Məhkəmə qərarları › İş №2-1(120)-1219/2021

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1219/2021

01.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan Şəhəri İş № 2-1(120)-1219/2021 01.09.2021 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “X7, X1 və X6 iddiaçıya məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 107 (əvvəlki ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı, Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 107 (əvvəlki ünvan 1 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. İddiaçı, mənzilində qeydiyyatda olan X7, X1 və X6 mənzilin qeydiyyatından çıxarılması üçün Cavabdehnə müraciət etmişdir, lakin cavabdeh üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan mənzilin qeydiyyatından çıxarmaqdan imtina etmişdir. İddiaçı üçüncü şəxslərin Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 107 (əvvəlki ünvan 1 ünvanından pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2-1(120)-1219/2021 saylı qərardadı ilə X7, X1 və X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmələri qərara alınmışdır. Məhkəmənin 01 sentyabr 2021-ci il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, cavabdeh əsassız olaraq X10, X2 və X8 ona məxsus mənzilinin qeydiyyatından çıxarmamışdır, ona görə də, məhkəməyə müraciət etməli olmuşdur. Bildirmişdir ki, həmin şəxslər ona məxsus mənzildə yaşamırlar və harada yaşamaları barədə məlumatı yoxdur. Qeyd olunanlara görə iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmadığından üçüncü şəxsləri iddiaçının mülkiyyətində olan evin qeydiyyatından çıxarılmasından imtina edir. Proses iştirakçılarına şifahi məhkəmə baxışı ilə bağlı iclasın yeri və vaxtı barədə qanunla müəyyən olunmuş rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi və məhkəmə tərəfindən inzibati məhkəmə icraatına cəlb edilmiş üçüncü şəxslər X13, X4 və X12 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçılar iddia ərizəsinə şəxsiyyət vəsiqələrinin surətini, yaşayış yerindən arayışlarını, ********** qeydiyyat nömrəli çıxarışın surətini, **********71-10301 reyestr nömrəli texniki pasportun surətini və cavabdehin imtina məktubunu əlavə etmişdir, həmin materialların məzmununa və məhkəmənin sorğusu əsasında mənzilə dair əldə edilmiş sənədlərə istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsi) hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəlləsinin 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünkü iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Azərbaycan Respublikası Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli qərarına əsasən Salyan şəhəri ərazi vahidi Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Salyan şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddia mahiyyəti üzrə uğurludur, yəni əsaslıdır. Məhkəmə iclasında elan edilmiş ********* qeydiyyat nömrəli 23.04.2021-ci il tarixli çıxarışdan və **********71-10301 reyestr nömrəli 22.04.2021-ci il tarixli texniki pasporun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 107 (əvvəlki ünvan 1 nömrəli fərdi yaşayış evinin mülkiyyətçisidir. Məhkəmə iclasında elan edilmiş 18.04.2021-ci il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, “05.08.2019-cu il tarixdə vəfat etmiş X3 vərəsəsi: arvadı Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 107 (əvvəlki ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı miras əmlakdan tam hissədə pay almalıdır. Həmin Şəhadətnamə üzrə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Şirvan Ərazi İdarəsi tərəfindən 05.02.2013-cü il tarixdə X5 verilmiş **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, dövlət reyestrindən çıxarışa əsasən Salyan şəhəri, X18 prospekti, ev 63 ünvanında yerləşən ümumi sahəsi 189.2 kv/m yaşayış sahəsi 88.6 kv/m olan 4 otaqlı fərdi yaşayış evindən və həmin evin ümumi sahəsi 0.0108 ha olan həyətyanı torpaq sahəsindən ibarətdir. Məhkəmə iclasında elan edilmiş Salyan şəhər İcra Hakimiyyəti Başçısının Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 27.07.2021-ci il tarixli, 207 nömrəli məktubundan görünür ki, ünvan 3 ünvanında X13, X4 və X12 adlı şəxslər yaşamırlar. Məhkəmə iclasında elan edilmiş Salyan rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı 14.07.2021-ci il tarixli, 05/13-301 nömrəli məktubundan görünür ki, İddiaçı ilə X7, X1 və X6 qohumluq əlaqələri barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh məhkəməyə ünvanladığı 26.07.2021-ci il tarixli, 182-26624-1221 nömrəli məktubunda qeyd olunur ki, “...Salyan şəhər X.R.Ulutürk küçəsi, ev 107-də qeydiyyada olan şəxslərin pasport qeydiyyatından çıxarılmasına etiraz etmirik...”. Məhkəmə iclasında elan edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinin 24.08.2021-ci il tarixli, **********15 nömrəli məktubunun məzmunundan görünür ki, üçüncü şəxslərin sözgüdən fərdi yaşayış evinə istifadə hüquqları barədə hər-hansı bir məlumat aşkarlanmamışdır. Üçüncü şəxslərin iddiaçıya məxsus evdə yaşamaması həmin qeydiyyatın formal olduğunu göstərir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, üçüncü şəxslərin iddiaçıya məxsus evdə qeydiyyatda olması formal xarakter daşıdığı, mülkiyyətçinin hüquqlarını qanunsuz məhdudlaşdırdığı üçün onlar iddiaçıya məxsus mənzilin pasport qeydiyyatından çıxarılmalıdır. İddiaçı üçüncü şəxslərin Salyan şəhəri, X.R.Ulutürk küçəsi, 107 (əvvəlki ünvan 1 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə heç bir prosessual xərc yoxdur. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85, 110-cu maddələrinə əsasən, məhkəmə qərara aldı. X7, X1 və X6 İddiaçı məxsus Salyan şəhəri, X.R.Ulutürk küçəsi, ev 107 (əvvəlki ünvan 1 nömrəli fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılmaları öhdəliyi Cavabdehnə həvalə edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Samir Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar