Azərbaycan Respublikası adından QƏRAR İş № 2-1(120)-122/2022 17.03.2022 ŞİRVAN İNZİABTİ MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynov Bəhram Namiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialına qarşı «yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə iddia tələbinə dair inzibati işə Masallı şəhərində Masallı Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 7 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi inzibati mübahisə kimi qeydiyyata alınaraq, məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İşin halları: İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 7 saylı regional ərazi filialına müraciət etmişdir. Cavabdeh 12 fevral 2021-ci il tarixli, **********2 nömrəli məktubla onun müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, işlədiyi dövr və hərbi xidmətdə olduğu dövr sığorta stajı kimi hesablanaraq yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmalıdır. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Şifahi məhkəmə iclasında izahatında İddiaçı iddia tələbini müdafiə etdiyini bildirərək, onun təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə iclasında izahatında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd olunması barədə qərar çıxarılmasını xahiş etdi. Əsaslandırma: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə doğulmuşdur. İşdə olan NZ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 09.05.1974-12.06.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. İşdə olan İddiaçı məxsus 28.07.1977-ci il tarixli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, 28.07.1977-09.04.2004-cü illərdə fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 7 saylı regional ərazi filialının iddiaçıya göndərdiyi 12 fevral 2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim etdiyiniz sənədlərə əsasən 27 il 4 ay 13 gün sığorta stajınız vardır. 28.08.1978-ci il tarixdən 09.08.1979-cu il tarixədək T.T-7-də 01.11.1988-ci il tarixdən 19.02.1990-cı il tarixədək və 26.09.1993-cü il tarixdən 09.04.2004-cü il tarixədək Qoşqar kiçik müəssisəsində işləməyinizi, müəssisələrin sənədləri X13 filialına təhvil verilmədiyi üçün mümkün deyildir. İşdə olan X7 filialının məhkəməyə göndərdiyi 23.06.2021-ci il tarixli, b/180 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran TTK-7 (Təmir Tikinti Kombinatı) avtobazasının, Məişət Xidməti Nazirliyinin X4, “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin sənədləri X7 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qeyd olunan İddiaçı həmin təşkilatlarda işləməsi barədə tərəfimizdən məlumatın verilməsi mümkün olmadı. İşdə olan Lənkəran şəhər İcra Hakimiyyətinin məhkəməyə göndərdiyi 30.06.2021-ci il tarixli, 10-54/7-771 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran TTK-7 (Təmir Tikinti Kombinatı) avtobazasının 28.08.1978-09.08.1979-cu illərlə, Məişət Xidməti Nazirliyinin X4 01.11.1988-19.02.1990-cı illərlə, “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin 26.01.1993-09.04.2004-cü illərlə bağlı müəssisələrin qeydiyyatı, fəaliyyətinin olub-olmaması və müəssisələrin təsis sənədlərinin (dövlət reyestrindən çıxarış, nizamnamə, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.) göndərilməsi ilə bağlı bildiririk ki, məktubda qeyd edilən məlumatlar X7 filialına mövcud olmadığından məlumatların Sizə göndərilməsi imkan xaricindədir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 7 saylı regional ərazi filialının məhkəməyə göndərdiyi 29.06.2021-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 Şəxsin 7 saylı regional ərazi filialı Sizin 18.05.2021-ci il tarixli 2-1(120)-1072/2021 saylı məktubunuza cavab olaraq bildiririk ki, ”X8” Azərbaycan Respublikasınin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılır) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. ”X8” Azərbaycan Respublikasınin Qanunun 21.1-ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İddiaçı təqdim etdiyi sənədlərə əsasən 01.01.2006-cı ilədək 27 il 4 ay 13 gün sosial sığorta stajı vardır. Vətəndaşın 01.01.2006-cı il ildən sonra pensiya kapitalı mövcud deyil. 28.08.1978-09.08.1979-cı illərdə TTK-7 də, 01.06.1982- 15.10.1982-ci - illərdə Lənkəran XSU idarəsində, 01.11.1988-19.02.1990-cı illərdə avtonəqliyyat birliyində və 26.09.1993-09.04.2004-ci illərdə “Qoşqar” kiçik müəssisəsində işləməyini yoxlamaq mümkün olmamışdır (X13 filialına təhvil verilməmişdir). Vətəndaşın 07.07.1983-cü il tarixdə Lənkəran Məişət idarəsinə girmə əmri vardır lakin 26.10.1988-ci ildə başqa işə köçürülmə əmri aşkar edilmədi (vətəndaş həmin illərdə əmək haqqı almışdır). İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 01.07.2021-ci il tarixli, **********741600 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran TTK-7 (Təmir Tikinti Kombinatı) avtobazasının 28.08.1978-09.08.1979-cı illərdə, Məişət Xidməti Nazirliyinin X4 01.11.1988-19.02.1990-cı illərdə, “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin 26.01.1993-09.04.2004-cü illərdə qeydiyyatlarının və fəaliyyətlərinin olubolmaması, həmin müəssisələrin göstərilən illərdə sosial sığorta və vergi ödənişlərini ödəyib-ödəməmələri, müəssisələrin təsis sənədlərinin (dövlət reyestrindən çıxarış, nizamnamə, şəhadətnamə, ümumi yığıncağın qərarı və s.) barədə məlumatın məhkəməyə təqdim olunması haqqında məktubunuza 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, 01.07.2021-ci il tarixə baza və arxiv məlumatlarına əsasən “Lənkəran TTK-7 (Təmir Tikinti Kombinatı) avtobazasının 28.08.1978-09.08.1979-cı illərdə, Məişət Xidməti Nazirliyinin X4 01.11.1988-19.02.1990-cı illərdə, “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin 26.01.1993-09.04. 2004-cü illərdə vergi ödəyicisi kimi qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir. Eyni zamanda uçot-baza məlumatlarına əsasən Təsərrüfat hesablı “Qoşqar” müəssisəsi 22.10.1999-ci il tarixdə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyatdan keçmiş (VÖEN: 2********), 2004-cü ildən başlayaraq vergi ödəyicilərinin inventarlaşdırılması ilə əlaqədar yeni 10 rəqəmli VÖEN alınması üçün vergi orqanına müraciət etməmişdir. Adı çəkilən hüquqi şəxsin sənədləşməsi barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat mövcud deyildir İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə göndərdiyi 06.07.2021-ci il tarxli, **********99 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”yə əsasən dövlət əmlakının Registrində müəssisə haqqında məlumatların qeydiyyata alınması həmin müəssisələr tərəfindən təqdim olunmuş məlumatlar əsasında aparılır və Lənkəran “TTK-7”, Məişət Xidməti Nazirliyinin X9 barədə dövlət əmlakının Registrinə heç bir məlumat təqdim edilməmişdir. Həmçinin ləğv olunmuş “Xidmət” şirkətinin “Qoşqar” təsərrüfat hesablı müəssisəsi dövlət əmlakının Registrində qeydiyyata alınmış və balansında olan daşınmaz əmlaklar hazırda özəlləşdirilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin məhkəməyə göndərdiyi 06.07.2021-ci il tarixli, 4/1309 nömrəli məktubunda qeyd edilmişdir ki, Məişət Xidməti Nazirliyinin X4 və “Xidmət” şirkəti təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. İşdə olan X7 filialının məhkəməyə göndərdiyi 14.07.2021-ci il tarixli, b/204 nömrəli məktubunda qeyd edilmişdir ki, Lənkəran TTK-7 (Təmir Tikinti Kombinatı) avtobazasının, Məişət Xidməti Nazirliyinin X4, “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin sənədləri X7 filialına təhvil verilməmişdir. Ona görə də sorğunuzda qeyd olunan İddiaçı həmin təşkilatlarda işləməsi barədə tərəfimizdən məlumatın verilməsi mümkün olmadı. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin məhkəməyə göndərdiyi 04.10.2021-ci il tarixli, **********784100 nömrəli məktubunda qeyd edilmişdir ki, Məişət Xidməti Nazirliyinin X4 “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin və Lənkəran Məişət idarəsinin eyni idarələr olub- olmaması və yaxud bir idarənin tabeçiliyində fəaliyyət göstərən idarələr olub-olmaması barədə məlumatın məhkəməyə təqdim olunması haqqında məktubunuza aidiyyəti üzrə 6 saylı Ərazi Vergilər Baş idarəsində baxılmışdır. Bildiririk ki, 04.10.2021-ci il tarixə baza və arxiv məlumatlarına əsasən Məişət Xidməti Nazirliyinin X4 “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinin və Lənkəran Məişət idarəsinin vergi ödəyicisi kimi qeydiyyatda olması barədə 6 saylı Ərazi Vergilər Baş İdarəsində heç bir məlumat aşkar edilmədi. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə göndərdiyi 27.08.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, icraatınızda olan 2-1(120)-1072/2021 nömrəli iş üzrə iddia əsassızdır və təmin edilməməlidir. Buna əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsini rəhbər tutaraq işə dair etirazımızı təqdim edirik. İşin faktiki halları: İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində 28.07.1977-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq və həmin tarixdə 28.07.1977-ci il tarixli 63 nömrəli əmrlə Lənkəran sanitar epidemoloji stansiyasında sürücü kimi işə qəbul olunduğunu, 02.03.1978-ci ildə öz ərizəsi ilə 17 nömrəli əmrlə işdən azad edildiyini qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, 28.08.1978- 09.08.1979-cu ilədək TTK-7 avtobazasında ikinci dərəcəli sürücü, 20.08.1979-06.04.1982ci ilədək Lənkəran Apteklər Cəmiyyəti X6 Birliyində sürücü, 01.06.1982-ci il tarixli 51 nömrəli əmrlə Lənkəran rayonu Xanbulan Tikinti İdarəsi İstehsalat Biriliyinin “Azərbaycan Kənd Təsərrüfatı Su-ötürücü Stansiyası“nda üçüncü dərəcəli sürücü vəzifəsinə qəbul edilmiş, 07.08.1983-cü il tarixdə Əhaliyə Məişət Xidməti idarəsində 108 nömrəli əmrlə həmin idarəyə sürücü təyin edilmiş, 26.10.1988-ci il tarixli 191 nömrəli əmrə əsasən Bakı Avtonəqliyyat müəssisəsinə və 01.11.1988-ci il tarixli 172 nömrəli əmrlə Məişət Xidməti Nazirliyinin X5 sürücü vəzifəsinə köçürülmüşdür. 01.11.1988-19.02.1990-cı və 26.09.1993- 09.04.2004-cü il illərdə Qoşqar kiçik müəssisəsində işləməyə davam etdiyini bildirmişdir. Bundan əlavə, iddia ərizəsində qeyd etmişdir ki, yaşa görə pensiya təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin kifayət qədər sosial siğorta stajına malik olmadığı və fərdi hesabının siğorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən pensiya təyinatından imtina edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmişdir. Etirazın dəlilləri və tətbiq edilməli hüquq normaları: hesab edirik ki, icraatınızda olan 2-1(120)-1072/2021 saylı iş üzrə iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir. Belə ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət qədər sosial siğorta stajına malik olmadığı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən pensiya təyinatından imtina edilmişdir. İddiaçıya filial tərəfindən ünvanlanan məktubda 28.08.1978-09.08.1979-cu il tarixədək T.T.K-7-də, 01.06.1982- 15.10.1982-ci illərdə avtonəqliyyat birliyində, 01.11.1988-19.02.1990-cı və 26.09.1993- 09.04.2004-cü il tarixlərdə Qoşqar kiçik müəssisəsində işlədiyi illərlə bağlı sənədlərin X10 təhvil verilmədiyi bildirilmişdir. Bundan başqa, iddiaçının əmək kitabçasında 07.07.1983-cü il tarixdə Lənkəran Məişət İdarəsində sürücü vəzifəsinə qəbul olunma ilə bağlı əmr mövcud olsa da, 26.10.1988-ci il tarixdə başqa işə köçürülmə tarixi və əmr nömrəsi (gün, ay, il) göstərilməmişdir. Halbuki, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydalarının” 3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Bundan əlavə olaraq, Dövlət Statistika Komitəsinə ünvanlanmış 14.07.2021-ci il tarixli **********6 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Lənkəran TTK-7 (Təmir Tikinti Kombinatı) avtobazasına, Məişət Xidməti Nazirliyinin X5 və “Xidmət” şirkəti Təsərrüfat hesablı “Qoşqar” kiçik müəssisəsinə dair məlumat mövcud deyildir. “X8” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. X15 (PAS) əmək pensiyası alan vətəndaşların qeydiyyatının, sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotunun, pensiyaların təyininin, yenidən hesablanmasının və ödənilməsinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Göründüyü kimi iddiaçının kifayət qədər sosial sığorta stajı və pensiya kapitalı mövcud deyil. “X8” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqlarını ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasinin Qanununun 11 -ci maddəsinə əsasən sığortaolunamn yəni iddiaçının hüquq və vəzifələri göstərilmişdir. Həmin maddəyə əsasən sığortaolunanın hüquqları, sığortaolunamn məcburi dövlət sosial sığortası üzrə sığorta etməyi sığortaedəndən tələb etmək, sosial sığorta ödəmələrinin vaxtında verilməsini tələb etmək və sosial sığorta ödəmələri təyin edilərkən sığortaçıdan və ya sıqortaedəndən özünün sığorta stajı barədə məlumat almaqdır. Sığortaolunanların vəzifələri isə sosial sığorta haqqını vaxtında ödəmək və sosial sığorta hadisəsinin baş verdiyini təsdiq edən sənədləri sığortaçıya və ya sığortaedənə təqdim etməkdir. Odur ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən yuxarıda qeyd olunanların nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş edirik. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 18 fevral 2022-ci il tarixli, **********0 nömrəli mətkubuna əlavə olunmuş Lənkəran şəhəri Əhaliyə Məişət Xidməti “Zövq” istehsalat kommersiya firmasının 26.01.2022-ci il tarixli, 02 nömrəli arayışından, əmrlər kitabından çıxarışlardan, “əmək haqqının aylar üzrə məbləği” vərəqindən görünür ki, İddiaçı 07.07.1983-cü il tarixdə 108 nömrəli əmr əsasında X11 Xidməti İstehsalat İdarəsinə sürücü işinə qəbul olunmuşdur. 26.10.1988-ci il tarixdə 191 nömrəli əmr əsasında Bakı avtonəqliyyat müəssisəsinə köçürülmüşdür. 26.02.1990-cı il tarixli, 33 nömrəli əmr ilə yenidən Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinə sürücü işinə köçürülmüşdür. 19.01.1993-cü il tarixdə 09 nömrəli əmr əsasında “Qoşqar” kiçik müəssisəsinə köçürülmüşdür. 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991 və 1992-ci illərdə əmək haqqı almışdır. Məhkəmə yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “İnzibati icraat haqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. «X8» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «X8» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «X8» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. «X8» Azərbaycan Respublikası Qanununun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «X8» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci maddəsinə görə «X8» Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortolunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikası Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Həmçinin məhkəmə qeyd edir ki, mübahisənin yarandığı zaman qüvvədə olan «X8» Azərbaycan Respublikası Qanununa əsasən “əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. təqdim olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı “X8” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsində müəyyən edilmiş tələblərə müvafiq surətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə X14 şəxsin 7 saylı regional ərazi filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina etmişdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, 28.08.1978-ci il tarixdən 09.08.1979-cu il tarixədək T.T-7-də 01.11.1988-ci il tarixdən 19.02.1990-cı il tarixədək və 26.09.1993-cü il tarixdən 09.04.2004-cü il tarixədək Qoşqar kiçik müəssisəsində işləməyinizi, müəssisələrin sənədləri X13 filialına təhvil verilməmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi filialının məhkəməyə göndərdiyi 27.08.2021-ci il tarixli, **********2 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının əmək kitabçasında 07.07.1983-cü il tarixdə Lənkəran Məişət İdarəsində sürücü vəzifəsinə qəbul olunma ilə bağlı əmr mövcud olsa da, 26.10.1988-ci il tarixdə başqa işə köçürülmə tarixi və əmr nömrəsi (gün, ay, il) göstərilməmişdir. Bu arada məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd olunan digər iş illəri və həqiqi hərbi xidmətdə olduğu dövr cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Yəni, həmin dövrlər inzibati orqan tərəfindən sosial sığorta stajı kimi qəbul olunur. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə uyğun araşdırma aparmadan iddiaçının müraciətinə formal əsaslarla cavab vermişdir. Belə ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan, işin faktiki hallarını müəyyən etmədən, sübutları aydınlaşdırmadan, əlaqəli sübutları və məlumatları əldə etmədən imtina cavabı vermişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Həmin Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 90.1-ci maddəsinə əsasən inzibati orqanların vəzifəli şəxsləri bu Qanunun müddəalarının pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada intizam, inzibati və ya cinayət məsuliyyəti daşıyırlar. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən sonra başlanılmış inzibati icraatı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların tələblərinə uyğun olaraq aparmalı, bu zaman həmin icraatda aidiyyəti digər inzibati orqanların, iddiaçının və zəruri hesab edərsə digər maraqlı şəxslərin iştirakını təmin etməli, icraatın gedişində ehtiyac yaranarsa, iddiaçıya hüquqi yardım göstərməli, iş üzrə əhəmiyyətli faktiki halların müəyyən edilməsi üçün sübutların əldə edilməsi ilə bağlı tədbirlər görməli idi. Hazırkı işin hallarından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və digər əlaqəli qanunların müddəalarına uyğun olaraq zəruri inzibati icraat aparmamışdır. Belə ki, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciətindən imtina edərkən imtinasını onunla əsaslandırmışdır ki, vətəndaşın əmək kitabçasında qeyd olunan 28.08.1978-ci il tarixdən 09.08.1979-cu il tarixədək T.T-7-də 01.11.1988-ci il tarixdən 19.02.1990-cı il tarixədək və 26.09.1993-cü il tarixdən 09.04.2004-cü il tarixədək Qoşqar kiçik müəssisəsində işləməsinə dair müəssisələrin sənədləri X13 filialına təhvil verilməmişdir, həmçinin iddiaçının əmək kitabçasında 07.07.1983-cü il tarixdə Lənkəran Məişət İdarəsində sürücü vəzifəsinə qəbul olunma ilə bağlı əmr mövcud olsa da, 26.10.1988-ci il tarixdə başqa işə köçürülmə tarixi və əmr nömrəsi (gün, ay, il) göstərilməmişdir. Məhkəmə cavabdehin imtinasına ilə bağlı aşağıdakıları qeyd edir: İlk öncə məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciəti əsasında əmək kitabçasında qeyd olunan 28.08.1978-ci il tarixdən 09.08.1979-cu il tarixədək T.T-7-də 01.11.1988-ci il tarixdən 19.02.1990-cı il tarixədək və 26.09.1993-cü il tarixdən 09.04.2004-cü il tarixədək Qoşqar kiçik müəssisəsində əmək fəaliyyəti ilə bağlı aparılmış ətraflı araşdırmaya dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hansı ki, inzibati orqan yuxarıda qeyd edilən hüquq normalarının tələbinə uyğun zəruri inzibati araşdırma aparmalı, xüsusilə də iddiaçının işlədiyi müəssisənin əmək kitabçasında göstərilən dövrlərdə mövcudluğunu və fəaliyyətinin olub-olmamasını, iddiaçının həmin müəssisədə işləyib-işləməməsini və əmək haqqı alıb-almamasını, hazırda həmin müəssisənin mövcud olub-olmamasını, arxiv sənədlərinin saxlanılmamasının səbələrini araşdırmamış və bu araşdırmaya dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bununla belə, məhkəmə araşdırması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının 18 fevral 2022-ci il tarixli, **********0 nömrəli mətkubuna əlavə olunmuş Lənkəran şəhəri Əhaliyə Məişət Xidməti “Zövq” istehsalat kommersiya firmasının 26.01.2022-ci il tarixli, 02 nömrəli arayışından, əmrlər kitabından çıxarışlardan, “əmək haqqının aylar üzrə məbləği” vərəqəsi ilə müəyyən olunmuşdur ki, İddiaçı 07.07.1983-cü il tarixdə 108 nömrəli əmr əsasında X11 Xidməti İstehsalat İdarəsinə sürücü işinə qəbul olunmuşdur. 26.10.1988-ci il tarixdə 191 nömrəli əmr əsasında Bakı avtonəqliyyat müəssisəsinə köçürülmüşdür. 26.02.1990-cı il tarixli, 33 nömrəli əmr ilə yenidən Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinə sürücü işinə köçürülmüşdür. 19.01.1993-cü il tarixdə 09 nömrəli əmr əsasında “Qoşqar” kiçik müəssisəsinə köçürülmüşdür. 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991 və 1992-ci illərdə əmək haqqı almışdır. Həmçinin işdə olan X12 Səhmdar Cəmiyyətinin 05.04.2021-ci il tarixli, 01 saylı “əmək haqqının aylar üzrə məbləği” vərəqindən görünür ki, İddiaçı 1983, 1984, 1985, 1986, 1987, 1988, 1989, 1990, 1991 və 1992-ci illərdə əmək haqqı almışdır. Bundan başqa, məhkəmə iclasında iştirak edən iddiaçı mübahisə edilən dövrlərdə, həmin müəssisələrdə işləyib, əmək haqqı aldığını qeyd etmişdir. Göründüyü kimi iddiaçının əmək fəaliyyətinin mübahisəli dövrləri ilə bağlı müəyyən sənədlər mövcuddur və ən əsası cavabdehin etirazının dəlillərində olan “iddiaçının əmək kitabçasında 26.10.1988-ci il tarixdə başqa işə köçürülmə tarixi və əmr nömrəsi (gün, ay, il) göstərilməmişdir” halı öz tədiqini tapmamışdır. Həmçinin məhkəmə araşdırması zamanı Lənkəran şəhəri Əhaliyə Məişət Xidməti “Zövq” istehsalat kommersiya firmasının 26.01.2022-ci il tarixli, 02 nömrəli arayışından, əmrlər kitabından çıxarışlardan, “əmək haqqının aylar üzrə məbləği” vərəqəsi ilə müəyyən olunmuşdur ki, “Qoşqar” kiçik müəssisəsi adında müəssisə mövcud olmuş və fəaliyyət göstərmiş o cümlədən iddiaçı sonradan əmək fəaliyyətini davam etdirməsindən ötrü həmin müəssisəyə köçürülmüşdür. “Qoşqar” kiçik müəssisəsinin mövcud olması işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məhkəməyə göndərdiyi 06.07.2021-ci il tarxli, **********99 nömrəli məktubu ilə də öz təsdiqini tapır. Həmin məktubda qeyd olunur ki, ləğv olunmuş “Xidmət” şirkətinin “Qoşqar” təsərrüfat hesablı müəssisəsi dövlət əmlakının Registrində qeydiyyata alınmış və balansında olan daşınmaz əmlaklar hazırda özəlləşdirilməmişdir. Məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan özünün xidməti vəzifəsinə görə iddiaçının işlədiyi müəssisələrinin mövcudluğu, fəaliyyəti, arxiv sənədləri ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə (müvafiq şöbələrinə), habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular etməli həmin sorğuların cavablarına uyğun iddiaçının təqdim etdiyi sənədlərə qiymət verməli, o cümlədən iddiaçının işlədiyi Lənkəran şəhəri Əhaliyə Məişət Xidməti “Zövq” istehsalat kommersiya firmasının inzibati binasına və ləğv olunmuş “Xidmət” şirkətinin “Qoşqar” təsərrüfat hesablı müəssisənin balansında olan dövlət əmlakının yerləşdiyi ərazini müəyyən etməklə həmin əraziyə (əmlaklara) baxış keçirməklə iddiaçının əmək fəaliyyətinə dair müəssisəyə məxsus sənədlərin yerində baxış keçirməklə, qarşılıqlı yoxlamasını aparmalı, o cümlədən həmin müəssisələrin bir-biri ilə qarşılıqlı əlaqələrinin olub-olmamasını müəyyən etməli, buna dair sənədlər mövcuddursa həmin sənədləri əldə etməli idi. Lakin, cavabdeh inzibati orqan iddiaçının ilkin müraciəti zamanı təqdim etdiyi sənədləri (əmək kitabçasını və s.) və izahatları “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə uyğun qiymətləndirmədən tələbinin təmin edilməsindən imtina etmişdir. Beləliklə, cavabdeh inzibati orqan heç bir araşdırma aparmadan formal əsaslarla imtina cavabı vermişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətini yenidən qanunvericiliyin tələblərinə uyğun tam dolğun araşdırmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı iddia tələbi qismən təmin edilməli, İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının üzərinə qoyulmalı, İddiaçı iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə prosessual xərc yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı müraciətinin yenidən araşdırılması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran- Astara regional filialının üzərinə qoyulsun. İddiaçı iddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Şirvan İnzibati Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən Samir Həsənov
Məhkəmə qərarları › İş №2-1(120)-122/2022
Şirvan İnzibati Məhkəməsi Qərar — İş №2-1(120)-122/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver