Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(120)-1219/2025 14.07.2025 ŞİRVAN İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abbasov Fehruz Novruz oğlunun sədrliyi, Rəhimov Emin Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyini nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 09 yanvar 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə 14 iyul 2025-ci il tarixdə məhkəmənin binasında (ünvan: ünvan 1 E TDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətinin qanunsuz hesab edilməsi və hərbi xidmətlə bağlı əlilliyinin müəyyən edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 15 may 2024-cü il tarixli, 3-17-4/3- 3-3586/2024 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 15 may 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Məhkəmənin 09 oktyabr 2024-cü il tarixli qərardadı ilə “İmişli Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Bundan əlavə, iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Sosial Ekspert Komissiyasının 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsi və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 09 yanvar 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinin tələbinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün cavabdehə təqdim olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə anadan olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. Hərbi əməliyyatlar nəticəsində odlu silah yarası, sağ çiyin, sağ bilək və sağ baldırın çoxsaylı qəlpə yaralanmaları, ətrafların deformasiyaları, sağ baldırın aşağı 1/3-nin sınığı və sair xəsarətləri almışdır. Onu müayinə etmiş X7 Hərbi Həkım Komissiyasının xx.xx.2009-cu il tarixli, 1121 nömrəli rəyində göstərilir - “Sağ kürək nahiyəsinin yumşaq toxumasının kor qəlpə yarasından sonrakı vəziyyət. Sağ baldır sümüklərinin aşağı 1/3-nin köhnə sınığı. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. xx.xx.2014-cü ildə ona bu xəsarətlərə görə 3-cü dərəcəli əlillik qrupu verilmişdir. 2023-cü ildə İmişlı Rayon Mərkəzi Xəstəxanasında, Bakı 3 nömrəli Şəhər Klinik Xəstəxanasında, Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Həmin faktlar tibbi sənədlərlə təsdiq olunur. Buna baxmayaraq cavabdeh tərəfindən ona əlilliyinin bərpası barədə sənəd verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 2 avqust tarixli 271 nömrəli Qərarı ilə təsdiq olunmuş “Qayda” Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini yerinə yetirərkən xəsarət alması nəticəsində əlilliyı müəyyən edilmiş hərbi qulluqçulara ödəmənin verilməsini tənzimləyir. O, yuxarıda göstərilən sənədləri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə təqdim etmişdir. Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi isə bu rəylərə hüquqi qiymət vermədən əsassız olaraq ərizəsinin təmin edilməsindən imtina edir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2021-ci il tarixli, 0262003AARWW nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. Daha sonra əlillik vəziyyəti tibb müəssisəsinin xx.xx.2022-ci il tarixli, K00028011ACE nömrəli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS **********4). Yenidən əlillik vəziyyətinin səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin növbəti göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli, 1121 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, bərkiməmis çapığı. Sağ baldır sümüklərinin asağı 1/3nin köhnə sınığı” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Respublika Klinik Xəstəxanasının xx.xx.2023-cü il tarixli Beyin KT müayinəsinin nəticəsi “Sol arxa təpə nahiyədə 6 mm ölçüdə dərialtı kalsifik ateroma izlənilir” kimi qeyd olunmuşdur. X4 və Ortopediya İnstitutunun xx.xx.2023-cü il tarixli, ********** 11460/2023 nömrəli Arayışında diaqnoz “Odlu silahla yaralanmadan sonra sağ bazu oynağının arxa, sağ mil bilək oynağının arxa-ön, sağ baldırın asağı 1/3-nin ön səthlərində çapıq toxumaları, sağ azu oynağının travmada sonra artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 15 faiz) sağ dirsək oynağının artrozu, açıcı-bükücü kəskin kontrakturası (acma 110 dərəcə, bükmə 100 dərəcə), sağ mil-bilək oynağının fibroz ankilozu, mil-bilək oynağının və sağ əl barmaqlarının yarımbükülmüş vəziyyəti, acıcı-bükücü kontrakturası, sağ orta və dirsək sinirlərinin nevropatiyası, sağ bazu kələfinin zədələnməsi, sağ yuxarı ətrafın funksiyasının pozulması, sağ baldır sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitismiş sınığı, varus deformasiyası, sağ aşıq-baldır oynağının İİ dərəcəli artrozu, osteofitləri, regional osteoparozu, açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə). L4-L5 radikulopatiyası, əzələ atrofiyası və hərəkət funksiyasının pozulması kimi qeyd olunmuş, əyani müayinə zamanı əlillik təyinatına əsas verməmişdir. Medistyle Hospitalın EMG müayinəsinin nəticəsi “Sağ qolda Median və Ulnar sinirlərin proksimal neyropatiyasını düsündürüb, daha proksimal zədələnmə-bazu kələfinin (əsasən medial kord) zədələnməsi inkar olunmur. Sağ ayaqda əsasən L5 və L4 radikulopatiya lehinə dəyərləndirilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ yuxarı ətrafda hərəki məhdudluqdan şikayətlənmişdir. Müayinə zamanı sağ baldırın aşağı 1/3-də, sağ kürəkdən aşağıda, sağ biləkdə çapıqlar müşahidə edilmis, sağ bazu oynağında 90 dərəcəyə qədər hərəkət qeyd edilmişdir. Nevroloji müayinə zamanı reflekslər canlı çağrılmış, D=S, əzələ gücü və tonusu dəyişiksiz olmuş, hipotrofiya, atrofiya və parez aşkar edilməmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qəlpə yaralanması olduğunu söyləmiş, sağ yuxarı ətrafında hərəki məhdudluqdan, ətraflarında olan ağrı səbəbindən yuxusuzluqdan şikayətlənmişdir. Baxış zamanı sağ biləkdə, onurğanın döş hissəsinin sağ tərəfində çapıqlar izlənmiş, bütün hərəkətlər tam həcmdə olmuşdur. Nevroloji müayinə zamanı reflekslər D=S canlı və bərabər alınmış, əzələ gücü və tonusu normal olmuş, hipotrofiya, atrofiya qeyd edilməmiş, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildirirlər ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına İddiaçı və cavabdehin nümayəndəsi X10 gəlmiş, üçüncü şəxsin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 iddiaya qarşı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçını və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli, 320 nömrəli qərarına əsasən İmişli RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, Qarabağ Hərbi Prokurorluğunun xx.xx.1999-cu il tarixli, 14/HP-847 saylı Amnistiya qərarı tətbiq edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi İmişli Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma-diaqnoz: “Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, bərkiməmiş çapığı. Sağ baldır sümüklərinin aşağı 1/3nin köhnə sınığı”(Səfərbərlk və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti İmişli rayon şöbəsinin xx.xx.2016-cı il tarixli, 1089 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli, 583 nömrəli arayışı, İmişli rayon mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, stasionar xəstənin tibbi kartasından çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi travmdır. Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır”. İş materiallarında olan tibbi sənədlərə əsasən İddiaçı əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2009-cu il tarixdə baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlillik. Əmək zəmanəti: Qismən əmək qabiliyyətsiz. “X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60-M79 – Yumşaq toxumaların xəstəlikləri => M70-M79 - Yumşaq toxumaların digər xəstəlikləri => M79 –Yumşaq toxumaların...; Diaqnozun mətni: Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanması. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanması səbəbi ilə ona 1 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2014-cü il tarixdə baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlillik. Əmək zəmanəti: Qismən əmək qabiliyyətsiz. “X1: Xİİİ Sinif – Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M60-M79 – Yumşaq toxumaların xəstəlikləri => M70-M79 - Yumşaq toxumaların digər xəstəlikləri => M79 – Yumşaq toxumaların...; Diaqnozun mətni: Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanması. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanması səbəbi ilə ona 1 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə İmişli Rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2015-ci il tarixdə baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlillik. Əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər. “X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 – Bədbəxt hadisələr => W00-X59 – Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ yuxarı ətrafın funksiyasına təsirli sağ baldır sümüklərinin 1/3-nin düzgün bitişməyən sınığı, baldır əzələlərinin atrofiyası funksiyaya təsirli. Hərəkətin və yerişin pozulmaları. Sümük sınığının pis bitişməsi. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sağ yuxarı ətrafın funksiyasına təsirli sağ baldır sümüklərinin 1/3-nin düzgün bitişməyən sınığı, baldır əzələlərinin atrofiyası funksiyaya təsirli. Hərəkətin və ... səbəbi ilə ona 1 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə növbəti dəfə xx.xx.2016-cı il tarixdə baxılmış və Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyü ilə əlaqədar əlillik. Əmək zəmanəti: Yüngül işlərdə işləyə bilər. “X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => V01-X59 – Bədbəxt hadisələr => W00-X59 – Əsas etibarı ilə kənd təsərrüfatında istifadə edilən xüsusi nəqliyyat vasitəsində olan və nəqliyyat bəd...; Diaqnozun mətni: Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş. Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı vəziyyət. Sağ yuxarı ətrafın funksiyasına təsirli sağ baldır sümüklərinin 1/3-nin düzgün bitişməyən sınığı, baldır əzələlərinin atrofiyası funksiyaya təsirli. Hərəkətin və yerişin pozulmaları. Sümük sınığının pis bitişməsi. Meyar: 2.3. Üçüncü dərəcə əlillik => Digər: Sağ yuxarı ətrafın funksiyasına təsirli sağ baldır sümüklərinin 1/3-nin düzgün bitişməyən sınığı, baldır əzələlərinin atrofiyası funksiyaya təsirli. Hərəkətin və ... səbəbi ilə ona 5 il müddətinə üçüncü dərəcə əlillik verilmişdir. İddiaçının əlillik vəziyyətinə növbəti dəfə xx.xx.2021-ci il tarixdə baxılmış və “X1: XX Sinif – Xəstələnmənin və ölümün xarici səbəbləri => Y35-Y36 – Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 – Hərbi əməliyyatlar => Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, partlayış travması. Sağ çiyin, sağ bilək və sağ baldırın çoxsaylı qəlpə yaralanması. Postravmatik çapıqlar. Sağ bazu oynağının artrozu və uzaqlaşdırıcı kontrakturası. Dirsək oynağının açıcı kontrakturası, əzələ atrofiyası. Sağ baldır sümüklərinin orta-aşağı 1/3-nin köhnə bitişmiş sınığı. Aşıq-baldır oynağının artrozu ikinci dərəcəli bükücü-açıcı kontrakturası. Meyar: İmtina edilir. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə növbəti dəfə xx.xx.2022-ci il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, odlu silah yaralanması, partlayış travması. Sağ çiyin, sağ bilək və sağ baldırın çoxsaylı qəlpə yaralanmaları. Postravmatik kobud kelloid çapıqlar. Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları. Sağ baldırın sümüklərinin aşağı 1/3-nin köhnə qeyri-düzgün bitişmiş sınığı. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. İddiaçının əlillik vəziyyətinə növbəti dəfə xx.xx.2024-cü il tarixdə baxılmış və Diaqnozun mətni: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Odlu silahla yaralanmadan sonra Sağ bazu oynağının arxa, Sağ mil-bilək oynağının arxa-ön, Sağ baldırın sümüklərinin aşağı 1/3-nin ön səthlərində çapıq toxumaları. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddiaçıya əlillik təyinatından imtinasının əsasını “Diaqnoz əlillik təyin etmir barədə qərar qəbul edilmişdir” səbəbi təşkil etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı əlilliyinin müəyyən edilməsi üçün onun müraciətinə 1 ay müddətində yenidən baxılaraq müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” xx.xx.2024-cü il tarixli, 3-17-4/2-33358/2024 saylı məktubunda və ona əlavə edilmiş Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının 06 dekabr 2024-cü il tarixli, 3-17-4/3-3-8888/2024 saylı qərarında qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin olunaraq ekspertlər qarşısında – iddiaçı xx.xx.1963-cü ildə İmişli rayonu, Muradallı kəndində anadan olmuş və İmişli rayonu, Muradallı kəndində qeydiyyatda olan İddiaçı canlı müayinə olunmaqla, iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə; - şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik müayinələrinin nəticələri, xəstəliyin dinamikası, müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılmışdırmı? - aparılan müayinələrin nəticələri diaqnozda öz əksini tapırmı? aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza əsasən əlavə müalicəyə (bərpa müalicəsini davam etdirməyə) zərurət vardırmı? - İddiaçı xx.xx.1963-cü ildə İmişli rayonu, Muradallı kəndində anadan olmuş və xx.xx.1963-cü ildə İmişli rayonu, Muradallı kəndində qeydiyyatda olan İddiaçı üzərində aparılan canlı müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnoza və müvafiq tibb müəssisəsinin verdiyi göndərişlərdə, o cümlədən digər tibb müəssisəsinin verdiyi sənədlərdə müəyyən olunan diaqnoza əsasən əlilliyin təyin edilməsi mümkündürmü, mümkündürsə həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən xəstəliklərin əhatə dairəsinə düşürmü (XBT-10 kodu qeyd olunmaqla), düşürsə hansı xəstəlikdir (Orqanizmin fünksiyasının pozulmasının faiz dərəcəsi və müddəti)? - məzmununda suallar qoyulmuşdur. Həmin təyinat əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X6” X9 verdikləri 17 mart 2025-ci il tarixli, T196/2025 saylı rəydə göstərilmişdir ki, 1.2.4.İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfındən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00159003DLİ saylı Forma 088 göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonra sağ bazu oynağının arxa sağ mil-bilək oynağının arxa- ön, sağ baldırm aşağı l\3-nin ön səthlərində çapıq toxumaları, sağ bazu oynağının travmadan sonra artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 15 dər.) Sağ dirsək oynağmın artrozu, açıcıbükücü kəskin kontrakturası (açma 110dər, bükmə 100 dər.) Sağ mil-bilək oynağının flbroz ankilozu... Ağırlaşmalar: M24.6- Oynağın ankilozu, sağ mil-bilək oynağının fıbroz ankilozu. M21.1- Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Sağ baldır sümüklərinin varus deformasiyası; R26.8- Hərəkətin və yerişin digər və dəqiqiləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması. G56.2- Dirsək sinirinin zədələnməsi. Sağ orta və dirsək sinirlərinin neyropatiyası. M25.7- Osteofıt. Sağ aşıq-baldır oynağının İİ dər.artrozu və osteofıtləri. M19.1- Digər oynaqların posttravmatik artrozu. Sağ aşıq-baldır oynağının İİ dər. artrozu. G54.1- Bel-oma kələfmin zədələnməsi L4-L5 radikulopatiyası. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıysı və üzülməsi. Əzələ atrofıyası. M81.2-Hərəkətsizliklə bağlı osteoporoz. Regionar osteoporozu” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı anamnestik, klinik, funksional diaqnostik müayinələrin nəticələri, əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından, onların səmərəliliyi və proqnozu qənaətbəxş olmuş, əmək fəaliyyətinin itirilməsi 0% olmuşdur. - Diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinələri zamanı nevroloji müayinələrdə reflekslər D=S canlı və bərabər alınmış, əzələ gücü və tonusu normal olmus, hipotrofıya, atrofıya qeyd aşkar edilməmiş, əlillik təyinatına əsas verən heç bir patofunksional pozuntu müəyyən edilmədiyindən əlilliyin təyini zamanı ona Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında göstərilən maddələrin hər hansı birini aid etmək mümkün olmadı. Aparılan müayinələrin nəticələri əsasında əldə olunmuş diaqnozla əlaqədar hazırda əlavə müalicəsinə (bərpa müaliçəşini davam etdirməyə) zərurət yoxdur. Qeyd olunduğu kimi, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarından görünür ki, İddiaçı əlillik təyinatından imtina edilmiş, səbəbi “Diaqnoz öz təsdiqini tapmaması” qeyd olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarını mübahisələndirmişdir. Məhkəmə Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının iddiaçıya əlilliyin təyinatından imtina edilməsi haqqında mübahisələndirilən 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarını əsassız hesab edir. Həmin qərarda İddiaçı əlilliyin təyinatından imtinanın səbəbi olaraq “Diaqnozun öz təsdiqini tapmaması barədə qərarın qəbul edilməsi” qeyd olunmuşdur. Halbuki, iş üzrə təqdim olunmuş və mötəbərliliyi şübhə doğurmayan tibbi sənədlərlə iddiaçıya xəstəliyi ilə bağlı təyin olunmuş diaqnozların ona üçüncü dərəcə əlilliyin təyinatına əsas verməsi tam təsdiq olunur. Belə ki, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində müəyyən olunur ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında İddiaçı xəstəliyi ilə bağlı TSEK tərəfindən üçüncü dərəcə əlillik təyinatının aparıldığı xx.xx.2009-cu il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli müayinələrin nəticəsində iddiaçıya təyin olunmuş diaqnozlar həm iş materiallarının 58-63-cü səhifələrində əksini tapmış 2009- 2023-cü illəri əhatə edən, iddiaçının ambulator və stasionar tibbi müayinə və müalicəsi barədə məlumatların qeyd olunduğu sənədlərlə, həm də cavabdehin 15 may 2024-cü il tarixli, 3-17-4/3-3-3586/2024 nömrəli qərarında qeyd olunmuş Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun (hazırda “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsi) xx.xx.2023-cü il tarixli, **********11460/2023 nömrəli Tibbi rəyinə əsasən obyektiv və instrumental müayinə nəticəsində iddiaçıya təyin olunmuş “Odlu silahla yaralanmadan sonra sağ bazu oynağının arxa, sağ mil bilək oynağının arxa-ön, sağ baldırın aşağı 1/3-nin ön səthlərində çapıq toxumaları, sağ azu oynağının travmada sonra artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 15 faiz) sağ dirsək oynağının artrozu, açıcı-bükücü kəskin kontrakturası (acma 110 dərəcə, bükmə 100 dərəcə), sağ mil-bilək oynağının fibroz ankilozu, mil-bilək oynağının və sağ əl barmaqlarının yarımbükülmüş vəziyyəti, açıcı-bükücü kontrakturası, sağ orta və dirsək sinirlərinin nevropatiyası, sağ bazu kələfinin zədələnməsi, sağ yuxarı ətrafın funksiyasının pozulması, sağ baldır sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitismiş sınığı, varus deformasiyası, sağ aşıq-baldır oynağının İİ dərəcəli artrozu, osteofitləri, regional osteoparozu, açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə). L4-L5 radikulopatiyası, əzələ atrofiyası və hərəkət funksiyasının pozulması” diaqnozu ilə tam təsdiq edilmişdir. Buna baxmayaraq, mübahisələndirilən 09 yanvar 2024cü il tarixli, xxxxxxx0007 saylı qərarının əsasını təşkil edən 06 dekabr 2024-cü il tarixli, 3- 17-4/3-3-8888/2024 nömrəli qərarında TSEK heç bir dəlil-sübuta, tibbi sənədə əsaslanmadan qeyd olunan diaqnozun klinik olaraq öz təsdiqini tapmadığını qeyd etmiş, bu isə nəticədə mübahisələndirilən inzibati aktın qəbul edilməsinə səbəb olmuşdur. Halbuki, “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X9 17 mart 2025-ci il tarixli, T196/2025 saylı rəyində İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün İmişli Rayon Mərkəzi Xəstəxanası tərəfındən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, L00159003DLİ saylı Forma 088 göndərişdə XBT 10 kodu ilə qeyd edilmiş “Əsas xəstəlik: Y36.2- Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Odlu silahla yaralanmadan sonra sağ bazu oynağının arxa sağ mil-bilək oynağının arxaön, sağ baldırm aşağı l\3-nin ön səthlərində çapıq toxumaları, sağ bazu oynağının travmadan sonra artrozu, yaxınlaşdırıcı kontrakturası (uzaqlaşma 15 dər.) Sağ dirsək oynağının artrozu, açıcı-bükücü kəskin kontrakturası (açma 110 dər, bükmə 100 dər.) Sağ mil-bilək oynağının flbroz ankilozu... Ağırlaşmalar: M24.6- Oynağın ankilozu, sağ mil-bilək oynağının fıbroz ankilozu. M21.1- Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Sağ baldır sümüklərinin varus deformasiyası; R26.8- Hərəkətin və yerişin digər və dəqiqiləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması. G56.2- Dirsək sinirinin zədələnməsi. Sağ orta və dirsək sinirlərinin neyropatiyası. M25.7- Osteofıt. Sağ aşıq-baldır oynağının İİ dər.artrozu və osteofıtləri. M19.1- Digər oynaqların posttravmatik artrozu. Sağ aşıq-baldır oynağının İİ dər. artrozu. G54.1- Bel-oma kələfinin zədələnməsi L4-L5 radikulopatiyası. M62.5-Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi. Əzələ atrofıyası. M81.2-Hərəkətsizliklə bağlı osteoporoz. Regionar osteoporozu” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı anamnestik, klinik, funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edildiyi göstərilmişdir. Göründüyü kimi, İddiaçı 2009-2021-ci illər ərzində TSEK tərəfindən müəyyən olunmuş diaqnozlar əsasında 12 il üçüncü dərəcə əlillik təyin edildiyi halda, əlavə olaraq ağırlaşmalarla müşayiət olunan həmin diaqnozlarla ona xx.xx.2021-ci il tarixdən (ilk imtina tarixi) etibarən əlillik təyinatından imtina edilmişdir. Halbuki, iş üzrə təqdim olunmuş tibbi sənədlərlə, o cümlədən TSEK müayinələri ilə İddiaçı təyin olinmuş diaqnozlarla müəyyən edilmiş xəstəliklərinin həm əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci (ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0) və 2.3.2-ci (dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2, M24.5- M24.6, M25.6, M67.1, M99.0) bəndlərinə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.3.1.1-ci (orta dərəcəli əzələ zəifliyi (əzələ gücünün 3-4 bala qədər azalması, 4-7 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında aktiv hərəkətlərin amplitudasının çiyin oynağında 35-40 dərəcəyə, dirsəkdə 30-45 dərəcəyə, mil-bilək oynağında 30-40 dərəcəyə, bud-çanaq oynağında 15-20 dərəcəyə, diz oynağında 16-20 dərəcəyə, aşıqbaldırda 14-18 dərəcəyə qədər məhdudlaşması, xırda cisimlərin tutulmasının çətinləşməsi (böyük barmağın distal falanqasının 4-cü barmağın əsasına qədər çatması, barmaqların yumruğa yığılmasının məhdudlaşması – barmaqların distal falanqalarının ovuca 1-2 sm çatmaması) ilə), mülayim statodinamik pozuntular, 6.4.1.1-ci (dirsək oynağında yüngül bükmə kontrakturası ilə), 6.8.1-ci (cüzi əzələ zəifliyi, əzələ gücünün 4 bala qədər azalması, 1,5-2,0 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraflarda aktiv hərəkətlərin, əşyaları tutma və saxlama kimi əsas funksiyanın tam həcmdə olmaması ilə), habelə 13-cü “Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci (bazu sümüyünün psevdoartrozu: qeyri-stabil), 13.3.9-cu (said sümüyünün psevdoartrozu: qeyristabil) və 13.4.44-cü (baldır sümüklərinin psevdoartrozu: qeyri-stabil) bəndlərinə uyğunluğu təsdiq olunur. Diqqət çəkən məqam ondan ibarətdir ki, iddiaçı müayinə üçün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna məhz cavabdeh inzibati orqanın göndərişləri əsasında getmiş, lakin həmin tibb müəssisəsinin İddiaçı xəstəliyi ilə əlaqədar apardığı obyektiv və instrumental müayinənin nəticəsi olaraq təyin etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən 2.3.1-ci və 2.3.2-ci, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsinin 6.3.1.1-ci (orqanizmin funksiyasının pozulma faizi 35-60, müddəti 2 il), 6.4.1.1-ci (orqanizmin funksiyasının pozulma faizi 40-60, müddəti 2 il), 6.8.1-ci (orqanizmin funksiyasının pozulma faizi 40, müddəti 1 il), habelə 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsinin 13.3.8-ci (orqanizmin funksiyasının pozulma faizi 40, müddəti 1 il), 13.3.9-cu (orqanizmin funksiyasının pozulma faizi 35, müddəti 1 il) və 13.4.44-cü (orqanizmin funksiyasının pozulma faizi 40, müddəti 1 il) bəndlərinə tam uyğunluğu təsdiq olunan diaqnozları cavabdeh tərəfindən qəbul edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.5ci Dorsopatiyalar bəndində qeyd olunmuşdur ki, Tibbi-sosial ekspertiza zamanı orqanizmin dorsopatiyalardan irəli gələn sümük-əzələ sisteminin funksiya pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi ağır sindrom davamlılığına və təzahür dərəcəsinə, onurğa sütununun hərəkətliyinin məhdudlaşmasına və yuxarı və aşağı ətrafların funksiya pozuntularına əsaslanır, ifrazat orqanlarının funksiya pozuntuları da nəzərə alınır. Bu halda aşağıdakılar rəhbər tutulur: - qeyri-davamlı cüzi ağrı sindromu və onurğa sütununun hərəkətliliyinin cüzi məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının cüzi pozuntusu, sidiyin və nəcisin cüzi saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 10-20 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin mülayim məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının mülayim pozuntusu, sidiyin və nəcisin orta dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 40-60 bal verilir; - daimi və ya tez-tez kəskinləşən ağrı sindromu, onurğa sütununun hərəkətliliyinin təzahür edən məhdudlaşması, yuxarı və aşağı ətrafların funksiyalarının təzahür edən pozuntusu, sidiyin və nəcisin ağır dərəcəli saxlanılmaması ilə müşayiət olunan patologiya zamanı 70-90 bal verilir; onurğa sütununun təzahür edən statodinamik funksiyasının pozuntuları, yuxarı və aşağı ətrafların funksiyalarının əhəmiyyətli təzahür edən pozuntusu. Göründüyü kimi, cavabdeh iddiaçıya münasibətdə “Meyarlar”ın 13.5-ci Dorsopatiyalar bəndində təsbit olunmuş halları nəzərə almamışdır. Bundan başqa, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 06 dekabr 2024-cü il tarixli, 3-17-4/3-3-8888/2024 nömrəli qərarında iddiaçının sağlamlıq durumunda əlillik təyinatına əsas verən patofunksional pozuntuların müəyyən edilmədiyi bildirilmişdir. Halbuki, qeyd olunduğu kimi, “Azərbaycan Elmi Tədqiqat Travmotologiya və Ortopediya İnstitutu” X9 17 mart 2025-ci il tarixli, T196/2025 saylı rəyində də göstərilmişdir ki, İddiaçı səhhətində Ağırlaşmalar: M24.6- Oynağın ankilozu, sağ mil-bilək oynağının fıbroz ankilozu. M21.1- Digər rubrikalarda təsnif olunmayan varus deformasiya. Sağ baldır sümüklərinin varus deformasiyası; R26.8- Hərəkətin və yerişin digər və dəqiqiləşdirilməmiş pozulmaları, hərəkət funksiyasının pozulması. G56.2- Dirsək sinirinin zədələnməsi. Sağ orta və dirsək sinirlərinin neyropatiyası. M25.7- Osteofıt. Sağ aşıq-baldır oynağının İİ dər.artrozu və osteofıtləri. M19.1- Digər oynaqların posttravmatik artrozu. Sağ aşıq-baldır oynağının İİ dər. artrozu. G54.1- Bel-oma kələfmin zədələnməsi, L4-L5 radikulopatiyası. M62.5- Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıysı və üzülməsi. Əzələ atrofıyası. M81.2- Hərəkətsizliklə bağlı osteoporoz. Regionar osteoporozu” şəxsin stasionarda müalicəsi zamanı anamnestik, klinik, funksional diaqnostik müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xəstəlikləri ilə bağlı təqdim olunmuş tibbi sənədlərdəki məlumatların həqiqiliyini təkzib edən, habelə İddiaçı xəstəliyi ilə bağlı müsbət dəyişikliklərin mövcudluğunu təsdiq edən hər hansı dəlil, sübut, tibbi sənəd cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən hazırkı məhkəmə icraatında təqdim olunmamışdır. Beləliklə, iş üzrə təqdim olunmuş tibbi sənədlərin, o cümlədən TSEK müayinələrinin tədqiqi ilə bağlı məhkəmə araşdırmaları nəticəsində İddiaçı ona əlilliyin verilməsinə əsas olan diaqnozu, xəstəliyinin hal-hazıradək mövcud olması, daha da ağırlaşmalarla müşayiət olunması tam təsdiq olunur. Göründüyü kimi, Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının mübahisələndirilən qərarında iddiaçıya əlillik təyinatından imtinanın faktiki və hüquqi halları müəyyən olunmamışdır. Belə ki, İddiaçı iş materiallarında olan və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən mötəbər hesab olunan tibbi sənədlərlə müəyyən olunmuş xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin üçüncü dərəcə əlilliyin təyinatına əsas verən bölməsidə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6-cı “Sinir sistemləri xəstəlikləri” bölməsində, habelə 13-cü “Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” bölməsində təsbit olunmuş xəstəliklərin əhatə dairəsinə tam uyğunluğu təsdiq olunur. Bundan başqa, iddiaçı tələbində əlilliyin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən təyin olunmasını qeyd etmişdir. Qeyd olunduğu kimi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2019-cu il tarixli, 135 nömrəli qərarına əsasən İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı yaralanmanın nəticələri üzrə “Sağ kürək nahiyəsinin yumşaq toxumalarının kor qəlpə yaralanmasından sonrakı vəziyyəti, bərkiməmiş çapığı. Sağ baldır sümüklərinin aşağı 1/3-nin köhnə sınığı” diaqnozu qoyulmuş, travmanın səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsı zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Həmçinin, İmişli Rayon Mərkəzi Xəstəxanasının göndərişləri əsasında İddiaçı xəstəliyi ilə bağlı TSEK tərəfindən üçüncü dərəcə əlillik təyinatının aparıldığı xx.xx.2009-cu il tarixli, xx.xx.2014-cü il tarixli, xx.xx.2015-ci il tarixli, xx.xx.2016-cı il tarixli müayinələrin nəticəsində iddiaçıya təyin olunmuş diaqnozlarda əlillik səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olaraq göstərilmişdir. Kifayət qədər əsasların mövcudluğu məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarının ləğv edilməsini və ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 09 yanvar 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Konstitusiyanın 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Etimad hüququnun qorunması Konstitusiyadan və X11 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın həmin maddəsinin 2-ci bəndinə əsasən Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X11 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququnun qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. Həmin Qanunun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayış verilmişdir. Həmin Qanunun 13-cü maddəsinə əsasən etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2. maddəsinə əsasən Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının etimad hüququ qanunla qorunur, bu baxımdan iddiaçının iddia tələbi əsaslı hesab edilməli və təmin edilməlidir. Cavabdehin hərəkətləri isə qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-1(102)-996/2022 nömrəli qərarında hazırkı mübahisənin predmeti ilə eynilik təşkil edən başqa bir işdə mübahisənin həllində məhz bu hüquqi mövqeyi ifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ‘‘Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”-nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. “İnzibati icraat haqqında” Qanunun 11-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin tələblərinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması, həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 73.2-ci maddəsinə görə iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlara məcmu şəkildə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarı ləğv edilməli və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 09 yanvar 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 62-ci, 75-ci, 78-ci, 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 09 yanvar 2024-cü il tarixli, xxxxxxx0007 saylı qərarı ləğv edilsin və İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 09 yanvar 2024-cü il tarixdən 35-60 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi, 3) şikayət verilə bilər. Hakim: Fehruz Abbasov
Məhkəmə qərarları › İş №2-1(120)-1219/2025
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-1219/2025
14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver