Məhkəmə qərarları › İş №2-1(120)-122/2020

Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-122/2020

22.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-122/2020 22.01.2020 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Şirvan İnzibati Məhkəməsi hakim İsmayılov Orxan Nadir oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, iddiaçının vəkili və nümayəndəsi X14 (Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 135-də yaşayış yeri üzrə qeydiyyatda olan) iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X12, X1, X7, X8, X9, X3, X2 və X4 iddiaçının mülkiyyətində olan ünvan 2-dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan İnzibat Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X12, X1, X7, X8, X9, X3, X2 və X4 iddiaçının mülkiyyətində olan ünvan 2-dən qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh nümayəndəsi və üçüncü şəxslər X20, X5, X16, X17, X18, X13, X10 və X15 məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə Cavabdeh nümayəndəsinin, üçüncü şəxslər X12, X1, X7, X8, X9, X3, X2 və X4 iştirakları olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi X22 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ünvan 2, yeni qaydalara əsasən ünvan 1 ünvanda yerləşən mənzilə ******* saylı, 03.10.2018-ci il tarixdə reyestr çıxarışı almışdır. Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ əsasında iddiaçının mülkiyyətindədir. Həmin evdə qeydiyyatda olan X20, X5, X16, X17, X18, X13, X10 və X15 başqa yerdə yaşayırlar, yəni hal-hazırda bu ünvanda yaşamırlar. Onların iddiaçıya məxsus evdə olan qeydiyyatları yalnız formal xarakter daşıyır və onların pasport qeydiyyatında qalması həmin mənzilə olan mülkiyyət hüquqlarını müəyyən qədər məhdudlaşdırır. İddiaçının kommunal ödənişlər baxımından da müəyyən problemlər yaşanır. Həmin şəxslər formal qeydiyyatda olmalarına baxmayaraq qeyd olunan ünvanda yaşamırlar və hansı ünvanda yaşamaları barədə iddiaçının məlumatı yoxdur. Bu şəxslərin pasport qeydiyyatından çıxarılması ilə əlaqədar Cavabdehnə ərizə ilə müraciət etmiş, lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olmadan adı çəkilən şəxslərin qeydiyyatından çıxarılmasını mümkün olmadığı bildirilmişdir. Qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və subutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İşdə olan seriya AZE 18638377 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 09.08.1964-cü il tarixdə Salyan şəhərində anadan olmuş, ünvan 2-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş 03.10.2018-ci il tarixli, RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2, yeni qaydalara əsasən ünvan 1 İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 13 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin 20.06.2019-cu il tarixli, 933 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2, yeni qaydalara əsasən ünvan 1 ünvanında yerləşən mənzildə X20, X5, X16, X17, X18, X13, X10 və X15 pasport qeydiyyatında qalıblar. İşdə olan Cavabdeh 07.08.2019-cu il tarixli, 182-20304-1219 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı məxsus ünvan 2 ünvanında digər şəxslərin olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. İşdə olanAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan ərazi idarəsi 15.11.2019-cu il tarixli, **********24 nömrəli məktubu ilə seriya RX, № ******* olan çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir. İşdə olan Cavabdeh məhkəməyə ünvanladığı 26.11.2019-cu il tarixli, 182-29969-1219 nömrəli məktubunda qeyd edilmişdir ki, ərizədə adları göstərilən şəxslərin ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmasına etiraz etmədiklərini bildirmişdir. İşdə olan Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.01.2020-ci il tarixli, 135 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 2-də X20, X5, X16, X17, X18, X13, X10 və X15 pasport qeydiyyatında olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür(maddə 2). Müvafiq icra hakimiyyəti orqanları («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan bu hallarda çıxarılır: yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının («müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında (maddə 9). Məhkəmə müəyyən etdi ki, ünvan 2 İddiaçı xüsusi mülkiyyətindədir.İddiaçı Cavabdehnə müraciət edərək xüsusi mülkiyyətində olan ünvan 2-də qeydiyyatda olan üçüncü şəxslər X12, X1, X7, X8, X9, X3, X2 və X4 qeydiyyatdan çıxarılmalarını xahiş etmiş, ancaq müraciəti cavabdeh tərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarını tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh orqan üçüncü şəxslərin qeyd olunan mənzilə qeydiyyata düşməsinə əsas olan sənədləri məhkəməyə təqdim edə bilmir. Eyni zamanda Salyan rayon İcra Hakimiyyəti Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin 22.01.2020-ci il tarixli, 135 nömrəli arayışında qeyd olunur ki, ünvan 2-də X20, X5, X16, X17, X18, X13, X10 və X15 pasport qeydiyyatında olmaqlarına baxmayaraq həmin ünvanda yaşamırlar. Göründüyü kimi üçüncü şəxslərin iddiaçıya məxsus olan mənzildə yaşamaması və qeydiyyatının formal xarakter daşıması iddiaçının mülkiyyət hüquqlarının məhdudlaşdırılması ilə nəticələnir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hər hansı hüquqi əsasları mövcud olmayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə təşkil etməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (maddə 19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (maddə 19.2). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (maddə 58.7). Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (maddə 68.2). Beləliklə, iddia təmin edilməli, üçüncü şəxslər X12, X1, X7, X8, X9, X3, X2 və X4 iddiaçının mülkiyyətində olan ünvan 2-dən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxslər X12, X1, X7, X8, X9, X3, X2 və X4 iddiaçının mülkiyyətində olan ünvan 2dən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və yaproses iştirakçıları tərəfindən şikayətingerigötürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Hakim Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar