 14 il 4 ay 22 gün Şiləvəngə kənd klubunda işlədiyi dövr nəzərə alınmaqla ona 146, 09 manat aylıq əmək pensiyası təyin edilmişdir. Lakin ƏƏSM Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən yanvar 2019-cu ildə filialımızda (şöbəmizdə) funksional vəzifələrin icrası vəziyyəti araşdırılarkən İddiaçı pensiya təyinatı sənədləri üzrə iş (sığorta) stajının düzgün olmadığı müəyyən edilmişdir. Belə ki, onun ümumi iş stajına daxil edilən 1992-2007-ci illərdə Şiləvəngə kənd klubunda işləməsi səlahiyyətlər daxilində qaydalar üzrə mövcud göstəricilərinin düzgünlüyü qarşılıqlı yoxlanıldıqda həmin faktlar tam şəkildə aşkar olunmamış və qanunsuz iş stajı kimi müəyyən edilərək aylıq əmək pensiyası xx.xx.2019-cu ildən dayandırılaraq, həmin tarixdən ona 2-ci qrup əlilliyə görə aylıq sosial müavinət təyin olunmuşdur. İddiaçı sonradan filialımıza (şöbəmizə) təqdim olunmuş iş stajı barədə sənədləri araşdırılarkən:
1. 1979-1986= 60 ay (əmrlər olmadığı üçün aylarla) = 5 il (arxiv arayışı- sovxoz dövrü, arayışda adı Nazqayit kimi qeydə alınıb)
2. 1992- ci il = 4 ay (arxiv arayışı- kənd klubu)
3. 1997- 2001 = 59 ay ( əmrlər olmadığı üçün aylarla ) = 4 il 11 ay (arxiv arayışıkənd klubu, arayışda adı Nazqayit kimi qeydə alınıb)
4. 2006-2007 = 1 il 1 ay ( 4 № əlavə DSMF və arxiv arayışı) Staj cəmi: 11 il 1 ay təşkil etmişdir (sənədlər əlavə olunur). Bu da İddiaçı 2-ci qrup əlilliyi yarandığı xx.xx.2016-cı il vəziyyətində 54 yaşına görə Qanunla tələb olunan 13 il iş (sığorta) stajını ödəmir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən (Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Yardımlı rayon filialının xx xxxxxxx 2019-cu il tarixli, **********8 nömrəli imtina məktubu və məhkəməyə göndərdiyi xx xxxxxxxx 2020-ci il tarixli, **********2 nömrəli məktubundan) müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya əlilliyə görə təyin edilmiş əmək pensiyasının dayandırlmasının və yenidən əlilliyə görə əmək pensiyasnın təyin edilməsindən (pensiyanın bərpasından) imtinanın səbəbi iddiaçının xx.xx.1992xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi müddətin 14 il 4 ay 22 gün kimi deyil, 6 il 4 ay kimi qəbul etməsi, 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işlədiyi müddətin isə əmək kitabçasında göstərilməməsi və həmin dövrlərə aid arxiv arayışında iddiaçının adının, soyadının və ata adının səhv yazılması ilə əlaqələndirmişdir. Məhkəmə yuxarıda qeyd edilən əsaslarla əlilliyə görə əmək pensiyasnın dayandırlmasının və iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən (bərpasından) imtina etməsi ilə bağlı cavabdehin mövqeyi ilə razılaşmır. İlk öncə məhkəmə iddiaçının xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi müddətin sığorta stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, hazırkı iş üzrə iddiaçının xx.xx.1992-xx.xx.2007-ci il tarixlərdə işləməsi, əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr bütünlüklə iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Bununla belə məhkəmə qeyd edir ki, iddiaçının həmin dövrlərdə 14 il 4 ay 22 gün müddətində işləməməsi və əmək haqqı almaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, əmək haqqı alması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Yardımlı rayonunun Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 17 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1997-2001-ci illərdə illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işləmiş və əmək haqqı almışdır, 1992-1996-cı illərə aid olan əmək haqqı hesablaşma cədvəlləri Yardımlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin əmək haqqı hesablaşmalarında 1997-2001-ci illərdə Məmişova Nazqayıd kimi qeydə alınmışdır. İş materiallarında olan Yardımlı rayon İcra Hakimiyyəti başçısının Şiləvəngə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2020-ci il tarixli, 183 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1992-ci il tarixli, 14 saylı əmrlə Şiləvəngə kənd klubuna xidmətçi vəzifəsinə qəbul edilmiş, xx xxxxxx 2007-ci il tarixli 09 saylı əmrlə ərizəsinə əsasən Şiləvəngə kənd klubunun xidmətçisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan Yardımlı rayon Mədəniyyət və Turizm şöbəsinin xx.xx.2007-ci il tarixli, 09 nömrəli əmrindən görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixdən Şiləvəngə kənd klubunun xidmətçisi vəzifəsindən azad edilmişdir. İş materiallarında olan DSMF-nin Yardımlı rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 409 saylı arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı ildən pensiya hüququ yarandığı tarixədək 1 il 1 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 59,91 manat pensiya kapitalı vardır. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işə daxil olması, həmin müəssisədə işləməsi və işdən xaric olması tam sübuta yetirilir. Odur ki, məhkəmə iddiaçının xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi dövrlərin sığorta stajı kimi müəyyən edilməsi üçün təqdim etdiyi əmək kitabçasını mötəbər sübut hesab edir. Bundan başqa cavabdehin imtina məktbundan müəyyən etmək olur ki, cavabdeh iddiaçının işlədiyi Yardımlı rayon Şiləvəngə kənd klubunun 1992-1996-cı illərə aid əmək haqqı barədə arxiv sənədinin (əmək haqqı cədvəllərinin) aşkar edilməməsini əsas gətirərək, həmin dövrləri sosial sığorta stajı kimi qəbul etməmiş və buna görə iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. Məhkəmə bununla bağlı bildirir ki, iddiaçının xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işləməsi onun əmək kitabçasında qeyd olunduğu üçün həmin müəssisə tərəfindən iddiaçıya aid sənədlərin (əmrlərin, əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi və yaxud hər hansı səbəbdən saxlanılmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Məhkəmə hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Belə ki, iş materiallarında olan Yardımlı rayonunun Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 17 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1997-2001-ci illərdə illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işləmiş və əmək haqqı almışdır, 1992-1996-cı illərə aid olan əmək haqqı hesablaşma cədvəlləri Yardımlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Məhkəmə cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar ümumiyyətlə iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir ki, iddiaçı da, xx.xx.1992xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işləməsinə dair qeydləri olan əmək kitabçasını cavabdehə təqdim etmişdir. Cavabdeh isə qanunsuz olaraq, iddiaçıya əlilliyə görə əmək pensiyası təyin etməkdən imtina etmişdir. Məhkəmə iddiaçının digər əmək fəaliyyəti ilə bağlı dövrünün, yəni 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işlədiyi müddətin sığorta stajına daxil edilməsinin mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan Yardımlı rayonunun Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli 17/1 nömrəli arxiv arayışından görünür ki, iddiaçı 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” sovxozunda işləmiş və əmək haqqı almışdır, 1978-1990-cı illərə aid olan əmək haqqı hesablaşma cədvəlləri Yardımlı rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Həmçinin hesablaşma kitablarında X1 qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Yardımlı rayon Dövlət X6 xx xxxxxxx 2019-cu il tarixli, 37/M-046 saylı arayışdan görünür ki, Yardımlı rayon Dövlət X6 arxivində olan sənədlərə əsasən həqiqətəndə Yardımlı rayonu Nəriman Nərimanov adına sovxozun inzibati binasında xx.xx.1991-ci il tarixdə yanğın hadisəsi baş vermişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları» na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən əlilliyə görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), əlilliyini təsdiq edən sənəd, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işləməsinə dair Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 17/1 nömrəli arxiv arayışını arayışını) təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 17 və 17/1 nömrəli arxiv arayışlarını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Bundan başqa məhkəmə cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən imtina etməsinin digər dəlili ilə bağlı yəni, Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 17/1 nömrəli arxiv arayışlarında iddiaçının adının, soyadının, ata adının fərqli yazılmasına istinad etməsi ilə bağlı mövqeyi ilə də razılaşmır. Belə ki, iş materiallarında olan Yardımlı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(038)-144/2020 saylı qətnaməsindən görünür ki, Yardımlı rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli, 17 və 17/1 nömrəli hüquq müəyyənedici arxiv arayışının bütün məzmunu ilə İddiaçı (iddiaçıya) məxsus olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Yardımlı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(038)- 144/2020 saylı məktubundan görünür ki, Yardımlı rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(038)-144/2020 saylı qətnaməsi xx xxxx 2020-ci il tarixdə qanuni qüvvəyə minərək icraya yönəlmişdir. Göründüyü kimi Yardımlı rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 17/1 nömrəli arxiv arayışının iddiaçıya aid olması müəyyən olunmuşdur. Beləliklə də yuxarıda qeyd edilən sənədlərdən müəyyən edilir ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün kifayət edən sosial sığorta stajı vardır. “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikasının da qoşulduğu, X3 Baş Məclisi tərəfindən 2006-cı il dekabrın 13-də qəbul edilmiş «Əlillərin hüquqları haqqında» Konvensiyanın 4-cü maddəsinin 1-ci hissəsində əsasən iştirakçı dövlətlər əlillik əlamətinə görə hər hansı ayrı seçkiliyə yol vermədən bütün əlillərin bütün insan hüquqlarının və əsas azadlıqlarının tam realizəsini təmin etməyi və həyata keçirməyi öhdələrinə götürürlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və X13 Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı (Əmək və X13 Nazirliyinin tibbi sosial ekspert komissiyaları) tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. xx xxxx 2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının xx xxxxxxxx 1992-ci il 305 nömrəli Qanununun 67-ci maddəsinin birinci hissəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Beləliklə də məhkəmə hesab edir ki, İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi illər və 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda faktiki olaraq işləyərək əmək haqqı aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən hal-hazıradək ödənilməmiş məbləğin ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Yardımlı rayon filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İddiaçı iddia qaldırmaq üçün on manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı ərizə yazaraq, ödədiyi dövlət rüsumunun cavabdehdən tutulmamasını xahiş etdiyi üçün, məhkəmə hesab edir ki, prosessual xərclər (məhkəmə xərci) iddiaçıya aid edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə
qərara aldı:
İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.2007-ci illərdə Yardımlı rayon Şiləvəngə kənd klubunda işlədiyi illər və 1979-1986-cı illərdə Yardımlı rayonu “N.Nərimanov” adına sovxozda faktiki olaraq işləyərək əmək haqqı aldığı illər sosial sığorta stajı kimi nəzərə alınmaqla xx.xx.2019-cu il tarixədək almış olduğu əlilliyə görə əmək pensiyasının xx.xx.2019-cu il tarixdən yenidən bərpa edilərək, həmin tarixdən halhazıradək ödənilməmiş məbləğin ödənilməsi (aldığı müavinət çıxılmaqla) öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və X13 Nazirliyinin tabeliyində Dövlət X17 publik hüquqi şəxsin Yardımlı rayon filialına həvalə edilir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
Sədrlik edən Samir Həsənov